Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2862/2025 27.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X5 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, (qərarın elanında iştirak etməmişlər) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı xeyrinə kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı baş gizir İddiaçı Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin (N52 nömrəli hərbi hissəsinin) tabeliyində olan N71 nömrəli hərbi hissənin Xüsusi təyinatlı taborun radiasiya, kimyəvi və bioloji mühafizə manqasının baş kəşfiyyatçısı - dozimetrik nəzarət manqasının komandiri (kimyaçıdozimetrist) vəzifəsində xidmət etmişdir. N71 nömrəli hərbi hissə komandirinin N sentyabr 2N2N-ci il tarixli 254 nömrəli əmrinə əsasən baş gizir İddiaçı hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırıqlarının icrası ilə əlaqədar döyüş təyinatı rayonuna çıxarılmış hesab edilmişdir. Hərbi hissə komandirinin 264 nömrəli 7 oktyabr 2N2N- ci il tarixli əmri ilə döyüş tapşırığını icra edərkən yaralandığına görə hərbi hospitala müalicəyə göndərilmişdir. N71 nömrəli hərbi hissə komandirinin xx.xx.2N24-cü il tarixli “Travma haqqında arayış”a əsasən baş gizir İddiaçı xx.xx.2N2N-ci il tarixində döyüş tapşırığını yerinə yetirərkən bədən xəsarəti almışdır (Partlayış travması. Qapalı kəllə- beyin travması. Çanağın küt travması, qalça sümüyünün qapalı yerdəyişməmiş sınığından sonrakı vəziyyət). Daha sonra isə N71 nömrəli hərbi hissənin komandirinin N nömrəli 31 avqust 2N22-ci il tarixli əmrinə əsasən hərbi geyim forması daşımaq hüququ verilməklə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq o, ehtiyata buraxılmışdır.Qeyd edir ki, baş gizir İddiaçı sülh dövründə təltif edildiyi medallardan başqa müharibə dövründə orduda etdiyi xidmətlərə görə “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Baş gizir Seyfullayev Bəxtuyar əvvəllər MN N nömrəli hərbi hissəsinə kompensasiya ödənişi ilə müraciət etmiş, ona verilən cavab məktubunda travmasının “xidməti vəzifələrinin icrası ilə bağlı” səbəb əlaqəsi qeyd edilmədiyinə görə kompensasiyanın ödənilməsinin mümkünsüzlüyü bildirilmişdir. Baş gizir İddiaçı şəhadətlənməsinin düzgün aparılmadığı (İİ Qarabağ müharibəsində aldığı xəsarətlər düzgün əsaslandırılmadığma) qənaətinə gələrək təkrar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polikloinikasma müraciət etmişdir. 4 iyul 2N24- cü il tarixli təkrar şəhadətləndirilməsindən sonra 6676 nömrəli X1 əsasən şəhadətləndirilmiş və birinci müraciətində olan uyğunsuzluq aradan qaldırılmışdır. Həmin şəhadətnaməyə əsasən F.62.N Fəlakət (İİ Qarabağ müharibəsi) keçirildikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depreaaiv epizodlar, qıcolma tutmaları ilə diaqnoz və xəsarətin səbəb əlaqəsi haqqında komissiyanın qərarı: hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bu X2 əsas götürülərək İddiaçı təkrar N nömrəli hərbi hissəyə kompensasiya ödənişi tələbi ilə müraciət etmişdir. Lakin birinci imtinadan sonra bu dəfə verilən cavab tam fərqli olmuşdur.Belə ki, AR Müdafiə Nazirliyi 8/23N8 saylı xx.xx.2N24-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu “N71 nömrəli hərbi hissənin Xüsusi təyinatlı taborun radiasiya, kimyəvi və bioloji mühafizə manqasının baş kəşfiyyatçısı - dozimetrik nəzarət manqasının komandiri (kimyaçı- dozimetrist)” vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin 2N2N-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmədiyindən, Nazirlər Kabinetinin 18N-24 nömrəli 23 noyabr 2NN4-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “ Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalarf’na uyğun tələb etdiyiniz kompensasiyanın ödənilməsi mümkün hesab edilməmişdir.Lakin iddiaçı hesab edir ki, Müdafiə Nazirliyi onun ərizəsinə baxarkən bir sıra hüquqi məsələləri nəzərə almamışdır. 1) Azərbaycan Respublikası Müdafiə Nazirliyi N71 saylı hərbi hissəsinin komandirinin iddiaçıya təqdim etdiyi 355 saylı xx.xx.2N24-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən “Vətən müharibəsində” xx.xx.2N2N- xx.xx.2N2N-ci il tarixlərdə N71 nömrəli hərbi hissənin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini yerini yetirmiş və yaralanmışdır. 2) İddiaçı hərbi-uçot ixtisası kəşfiyyatçı olmuşdur. (Əmrdən çıxarışlarla və X2 ilə təsdiqlənir). “Kəşfiyyat və Əkskəşfiyyat fəaliyyəti haqqında” Qanunun 2N.6 və 2N.7-ci maddələrinə əsasən kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulmuş növbəti məzuniyyətə görə 2 aylıq pul təminatı həcmində pul təminatı ödənilmişdir. 3) Müdafiə Nazirliyinin imtina məktubunda göstərilmiş Müdafiə Nazirinin 2N2N-ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara şamil edilir.Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin 2N2N-ci il Vətən Müharibəsi zamanı şəhid olmuş və ya yaralanmış, həmçinin iddiaçı ilə eyni vəzifəni tutan hərbi qulluqçulara Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsinə əsaslanaraq Qanunun 2N.12-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyalar ödənilmişdir. 6. Kəşfiyyat üzrə Təlimata əsasən, kimyəvi və bioloji kəşfiyyat kəşfiyyat (kəşfiyyat- diversiya) fəaliyyətinin bir növüdür bə təlimatla bu fəaliyyəti həyata keçirən hərbi qulluqçuların üzərinə kəşfiyyat tapşırıqları qoyulub. Kəşfiyyat və əks- kəşfiyyat haqqında qanunun 8.1.13-cü maddəsinə əsasən, kəşfiyyat subyektlərinin hüquqlarından biri AR qanunvericiliyinə uyğun olaraq, xüsusi təyinatlı dəstələrinin yaradılması və istifadə olunmasıdır. MN xüsusi təyinatlı, həmçinin kəşfıyyat-diversiya fəaliyyətinin həyata keçirilməsi üçün qanunun bu maddəsinə uyğun olaraq xüsusi təyinatlı qüvvələr yaratmışdır (N52 saylı hərbi hissə).Cavabdeh AR Müdafiə Nazirliyinin İddiaçı verdiyi imtina tam əsassız və qeyri-qanunidir. Azərbaycan Respublikası “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası qanununun 2N.6-cı maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. Belə ki, əgər İddiaçı tutduğu vəzifə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti hesab edilmirdisə, ona hansı səbəbdən bu maddənin müddəalarına uyğun olaraq N71 nömrəli hərbi hissə komandirinin əmrləri ilə İddiaçı istifadə etdiyi 2N2N-ci ilin növbəti məzuniyyəti üçün əlavə olaraq iki aylıq pul təminatı ödənilmişdir.Bundan əlavə, Azərbaycan Respublikası “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası qanununun 2N.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. N71 nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən İddiaçı 2N2N-ci il üzrə “Müalicə və müayinə” üçün nəzərdə tutulmuş birdəfəlik pul təminatı ödənilmişdir. İşin hallarından göründüyü kimi, İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri üçün nəzərdə tutulmuş məzuniyyətə görə verilən pul təminatının və kompensasiyasının verilməsi onu sübut edir ki, cavabdeh AR Müdafiə Nazirliyinin İddiaçı kompensasiya verilməsi üçün onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından imtina edilməsi, bundan əvvəl çıxarılmış əmrlərə ziddir və həqiqəti əks etdirmir...Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ərizəsi Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmışdır.İddiaçının hərbi əməliyyatlar zamanı tutduğu N71 nömrəli hərbi hissənin “xüsusi təyinatlı taborun radiasiya, kimyəvi və bioloji mühafizə komandasının baş kəşfiyyatçısı - dozimetrik nəzarət manqasının komandiri (kimyaçı-dozimetrist)” vəzifəsiAzərbaycan Respublikası müdafiə nazirinin 2N2Nci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir.Nazirlər Kabinetinin 18N-24 N-li 23 noyabr 2NN4-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks- kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil.Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2N24-cü il tarixli, 8/23N8 nömrəli imtina məktubu, Müdafiə Nazirliyinin etiraz ərizəsi, iddiaçıya aid N71 nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışların surəti, N71 nömrəli hərbi hissə komandirinin xx.xx.2N24-cü il tarixli Travma haqqında arayışı, N71 nömrəli hərbi hissə komandirinin xx.xx.2N24-cü il tarixli 355 nömrəli arayışı, xx.xx.2N24-cü il tarixli X2nin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 1N aprel 2N15-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Azərbaycan Respublikasının Silahlı qüvvələrində xəsarət aldığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqanın xx.xx.2N24-cü il tarixli, 8/23N8 nömrəli imtina məktubu ilə iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrıayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat. fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. Maddə 15. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına dair əlavə tələblər 15.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. 15.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır. Maddə 2N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 2N.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18N-24 №-li 23 noyabr 2NN4-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”: 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşının xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Əvvəlcə iddiaçının yuxarıda qeyd edilən qərarın təsiri altına düşən subyekt olubolmaması müəyyən edilməlidir.“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6- cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2NN5-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir.Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir.Fərmanın icrası ilə bağlı müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları, həmçinin vəzifələri təsdiq edilmişdir. Məhkəmənin tələbi əsasında xx.xx.2N25-ci il tarixli iclasında cavabdeh təşkilat (üçüncü şəxs) məxfi hesab edilən Azərbaycan Respublikası Müdafiə Nazirinin NN11 saylı, 19 fevral 2N2N-ci il tarixli əmri ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat subyekti əməkdaşları vəzifələrinin Siyahısı”na məhkəmə iclasında baxış keçirilmiş və siyahıda iddiaçının tutduğu vəzifənin kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilmədiyi və siyahıya əsasən həmin vəzifənin kəşfiyyat fəaliyyəti subyekti hesab olmadığı müəyyən edilmişdir. Toplanılan materiallar əsasında aparılan araşdırma nəticəsində iddiaçının xidmət etdiyi “Xüsusi təyinatlı taborun radiasiya, kimyəvi və bioloji mühafizə manqasının baş kəşfiyyatçısı - dozimetrik nəzarət manqasının komandiri (kimyaçı-dozimetrist)” vəzifəsi kəşfiyyat orqanı olmadığı və bunu təkzib edəcək hər hansı məlumatın iş materiallarında mövcud olmadığı müəyyən edilir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçının tutduğu vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2NN4-cü il tarixli Qərarı ilə qəbul edilmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” ona tətbiq edilməməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Ona görə də cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı xeyrinə kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 7N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 3N (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2-1(118)-2862/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2862/2025
27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver