Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-282/2021 11.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Məmmədli bələdiyyəsinə qarşı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışının, Abşeron rayon Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışın təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Abşeron rayon Məmmədli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin cizgisi və xəritədən çıxarışının, Abşeron rayon Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışın təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 06/288 saylı qərarına əsasən kənd təsərrüfatına yararsız torpaq sahəsindən ev tikmək məqsədi ilə 0.06 ha torpaq sahəsi ona satılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. torpaq sahəsi satılarkın keçmiş rayon torpaq şöbəsinin rəyi alınmış, onun tərəfindən torpağın dəyəri bələdiyyəyə ödənilmişdir. İddiaçı torpağa mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestr orqanına müraciət etdikdə yerquruluşu planından çıxarışın, torpaq sahəsinin cizgi və xəritədən çıxarışın təqdim edilməsi tələb edilmişdir. Bununla bağlı iddiaçı cavabdeh bələdiyyəyə müraciət etmişdir. Lakin ona imtina cavabı verilərək bildirilmişdir ki, iddia edilən koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 03/70 nömrəli qərarı ilə X1 və plan və ölçü sənədinin verilmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etdi ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi satılmışdır və həmin torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. lakin həmin torpaq sahəsinə başqa şəxsin adına plan və ölçü sənədi hazırlandığından bəldiyyə yerquruluşu planından çıxarışı təsdiq edə bilmir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş : -Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarından görünür ki,bələdiyyə tərəfindən kənd təsərrüfatına yararsız 0.06 ha torpaq sahəsi İddiaçı satımışdır. -iddiaçının nümayənfəsinin müraciətinə cavab olaraq Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2020ci il tarixli 166 saylı məktubundan görünür ki, iddiaçının iddia etdiyi koordinatlarda yerləşən torpaq sahəsi xx.xx.2008-ci il tarixli 03/70 nömrəli qərarı ilə xx.xx.2008-ci ildə A N133278 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi torpaq sahəsinin plan və ölçü sənədi ilə X7 oölunun adına rəsmiləşdirilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı cavabdeh Abşeron rayon Məmmədli bələdiyyəsinə qarşı iddia tələbi torpaq sahəsinə yerquruluşu planından çıxarışın təsdiq edilməsi, cizgi və xəritədən çıxarışın verilməsi barədədir. Əvvəla məhkəmə qeyd edir ki, torpaq sahələrinin koordinatlarının, yerquruluşunin müıəyyən edilməsi bələdiyyənin deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti orqanlarının səlahyyətlərinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməyə əsasən daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək (3.0.6), mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq (3.0.9) , inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədi ilə onların sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək (3.0.20), bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək (3.0.24) həmin Xidmətin vəzifələrinə aid edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, həmin torpaq sahəsinə dair başqa şəxsin adına plan və ölçü sənədi verildiyindən iddiaçı həmin sənədi mübahisələdirdikdən sonra sözügedən torpaq sahəsi üzərində hüquqlarının tanınmasını və koordinatrların müəyyən edilməsini tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Abşeron rayon Məmmədli bələdiyyəsinə qarşı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışının, Abşeron rayon Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışın təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Məmmədli bələdiyyəsinə qarşı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışının, Abşeron rayon Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışın təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-282/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-282/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver