Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3154/2023 13.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli 001341 nömrəli şəhadətnamə ilə satın alınmış Qusar rayonun Samur qəsəbəsi ərazisində mövcud, X11 aid 02 hektar torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçının adına qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli 001341 nömrəli şəhadətnamə ilə satın alınmış Qusar rayonun Samur qəsəbəsi ərazisində mövcud, X11 aid 02 hektar torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçının adına qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Samur qəsəbəsi ərazisində mövcud X13 və həmin məntəqənin yerləşdiyi 02 ( iki) hektar torpaq sahə Dövlət Əmlak Komitəsinin Dövlət Əlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli 001341 saylı iddiaçının mülkiyyət hüququnu təsdiqləyən şəhadətnaməsi ilə X9 əmək kollektivi tərəfindən satın alınmışdır. X11 aid 02 ( iki ) hektar torpaq sahəyə mülkiyyət hüququnu təsdiqləyən torpağa mülkiyyət hüququna dair 18 iyul 2003-cü il tarixli JN ; 0264 KOD ********* saylı Dövlət Aktı tərtib edilərək, Dövlət aktarının qeydiyyat kitabında 264 nömrə ilə qeydiyyata alınmaqla həmin aktın bir nüsxəsi Qusar rayon torpaq şöbəsi rəhbərliyi tərəfindən ona təhvil verilmişdir. Tərəfindən özəlləşdirilmiş X11 aid 02 hektar torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi xahişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi İdarəsinə 26 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Xaçmaz 5 saylı Ərazi İdarəsi əsassız olaraq X14 aid 02 hektar sahəni qeydiyyata almayaraq, 07.04. 2023-cü il tarixli 3-21-3-34/ 2- 3965-2023 saylı bildirişlə həmin torpağın onun adına qeydiyyata alınmasına imtina edərək, ona mülkiyyət hüququmu təsdiqləyən çıxarış verilməmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Qusar rayonu, Samur kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 2.00 ha torpaq sahəsi üçün tərəfinizdən JN-0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” təqdim edilmişdir. Bildiririk ki, JN-0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və dövlət aktı elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamışdır. Bu səbəbdən də, JN-0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın elektron kadastr (DWG) məlumatlarının, həmçinin aktın verilməsinə əsas olan ilkin torpaqayırma sənədlərinin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastn və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, arxivdə və elektron kadastr bazasında sözügedən JN-0264 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na dair məlumat aşkar edilməmişdir. Bundan əlavə, nəzərinizə çatdırırıq ki, JN-0264 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktf’nda göstərilən 2.00 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-cİ maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlər göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxanda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddəsinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34-2-3965/2023 nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - № 001341 saylı, 2 nömrəli reyestr kitabının 93-cü səhifəsində, 001341 qeydiyyat nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” X13 İddiaçı, X3, X4, X2, X7 və digərlərinə satılmışdır. - JN 0264, KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli, 001341 nömrəli şəhadətnamə əsasında sahibkarlıq fəaliyyəti məqsədilə 2.00 ha torpaq sahəsinin İddiaçı ayrıldığı qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında Qusar rayon Dövlət Arxivindən daxil olmuş 12 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” vətəndaşlara verilmiş şəhadətnamələr, dövlət aktları rayon arxivinə təhvil verilməmişdir. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş 25 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli, 001341 nömrəli şəhadətnamə və JN 0264, KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” elektron bazada aşkar edilməmişdir və Mərkəzin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 07 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 07 iyul 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının hal-hazırda mülkiyyətində olan Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” X13 № 001341 saylı, 2 nömrəli reyestr kitabının 93-cü səhifəsində, 001341 qeydiyyat nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” əsasında İddiaçı, X3, X4, X2 və X1. İddiaçı sözügedən “Samur” X9 yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 07 iyul 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının qeyd olunan torpaq sahəsinin ona № 001341 saylı, xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” əsasında satıldığını əsas göstərsə də, məhkəmə tədqiqatı zamanı aydın olur ki, həmin şəhadətnamə əsasında iddiaçıya və digər şəxslərə (İddiaçı, X3, X4, X2 və X7) yalnız Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” X13 satılmışdır. Həmin şəhadətnamə ilə iddiaçıya torpaq sahəsinin satılması nəzərdə tutulmamışdır və Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” üzüm emalının yerləşdiyi torpaq sahəsi iddiaçıya satılmamışdır. JN 0264, KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli, 001341 nömrəli şəhadətnamə əsasında sahibkarlıq fəaliyyəti məqsədilə 2.00 ha torpaq sahəsinin İddiaçı ayrıldığı qeyd edilsə də, həmin şəhadətnamə əsasında iddiaçıya və digər şəxslərə (İddiaçı, X3, X4, X2 və X7) yalnız Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” X13 satılmışdır. Həmçinin məhkəmə tərəfindən işlə bağlı tam, hərtərəfi və obyektiv araşdırmanın həyata keçirilməsi üçün aidiyyatı üzrə sorğular verilmişdir. Məhkəməyə sorğu əsasında Qusar rayon Dövlət Arxivindən daxil olmuş 12 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” vətəndaşlara verilmiş şəhadətnamələr, dövlət aktları rayon arxivinə təhvil verilməmişdir. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş 25 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli, 001341 nömrəli şəhadətnamə və JN 0264, KOD 30102018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” elektron bazada aşkar edilməmişdir və Mərkəzin arxivində aşkar edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının tələbinin təmin edilməsindən haqlı olaraq imtina etmişdir. Belə ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Qeyd olunan əsasnamənin 4-cü bəndinə əsasən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Sözügedən Əsasnamənin 12-ci maddəsinə görə torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsinə aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Qeyd olunan Əsasnamənin tələblərindən göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçisinin həmin torpaq sahəsini almaqda üstünlük hüquqları vardır. Bu zaman qeyd olunan obyektlərin altında yerləşən torpaq sahələrinin mülkiyyətçiləri müraciət əsasında və ya həmin torpaq sahəsini almağa niyyətləri olduğu halda qanunvericilikdə müəyyən edilmiş sənədləri təqdim etməklə həmin torpaq sahəsini birbaşa satın ala bilərlər. Lakin digər hallarda, yəni torpaq sahəsi üzərində yerləşən müəssisə və obyektin mülkiyyətçisi olmayan hər hansı bir şəxs tərəfindən torpaq sahəsi qeyd olunan əsasnamənin tələblərinə uyğun olaraq açıq hərrac vasitəsilə alına bilər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Qanunun 29.2-ci maddəsinə əsasən, bu Qanunun 29.1-ci maddəsində göstərilən alqı-satqı müqaviləsində hərracın, müsabiqənin və yaxud satınalmanın şərtlərindən irəli gələn öhdəliklərdən başqa dövlət əmlakının alqı-satqı müqaviləsinin tələbləri kimi aşağıdakılar göstərilməlidir: 29.2.1. özəlləşdirilən dövlət əmlakının satıcısı və alıcısı barədə məlumat; 29.2.2. özəlləşdirmə obyektinin adı, yerləşdiyi yer, torpaq sahəsi, tərkibi və dəyəri; 29.2.3. səhmdar cəmiyyətinin səhmlərinin sayı, onların növü və nominal dəyəri; 29.2.4. özəlləşdirmə obyektinin dəyərinin ödənilməsi forması və onun alıcının mülkiyyətinə verilməsi qaydaları; 29.2.5. tərəflərin öhdəlikləri və onların icra müddəti; 29.2.6. tərəflərin razılığı ilə digər şərtlər. 29.3. Özəlləşdirilmiş əmlak özəlləşdirmə əqdi qüvvədə olduğu müddətdə özgəninkiləşdirildikdə bu əqdlə müəyyən edilmiş öhdəliklər həmin əmlakı əldə etmiş yeni mülkiyyətçi üçün məcburidir. 29.4. Alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi üzərində nəzarəti dövlət əmlakının satıcısı həyata keçirir. 29.5. Özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilir. 29.6. Özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. 29.7. Alıcı ixtisaslaşdırılmış çek və pul hərraclarında aldıqları səhmlərə mülkiyyət hüququnu auksionların nəticələri haqqında protokolun təsdiq etdiyi gündən əldə edir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin üzərində yerləşən obyekt, yəni - Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” X13 iddiaçıya məxsus olduğundan, iddiaçının həmin torpaq sahəsini almaqda üstünlük hüquqları vardır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli 001341 nömrəli şəhadətnamə ilə satın alınmış Qusar rayonun Samur qəsəbəsi ərazisində mövcud, X11 aid 02 hektar torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçının adına qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 05 mart 2002-ci il tarixli 001341 nömrəli şəhadətnamə ilə satın alınmış Qusar rayonun Samur qəsəbəsi ərazisində mövcud, X11 aid 02 hektar torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçının adına qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva