Məhkəmə qərarları › İş №2-1(118)-275/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-275/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-275/2020 04.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 cavabdeh Sumqayıt «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “xx xxxxxx 2018-ci ildə anadan olmuş övladları X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və “Doğum haqqında şəhadətnamədə” soyadının “Hüseynli”dən “Loğmanlı”ya və xx xxxxxx 2019-cu ildə anadan olmuş övladları X3 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və “Doğum haqqında şəhadətnamə”də soyadının “Hüseynli”dən “Loğmanlı”ya dəyişdirilməsi öhdəliyinin cavabdehi üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar xx xxxxxx 2018-ci ildə anadan olmuş övladları X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və “Doğum haqqında şəhadətnamədə” soyadının “Hüseynli”dən “Loğmanlı”ya və xx xxxxxx 2019-cu ildə anadan olmuş övladları X3 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və “Doğum haqqında şəhadətnamə”də soyadının “Hüseynli”dən “Loğmanlı”ya dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx xxxxxxx 2019-cu il tarixli, 05/Q-3165-15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçılar xx xxxxxx 2017-ci ildə nikaha girərək ailə həyatı qurmuşdurlar. Bunu xx.xx.2017- ci il tarixli, AZ-İİ № 233807 saylı nikah haqqında şəhadətnamə təsdiq edir. Rəsmi nikahlarından xx xxxxxx 2018-ci il tarixli X5 və xx xxxxxx 2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Oğullarına verilən doğum haqqında şəhadətnamədə soyadı Hüseynli, adı Loğman, ata qrafasında isə Sərxan, qızlarına verilən doğum haqqında şəhadətnamədə soyadı Hüseynli, adı Zərifə, ata qrafasında isə Sərxan kimi qeyd edilmişdir. Oğulları və qızlarının soyadlarının "Hüseynli”dən “Loğmanlı”ya dəyişdirilməsini istəyirlər. Beləki, Loğman uşaqlarının babasının, yəni İddiaçı1 atasının adıdır. Onun adını əbədiləşdirmək üçün oğul və qızlarının soyadlarının “Loğmanlı” kimi qeydə alınmasını istəyirlər. Bu məqsədlə Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi özünün xx.xx.2019- cu il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Yuxarıda adı çəkilən qaydalara uyğun olaraq məhkəməyə müraciət etməli olmuşdurlar. AR Ailə Məcəlləsinin 190-cı maddəsinə görə “Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır”. Həmin Məcəllənin 192-ci maddəsinə görə “Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişiklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçıların iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşma çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda qeyd edilmişdir ki, “Məcəllə” nin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən X3 və X1 dəyişdirilməsi ilə bağlı müraciətin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Cavabdeh iddianın rədd edilməsini, iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçılar xx xxxxxx 2018-ci ildə anadan olmuş övladları X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və “Doğum haqqında şəhadətnamədə” soyadının “Hüseynli”dən “Loğmanlı”ya və xx xxxxxx 2019-cu ildə anadan olmuş övladları X3 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və “Doğum haqqında şəhadətnamə”də soyadının “Hüseynli”dən “Loğmanlı”ya dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikasının 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın uşağın soyadını başqa bir soyada dəyişdirməsi kimi bir səlahiyyəti yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68,69,73,75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinəapellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar