Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-314/2025 04.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Üçüncü şəxs X4 və onun nümayəndəsi X5, İddiaçı cavabdeh Xaçmaz rayon Qaraçay-cek Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 nömrəli qərarına əsasən, İddiaçı 2498,29 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi satılmışdır. Xaçmaz Regional Ədliyyə İdarəsinin müraciəti əsasında apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, həmin qərarın və qərar əsasında ayrılmış torpaq sahəsinin torpaqayırma sənədləri Xaçmaz Rayon Dövlət arxivində aşkar edilməmiş, bələdiyyənin xx.xx.2006-cı il tarixli iclasının keçirilmədiyi, 14 saylı iclasın isə xx.xx.2006-cı il tarixdə keçirildiyi, 2006-cı ilin dekabr ayında keçirilmiş iclasın tarixi 21 dekabr 27 saylı olmuşdur. Rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. İddiaçının Xaçmaz Regional Ədliyyə İdarəsinə şikayətləri nəticəsində sonuncu cavabdeh inzibati orqana X3 fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi satılması barədə Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarının ləğv edilməsini rəsmi təklif etmiş və cavabdeh xx.xx.2019-cu il tarixli 13 nömrəli qərarı ilə xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ləğv etmişdir. Buna baxmayaraq, Gülnarə Həsənova ilkin qərar əsasında artıq çıxarış aldığından Xaçmaz Regional Ədliyyə İdarəsi şikayəti əsasında həmin çıxarışın ləğv və ya etibarsız hesab edilməsi barədə cavabdehə təklif məktubu göndərmiş və cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bələdiyyənin xx.xx.2006- cı il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi və həmin qərar əsasında verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli **********23 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Bir müddət sonra Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsi ərizə ilə həmin məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Bundan sonra X1 rayonu Qaraçay- Cek Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq onun xx.xx.2019-cu il tarixli 13 nömrəli qərarı ilə xx.xx.2006-cı il tarixli 14 saylı qərarının ləğv edilməsini xahiş etmiş və iddiası təmin olunaraq yuxarı instansiya məhkəmələrində də dəyişdirilmədən saxlanılmışdır. Hər 3 məhkəmə instansiyası qərarı onunla əsaslandırmışdır ki, bələdiyyə Gülnarə Həsənovanı xəbərdar etmədən birtərəfli qaydada öz qərarını ləğv etmişdir. Göründüyü kimi, həmin qərarlarda X3 fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi satılması barədə Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarının qanuni əsası mübahisələndirilməmiş, o cümlədən yuxarıda sadalanan (həmin qərarın və qərar əsasında ayrılmış torpaq sahəsinin torpaqayırma sənədlərinin Xaçmaz Rayon Dövlət arxivində aşkar edilməməsinə, bələdiyyənin xx.xx.2006-cı İl tarixli iclasının keçirilməməsinə, 14 saylı iclasın xx.xx.2006-cı il tarixdə keçirilməsi, 2006-cı ilin dekabr ayında keçirilmiş iclasın tarixinin 21 dekabr 27 saylı olması, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmaması) əsaslara qiymət verilməmişdir. Görünür, Həsənova (əvvəlki Allahyarova) X7 rayonu Qaraçay-Cek Bələdiyyəsinin keçmiş sədri Elşad Allahyarovun əmisi qızı olduğundan və ya savadsızlıqdan Elşad Allahyarov əmisi qızına torpaq ayıranda da, həmin qərarı ləğv edəndə də qanunvericiliyin tələblərinə əməl etməmişdir. Yuxanda sadalananlar, bələdiyyə sədrinin qanunvericiliyi pozmaqla apardığı prosedurun - Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarının ləğvinin yenidən qanunvericiliyə uyğun şəkildə aparılması zərurəti yaratmışdır. Belə ki, həmin qərar hüquqi baxımdan qanunsuz olmaqla yanaşı, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış 2498,29 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyündən subyektiv hüquqlarını da pozur. Bundan əlavə, Xaçmaz Rayon Məhkəməsində işə baxılarkən təyin edilmiş ekspert rəyinə əsasən, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 nömrəli qərarına əsasən, iddiaçıya ayrılmış 2498,29 kv.m həyətyanı torpaq sahəsinin 69 kv.m hissəsi mübahisələndirilən qərarla Gülnarə Həsənovaya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Xaçmaz rayonu, Qaraçay-Cek bələdiyyəsinə və üçüncü şəxs X6ma qarşı “qərarın ləğvinə dair” iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək X3 fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsinin satılması barədə Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, Xaçmaz Regional Ədliyyə İdarəsinə şikayəti nəticəsində sonuncu cavabdeh inzibati orqana X3 fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi satılması barədə Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarının ləğv edilməsini rəsmi təklif etmiş və cavabdeh xx.xx.2019-cu il tarixi, 13 nömrəli qərarı ilə xx.xx.2006-cı il tarixli, 14 saylı qərarını ləğv etmişdir. Buna baxmayaraq, Gülnarə Həsənova ilkin qərar əsasında artıq çıxarış aldığından Xaçmaz Regional Ədliyyə İdarəsi şikayətim əsasında həmin çıxarışın ləğv və ya etibarsız hesab edilməsi barədə cavabdehə təklif məktubu göndərmiş və cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bələdiyyənin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarının etibarsız hesab edilməsi və həmin qərar əsasında verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli, **********23 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Bir müddət sonra Xaçmaz rayonu Qaraçay-Сек Bələdiyyəsi ərizə ilə həmin məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Bundan sonra X1 rayonu Qaraçay-Cek Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq onun xx.xx.2019-cu il tarixli, 13 nömrəli qərarı ilə xx.xx.2006-cı il tarixli, 14 saylı qərarının ləğv edilməsini xahiş etmiş və iddiası təmin olunaraq yuxarı instansiya məhkəmələrində də dəyişdirilmədən saxlanılmışdır. Hər 3 məhkəmə instansiyası qərarını onunla əsaslandırmışdır ki, bələdiyyə Gülnarə Həsənovanı xəbərdar etmədən birtərəfli qaydada öz qərarını ləğv etmişdir. Göründüyü kimi, həmin qərarlarda X3 fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi satılması barədə' Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarının qanuni əsası mübahisələndirilməmiş, o cümlədən yuxarıda sadalanan (həmin qərarın və qərar əsasında ayrılmış torpaq sahəsinin torpaqayırma sənədlərinin Xaçmaz Rayon Dövlət Arxivində aşkar edilməməsinə bələdiyyənin xx.xx.2006-cı il tarixli iclasının keçirilməməsinə, 14 saylı iclasın xx.xx.2006-cı il tarixdə keçirilməsi, 2006-cı ilin dekabr ayında keçirilmiş iclasın tarixinin 21 dekabr 27 saylı olması, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmaması) əsaslara qiymət verilməmişdir. Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2006- cı il tarixli, 14 saylı qərarının ləğvinin yenidən qanunvericiliyə uyğun şəkildə aparılması zərurəti yaratmışdır. Belə ki, həmin qərar hüquqi baxımdan qanunsuz olmaqla yanaşı, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə ona ayrılmış 2498,29 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyündən subyektiv hüquqlarını da pozur. Bundan əlavə, Xaçmaz Rayon Məhkəməsində işə baxılarkən təyin edilmiş ekspert rəyinə əsasən, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən, ona ayrılmış 2498,29 kv.m həyətyanı torpaq sahəsinin 69 kv.m hissəsi mübahisələndirilən qərarla Gülnarə Həsənovaya ayrılmış torpaq sahəsi üst-üstə düşür. İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən tam əsassız olmaqla təmin edilməməlidir. Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli protokolu ilə yaşadıqları kəndin ərazisindən 0.12 ha torpaq sahəsi iddiaçı X3 ayrılmışdır. Qeyd olunan müvafiq qərara əsasən 0.12 ha torpaq sahəsinə hüquqi qeydiyyata alınmış və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 13 nömrəli protokoluna əsasən faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin ayrılması barədə bələdiyyənin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarı ləğv edilmişdir. DT və XK Xaçmaz rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli, 2579 saylı rəyindən görünür ki, X6ma bələdiyyə mülkiyyətindən fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0.12 ha torpaq sahəsinin satılması qanuna müvafiqdir. **********23 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu Qaraçay-Cek kəndi ərazisində 0.12 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd X3 bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı əsasında satılmış 0.12 ha ölçüdə torpaq sahəsinə dair tərtib edilmişdir. Xaçmaz rayonu Qaraçay-Cek kənd bələdiyyəsinin 18 noyabr 2019- cu il tarixli, 13 nömrəli iclas protokolundan görünür ki, bələdiyyənin 20 dekabr 2006-cı il tarixli, 14 saylı Qaraçay-Cek kənd sakini X3 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarı ləğv edilmişdir. Qərarın ləğvi üçün əsas kimi Xaçmaz Regional Ədliyyə İdarəsinin müraciəti əsasında aparılmış araşdırma nəticəsində memarlıq xidmətinin rəyinin alınmaması, xx.xx.2006-cı il tarixdə bələdiyyənin iclasının keçirilmədiyi göstərilmişdir. X1 rayonu Qaraçay-Cek Bələdiyyəsinə qarşı “20 dekabr 2006-cı il tarixli, 14 saylı qərarı ilə iddiaçıya 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair Bələdiyyənin 18 noyabr 2019-cu il tarixli, 13 nömrəli protokol qərarının ləğv edilməsi” tələbinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-557/2021 saylı qərarı ilə iddiası təmin edilərək Xaçmaz rayonu Qaraçay- Cek kənd bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli, 14 saylı qərarı ilə iddiaçıya 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair bələdiyyənin 18 noyabr 2019-cu il tarixli, 13 nömrəli protokol qərarı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1 (105)-41 /2022 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-557/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (102)-849/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2- l(105)-41/2022 saylı qərarı dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-l(102)-849/2022 saylı qərarında göstərilir ki, kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin 18 noyabr 2019-cu il protokoluna əsasən torpaq sahəsinin ayrılması barədə bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı ləğv edilmişdir. Ləğvin əsası kimi protokolda qeyd edilmişdir ki, ümumiyyətlə həmin tarixdə, yəni 20 dekabr 2006-cı il tarixli iclasın keçirilmədiyi, torpaq sahəsinin ayrılmasına dair torpaq ayırma sənədlərinin mövcud olmadığı, 14 saylı iclasın 31 may 2006-cı il tarixdə keçirildiyi, dekabr ayında keçirilən iclasın 27 saylı olduğu bildirilmişdir. Həmin qərarın ləğvi üçün aşağıdakı əsaslar olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsindən alınmış cavab məktubundan da görünür ki, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.12 ha torpaq sahəsinin X6ma satılması ilə bağlı Xaçmaz rayonu Qaraçay-Cek Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarının qanunauyğunluğunun yoxlanılması barədə eyni məzmunlu müraciəti əsasında aparılmış müvafiq araşdırma nəticəsində qeyd olunan qərarın qanunsuz olduğu müəyyən edilmiş və həmin qərarın ləğv edilməsi ilə bağlı Qaraçay-Cek Bələdiyyəsinə xx.xx.2019-cu il tarixdə N 04/M-554 saylı təklif məktubu göndərilmiş və bu barədə xx.xx.2019-cu il tarixdə 04/M-554 saylı məktubla DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və İddiaçı rəsmi məlumat verilmişdir. Qanunsuz olmağın əsası kimi isə həmin məktubda qeyd edilmişdir ki, ümumiyyətlə belə bir iclas keçirilməmiş və bununla bağlı regional ədliyyə idarəsinə heç bir məlumat verilməmçişdir. Protokolda bununla tanış olmaq mümkündür. Bələdiyyə iclasının protokolunda həmin tarixdə heç bir iclasın keçirilmədiyi qeyd edilmişdir. Olmayan, keçirilməyən bir iclasa görə sənədlərin təqdim edilməsi və bunun əsasında maraqlı Şəxs İddiaçı mülkiyyət hüquqlarım pozan bir qərar qəbul edilmişdir ki, hesab edir ki, bu məhkəmə tərəfindən nəzərə alınmamışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə bələdiyyə tərəfindən 2006-cı ildə qəbul etdiyi qərarı 14 ildən sonra özü tərəfindən ləğv edilməsi iddiaçının hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəldiyindən əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv oluna bilər. Cavabdeh hazırda mübahisə predmeti olan qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməyərək inzibati icraat aparmamış, iddiaçım icraata cəlb etməmiş, qəbul etdiyi aktı əsaslandırmamışdır. Odur ki, Qanunun 67-ci maddəsinə əsasən, haqlı olaraq bələdiyyənin qəbul etdiyi akt məhkəmə tərəfindən ləğv edilmişdir. İddiaçı torpaq sahələrinin üst-üstə düşməsi barədə dəlilinə gəldikdə: Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-1206/2019 saylı qətnaməsində göstərilir ki, məhkəmədə dindirilən cavabdeh İddiaçı göstərmişdir ki, Xaçmaz rayonunun Qaraçay-Cek kəndi ərazisində yerləşən, iddiaçının almaq istədiyi 0.12 ha həyətyanı torpaq sahəsinin iddiaçıya verilməsi və ya həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasına heç bir maneəçilikləri olmamış və bundan sonra da olmayacaqdır. İddiaçının qeyd etdiyi 0.12 ha torpaq sahəsi ona məxsus olan həyətyanı torpaq sahəsinin yanında yerləşir. İddiaçının və ərinin mübahisə yaratdıqları torpaq sahəsinin onlara verilən 0.12 ha torpaq sahəsinə heç bir aidiyyatı yoxdur və tam başqa bir ərazidir. Göründüyü kimi İddiaçı hazırki iddia ərizəsində qaldırdığı məsələlər məhkəmə araşdırmasının predmeti olmuş və məhkəmələr tərəfindən həmin dəlillər qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs X4 və onun nümayəndəsi X8 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə mübahisələri üçüncü şəxsin torpaq sahəsinə zibil tökməsi ilə bağlıdır. İddiaçı cərimə də edilib. Məhkəmə mübahisələri olub və onların xeyrinə həll edilib. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı cavabdehin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarının ləğv edilməsini istəyir. Məhkəmə qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bir neçə məhkəmə çəkişmələri olmuş, iddiaçı Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edilən zaman məhkəmə iclasında iştirak etmiş, Xaçmaz rayon Qaraçay-cek Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarından məlumatlı olmuşdur. Lakin iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında iddiaçı X2 Xaçmaz rayonu Qaraçay-cek Bələdiyyəsinə qarşı “20 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair Bələdiyyənin 18 noyabr 2019-cu il tarixli, 13 nömrəli protokol qərarını ləğv edilməsi” tələbinə dair inzibati iş olmuş, Məhkəmənin 1 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək Xaçmaz rayonu Qaraçay cek bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair həmin bələdiyyənin 18 noyabr 2019-cu il tarixli 13 nömrəli protokol qərarı ləğv edilmişdir. Məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin XİV və XV fəsillərində torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını və əsaslarını tənzimləyən xüsusi normaları təsbit edilmişdir. Lakin bələdiyyə həmin normaları nəzərə almadan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərarını ləğv etmişdir. Bələdiyyənin vətəndaşı xəbərdar etmədən birtərəfli qaydada öz qərarı ilə torpaq sahəsinin iddiaçıya verilməsinə dair qərarını ləğv etməsi qanunsuz olmuşdur. Məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. İddia ərizəsində qeyd edilən – “mübahisələndirilən qərarın və qərar əsasında ayrılmış torpaq sahəsinin torpaqayırma sənədlərinin Xaçmaz rayon Dövlət Arxivində aşkar edilməməsi, bələdiyyənin xx.xx.2006-cı il tarixli iclasının keçirilməməsi, 14 saylı iclasın xx.xx.2006-cı il tarixdə keçirilməsi, 2006-cı ilin dekabr ayında keçirilmiş iclasın tarixinin 21 dekabr 27 saylı olması, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmaması” hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı cavabdehin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarını mübahisələndirsə də sözügedən qərarın ləğv edilməsinə dair Bələdiyyənin 18 noyabr 2019-cu il tarixli, 13 nömrəli protokol qərarının qanunsuzluğuna dair məhkəmə araşdırması aparılmışdır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı) Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-314/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-314/2025
04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver