Məhkəmə qərarları › İş №2-1(118)-2958/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2958/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2958/2025 20.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibb idarəsində Tibbi Profilatika və Ekologiya Şöbəsinin baş zabiti qismində xidmət etdiyi 2022-ci ilin sentyabrından 2023-cü ilin iyulunadək olan dövr üzrə - zabitlərin ******* nömrəli hərbi uçot ixtisasına əsasən hər ay vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməsinin şamil edilməsi, həmin dövr üzrə hər ay vəzifə maaşına 15 faiz miqdarında əlavə haqqın ödənilməsi və həmin məlumatların iddiaçının “Məlumat vərəqi”nə əlavə edilməklə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibb idarəsində Tibbi Profilatika və Ekologiya Şöbəsinin baş zabiti qismində 2022-ci ilin sentyabrından 2023-cü ilin iyulunadək iddiaçıya təhlükəli və ağır olan əmək şəraitinə görə a səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməsinə əsasən 15 faiz əlavənin ona ödənilməsi, 2022-ci ilin sentyabrından 2023-cü ilin iyulunadək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə iddiaçının adına tərtib olunmuş MN- 20558 nömrəli “Məlumat vərəqi” ndə onun hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlara Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında 9 yanvar 2004 -cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.2.1.1-ci bəndinə əsasən sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməsinə əsasən 15 faiz əlavə edilməsi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəmə iddia tələbinin dəqiqlədirilməsinə dair ərizə təqdim edərək, “İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibb idarəsində Tibbi Profilatika və Ekologiya Şöbəsinin baş zabiti qismində xidmət etdiyi 2022-ci ilin sentyabrından 2023cü ilin iyulunadək olan dövr üzrə - zabitlərin ******* nömrəli hərbi uçot ixtisasına əsasən hər ay vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməsinin şamil edilməsi, həmin dövr üzrə hər ay vəzifə maaşına 15 faiz miqdarında əlavə haqqın ödənilməsi və həmin məlumatların iddiaçının “Məlumat vərəqi”nə əlavə edilməklə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin sentyabrında 2023-cü ilin iyulunadək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Tibb idarəsində Tibbi Profilatika və Ekologiya Şöbəsinin baş zabiti qismində hərbi xidmət etmiş, hərbi xidmətdən ehtiyata buraxılmış, hal-hazırda pensiya alır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibb idarəsində Tibbi Profilatika və Ekologiya Şöbəsinin baş zabiti qismində 2022-ci ilin sentyabrından 2023-cü ilin iyulunadək iddiaçıya təhlükəli və ağır olan əmək şəraitinə görə a səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməsinə əsasən 15 faiz əlavənin ona ödənilməsi, 2022-ci ilin sentyabrından 2023-cü ilin iyulunadək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə adıma tərtib olunmuş MN- 20558 nömrəli “Məlumat vərəqi”ndə iddiaçının hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlara Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında 9 yanvar 2004 -cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.2.1.1-ci bəndinə əsasən sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməsinə əsasən 15 faiz əlavə edilməsi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi üçün müraciət etmişdir . Lakin iddiaçının tələbindən imtina edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı “təhlükəli və ağır olan əmək şəraitinə görə səhiyyə işçilərinə hər ay vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməsi” tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi 10 yanvar 2025-ci il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. İş materiallarından göründüyü kimi İddiaçı pensiyasının düzgün yoxlanması məqsədilə Azərbaycan Respublikasının müdafiə nazirinə elektron müraciət etmiş və müraciətinə 14 avqust 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən ətraflı məlumat verilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı 20 sentyabr 2022-ci il tarixdə Müdafiə nazirinin birinci müavini l Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmri ilə Tibb İdarəsinin Tibbi Profilaktika və Ekologiya şöbəsinin baş zabiti vəzifəsinə təyin edilmiş və Azərbaycan Respublikası müdafiə nazirinin 04 aprel 2023-cü il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyi ilə hərbi xidmətdən ehtiyata buraxılma) Azərbaycan Ordusundan ehtiyata buraxılmış və 16 iyul 2023-cü il tarixdə nizami hissə üzrə əmr ilə şəxsi heyət siyahısından çıxarılmışdır. İddiaçı Tibb idarəsində xidmətdə olduğu zaman zabitlərin hərbi uçot ixtisaslarına əsasən ******* nömrəli hərbi uçot ixtisasında olmuş və həmin ixtisasda olan hərbi qulluqçulara 15 faizi miqdarında əlavə haqq ödənilməsi həyata keçirilməmiş və sonuncu həmin uçot ixtisasından Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. Lakin, Azərbaycan Respublikasının müdafiə nazirinin 01 noyabr 2023-cü il tarixli müvafiq əmri ilə zabitlərin hərbi uçot ixtisaslarına əsasən ******* nömrəli hərbi uçot ixtisası ******* nömrəli uçot ixtisası ilə əvəz edildikdən sonra xidmətdə olan hərbi qulluqçulara 15 faizi miqdarında əlavə haqq ödənilməsi həyata keçirilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 47.2ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306, 308, 310 və 259.0.10-cu maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının təmin olunmaması tələbi haqqında Qərar qəbul edilməsini xahiş edirlər. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Həmin sənədlərə aiddir: SX ******* saylı “Hərbi bilet”in surəti; xidməti xasiyyətnamə; xx.xx.2024-cü il tarixli imtina məktubu və digər sənədlər aiddir. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 aprel 2023-cü tarixli əmri ilə Tibb İdarəsinin Tibbi Profilaktika və Ekologiya şöbəsinin baş zabiti vəzifəsindən ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək ona 15 faiz miqdarında əlavə haqq ödənilməsi və yeni “Məlumat vərəqi”nin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. Cavabdeh orqan isə onun müraciətini təmin etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsasız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmrinə əsasən 20 sentyabr 2022-ci il tarixdə Tibb İdarəsinin Tibbi Profilaktika və Ekologiya şöbəsinin baş zabiti vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 aprel 2023-cü il tarixli əmrinə əsasən isə Azərbaycan Ordusundan ehtiyata buraxılmış və 16 iyul 2023-cü il tarixində də nizami hissə üzrə əmr ilə şəxsi heyət siyahısından çıxarılmışdır. İddiaçı hal-hazırda ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibb idarəsində Tibbi Profilatika və Ekologiya Şöbəsinin baş zabiti qismində xidmət etdiyi 2022ci ilin sentyabrından 2023-cü ilin iyulunadək olan dövr üzrə - zabitlərin ******* nömrəli hərbi uçot ixtisasına əsasən hər ay vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməsinin şamil edilməsini, həmin dövr üzrə hər ay vəzifə maaşına 15 faiz miqdarında əlavə haqqın ödənilməsini və həmin məlumatların iddiaçının “Məlumat vərəqi”nə əlavə edilməklə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini tələb. Cavabdeh orqan özünün etirazında bildirmişdir ki, iddiaçı Azərbaycan Ordusundan ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 01 noyabr 2023cü il tarixli müvafiq əmri ilə zabitlərin hərbi uçot ixtisaslarına əsasən ******* nömrəli hərbi uçot ixtisası ******* nömrəli uçot ixtisası ilə əvəz edildikdən sonra xidmətdə olan hərbi qulluqçulara 15 faizi miqdarında əlavə haqq ödənilməsi həyata keçirilmişdir. “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 9 yanvar 2004cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.2.1.1-ci bəndinə əsasən: Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə aşağıdakı səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında əlavə haqq ödənilir: ..... p) sanitariya-profilaktika müəssisələrində, digər müəssisələrin sanitariya-profilaktika bölmə, şöbə və hissələrində aşağıdakı vəzifə və peşələrdə çalışan işçilər: baş həkim (həkim-epidemioloq vəzifəsi olmadıqda), çox təhlükəli yoluxucu epidemiyaya qarşı, epidemioloji, parazitoloji, bakterioloji, virusoloji, sanitar-karantin, sanitar-nəzarət, dezinfeksiya şöbələrinin, bölmələrinin və məntəqələrinin (profilaktik dezinfeksiya şöbələri, bölmələri istisna olmaqla) müdirləri, həkim-epidemioloq, həkim-dezinfeksionist, həkimparazitoloq, həkim-virusoloq, çox təhlükəli yoluxucu, sanitar-karantin, sanitar-nəzarət şöbələrinin, bölmələrinin həkimləri, elektromaqnit sahəli laboratoriyaların müdirləri, sanitar həkimləri, mühəndisləri, metropolitenlərin sanitar-epidemioloji stansiyalarının (şöbələrinin, qruplarının) ventilyasiya üzrə mühəndis vəzifələri, kommunal gigiyena və əmək gigiyenası üzrə sanitar həkimlər, açıq civə aparatlarında (o cümlədən, polyaroqraflara xidmət etməklə məşğul olan) işləmək üçün nəzərdə tutulan həkim-laborant və mühəndis vəzifələri, toksikoloji laboratoriyaların həkim-laborantları, yalnız dağ-mədən, filizçıxarma və kimya sənayesi müəssisələrində zərərli əmək şəraitində çalışan işçilərə xidmət etməklə məşğul olan əmək gigiyenası üzrə sanitar həkimlər; çox təhlükəli yoluxucu xəstəliklər üzrə şöbələrin, bölmələrin və məntəqələrin orta tibb heyəti vəzifələri, dezinfeksiyanın keyfiyyətinə nəzarət edən laborantlar, virusologiya və parazitologiya üzrə laborantlar, sanitar-karantin və sanitar-nəzarət şöbələrinin (bölmələrinin, məntəqələrinin) orta tibb heyəti vəzifələri, dezinfektorlar, dezinfeksiya təlimatçıları, həkim-epidemioloqların və həkim-parazitoloqların köməkçiləri, sanitar həkimlərin köməkçiləri, elektromaqnit sahəli laboratoriyaların texnikləri və laborantları, kommunal gigiyena və əmək gigiyenası üzrə sanitar bölmələrinin (qruplarının), eləcə də metropolitenlərin sanitar-epidemioloji stansiyalarının (bölmələrinin, qruplarının) texnikləri, laborantları və sanitar həkimlərinin köməkçiləri, açıq civə aparatlarında işləmək üçün nəzərdə tutulan (o cümlədən, polyaroqraflara xidmət etməklə məşğul olan) laborant və texniklər, yoluxucu xəstəliyi olan xəstələr daşımaqla məşğul olan orta tibb heyəti, toksikolojii laboratoriyaların laborantları, yalnız dağ-mədən, filizçi-xarma və kimya sənayesi müəssisələrində zərərli əmək şəraitində çalışan işçilərə xidmət etməklə məşğul olan əmək gigiyenası üzrə sanitar həkimlərin köməkçiləri; çox təhlükəli yoluxucu xəstəliklər üzrə şöbələrin (bölmələrin), acıq civə aparatlarında işləmək üçün nəzərdə tutulan (o cümlədən, polyaroqraflara xidmət etməklə məşğul olan) sanitarkarantin və sanitar-nəzarət bölmələrinin (şöbələrinin, məntəqələrinin), toksikoloji, bakterioloji laboratoriyaların, parazitoloji və virusoloji bölmələrin sanitar qadın vəzifəsində çalışan işçiləri, dezinfeksiyaedici vasitələri qablaşdırmaqla məşğul olan anbardarlar, dezinfektor vəzifəsi də həvalə edilən avtomobil sürücüləri, yoluxucu xəstəliyə tutulmuş xəstələri daşımaqla məşğul olan avtomobil sürücüləri və sanitar qadınlar, xəstəliyə yoluxmuş heyvanlarla vivariumda işləyən fəhlə və qulluqçular; Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi dəlilinə iddiaçının Tibb İdarəsində xidmətdə olduğu zaman zabitlərin hərbi uçot ixtisaslarına əsasən ******* nömrəli hərbi uçot ixtisasında olması və həmin ixtisasda olan hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirinin 01 noyabr 2023-cü il tarixli əmrinə əsasən hərbi uçot ixtisası ******* nömrəli uçot ixtisası ilə əvəz edildikdən sonra xidmətdə olan olan hərbi qulluqçulara 15 faizi miqdarında əlavə haqq ödənilməsinə münasibətdə bildirir ki, iddiaçının Tibb İdarəsində hərbi xidmətdə olduğu dövrdə (yəni 2022-ci ilin sentyabr ayından 2023-cü ilin iyul ayınadək olan dövrdə) “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 9 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qüvvədə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 01 noyabr 2023-cü il tarixli əmri hazırki vəziyyətdə yalnız nizamlayıcı rol oynayır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. İİ. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. İİİ. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. İV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən: İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. İİ. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. İİİ. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. İV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Vİ. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Vİİİ. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının müqayisəli təhlili zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yuxarı icra orqanıdır və mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Belə olan halda cavabdeh orqan tərəfindən iddiaçıya 15 faizi miqdarında əlavə haqq ödənilməsindən imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə bildirir ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 01 noyabr 2023-cü il tarixli əmrinin iddiaçı ordu sıralarından ehtiyata buraxıldıqdan sonrakı tarixə aid olması iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli qərarı təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən: Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin qaydaların 2-ci bəndinə əsasən: Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, məhkəmə sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibb idarəsində Tibbi Profilatika və Ekologiya Şöbəsinin baş zabiti qismində xidmət etdiyi 2022-ci ilin sentyabrından 2023-cü ilin iyulunadək olan dövr üzrə - zabitlərin ******* nömrəli hərbi uçot ixtisasına əsasən hər ay vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməsinin şamil edilməsi, həmin dövr üzrə hər ay vəzifə maaşına 15 faiz miqdarında əlavə haqqın ödənilməsi və həmin məlumatların iddiaçının “Məlumat vərəqi”nə əlavə edilməklə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibb idarəsində Tibbi Profilatika və Ekologiya Şöbəsinin baş zabiti qismində xidmət etdiyi 2022-ci ilin sentyabrından 2023-cü ilin iyulunadək olan dövr üzrə - zabitlərin ******* nömrəli hərbi uçot ixtisasına əsasən hər ay vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməsinin şamil edilməsi, həmin dövr üzrə hər ay vəzifə maaşına 15 faiz miqdarında əlavə haqqın ödənilməsi və həmin məlumatların iddiaçının “Məlumat vərəqi”nə əlavə edilməklə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar