Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3026/2025 06.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Quba rayon Mərkəzi Xəstəxanasına və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “Quba rayon mərkəzi xəstəxanasının və AR Tibbi ərazi bölmələri idarəetmə birliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, onlara dəymiş 64 min manat maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquqlardan istifadə edə bilmirlər. Belə ki, onlara qarşı edilən haqsızlıqlara görə təqiblərə məruz qalmış və ailə üzləri ilə birlikdə xəstəliyə düşmüşdür. Dövlət tərəfindən köməklik göstərilmir. Həyat yoldaşına da şəkər xəstəliyinə görə neçə aydır ki, dərmanlar verilməmişdir. Bu barədə KQMİ-nə müraciət olunsa da nəticəsi yoxdur. Məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Şikayətlər İcbari sığortaya ya da Təbibə göndərilir. (Təbib də köhnə qəzlərin surətlərini əlavə etməklə cavab məktubu göndərir. Xəstəliyi ilə bağlı yenidən sənədlərin DTSERA-ə göndərilməsi üçün müraciət olunsa da təmin olunmamışdır. Bütün xidmətlərə görə pul yığılır. 01 avqust tarixində yenidən dərman üçün resept təqdim edəndə dərmanın olmadığı bildirilmişdir. Ərizə yazdığına görə də xəstəxananın rəhbərliyinin göstərişinə aptek müdirinin yol polisində işləyən qohumu tərəfindən gizli kamera ilə cərimələr kompyüterə salınıb. Cəzasız qaldıqlarına görə onlar cinaət əməllərini davam etdirirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə məhkəmə iclası təyin edilmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 iddiaya münasibətində bildirmişdir ki, iddiaçı tərəfindən TƏBİB-ə ünvanlanan bütün müraciətlər mahiyyəti üzrə tam və obeyktiv araşdırılaraq aidiyyəti üzrə cavablandırılmışdır. İddiaçının heç bir müraciəti cavabsız qalmamışdır. Eyni zamanda İddiaçı TƏBİB tərəfindən ona zərər vurulduğunu iddia etsə də, ümumiyyətlə zərərin hansı əsasla vurulması, TƏBİB-in və digər cavabdehin hansı hərəkət və ya hərəkətsizliyinin ona zərər vurmasını qeyd etməmişdir. Bu səbəbdən də tərəfin məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun yaranmadığını məhkəmənin nəzərə almasını xahiş edirlər. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Quba rayon Mərkəzi Xəstəxanası iddiaya münasibət bildirməmiş, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Quba rayon mərkəzi xəstəxanasının və AR Tibbi ərazi bölmələri idarəetmə birliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, onlara dəymiş 64 min manat maddi və mənəvi ziyanın ödənilməsini istəyir. İddiaçı cavabdehlərin hərəkət, hərəkətsizliyindən narazıdır. Lakin hərəkət və hərəkətsizliyin nədən ibarət olması iddia ərizəsində əsaslandırılmamış, bu halı sübut edən hər-hansı sənəd, sübut əlavə edilməmiş, həmçinin məhkəməyə də təqdim edilməmişdir. Azərbaycan Respublikası Cavabdeh2 iddiaçıya ünvanlanmış 07 may 2024-cü il tarixli , 18-1/2-İ-1-10588/2024 saylı cavab məktubunda qeyd edilmişdir: “Sizin korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən xx.xx.2024-cü il tarixli 2-2/1-İ- 1218/1-31/2024/1374 nömrəli və xx.xx.2024-cü il tarixli 2-2/1 -1-2/1 -31 /2024/1506 nömrəli müşayiət məktubları ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, müraciətinizin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə xx.xx.2024- cü il tarixində istifadənizdə olan (051) ***-**-** telefon nömrəsi ilə sizinlə əlaqə saxlanılmış, qeyd olunan məsələlər barəsində ətraflı məlumat alınmış və iddia olunan faktların həqiqiliyinin sübuta yetirilməsi məqsədilə sübutların təqdim edilməsi xahiş olunsa da, tərəfinizdən hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Eyni zamanda müraciətinizdə qeyd olunan iddialarla bağlı araşdırma aparılmış, “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin Aptek bölməsinin müdiri X2 məsələ ilə əlaqədar izahatı alınmışdır. S.Nəcəfova xx.xx.2024-cü il tarixli izahatında arvadınız isayeva Sevda Yarməmməd qızının 2024-cü ilin mart ayına qədər mütəmadi olaraq "Amapl 4” dərman preparatı ilə təmin olunduğunu bildirmiş və təsdiqedici sənəd qismində müvafiq reseptləri təqdim etmişdir. S.Nəcəfova dərman preparatlarının apteklərə satılması iddiasını təkzib etmişdir. Əlavə olaraq bildiririk ki, təsdiqedici sənədlər təqdim ediləcəyi təqdirdə məsələyə yenidən baxılacaqdır.” Azərbaycan Respublikası Cavabdeh2 iddiaçıya ünvanlanmış 24 may 2024-cü il tarixli, 18-1/2-İ-1-12007/2024 saylı cavab məktubunda qeyd edilmişdir: “Sizin korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən xx.xx.2024-cü il tarixli 2-2/1-İ-2/1-31/2024/1506 nömrəli məktubla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsə (TƏBİB) daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, eyniməzmunlu müraciətinizə xx.xx.2024-cü il tarixində 18-1/2-1-1- 10588/2024 nömrəli məktubla cavab verilmişdir. Nəzərə almağınız xahiş olunur.” Azərbaycan Respublikası Cavabdeh2 iddiaçıya ünvanlanmış 12 sentyabr 2024-cü il tarixli, 18-1/2-İ-6159/2-1-21568/2024 saylı cavab məktubunda qeyd edilmişdir: “Sizin “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin (Xəstəxana) fəaliyyəti haqqında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən xx.xx.2024-cü il tarixli 3-39-24/2-İ-63xx-xx/2024 nömrəli məktubla Cavabdeh2 publik hüquqi şəxsə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müraciətinizdə qeyd edilən məsələ ilə bağlı qeyd edirik ki, həyat yoldaşınız Sevda İsayeva 29 aprel 2022-ci il tarixindən Xəstəxananın Poliklinika şöbəsinin endikrinoloji kabinetində dispanser qeydiyyatında olmaqla Aptek bölməsindən imtiyazlı xəstələr üçün nəzərdə tutulmuş dərmanlar siyahısına uyğun olaraq, hər ay dərman preparatları ilə təmin olunur. Sonuncu dəfə S.İsayeva 23 avqust 2024-cü il tarixində həkim-endokrinoloq Günay Abramovanın qəbulunda olmuş və pasiyentə lazımi tibbi xidmət göstərilmişdir. Eyni zamanda S.İsayevanın əlilliyin qiymətləndirilməsi üçün tibbi göndərişlərin aidiyyəti üzrə göndərilməməsi iddiası ilə bağlı bildiririk ki, S.İsayevaya aid tibbi göndərişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Agentlik) elektron altsisteminə göndərilmiş, lakin Agentlik tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məlumat üçün bildiririk ki, Agentlik Nazirliyin tabeliyində olan və əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Qeyd etmək istəyirik ki, '‘Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, TƏBİB-in cavab məktubu ilə razı olmadığınız təqdirdə inzibati qaydada yuxarı dövlət orqanına və ya məhkəməyə müraciət edə bilərsiniz. Nəzərə almağınızı xahiş edirik.” Azərbaycan Respublikası Cavabdeh2 iddiaçıya ünvanlanmış 27 sentyabr 2024-cü il tarixli, 18-1/2-İ-29-22861/2024 saylı cavab məktubunda qeyd edilmişdir: “Sizin korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsindən 23 09.2024-cü il tarixli 2-2- 021/2-130857/2024 nömrəli məktubla "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsə (TƏBİB) daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, eyniməzmunlu müraciətinizə xx.xx.2024-cü il tarixli 18-1/2-1-1- 10588/2024 nömrəli məktubla cavab verilmişdir. Nəzərə almağınız xahiş olunur.” Azərbaycan Respublikası Cavabdeh2 iddiaçıya ünvanlanmış 01 noyabr 2024cü il tarixli, 18-1/2-İ-1-25530/2024 saylı cavab məktubunda qeyd edilmişdir: Cavabdeh2n (TƏBİB), tabeliyində fəaliyyət göstərən aidiyyəti tibb müəssisəsinin, habelə müxtəlif dövlət qurumlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti haqqında Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsindən xx.xx.2024-cü il tarixli 1-6/04-1/2-326/2024 nömrəli məktubla TƏBİB-ə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, əvvəllər TƏBİB-ə daxil olmuş oxşar məzmunlu müraciətləriniz xx.xx.2024-cü il tarixli 18-1/2-İ-6159/2-1-21568/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 18- 1/2-İ-6159/3-1- 22044/2024 nömrəli məktublarla cavablandırılmış və Sizə müvafiq izahlar verilmişdir. Diqqətinizə çatdırmaq istərdik ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 6.9-cu maddəsinə əsasən vətəndaş müraciətlərinə dair tələblərdə müraciətin mətnində təhqir və böhtana yol verilməməsi şərtləndirilmişdir və müraciətiniz qeyd edilən maddənin tələblərinə cavab vermədiyi üçün həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən baxılmamış saxlanılır. Nəzərə almağınız xahiş olunur.” Göründüyü kimi, iddiaçı tərəfindən TƏBİB-ə ünvanlanan bütün müraciətlər cavablandırılmışdır. İddiaçı cavabdehlər tərəfindən ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etsə də, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hər hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamış, qeyd etdiyi zərərin vurulması və həmin zərərin hansı əsasla yaranması barədə heç bir sübut təqdim etməmişdir. “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinə münasibətdə isə hərhansı müraciət iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-3026/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3026/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver