Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3090/2024 03.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X21 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2013-cü il tarixli X5 və xx.xx.2017-ci il tarixli X1 atasının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 21 noyabr 2020-ci ildən hər iki uşağa görə Ailə başçısını itirməyə görə müavinət təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsi ilə iddiaçının ərizəsi qismən təmin edilmiş, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X6 2017-ci ildə İraq Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi qərara alınmışdır. Məhkəmənin bu iş üzrə qəbul edilmiş qətnaməsi qanuni qüvvə almış və X6 adına xx.xx.2023-cü ildə AZ-İİ 318429 nömrəli Ölüm haqqında şəhadətnamə verilmişdir.X4 iddiaçının qızının həyat yoldaşı olmuşdur. X10 ilə o Suriya Ərəb Respublikasına getmiş və İraq Respublikasında vəfat etmişdir. Onların birgə nikahından 2 övladları anadan olmuşdur. Onların xx.xx.2013-cü ildə anadan olmuş övladı X9 üzərində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 369 saylı Sərəncamı ilə, xx.xx.2017-ci ildə anadan olmuş X2 üzərində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 63 saylı Sərəncamı ilə qəyyum təyin edilmişdir. Hər iki uşaq 2019-cu ilin dekabr və 2020-ci ilin mart ayından onun qəyyumluğu altında yaşayır. Uşaqların anası hal-hazırda İraq Respublikasındadır. Uşaqların atası isə 2017-ci ildən ölmüş hesab edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehə müraciət edərək xx.xx.2013-cü il tarixli X5 və xx.xx.2017-ci il tarixli X1, atalarının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 2017-ci ildən hər iki uşağa görə Ailə başçısını itirməyə görə pensiya təyin olunmasına sərəncam verilməsini xahiş etmiş, lakin cavabdeh onun müraciətini müsbət həll etməmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının qəyyum təyin etmə barədə 13 dekabr 2019-cu il tarixli 369 nömrəli sərəncamına əsasən İddiaçı nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X5 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının qəyyum təyin etmə barədə 12 mart 2020-ci il tarixli 63 nömrəli sərəncamına əsasən İddiaçı nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilmişdir.İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(060)-3968/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə anadan olmuş X12 2017-ci il tarixdən İraq Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi qün 17 oktyabr 1991- ci il təvəllüdlü X7 ölüm günü hesab edilmişdir.İs materiallarında olan 06 dekabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 məhkəmə qətnaməsinə əsasən 21 noyabr 2023-cü il tarixdə ölmüşdür.Belə ki, Ş.Məmmədkərimovun vəfatı ilə əlaqədar İddiaçı nəvələri X3ma və X8 xx.xx.2023-cü il tarixdən hər birinə 120 manat məbləğində ailə başçısının itirilməsinə görə sosial müavinət təyin edilmişdir.İddiaçı təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surətinə əsasən Ş.Məmmədkərimov xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən, eyni zamanda Ş.Məmmədkərimovun ölmüş elan edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(060)-3968/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə qüvvəyə mindiyindən iddiaçıya 2017-ci il tarixdən sözügedən müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-311486/3/2023 nömrəli imtina məktubu, cavabdehin etiraz ərizəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 369 saylı Sərəncamının surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 63 saylı Sərəncamının surəti, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(060)-3968/2023 nömrəli qətnaməsinin surəti, Ölüm haqqında şəhadətnamənin surəti Doğum haqqında şəhadətnamələrin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun azyaşlı uşaqlara qəyyum təyin edilməsi vaxtından və ailə başçının itirməyə görə müavinətin cavabdeh tərəfindən təyin edildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq fondun mərkəzi filialı hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir.Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-311486/3/2023 nömrəli məktubla iddiaçının müraciəti müsbət həll edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.5-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə ailə başçısını itirməyə görə müavinət almaq hüququna malikdir. Həmin Qanunun 7.0.9 və 9.1.8-ci maddələrinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətmüvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə təyin edilir. Həmin Qanunun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar-hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.12.2-ci yarımbəndinə uyğun olaraq valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti təqdim olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarfna 7 nömrəli əlavənin 2.7.1-ci yarımbəndinə əsasən ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının surəti təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsi əsasında xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X6 2017-ci ildə İraq Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi qərara alınmışdır.Məhkəmənin müvafiq qətnaməsi qanuni qüvvəsini almış və X6 adına xx.xx.2023-cü ildə AZ-İİ 318429 nömrəli Ölüm haqqında şəhadətnamə verilmişdir. X6 2 övladı xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X2.Həmin uşaqların nənəsi İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamları ilə qəyyum təyin edilmişdir. İddiaçı uşaqların atası 2017-ci ildən ölmüş hesab edilməsinə görə xx.xx.2020-ci ildən Ailə başçısını itirməyə görə müavinətin təyin edilməsini cavabdehdən xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh təşkilatın bildirdiyinə görə həmin məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə mindiyindən iddiaçıya qeyd etdiyi sözügedən müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh təşkilatın gətirdiyi arqument məhkəmə tərəfindən araşdırılmış və məhkəmə hesab edir ki, cavabdehin müvafiq yanaşaması qanuni deyildir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsi ilə X6 2017-ci ildə İraq Respublikasında itkin düşməsi təsdiqləndiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarfna 7 nömrəli əlavənin 2.7.1-ci yarımbəndinin ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün ailə başçısının xəbərsiz itkin düşməsi meyrarı, yəni itkin düşdüyü tarixindən tətbiq olunmalıdır. Həmçinin, qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Göründüyü kimi, qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası, arxiv arayışı mövcuddur və həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 63 yaşının tamam olduğu 16 fevral 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2013-cü il tarixli X5 və xx.xx.2017-ci il tarixli X1 atasının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 21 noyabr 2020-ci ildən hər iki uşağa görə Ailə başçısını itirməyə görə müavinət təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3090/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3090/2024
03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver