Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-278/2020 14.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X11 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı vəkili X13 iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Cavabdehin xx xxxx 2019-cu il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki xidmət yerinə bərpa edilməsi, xx xxxx 2019-cu il tarixdən əvvəlki iş yerinə bərpa olunan günə kimi olan müddət üçün əmək haqqının hesablanması və iddiaçıya ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Cavabdehin xx xxxx 2019-cu il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki xidmət yerinə bərpa edilməsi, xx xxxx 2019-cu il tarixdən əvvəlki iş yerinə bərpa olunan günə kimi olan müddət üçün əmək haqqının hesablanması və iddiaçıya ödənilməsi” barədə iddiası ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X7 müxtəlif vəzifələrdə işləmişdir. Son vəzifəsi 2 saylı X3 Vergi Ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi olmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindən (xx.xx.1992-ci il tarixdən) 22 yaşında təyinatla işə qəbul olmuş və vergi orqanında fasiləsiz çalışmışdır. Respublikada vergi orqanınının qurulmasında əməyi olmuşdur. Vergi orqanından başqa digər iş yeri olmamışdır. Bu müddət ərzində test və attestasiyalardan müvəffəqiyyətlə keçmişdir. Vergi xidməti müşaviri rütbəsinə qədər yüksəlmişdir. İşlədiyi 27 il ərzində barəsində rəhbərlik tərəfindən heç bir intizam tədbiri görülməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixində iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” 46-cı maddəsinin 5-ci hissəsinə uyğun olaraq xidmətinə xitam verilməsinə dair Əmr qəbul etmişdir. İddiaçı həmin əmrin ləğv edilməsi üçün cavabdeh inzibati orqanın yerləşdiyi Bakı şəhər Yasamal rəyin Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə aidiyyət qaydaları üzrə işin ümumi deyil inzibati məhkəmədə baxılması qənaətinə gəlmiş və iş üzrə icraata xitam verilmişdir. Tərəflərindən verilmiş Apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ona görə də Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin qəbulu üçün əsas kimi xx.xx.2019-cu il tarixli xidməti məruzə göstərilmişdir. AR Əmək Məcəlləsində göstərilir: Maddə 70.İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” 46-cı maddəsində göstərilir:
46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. İddiaçı hesab edir ki, xx.xx.2019-cu il tarixli əmr qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edliməlidir. İddiasını aşağıdakı arqumentlər ilə əsaslandırır: Əmrin əsaslandırma hissəsində göstərilir ki, riskli vergi ödəyicisi ilə ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Xidməti məruzədə isə bu halı əsaslandırmaq üçün iddiaçının barəsində yoxlamalar aparılan “xxxx” MMC-nin təsisçiılərindən biri olan Abbasov Ədalət adlı şəxsin həyat yoldaşı ilə paylı mülkiyyət sahibi olması göstərilmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, əmlakın ilkin mülkiyyətçiləri, 2003-cü ildə iddiaçının qardaşı və başqa bir şəxs olmuşdur. Sonradan paylı mülkiyyətçi rəhmətə getmiş, mülkiyyət hüququ ona aid hissədə vərəsəlik hüququ əsasında həyat yoldaşına keçmişdir. Sonuncu da rəhmətə getdikdən sonra mülkiyyət hüququ yenə də vərəsəlik hüququ əsasında onun qızına, Abbasov Ədalətin həyat yoldaşına keçmişdir. Qardaşı isə özünə aid hissədə mülkiyyət hüququndan, yəni mülkiyyətə sərəncam vermək hüququndan istifadə edərək öz payını iddiaçıya bağışlamışdır. Qeyd edilən halları təsdiq edən sənədlər iddiaya əlavə edilir. Bu hallar iddiaçı ilə Abbasov Ədalət arasında qeyri-sağlam münasibətlərin olmasının göstəricisi deyildir və ola da bilməz. Bu əsaslar ilə qəbul edilmiş əmr qanunsuz və əsassızdır. Yuxarıda göstərildiyi kimi əmrdə göstərilmişdir ki, iddiaçı riskli vergi ödəyicisinin təsisçisi ilə ortaq sahibkarlıq fəaləyyəti vardır. Bu isə iddiaçının həyat yoldaşı ilə birgə mülkiyyətində əmlakın olması ilə əsaslandırılmışdır. Halbuki, əmlaka sahib olmaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deyil, bundan əlavə qeyd edilən əmlak icarəyə verilmişdir. AR Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsi qeyrisahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Maddənin məzmunundan da görünür ki, mülkiyyətlərində olan əmlakın icarəyə verilməsi sahibkarlıq fəaliyyəti hesab edilmir. Aydın olur ki, əmrdə qeyd edilən hal-riskli vergi ödəyicisi ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı təsdiqini tapmır. Belə olan halda əmr ləğv edilməlidir.
2. Qanunsuz əmri əsaslandırmaq üçün cavabdeh iddiaçının müvəqqəti olaraq şöbə rəisi vəzifəsini icra etdiyi dövrdə tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsi və səyyar vergi yoxlamasının müddətinin lüzumsuz uzadıldığı göstərilmişdir. Bu hallar həqiqəti əks etdirmir. Belə ki: İddiaçının nəzarətində ümumilikdə 90 vergi yoxlaması var idi. Bu yoxlamaların 12-si şəxsən müfəttiş olaraq onun icraatında olmuşdur. Bu yoxlamaların heç birində çatışmamazlıq və başqa nöqsanlar aşkar edilməmişdir. Cavabdeh bunun əksini təsdiq edən heç bir sübut təqdim edə bilməz. -Yoxlamanın müddətinin lüzumsuz olaraq uzadılmasına dair isə məhkəmənin nəzərinə çatdırır ki, müddətin uzadılması və ya dayandırılması ümumiyyətlə iddiaçının səlahiyyətlərində olmamışdır. Təcrübəyə əsasən yoxlamanı həyata keçirdən müfəttiş yoxlamanın müddətini uzadılmasını əsaslandıraraq Departament rəisinə müraciət edir. Departament rəisinin əsaslandırılmış müraciəti əsasında isə yuxarı vergi orqanı yoxlamanın müddətinin uzadılmasına dair əsaslandırılmış qərar qəbul edir. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi; səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəf rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğ. cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Yuxarıda göstərilən halları təsdiq etmək üçün riskli vergi ödəyicisi barəsində yoxlamanın müddətinin uzadılmasına dair qərarları iddiaya əlavə etdiyini bildirmişdir. Bu qərarlardan da görünür ki, yoxlamanın müddətinin uzadılması iddiaçının qərarı ilə və ya hər hansısa bir iştirakı ilə qəbul edilməmişdir. Bundan əlavə bildirmişdir ki, yoxlamaların müddətinin uzadılması demək olar ki. bütün yoxlama icraatlarında baş verir. Hətta iddiaçının nəzarətində olan 90 vergi yoxlamasının demək olar ki, hamısı yuxarı vergi orqanının qərarı ilə müddəti uzadılmışdır. Belə olduğu təqdirdə iddiaçının yoxlamanın müddətinin lüzumsuz yerə uzatmaqda ittiham edilməyi ümumiyyətlə başa düşülən deyil. Bu əsas ilə qəbul edilmiş əmr ləğv edilməlidir. 3.Əmrdə ittiham edildiyi hallardan biri də, riskli vergi ödəyicisinə hansısa məlumatları ötürməyidir. Bu hallarda həqiqəti əks etdirmir. Xidməti məruzədə göstərilmişdir ki, vergi orqanının xx.xx.2018. xx.xx.2018. xx.xx.2018. xx.xx.2018. xx.xx.2018. və xx.xx.2018-ci ci il tarixli qərarlarını xx.xx.2018-ci il tarixində "WhatsApp" proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərimiş və həmin sənədlərə xx.xx.2018-ci il tarixində öz AVİS istifadəçi adı ilə baxışlar keçirtmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, yoxlamalar onun nəzarətində olmuşdur. Qeyd edilən qərarlar ilə yanaşı digər yoxlamalar üzrə qəbul edilmiş qərarlara da girib baxış keçirtmək, qeydlər götürmək onun iş funksiyalarına daxildir. Bu addım ilə iddiaçı heç bir qaydanı pozmamışdır. Qərarların iddiaçı tərəfindən vergi ödəyicisinə göndərilməsi halı heç bir sübut ilə təsdiq edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixində baxış keçirtdiyi sənədləri nədən "WhatsApp" proqramı ilə 10-gün sonra göndərməyi sual yaradır. Bu sənədlər doğrudan da vergi ödəyicisinə ötürüləcək qədər vacib idisə, nədən sənədlər 10-gün sonra, həmçinin hansısa proqram vasitəsi ilə ötürülsün ki?! Tarixləri qeyd edilmiş qərarların ümumiyyətlə məxfi olması cavabdeh tərəfindən sübut edilməlidir. Bu isə mümkün deyildir. Belə ki, qəbul edilmiş bu qərarların hər biri vergi ödəyicisinə mütləq şəkildə təqdim edilir. AR VM-nin 24.0.9-cu maddəsinə əsasən vergi orqanı, vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə borcludur. Cavabdeh bu qərarların nə zaman vergi ödəyicisinə təqdim edildiyini (taııış edildiyini) təsdiq edən sənədləri də təqdim etməlidir. Bu sənədlər təsdiq edəcəkdir ki. qərarların hansısa gizli yolla vergi ödəyicisinə göndərilməsinə heç bir lüzum yox idi. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindən (xx.xx.1992-ci il tarixdən) 22 yaşında təyinatla işə qəbul olmuşam və vergi orqanında fasiləsiz olaraq çalışır. Respublikamızda Vergi orqanının qurulmasında əməyi olmuşdur. Vergi orqanından başqa digər iş yerim olmamışdır. Bu müddət ərzində test və atestassiyalardan müvəffəqiyyətlə keçmişdir. İşlədiyi 27 il müddət ərzində barəsində rəhbərlik tərəfindən heç bir intizam tədbiri görülməmişdir. Belə olduğu təqdirdə, heç nə ilə sübut edilməyən hallara görə xidmətimə xitam verilməsi qanunsuzdur. Fərz eləsək ki, tərəfindən hansısa nöqsanlara yol verilmişdir, hətta bu halda belə xidmətimə xitam verilməsi qanunsuzdur. Belə ki. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin" 46-cı maddəsində göstərilir:
46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1)töhmət; 2)sonuncu xəbərdarlıqla şiddətli töhmət; ay müddətinə aşağı vəzifəyə keçirmə; 4)xüsusi rütbəni bir pillə aşağı salma; 5)vergi orqanlarında xidmətinə xitam verilmə. Maddənin tələblərindən göründüyü kimi vergi orqanlarında xidmətə xitam verilməsi ən son tədbirdir. Cavabdeh hansı səbəbdən maddənin digər bəndlərində göstərilən tədbirləri görmədən, məhz ən son tədbiri seçməsini mütləq əsaslandırmalıdır. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh əmrdə yalnız iddiaçı tərəfindən guya ki, yol verilən nöqsanları qeyd etmək ilə kifayətlənmişdir (Bu nöqsanların da həqqəti əks etdirmədiyi sübut edilir). AR ƏM-nin 71.2-ci maddəsinə əsasən isə cavabdeh hansı səbəbdən məhz xidmətinə xitam verilməsinin səbəblərini əsaslandırmalı idi. Əmrdə isə buna dair heç bir arqument yoxdur. Bu səbəbdən əmr ləğv edilməlidir. AR Əmək Məcəlləsində göstərilir: Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər 2.Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-avrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3.İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir, (maddə 25) Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının \ə azadlıqlarının müdafiəsinə təminat verir, (maddə 26). Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə qaydasında müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər. (maddə 60) Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin 11 hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili X20 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı x xxxxxx 1992-ci il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış və onun tutduğu sonuncu vəzifə Vergilər Nazirliyi yanında 2 saylı X4 Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi olmuşdur. Vergilər Nazirliyinin 2 saylı X12 tərəfindən “xxxx” MMC-yə (VÖEN **********) məxsus təsərrüfat subyektlərində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri, həmçinin xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən cəmiyyətdə aparılmış səyyar vergi yoxlaması gedişində Departamentin əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı bir sıra nöqsanlara yol vermələri ilə bağlı daxil olmuş məlumat əsasında Daxili təhlükəsizlik departamenti tərəfindən xidməti araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində digər əməkdaşlara yanaşı İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a" bəndinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.1-ci, 4.13-cü və 4.15-ci bəndlərinin, “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları’’nın 3.2.1-ci, 3.2.2-ci 4.0.1-ci və 4.0.2-ci yarımbəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Belə ki, Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Departamentin xx.xx.2018-ci il tarixli **********159963 nömrəli Qərarına əsasən “xxxx” MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın aparılması Departamentin əməkdaşları X2 və X21 həvalə edilmişdir. Həmçinin yoxlama zamanı pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2018-ci il tarixli E**********66 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərar çıxarılmış və qeyd olunan qərarın icrası da həmin əməkdaşlara tapşırılmış, xx.xx.2018-ci il tarixli qərarla səyyar vergi yoxlamasının keçirilməsi X17 və X8 tapşırılmışdır. A.Ələkbərov və E.İsayev tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN seriyalı 008473 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda cəmiyyətin sahibliyində 10 549 161,80 manatlıq mal qalığı olduğu qeyd edilmiş, aktda qeyd edilən məlumatlar qənaətbəxş hesab edilmədiyindən və şübhə doğurduğundan Departamentin Regional gəlirlər idarəsinin xx.xx.2018-ci il tarixli **********173400 nömrəli xidməti məlumatı ilə vergi ödəyicisində təkrar operativ vergi nəzarətinin təyin edilməsinə zərurət yarandığı bildirilmiş və müvafiq olaraq təsərrüfat subyektləri üzrə xx.xx.2018-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarlarla operativ vergi nəzarəti tədbirləri keçirilmiş və ümumilikdə 1 749 562,87 manat dəyərində mal qalığı olduğu müəyyən edilmişdir. Bundan sonra Departamentin xx.xx.2019-cu il tarixli **********9295 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən cəmiyyətin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y st-nın cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində (icarə müqaviləsinə əsasən Sədərək TM-nin ərazisində) yerləşən (**********-11001 kodlu) obyektində “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi Departamentin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X18 Tapşırılmışdır (xx.xx.2019-cu il tarixli **********0272 nömrəli ’”Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” qərar nəzərə alınmaqla). C.Təhməzov tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə cəmi alış məbləği 1 876 496,1 manat olan 217 adda malın olduğu aşkar olunmuş və nəticəsi xx.xx.2019-cu il tarixli 008465 saylı aktla rəsmləşdirilmişdir. Araşdırma zamanı C.Təhməzov tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirinin qərarda göstərilən (**********-11001 kodlu) obyektdə keçirilmədiyi, siyahıya alınmış malların həmin obyektdə olmadığı, eyni zamanda “Sədərək” firmasının araşdırmaya təqdim etdiyi xx xxxx 2019-cu il tarixli 61 nömrəli arayışına əsasən “xxxx” MMC-nin xx.xx.2019- tarixdən “Sədərək” Ticarət Mərkəzində 2-ci ərazi sıra-15, korpus 3, 71 və 73 nömrəli 60 kv.m sahəsi olan anbarların fəaliyyətini dayandırdığı, həmin obyektdə xx.xx.2019-cu il tarixli TS-00069-45-hş-2019 saylı müqaviləyə əsasən X14 (VÖEN İ' 00663642) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. C.Təhməzov araşdırmaya təqdim etdiyi izahatında xx.xx.2019-cu il tarixdə cəmiyyətin 2 nəfər əməkdaşı ilə birlikdə “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında (sağ hissəsində) yerləşən, cəmiyyətin əməkdaşları tərəfindən ona göstərilən anbarda qərarda qeyd olunan məsələ üzrə operativ vergi nəzarəti tədbiri keçirdiyini, tədbirdən qabaq müəssisə tərəfindən ona təqdim edilmiş iltizamda obyektdə 1 876 496,0 manat dəyərində mal qalığının olduğunun qeyd olunduğunu, tədbir zamanı ona göstərilən obyektdə təxminən 510 000,0 manat dəyərində mal aşkar etdiyini, iltizamda qeyd olunan məbləğlə faktiki aşkar olunan məbləğ arasında ziddiyyət olduğunu, bunu müəssisənin əməkdaşlarına bildirdiyini, həmin vaxt ona yaxınlıqda (bir neçə metr məsafədə yerləşən) olan ikinci okyekti göstərdiklərini, həmin obyektin qərarda olmadığını onlara bildirdikdə obyektin X15 tərəfindən xx xxxxxx 2019-cu il tarixli müqavilə əsasında cəmiyyətə icarəyə verilməsini təsdiq edən icarə müqaviləsini təqdim etdiklərini, ümumilikdə “Sədərək” Ticarət Mərkəzində olan obyektə getmədiyini və həmin obyektdə yoxlama keçirmədiyini, yoxlama yerinə getməmişdən öncə AVlS-in “İş qovluğu” modulunda obyektin konkret olaraq harada olmasını araşdırmadığını (araşdırma zamanı C.Təhməzovun həqiqətən də OVN tədbirindən əvvəl müəssisənin İş qovluğuna obyektlə bağlı baxış keçirmədiyi müəyyən olunmuşdur), qərarda ünvan olaraq Qaradağ rayonu Lökbatan qəsəbəsi Lökbatan Xocasən yolunun cənub-şərq hissəsi qeyd olunduğunu, bu səbəbdən ona göstərilən obyektin qərarda qeyd olunan obyekt olduğunu zənn etdiyini bildirmişdir. “xxxx” MMC-də Departament tərəfindən aparılan operativ vergi nəzarəti tədbirlərinin və səyyar vergi yoxlamasının nəticələrinin kifayət qədər qənaətbəxş olmaması səbəbindən Vergilər Nazirliyinin Vergi auditi departamentinin nəzarəti ilə xx.xx.2019-cu il tarixli qərarlara əsasən cəmiyyətin müxtəlif təsərrüfat subyektlərində vergi nəzarəti tədbirləri həyata keçirilmiş və xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarlara əsasən cəmiyyətə məxsus gəlir və xərclərin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompyuter prosessorları, digər elektron daşıyıcılar, zəruri sənədlər və əşyalar götürülmüşdür. Əldə edilmiş qara mühasibatlıq sənədləri əsasında vergilər hesablanmaqla səyyar vergi yoxlaması yekunlaşdırılmış və nəticələri xx.xx.2019-cu il tarixli **********161557 nömrəli aktla rəsmiləşdirilmişdir. Cəmiyyətə məxsus kompyuter prosessorlarından götürülmüş sənədlər və məlumatlar əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin Departamentin əməkdaşları ilə birbaşa əlaqələri olmuş və nəzarət tədbirlərinin keçirilməsi barədə qəbul olunmuş qərarlardan vergi ödəyicisi əvvəlcədən məlumatlandırıldığı üçün bu tədbirlər nəticəsiz olmuşdur. Belə ki, İddiaçı həmin dövrdə şöbə rəhbəri vəzifəsini icra etməsinə baxmayaraq səyyar vergi yoxlamasının qanunamüvafiq formada keçirilməsinə ümumiyyətlə nəzarət etməmiş, əldə olunmuş məlumatlara əsasən onun “xxxx” MMC-nin təsisçisi Ədalət Abbasovla yaxın münasibətlərinin olduğu, sonuncunun həyat yoldaşı X19 ilə ortaq mülkiyyətlərində olan Sumqayıt şəhəri, 1-ci məhəllə b 2, s 45 ünvanında yerləşən 131.9 m2 sahəsi olan obyektlərinin (qeyri-yaşayış sahəsi) olduğu (İddiaçı araşdırmaya təqdim etdiyi izahatında qeyd olunan obyektin və Ə.Abbasovla yaxın münasibətlərinin olduğunu təsdiq etmişdir), Bundan başqa vergi orqanının xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və 15.11,2018-ci il tarixli qərarlarının xx.xx.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərildiyi, həmin sənədlərə xx.xx.2018-ci il tarixdə V_ABDUREHMANOV AVİS istifadəçi adı ilə baxışların keçirildiyi (V. Abdurahmanov izahatında həmin sənədlərə keçirdiyi baxışların səbəblərini əsaslandıra bilməmişdir) müəyyən olunmuşdur. A.Ələkbərov və E.İsayev araşdırmaya təqdim etdikləri izahatlarında “xxxx” MMC- də xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə yoxlama apardıqlarını, yoxlamaya müəyyən günlərdə birlikdə, bəzən isə bir nəfərin getdiyini, yoxlamaya gün ərzində 4-5 saat vaxt sərf etdiklərini bildirmiş, Axtarış&Hesabat informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən onların əksər vaxtlarda Departamentin inzibati binasında olduqları, ümumiyyətlə yoxlama aparmadıqları, adları qərarda olduğu müddət ərzində yoxlama ilə bağlı heç bir iş görmədikləri, habelə lüzumsuz olaraq yoxlamanın müddətini uzatdıqları müəyyən edilmişdir. Beləliklə araşdırma zamanı İddiaçı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadıldığı, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etdiyi, riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla ona məlumatlar ötürdüyü, habelə sonuncu ilə ortaq sahibkarlıq fəaliyyətlərinin olduğu müəyyən edilmişdir. Halbuki, vergilər nazirinin xx.xx.2006-cı il tarixli **********737600 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.1-ci, 4.13cü və 4.15-ci bəndlərinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) əmək funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, Vergilər Nazirliyinin və bilavasitə tabe olduqları rəhbər vəzifəli şəxslərin səlahiyyətləri daxilində vergikləri əmr və göstərişlərə əməl etməlidirlər. Vergi orqanların rəhbər vəzifəli şəxsləri tabeliklərində olan vəzifəli şəxslərə (və ya əməkdaşlara) davranışları ilə nümunə olmalı, onların müvafiq qanunvericiliyə, qəbul edilmiş normativhüquqi aktlara dair lazımi biliklərə malik olmalarına nəzarət etməli, vəzifə borclarının və əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaratmalıdır. Vergi orqanlarının rəhbər vəzifəli şəxsləri tabeliklərində olan vəzifəli şəxslər (və ya əməkdaşlar) tərəfindən daxili xidməti intizam qaydalarının pozulması, icra və əmək intizamına əməl edilməməsi, əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi hallarına qarşı barışmaz olmalı, belə halları aşkar etdikdə onların barəsində səlahiyyətləri daxilində intizam tənbehi tədbirləri görməli və ya müvafiq vəzifəli şəxslər qarşısında məsələ qaldırmalı, xüsusi geyim və salamlaşma qaydalarını pozan vəzifəli şəxsləri yerindəcə məzəmmət etməli və ya onların barəsində təqdimat verməlidirlər. Eyni zamanda, vergilər nazirinin xx.xx.2014-cü il tarixli **********035000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi” Qaydalarının 5.9-cu bəndinə əsasən vergi orqanlarının əməkdaşları nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə öz vəzifəöhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludurlar. Bundan əlavə, vergilər nazirinin x xxxxxx 2015-ci il tarixli **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları"nın 3.2.1 -ci, 3.2.2-ci, 4.0.1 -ci və 4.0.2-ci yarımbəndlərinə əsasən əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Rəhbər vəzifə tutan əməkdaş öz davranışı ile tabelikdə olanlar üçün nümunə olmalı və rəhbərlik etdiyi struktur vahidin və ya bölmənin qarşısında dayanan əsas məqsəd və vəzifələr barədə tabelikdə olanlara mütəmadi olaraq məlumat verməlidir. Vergilər Nazirliyinin qeyd olunan daxili qaydalarının tələblərinə zidd olaraq V.Abdurəhmanov xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol vermiş, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etmiş, riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla ona məlumatlar ötürmüş, habelə vergi ödəyicisinin təsisçisinin həyat yoldaşı ilə qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyətə sahib olmaqla sonuncu ilə sıx işgüzar əlaqələr yaratmış və bununla da vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. İddiaçının iddia ərizəsində vergi ödəyicisinin təsisçisinin həyat yoldaşı ilə paylı mülkiyyətə sahib olmasına və vergi nəzarət tədbirləri barədə məlumatlar və sənədlərin ötürülməsinə dair gətirdiyi dəlillər ilə bağlı bildiririk ki, iddiaçı öz izahatında da “xxxx’’ MMCnin təsisçisi X10 həyat yoldaşı X19 və ünvan 2 s. 45 ünvanda yerləşən qeyri-yaşayış obyektinə saylı (hər birinə V2 hissə olmaqla) mülkiyyətə sahib olduğunu etiraf etmiş və araşdırma materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da həmin obyekt məhz iddiaçı və Məhluqə Abbasovaya məxsus olduğu öz təsdiqini tapmışdır. “xxxx” MMC vergidən yayınmağa cəhd göstərən riskli vergi ödəyicilər siyahısına daxil edildiyi üçün qeyd olunan cəmiyyət barəsində vergi orqanı tərəfindən səyyar vergi yoxlaması və bir necə operativ vergi nəzarət tədbirləri keçirilmiş, hər dəfə keçirilən tədbirlər zamanı cəmiyyətin təsisçisi Ədalət Abbasovun bu tədbirlər barədə əvvəlcədən məlumatlı olduğunu bildirmişdir ki, bu da açıq-aşkar yoxlama və vergi nəzarət tədbirlərini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən öz qulluq vəzifə səlahiyyətlərindən suiistifadə etməklə şəxsi maraqlar naminə vergi ödəyicisinə məlumatların ötürüldüyünə dəlalət edir. 2 saylı X4 xx.xx.2018-ci il tarixli əmri ilə göstərilən tarixdən Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrası iddiaçı Vüqar Abdurəhmanova həvalə edilmiş və bu səbəbdən də “xxxx” MMC-də aparılan səyyar vergi yoxlaması və operativ vergi nəzarət tədbirlərinə bilavasitə iddiaçı tərəfindən nəzarət həyata keçirilmişdir. İddiaçının yoxlama və operativ vergi nəzarət tədbirləri aparılan “xxxx” MMC-nin təsisçisi Ədalət Abbasovun həyat yoldaşı ilə paylı mülkiyyətə sahib olması sonuncu ilə yaxın əlaqələrin olduğuna dəlalət edir və bu hal da məhz iddiaçı tərəfindən yoxlama və operativ vergi nəzarət tədbirləri barədə məlumatların cəmiyyətin təsisçisinə ötürüldüyünə əsas yaradır. Belə ki, qeyd olunan hal həmçinin 2 saylı ƏVD-nin xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx” MMC-də yoxlamaya cəlb edilən vergi orqanı əməkdaşı X5 araşdırmaya təqdim etdiyi izahatında öz əksini tapmışdır. P.Şahbazov izahatında göstərmişdir ki, yoxlama zamanı hər gün iddiaçı V.Abdurəhmanov dəfələrlə vergi ödəyicisinin təsisçisi Ə.Abbasova zənglər etmiş və sonuncu da açıq-aşkar iddiaçının ona zəng etdiyini etiraf etmişdir. Eyni zamanda, araşdırma zamanı vergi orqanının xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli qərarlarının xx.xx.2018-ci i! tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərildiyi, həmin sənədlərə xx.xx.2018-ci il tarixdə V_ABDUREHMANOV AVİS istifadəçi adı ilə baxışların keçirildiyi müəyyən olunmuşdur ki, iddiaçı V.Abdurəhmanov isə izahatında həmin sənədlərə nə üçün baxışların keçirdiyini əsaslandıra bilməmiş və qeyd olunan fakt da iddiaçının təmiyyətin təsisçisi Ə.Abbasova yoxlama və vergi nəzarət tədbirləri barədə məlumatlar və sənədlərin öz şəxsi maraqları naminə göndərdiyinə dəlalət edir. Göründüyü kimi, İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergi orqanı barəsində mənfi reputasiya yarada biləcək yoxlama və vergi nəzarət tədbirləri aparılan və riskli vergi ödəyicisi siyahısına aid edilən (vergidən yayınmağa cəhd tsstərən) “xxxx” MMCnin təsisçisi Ədalət Abbasovla yaxın əlaqəyə girmiş, öz şəxsi maraqları naminə, habelə öz vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayarı digər “əqsədlər üçün yoxlama və vergi nəzarət tədbirləri barədə məlumat və sənədləri sonuncuya əvvəlcədən ötürməklə nəzarət tədbirlərin nəticələrinin uğurlu olmasına maneələr yaratmış, bununla da ‘Vergi orqanlarında məlumatın təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi" Qaydalarının 5.9-cu bəndinin və "Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydalan”nın 3.2.2-ci yarımbəndinin tələblərini kobud şəkildə pozmuşdur. Vergi ödəyicisi “xxxx” MMC-nin məhz riskli vergi ödəyicisinə aid edilməsi, yəni vergilərdən yayınmağa cəhdlər göstərməsi qeyd olunan cəmiyyətdə aparılan səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilən xx.xx.2019-cu il tarixli aktı sübut qismində qeyd etmək olar. Belə ki, səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 857 015,69 manat məbləğində (o cümlədən mənfəət vergisi 300 336,03 manat, əlavə dəyər vergisi 513 876,99 manat, ödəmə mənbəyində tutulan vergi 42 082,67 manat) əlavə vəsait hesablanmış, vergi hüquqpozuntusuna yol verdiyinə görə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 453 446,76 manat və 58.7.1 -ci maddəsinə əsasən 2 577 455,72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının vergi ödəyicisinin səyyar vergi yoxlaması zamanı yoxlama müddətinin lüzumsuz uzadılması və tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsinə dair gətirdiyi dəlillər ilə bağlı cavabdeh bildirir ki, yuxarıda qeyd olunduğu kimi vergi orqanının müvafiq əmri ilə şöbə rəhbərinin vəzifə səlahiyyətləri xx.xx.2018-ci il tarixdən ddiaçıya həvalə edilmiş və iddiaçı buna razılıq verərək şöbə rəisi vəzifə səlahiyyətlərini tam icra etməyə başlamışdır ki, bu da qüvvədə olan qanunvericiliyinin tələblərinə görə şöbənin bütün işləri üzrə tam məsuliyyətin daşıması deməkdir. İddiaçı V.Abdurəhmanov şöbə rəisi vəzifəsinin müvəqqəti icrası zamanı tabeçiliyində elan əməkdaşlara nəzarəti vergi qanunvericiliyinin və daxili qaydaların tələblərinə uyğun təşkil etməmiş, “xxxx” MMC-də aparılan yoxlama və digər vergi nəzarət tədbirləri zamanı əməkdaşların fəaliyyətinə düzgün nəzarət etməmiş, onlara yoxlama və digər vergi nəzarət tədbirləri zamanı köməklik göstərməmiş və bununla da vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş yoxlama və bütün digər vergi nəzarət tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına yol verilmişdir. Belə ki, “xxxx” MMC-nin yoxlamasında iştirak etmiş əməkdaşlar Ələkbərov -. Ağadadaş Həbibulla oğlu və X23nun araşdırmaya təqdim etdiyi zahatlarında yoxlama zamanı çətinliklər yarandıqda şöbənin rəhbəri vəzifəsini icra edən ddiaçı V.Abdurəhmanov onlara köməklik göstərmədiyini qeyd etmişlər. Eyni zamanda, iddiaçı V.Abdurəhmanov “xxxx” MMC-də aparılan səyyar vergi oxlaması zamanı tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etdiyini araşdırmaya təqdim etdiyi izahatında şəxsən etiraf etmiş, lakin bunu şöbəyə müvəqqəti ənbərlik etməsi və öhdəsində çoxlu yoxlamaların olması ilə əsaslandırmış, operativ vergi nəzarət tədbirlərinə ümumiyyətlə nəzarət etmədiyini qeyd etmiş, yoxlama müddətinin lüzumsuz uzadılmasını yoxlamada iştirak edən əməkdaşların üzərinə qoyaraq yol verilən qanun pozuntularına görə məsuliyyətdən yayınmağa çalışmış və bununla da “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.1 -ci və 4.13-cü bəndlərinin tələblərini kobud sürətdə pozmuşdur. Halbuki, şöbə rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etdiyi müddət ərzində şöbə tərəfindən aparılan bütün növ yoxlama və digər vergi nəzarət tədbirlərinə bilavasitə nəzarət etmək iddiaçı V.Abdurəhmanovun vəzifə borcuna aid edilmişdir. Vergilər Nazirliyi tərəfindən müvafiq əmrlə vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verildiyi zamanı həmin Məcəllənin 71 -ci maddəsinin 2-ci bəndinin tələblərinin nəzərə alınmamasına dair iddiaçının gətirdiyi dəlillər ilə bağlı bildiririk ki, həmin Məcəllənin 71 -ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, stehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Sözügedən maddənin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, sadalanan normaların tələblərinə uyğun olaraq V.Abdurəhmanov xİdməti vəzifələrinin icrası zamanı kobud nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin və vergilər nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş daxili intizam qaydalarının tələblərini kobud pozmuş, şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verməklə, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməklə, riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla, ona məlumatlar ötürməklə, habelə vergi ödəyicisinin təsisçisinin həyat yoldaşı ilə qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyətə sahib olaraq sonuncu ilə sıx işgüzar əlaqələr yaratmaqla vergi orqanlarının nüfuzunu aşağı salan nə onun adına xələl gətirən hərəkətlərə yol vermiş, məlumat təhlükəsizliyi ilə bağlı tələbləri kobud şəkildə pozmuşdur. V.Abdurəhmanov barəsində intizam tənbehi tədbirinin görülməsi barədə əmrinin təsviri-əsaslandırıcı hissədində sonuncu tərəfindən öz hərəkətləri ilə konkret olaraq hansı qanunvericiliyin və nazirliyin daxili intizam qaydalarının müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə təsvir olunmuş, V.Abdurəhmanovun nə üçün məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verildiyi əsaslandırılmışdır. Cavabdeh bildirir ki, iddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri kimi “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci bəndi təşkil etmişdir. Bununla yanaşı, həmin Əsasnamənin 75-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Yuxarıda sadalanan hallardan məlum olduğu kimi iddiaçı öz hərəkətləri ilə xidməti intizamı kobud şəkildə pozmuş və bu əməli onun barəsində hazırda mübahisələndirilən əmrin çıxarılması üçün kifayət etmişdir. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndi də iddiaçının dəlilinin əsassızlığından xəbər verir. Belə ki, həmin maddəyə əsasən Əmək Məcəlləsi dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Başqa sözlə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndi hazırkı mübahisəyə Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 5-ci bəndi ilə müəyyən edilmiş həddə tətbiq oluna bilər. Həmçinin, iddiaçının Vergilər Nazirliyi tərəfindən onun xidmətinə xitam verildikdə uzun müddət vergi orqanlarında qüsursuz xidməti fəaliyyətinin nəzərə alınmamasına dair dəlillər ilə əlaqədar bildiririk ki, Əmək Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə bulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək və emək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehi tədbirlərindən birini verə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini əzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Göründüyü kimi, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, reşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə alaraq işçi barəsində yuxarıda qeyd olunan intizam tənbehlərindən birini verə bilər. Sadalanan normaların tələblərini rəhbər tutaraq Vergilər Nazirliyi tərəfindən Abdurəhmanovun xidməti fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə həm qanunvericilik, həm də vergilər nazirinin müvafiq əmrləri ilə təsdiq daxili intizam qaydalarının edilmiş bir çox müddəalarını kobud şəkildə pozduğu üçün işçinin şəxsiyyətini və onun törətdiyi xətanın xaraktrini (ağırlıq dərəcəsini) nəzərə aldıqdan sonra barəsində məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verilməsi ilə bağlı intizam tənbehi təbirinin verilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunanlar və göstərilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi tamamilə əsassızdır. Cavabdeh etiraza əlavə olaraq bildirmişdir ki, iddiaçı öz iddia ərizəsində vergi orqanlarında işlədiyi 27 il müddət ərzində barəsində guya heç bir intizam tədbirinin görülmədiyini göstərmişdir. Cavabdeh bildirir ki, iddiaçının bildirdiyi bu fakt həqiqətə uyğun deyil. Belə ki, V.Abdurrahmanovun vergi orqanlarında xidmət etdiyi dövrdə xidmətində yol verdiyi nöqsanlara görə ona ümumilikdə 8 dəfə xx.xx.2008,xx.xx.2010,xx.xx.2012, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixli və xx.xx.2019-cu il tarixli əmrlərlə xəbərdarlıq elan olunmuş və 1 dəfə xx.xx.2010-cu il tarixli əmrlə töhmət verilmişdir. İddiaçı V.Abdurrahmanovun vergi orqanlarında xidmətinə xitam verilməsinin səbəb və əsasları isə aşağıdakılardan ibarət olmuşdur.
1. İddiaçı şöbə rəhbəri vəzifəsini icra edərkən tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etmiş və şöbənin icraatında olan xxxx” MMC-də aparılan səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol vermiş, yəni süründürməçiliyə şərait yaratmışdır. Belə ki, 2 saylı X4 xx.xx.2018-ci il tarixli əmri ilə göstərilən tarixdən Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrası iddiaçı Vüqar Abdurəhmanova həvalə edilmişdir. Şöbə rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etdiyi müddət ərzində şöbə tərəfindən aparılan bütün növ yoxlama və digər vergi nəzarət tədbirlərinə bilavasitə nəzarət etmək iddiaçı V.Abdurəhmanovun vəzifə borcuna aid edilmişdir. Həmin dövrdə iddiaçının rəhbərlik etdiyi şöbənin əməkdaşları tərəfindən “xxxx” MMC-də həm səyyar vergi yoxlaması, həmçinin operativ vergi nəzarəti keçirilmişdir. Şöbənin əməkdaşları X2 və X23 tərəfindən 'xxxx” MMC-də keçirilmiş operativ vergi nəzarəti nəticəsində cəmiyyətin sahibliyində 10.549.161,8 manat dəyərində mal qalığının olduğu müəyyən edilmiş, lakin qeyd edilən məlumatlar qənaətbəxş hesab edilmədiyindən və bu məlumatların həqiqiliyi şübhə doğurduğundan, vergi ödəyicisində təkrar operativ vergi nəzarəti təyin edilmiş və bu dəfə ümumilikdə 1.749.562,87 manat dəyərində mal qalığı olduğu müəyyən edilmişdir. Bundan sonra cəmiyyətdə yenidən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə cəmi alış məbləği 1.876.496,1 manat olan 217 adda malın olduğu aşkar olunmuşdur. Lakin araşdırma zamanı C.Təhməzov tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirinin qərarda göstərilən obyektdə keçirilmədiyi, siyahıya alınmış malların həmin obyektdə olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının birbaşa tabeçiliyində əməkdaşlar tərəfindən yoxlama zamanı kobud nöqsanlara yol verilməsi tabeliyində olan əməkdaşların fəaliyyətinin düzgün təşkil edilməməsi, onlara lazımı nəzarətin həyata keçirilməməsi, konkret nöqsanların aşkarlandığı halda isə bu barədə qanuna müvafiq tədbirlərin görülməməsi ilə bağlı olmuşdur. A.Ələkbərov və E.İsayev araşdırmaya təqdim etdikləri izahatlarında yoxlamaya müəyyən günlərdə birlikdə, bəzən isə bir nəfərin getdiyini, yoxlamaya gün ərzində 4-5 saat vaxt sərf etdiklərini bildirmişlər. Lakin Axtarış&Hesabat informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən isə onların əksər vaxtlarda Departamentin inzibati binasında olduqları, ümumiyyətlə yoxlama aparmadıqları, adları qərarda olduğu müddət ərzində yoxlama ilə bağlı heç bir iş görmədikləri, habelə lüzumsuz olaraq yoxlamanın müddətini uzatdıqları müəyyən edilmişdir. Həmçinin əməkdaşlar A.Ələkbərov və E.İsayev izahatlarında yoxlama zamanı çətinliklər yarandıqda müraciət etmələrinə baxmayaraq şöbənin rəhbəri vəzifəsini icra edən V.Abdurəhmanovun onlara köməklik göstərmədiyini təkidlə qeyd etmişlər. Bununla da iddiaçı V.Abdurəhmanov şöbə rəisi vəzifəsini icra etdiyi zaman tabeçiliyində olan əməkdaşlara nəzarəti vergi qanunvericiliyinin və daxili qaydaların tələblərinə uyğun təşkil etməmiş, xxxx” MMC-də aparılan yoxlama və digər vergi nəzarət tədbirləri zamanı əməkdaşların fəaliyyətinə düzgün nəzarət etməmiş, onlara yoxlama və digər vergi nəzarət tədbirləri zamanı köməklik göstərməmiş və bununla da vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş yoxlama və bütün digər vergi nəzarət tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına yol verilmişdir. Həmçinin, o da qeyd olunmalıdır ki, iddiaçı V.Abdurəhmanov “xxxx” MMC-də aparılan səyyar vergi yoxlaması zamanı tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etdiyini araşdırmaya təqdim etdiyi izahatında şəxsən etiraf etmiş və bunu şöbəyə müvəqqəti rəhbərlik etməsi və öhdəsində çoxlu yoxlamaların olması ilə əsaslandırmağa çalışmış, operativ vergi nəzarəti tədbirlərinə isə ümumiyyətlə nəzarət etmədiyini qeyd etmiş, yoxlama müddətinin lüzumsuz uzadılmasını yoxlamada iştirak edən əməkdaşların üzərinə atmağa cəhd edərək yol verilən qanun pozuntularına görə məsuliyyətdən yayınmağa çalışmışdır. Bununla da o, “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları’’nın 4.1- ci, 4.13-cü və 4.15-ci bəndlərinin tələblərini kobud sürətdə pozmuşdur. Adıçəkilən normalara əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) əmək funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, Vergilər Nazirliyinin və bilavasitə tabe olduqları rəhbər vəzifəli şəxslərin səlahiyyətləri daxilində vergikləri əmr və göstərişlərə əməl etməlidirlər. Vergi orqanların rəhbər vəzifəli şəxsləri tabeliklərində olan vəzifəli şəxslərə (və ya əməkdaşlara) davranışları ilə nümunə olmalı, onların müvafiq qanunvericiliyə, qəbul edilmiş normativhüquqi aktlara dair lazımi biliklərə malik olmalarına nəzarət etməli, vəzifə borclarının və əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaratmalıdır. Vergi orqanlarının rəhbər vəzifəli şəxsləri tabeliklərində olan vəzifəli şəxslər (və ya əməkdaşlar) tərəfindən daxili xidməti intizam qaydalarının pozulması, icra və əmək intizamına əməl edilməməsi, əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi hallarına qarşı barışmaz olmalı, belə halları aşkar etdikdə onların barəsində səlahiyyətləri daxilində intizam tənbehi tədbirləri görməli və ya müvafiq vəzifəli şəxslər qarşısında məsələ qaldırmalı, xüsusi geyim və salamlaşma qaydalarını pozan vəzifəli şəxsləri yerindəcə məzəmmət etməli və ya onların barəsində təqdimat verməlidirlər.
2. Riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi olan “xxxx” MMC ilə yaxın münasibətdə olmaqla, ona məlumatlar ötürməklə, habelə vergi ödəyicisinin təsisçisinin arvadı ilə qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyətə sahib olaraq sonuncu ilə sıx işgüzar əlaqələr yaratmaqla vergi orqanlarının nüfuzunu aşağı salan və onun adına xələl gətirən hərəkətlərə yol vermişdir. Həmçinin məlumat təhlükəsizliyi ilə bağlı tələbləri kobud şəkildə pozmuşdur. Cavabdeh qeyd edir ki, “xxxx” MMC vergidən yayınmağa cəhd göstərən riskli təsərrüfat əməliyyatları apardığı üçün qeyd olunan cəmiyyət barəsində vergi orqanı tərəfindən səyyar vergi yoxlaması və bir necə operativ vergi nəzarət tədbirləri keçirilmiş, hər dəfə keçirilən tədbirlər zamanı cəmiyyətin təsisçisi Ədalət Abbasovun bu tədbirlər barədə əvvəlcədən məlumatlı olduğunu bildirmişdir ki, bu da açıq-aşkar yoxlama və vergi nəzarət tədbirlərini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən öz qulluq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə şəxsi maraqlar naminə vergi ödəyicisinə məlumatların ötürüldüyünə dəlalət edir. Əldə olunmuş məlumatlara əsasən V.Abdurrahmanovun “xxxx” MMC-nin təsisçisi Ədalət Abbasovla yaxın münasibətləri olmuşdur. Belə ki, qeyd olunan hal 2 saylı ƏVD-nin xx.xx.2018-ci il tarixli qərarı ilə “xxxx” MMC-də yoxlamaya cəlb edilən vergi orqanı əməkdaşı X5 araşdırmaya təqdim etdiyi izahatında öz əksini tapmışdır. P.Şahbazov izahatında göstərmişdir ki, yoxlama zamanı hər gün iddiaçı V.Abdurrəhmanov dəfələrlə vergi ödəyicisinin təsisçisi Ə.Abbasova zənglər etmiş və sonuncu da açıq-aşkar iddiaçının ona zəng etdiyini etiraf etmişdir. Həmçinin iddiaçının yoxlama və operativ vergi nəzarət tədbirləri aparılan “xxxx” MMC-nin təsisçisi Ədalət Abbasovun arvadı ilə paylı mülkiyyətə sahib olması sonuncu ilə yaxın əlaqələrin olduğunu, yəni maraqların toqquşmasına yol verməsini bir daha sübut etmiş və bu hal da məhz iddiaçı tərəfindən yoxlama və operativ vergi nəzarət tədbirləri barədə məlumatların cəmiyyətin təsisçisinə ötürüldüyünə əsas yaratmışdır. İddiaçı araşdırmaya təqdim etdiyi izahatında qeyd olunan obyektin və Ə.Abbasovla yaxın münasibətlərinin olduğunu təsdiq etmişdir. Bundan başqa, vergi orqanının xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli qərarlarının xx.xx.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərildiyi müəyyən olunmuşdur. Qeyd olunan qərarların vergi ödəyicisinə ötürən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində aparılan araşdırmalar zamanı xx.xx.2018-ci il tarixdə “xxxx” MMCnin iş qovluğunda 14 sayda qərarlara ardıcıl olaraq yalnız “V_ABDUREHMANOV" AVİS istifadəçi adından baxış keçirildiyi müəyyən edilmişdir. İddiaçı V.Abdurəhmanov isə izahatında həmin sənədlərə nə üçün baxış keçirdiyini əsaslandıra bilməmiş və qeyd olunan fakt da iddiaçının cəmiyyətin təsisçisi Ə.Abbasova yoxlama və vergi nəzarət tədbirləri barədə məlumatlar və sənədlərin öz şəxsi maraqları naminə göndərdiyinə dəlalət etmişdir. İddiaçı həmçinin izahatında AVİS istifadəçi adını və şifrəsini departamentin digər əməkdaşlarına verdiyini təsdiqləmişdir. Halbuki, “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi” Qaydalarının 5.9-cu və 5.11 -ci bəndlərinə əsasən vergi orqanlarının əməkdaşları nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamışkompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə öz vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludurlar. Vergi orqanlarının əməkdaşlarına özlərinə məxsus AVİS-ə və Hesabat/Axtarış informasiya sisteminə giriş şifrəsinin (parolunun) digər şəxslərə verilməsi və ya digər işçilərin şifrəsindən (parolundan) istifadə etmək qadağandır. Göründüyü kimi iddiaçının yol verdiyi əməl ciddi intizam pozuntusu hesab olunur. Ümumiyyətlə, İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergi orqanı barəsində mənfi reputasiya yarada biləcək yoxlama və vergi nəzarət tədbirləri aparılan və riskli vergi ödəyicisi siyahısına aid edilən (vergidən yayınmağa cəhd göstərən) “xxxx” MMC-nin təsisçisi Ədalət Abbasovla yaxın əlaqəyə girmiş, öz şəxsi maraqları naminə, habelə öz vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün yoxlama və vergi nəzarət tədbirləri barədə məlumat və sənədləri sonuncuya əvvəlcədən ötürməklə nəzarət tədbirlərin nəticələrinin uğurlu olmasına maneələr yaratmış, bununla da “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi” Qaydalarının 5.9-cu və 5.11 -ci bəndlərinin və “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.1 -ci, 3.2.2-ci, 4.0.1 -ci və 4.0.2-ci yarımbəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.1- ci, 3.2.2-ci, 4.0.1 -ci və 4.0.2-ci yarımbəndlərinə əsasən əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Rəhbər vəzifə tutan əməkdaş öz davranışı ilə tabelikdə olanlar üçün nümunə olmalı və rəhbərlik etdiyi struktur vahidin və ya bölmənin qarşısında dayanan əsas məqsəd və vəzifələr barədə tabelikdə olanlara mütəmadi olaraq məlumat verməlidir. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi tamamilə əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsa da, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Vergilər Nazirliyinin 2 saylı X12 tərəfindən “xxxx” MMC-yə məxsus təsərrüfat subyektlərində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri, həmçinin xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən cəmiyyətdə aparılmış səyyar vergi yoxlaması gedişində Departamentin əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı bir sıra nöqsanlara yol vermələri ilə bağlı daxil olmuş məlumat əsasında Daxili təhlükəsizlik departamenti tərəfindən xidməti araşdırma aparılmışdır. İnzibati orqanın araştırması nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Departamentin xx.xx.2018-ci il tarixli **********159963 nömrəli Qərarına əsasən “xxxx” MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın aparılması Departamentin əməkdaşları X2 və X21 həvalə edilmişdir. Həmçinin yoxlama zamanı pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2018-ci il tarixli E**********66 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərar çıxarılmış və qeyd olunan qərarın icrası da həmin əməkdaşlara tapşırılmış, xx.xx.2018-ci il tarixli qərarla səyyar vergi yoxlamasının keçirilməsi X17 və X8 tapşırılmışdır. A.Ələkbərov və E.İsayev tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN seriyalı 008473 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda cəmiyyətin sahibliyində 10 549 161,80 manatlıq mal qalığı olduğu qeyd edilmiş, aktda qeyd edilən məlumatlar qənaətbəxş hesab edilmədiyindən və şübhə doğurduğundan Departamentin Regional gəlirlər idarəsinin xx.xx.2018-ci il tarixli **********173400 nömrəli xidməti məlumatı ilə vergi ödəyicisində təkrar operativ vergi nəzarətinin təyin edilməsinə zərurət yarandığı bildirilmiş və müvafiq olaraq təsərrüfat subyektləri üzrə xx.xx.2018-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarlarla operativ vergi nəzarəti tədbirləri keçirilmiş və ümumilikdə 1 749 562,87 manat dəyərində mal qalığı olduğu müəyyən edilmişdir. Bundan sonra Departamentin xx.xx.2019-cu il tarixli **********9295 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən cəmiyyətin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y st-nın cənubu, Lökbatan- Xocasən yolunun cənub-şərq hissəsində (icarə müqaviləsinə əsasən Sədərək TM-nin ərazisində) yerləşən (**********-11001 kodlu) obyektində “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi Departamentin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X18 Tapşırılmışdır (xx.xx.2019-cu il tarixli **********0272 nömrəli ’”Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” qərar nəzərə alınmaqla). C.Təhməzov tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə cəmi alış məbləği 1 876 496,1 manat olan 217 adda malın olduğu aşkar olunmuş və nəticəsi xx.xx.2019-cu il tarixli 008465 saylı aktla rəsmləşdirilmişdir. C.Təhməzov tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirinin qərarda göstərilən (**********-11001 kodlu) obyektdə keçirilmədiyi, siyahıya alınmış malların həmin obyektdə olmadığı, eyni zamanda “Sədərək” firmasının araşdırmaya təqdim etdiyi xx xxxx 2019-cu il tarixli 61 nömrəli arayışına əsasən “xxxx” MMC-nin xx.xx.2019- tarixdən “Sədərək” Ticarət Mərkəzində 2-ci ərazi sıra-15, korpus 3, 71 və 73 nömrəli 60 kv.m sahəsi olan anbarların fəaliyyətini dayandırdığı, həmin obyektdə xx.xx.2019-cu il tarixli TS- 00069-45-hş-2019 saylı müqaviləyə əsasən X14 (VÖEN İ' 00663642) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. C.Təhməzov araşdırmaya təqdim etdiyi izahatında xx.xx.2019-cu il tarixdə cəmiyyətin 2 nəfər əməkdaşı ilə birlikdə “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında (sağ hissəsində) yerləşən, cəmiyyətin əməkdaşları tərəfindən ona göstərilən anbarda qərarda qeyd olunan məsələ üzrə operativ vergi nəzarəti tədbiri keçirdiyini, tədbirdən qabaq müəssisə tərəfindən ona təqdim edilmiş iltizamda obyektdə 1 876 496,0 manat dəyərində mal qalığının olduğunun qeyd olunduğunu, tədbir zamanı ona göstərilən obyektdə təxminən 510 000,0 manat dəyərində mal aşkar etdiyini, iltizamda qeyd olunan məbləğlə faktiki aşkar olunan məbləğ arasında ziddiyyət olduğunu, bunu müəssisənin əməkdaşlarına bildirdiyini, həmin vaxt ona yaxınlıqda (bir neçə metr məsafədə yerləşən) olan ikinci okyekti göstərdiklərini, həmin obyektin qərarda olmadığını onlara bildirdikdə obyektin X15 tərəfindən xx xxxxxx 2019-cu il tarixli müqavilə əsasında cəmiyyətə icarəyə verilməsini təsdiq edən icarə müqaviləsini təqdim etdiklərini, ümumilikdə “Sədərək” Ticarət Mərkəzində olan obyektə getmədiyini və həmin obyektdə yoxlama keçirmədiyini, yoxlama yerinə getməmişdən öncə AVlS-in “İş qovluğu” modulunda obyektin konkret olaraq harada olmasını araşdırmadığını (araşdırma zamanı C.Təhməzovun həqiqətən də OVN tədbirindən əvvəl müəssisənin İş qovluğuna obyektlə bağlı baxış keçirmədiyi müəyyən olunmuşdur), qərarda ünvan olaraq Qaradağ rayonu Lökbatan qəsəbəsi Lökbatan Xocasən yolunun cənub-şərq hissəsi qeyd olunduğunu, bu səbəbdən ona göstərilən obyektin qərarda qeyd olunan obyekt olduğunu zənn etdiyini bildirmişdir. “xxxx” MMC-də Departament tərəfindən aparılan operativ vergi nəzarəti tədbirlərinin və səyyar vergi yoxlamasının nəticələrinin kifayət qədər qənaətbəxş olmaması səbəbindən Vergilər Nazirliyinin Vergi auditi departamentinin nəzarəti ilə xx.xx.2019-cu il tarixli qərarlara əsasən cəmiyyətin müxtəlif təsərrüfat subyektlərində vergi nəzarəti tədbirləri həyata keçirilmiş və xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarlara əsasən cəmiyyətə məxsus gəlir və xərclərin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompyuter prosessorları, digər elektron daşıyıcılar, zəruri sənədlər və əşyalar götürülmüşdür. Əldə edilmiş qara mühasibatlıq sənədləri əsasında vergilər hesablanmaqla səyyar vergi yoxlaması yekunlaşdırılmış və nəticələri xx.xx.2019-cu il tarixli **********161557 nömrəli aktla rəsmiləşdirilmişdir. Cəmiyyətə məxsus kompyuter prosessorlarından götürülmüş sənədlər və məlumatlar əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin Departamentin əməkdaşları ilə birbaşa əlaqələri olmuş və nəzarət tədbirlərinin keçirilməsi barədə qəbul olunmuş qərarlardan vergi ödəyicisi əvvəlcədən məlumatlandırıldığı üçün bu tədbirlər nəticəsiz olmuşdur. İnzibati orqan müəyyən etmişdir ki, İddiaçı həmin dövrdə şöbə rəhbəri vəzifəsini icra etməsinə baxmayaraq səyyar vergi yoxlamasının qanunamüvafiq formada keçirilməsinə nəzarət etməmiş, onun “xxxx” MMC-nin təsisçisi Ədalət Abbasovla yaxın münasibətlərinin olduğunu, sonuncunun həyat yoldaşı X19 ilə ortaq mülkiyyətlərində olan Sumqayıt şəhəri, 1-ci məhəllə b 2, s 45 ünvanında yerləşən 131.9 m2 sahəsi olan obyektlərinin (qeyriyaşayış sahəsi) olduğunu müəyyən etmişdir. (İddiaçı araşdırmaya təqdim etdiyi izahatında qeyd olunan obyektin və Ə.Abbasovla yaxın münasibətlərinin olduğunu təsdiq etmişdir). Bundan başqa inzibati orqan müəyyən etmişdir ki, vergi orqanının xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və 15.11,2018-ci il tarixli qərarlarının xx.xx.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərilmişdir. Həmin sənədlərə xx.xx.2018-ci il tarixdə V_ABDUREHMANOV AVİS istifadəçi adı ilə baxışların keçirildiyi müəyyən olunmuşdur. A.Ələkbərov və E.İsayev araşdırmaya təqdim etdikləri izahatlarında “xxxx” MMC- də xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə yoxlama apardıqlarını, yoxlamaya müəyyən günlərdə birlikdə, bəzən isə bir nəfərin getdiyini, yoxlamaya gün ərzində 4-5 saat vaxt sərf etdiklərini bildirmiş, Axtarış&Hesabat informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən onların əksər vaxtlarda Departamentin inzibati binasında olduqları, ümumiyyətlə yoxlama aparmadıqları, adları qərarda olduğu müddət ərzində yoxlama ilə bağlı heç bir iş görmədikləri, habelə lüzumsuz olaraq yoxlamanın müddətini uzatdıqları müəyyən edilmişdir. İddiaçı V.Abdurəhmanov şöbə rəisi vəzifəsinin müvəqqəti icrası zamanı tabeçiliyində olan əməkdaşlara nəzarəti vergi qanunvericiliyinin və daxili qaydaların tələblərinə uyğun təşkil etməmiş, “xxxx” MMC-də aparılan yoxlama və digər vergi nəzarət tədbirləri zamanı əməkdaşların fəaliyyətinə düzgün nəzarət etməmiş, onlara yoxlama və digər vergi nəzarət tədbirləri zamanı köməklik göstərməmiş və bununla da vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş yoxlama və bütün digər vergi nəzarət tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına yol verilmişdir. İnzibati orqanın müəyyən etdiyi hallar nəticəsində vergilər nazirliyin bir çox əməkdaşı, o çümlədən iddiaçı barədə mübahisələndirilən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin məcəllənin 186-cı maddəsinə əsasən 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının x xxxx 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 46-ci bəndi Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Həmin əsasnamənin Əsasnamənin 43-cü bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təminatlarına, habelə müvafiq icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl edirlər. Həmin Əsasnamənin 75-ci bəndinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qərar səlahiyyətli inzibati orqan tərəfindən, qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Beləliklə yuxarıda qeyd edilən hallar iddianın rədd edilməsi üçün əsas verir və məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev