Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-280/2020 30.01.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X2 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına(Təşkilatçısına)qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X2 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının/Təşkilatçısının Corat ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan 255 kv.m. və ya 0,0255 ha torpaq sahəsinin satılmasına dair torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2019-cu il tarixli iclasının 118/7 nömrəli protokolunun və X1 adına verilmiş 008001 nömrəli AM seriyalı şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X2 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına(Təşkilatçısına) qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X2 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının/Təşkilatçısının Corat ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan 255 kv.m. və ya 0,0255 ha torpaq sahəsinin satılmasına dair torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2019-cu il tarixli iclasının 118/7 nömrəli protokolunun və X1 adına verilmiş 008001 nömrəli AM seriyalı şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Beləki, hazırkı mübahisə mülki məhkəmə icraatı qaydasında həllini tapmalıdır. İş materiallarından görsənir ki, iddiaçı ƏMDK-nin yanında Hərracların Təşkili üzrə X2 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı yönəlmişdir və Corat ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan 255 kv.m. və ya 0,0255 ha torpaq sahəsinin satılmasına dair torpaq müsabiqəsinin nəticələri mübahisələndirirlir. Göründüyü kimi mübahisə torpaq sahəsinin alqı-satqısı ilə bağlıdır və bu mübahisələr inzibati məhkəmə icraatının araşdırma predmetinə daxil deyil. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-280/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-280/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver