Məhkəmə qərarları › İş №2-1(118)-295/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-295/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-295/2023 01.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) və nümayəndəsi Vəkil (ünvan 2unun vəkili, ünvan 3 ünvanında yaşayan ) Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində Katibliyin hüquq xidmətinin rəisi, ünvan 4 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş hərbi xidmətdən xaric edilməsinə dair xx.xx.2022-ci il tarixli 82 nömrəli ş/h üzrə əmrin ləğv edilməsi və N saylı hərbi hissəyə əsgər rütbəsinə hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş hərbi xidmətdən xaric edilməsinə dair xx.xx.2022-ci il tarixli 82 nömərli ş/h üzrə əmrin ləğv edilməsi və Daxili Qoşunların Baş İdarəsinin N saylı hərbi hissəyə əsgər rütbəsinə hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandrılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətdən xaric edilənə qədər o, Daxili Qoşunlarının N saylı hərbi hissədə əsgər rütbəsində xidmət keçmişdir. Xidməti vəzifəni icra etdiyi müddət ərzində daim nizam-intizam qaydalarına riayət etmiş, nümunəvi davranışına və xidməti vəzifəni yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə, dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. xx.xx.2022-ci il tarixdə hərbi hissənin komandiri onu yanına dəvət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini Daxili Qoşunlarının komandanının xx.xx.2022-bi il tarixli, 82 nömrəli ş/h üzrə əmrini ona elan etmişdir. Əmrdə hərbi xidmətdən buraxılmanın əsası kimi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nİn 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğ) göstərimişdir. İddiaçı hərbi hissənin rəhbərliyi tətərəfındən qərəzli olaraq uydurulmuş əsaslarla xidmətdən xaric edilmişdir. Hərbi hissədə baş verən neqativ prosesləri ört-basdır etmək məqsədi ilə komandanlıq bu cür qanunsuz vasitələrdən istifadə etmişdir. Üzərində cəmi 2 intizam cazası olduğu halda hərbi hissənin rəhbərliyi bilərəkdən cəzaların sayını əsassız artıraraq onu xidmətdən xaric etmişdir. Bundan əlavə iddiaçı üzərinə düşən xidməti vəzifələrimi layiqincə yerinə yetirmiş, Vətənə, dövlətə sadiq olmuş, onun qoyduğu bütün qanunlara hörmətlə yanaşaraq daxili nizam-intizam qaydalarına lazımınca riayət etmişdir. Komandanlıq tərəfindən verilmiş bütün əmr və tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia tələbii müdafiə etdilər və iddia ərizəsiin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan İddiaçı daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli, 106 №-li şəxsi heyət üzrə əmrinə və N saylı hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 341 №-li nizami hissə üzrə əmrinə əsasən “Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətə keçmək haqqında öhdəlik vermiş hesab edilərək N saylı hərbi hissənin 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində manevr qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 53 №-li şəxsi heyət üzrə əmrinə və N saylı hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 159 №-li nizami hissə üzrə əmrinə əsasən aparılmış ştat dəyişiklikləri ilə əlaqədar olaraq 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir;Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2022-ci il tarixli 10 №-li şəxsi heyət üzrə əmrinə və N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Ə117-386-22 №-li nizami hissə üzrə əmrinə əsasən N saylı hərbi hissənin 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsinə keçirilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2022-ci il tarixli 10 №-li şəxsi heyət üzrə əmrinə və N saylı hərbi hissə komandirinin 18.01,2022-ci il tarixli Ə30-399-22 №-li nizami hissə üzrə əmrinə əsasən hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir;Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2022-ci il tarixli 82 №-li şəxsi heyət üzrə əmrinə və N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Ə253-399-22 №-li nizami hissə üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidmətə uyğunsuzluğa görə) N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinə göndərilmişdir. O, xidmət etdiyi dövrdə xx.xx.2018-ci il tarixdə “sıra intizamını pozduğuna görə” qrup komandiri tərəfindən “Töhmət”, xx.xx.2018-ci il tarixdə “sıra intizamını pozduğuna görə” bölmənin baş çavuşu tərəfindən “Töhmət”, xx.xx.2019-cu il tarixdə “məşğələ zamanı mobil telefondan istifadə etdiyinə görə” bölmə komandiri tərəfindən “Şiddətli töhmət”, xx.xx.2020-ci il tarixdə “funksional vəzifə borclarının icrasına laqeyd münasibət göstərdiyinə görə” bölmə komandiri tərəfindən “Töhmət”, xx.xx.2020-ci il tarixdə “məşğələ zamanı mobil telefon işlətdiyinə görə” bölmə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən “Töhmət”, xx.xx.2020-ci il tarixdə “məşğələnin gedişatını pozduğuna görə” qrup komandiri tərəfindən “Töhmət”, xx.xx.2020-ci il tarixdə “rejim karantin tədbirlərinin keçirilməsi zamanı xidmətin təşkili və aparılmasında xidməti zəif təşkil etdiyinə və hərbi geyim formasının daşınma qaydalarını pozduğuna görə” hərbi hissə komandirinin 1-ci müavini-qərargah rəisi tərəfindən “Şiddətli töhmət”, xx.xx.2021-ci il tarixdə “xidmət vaxtı mobil telefondan istifadə etdiyinə görə” bölmə komandiri tərəfindən “Töhmət”, xx.xx.2021-ci il tarixdə “ümumi inspeksiya yoxlaması zamanı təlim fənlərinin nəticəsi üzrə ümumi qeyrikafi qiymət aldığına görə” hərbi hissə komandiri tərəfindən “Töhmət”, xx.xx.2022-ci il tarixdə “dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq sıralara gecikdiyinə görə” dəstə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən “Töhmət”, xx.xx.2022-ci il tarixdə “inspeksiya yoxlamasına hazırlıq məqsədi ilə keçirilən sıra baxışına hazırlıqsız gəldiyinə və fərdi döyüş hazırlığı aşağı səviyyədə olduğuna görə” xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri tərəfindən “Şiddətli töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmış, lakin, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur.Onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxarmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığı üçün N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 167 №-li əmri ilə hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilmiş, şərəf məhkəməsinin qərarına əsasən (protokol № 4, xx.xx.2020-ci il) ona “Xəbərdarlıq” elan olunmuşdur. İddiaçı N saylı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb olunmasına və ona “Xəbərdarlıq” elan edilməsinə baxmayaraq təkrarən müxtəlif intizam pozuntularına yol vermişdir.İddiaçı təkrarən N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 444 №-li əmri ilə hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilmiş, şərəf məhkəməsinin qərarına əsasən (protokol № 13, xx.xx.2020-ci il) ona “Xəbərdarlıq” elan olunmuş, xidmətində və şəxsi intizamında dönüş yaratması tövsiyə edilmişdir. İddiaçı barəsində 2 dəfə hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi keçirilməsindən nəticə çıxartmamışdır.Yuxarıda göstərilənlərlə yanaşı İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 1-3-cü, 5-ci maddələrinin, 257-ci maddəsinin 4cü yarımbəndinin, daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli 90 nömrəli əmrinin 9-cu, “DİN-in Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış Qaydaları”nın 4.10-cu bəndlərinin tələblərini pozaraq dəfələrlə elan olunmuş intizam tənbehlərindən və ictimai təsir tədbirlərindən nəticə çıxartmayaraq intizamsız hərəkətlərini davam etdirdiyinə, bölmə növbətçisi qismində xidmətdə olarkən üzərinə düşən vəzifələrinin icrasına məsuliyyətsiz münasibət bəsləyərək bölmədə baş vermiş hadisə ilə əlaqədar birbaşa rəisləri məlumatlandırmaq əvəzinə, şəxsi maraqlarını üstün tutaraq xidmət vaxtı kazarmada zabitin qanunsuz hərəkətlərini gələcəkdə ona qarşı istifadə etmək məqsədilə özünə məxsus mobil telefon vasitəsilə çəkiliş apardığına, bununla kifayətlənməyərək məxfiçilik rejiminə riayət etmədən videogörüntülərin sosial mediada yayımlanmasına şərait yaradaraq xidmət etdiyi hərbi hissənin şərəfinə və Daxili Qoşunların döyüş şöhrətinə xələl gətirən hərəkətlərə yol verdiyinə görə N saylı hərbi hissənin gizir və M AX E hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilmiş, şərəf məhkəməsinin xx.xx.2022- ci il tarixli qərarı ilə onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır.Yuxarıda qeyd olunanlara əsasən İddiaçı xidmət müddətində onunla aparılmış fərdi və kollektiv tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığından hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin qərarına əsasən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üzrə qeyd olunan əsasnamənin və digər qanunvericiliyin tələbləri pozulmamışdır. Cavabdehin nümayəndəsi X4 etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları N saylı hərbi hissəsi tərəfindən verilmiş N3 nömrəli göndərişdən görünür ki, əsgər İddiaçın xx.xx.2022-ci il tarixdə AR SHXÇ Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə getməsi təklif edilmişdir. - -N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 167 №-li əmrindən görünür ki, X3 şərəf məhkəməsinə cəlb edilmiş, şərəf məhkəməsinin qərarına əsasən (protokol № 4, xx.xx.2020-ci il) ona “Xəbərdarlıq” elan olunmuşdur. - N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 444 №-li əmrindən görünür ki, İddiaçı şərəf məhkəməsinə cəlb edilmiş, şərəf məhkəməsinin qərarına əsasən (protokol № 13, xx.xx.2020-ci il) ona “Xəbərdarlıq” elan olunmuş, xidmətində və şəxsi intizamında dönüş yaratması tövsiyə edilmişdir. -Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2022-ci il tarixli 82 №-li şəxsi heyət üzrə əmrindən və N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Ə253- 399-22 №-li nizami hissə üzrə əmrindən görünür ki,İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidmətə uyğunsuzluğa görə) N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilmiş, hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinə göndərilmişdir. - İddiaçı barəsində təqdim olunan xx.xx.2022-ci il tarixli təqdimatın nəticə hissəsindən görünür ki, İddiaçı tutduğu vəzifəyə uyğun deyil, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırır. - Şəxsi işdə olan 1-ci söhbət vərəqindən görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş söhbət zamanı o, xx.xx.2022-ci il tarixdə hərbi xidmətinin başa çatdığını və həmin vaxta kimi ona möhlət verilməsini xahiş etmişdir. - Şəxsi işdə olan 2-ci söhbət vərəqindən görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş söhbət zamanı o, bir daha xx.xx.2022-ci il tarixə kimi ona möhlət verilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına görə Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizaminaməsində təsbit olunmuş əsaslara görə hərbi qulluqçusu öz Vətəni - Azərbaycan Respublikasının müdafiəçisidir. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Bundan başqa, hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; döyüşçü yoldaşlığına sadiq olmalı öz yoldaşlarına sözü və işi ilə kömək etməli onları nalayiq hərəkətlərdən çəkindirməli həyatını əsirgəmədən təhlükədən xilas etməlidir. «Hərbi vəzifə və hərbi xidmət» haqqında Azərbaycan Respublikası Qanununun 24-ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin ləğv edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova İş № 2-1(118)-295/2023 2023-cü il Sumqayıt şəhəri,51-ci məhəllə, ev 223, mənzil 11 İddiaçı Bakı şəhəri, Q.Musabəyov küçəsi 4 Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsi Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-295/2023 saylı 2023-cü il tarixli qərarı Sizə göndərilir. Qoşma: qərar vərəqdə. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar