Məhkəmə qərarları › İş №2-1(118)-317/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-317/2020

06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-317/2020 06.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının vəkili X2 iştrakı ilə, İddiaçı Cavabdehnə qarşı “Aqrar islahatı zamanı ona ayrılmalı olan torpaq sahəsinin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Aqrar islahatı zamanı ona ayrılmalı olan torpaq sahəsinin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxx 1992-ci il tarixdə keçmiş X10 Təsərrüfatının 3 nömrəli briqadaya fəhlə qəbul edilməklə əmək fəaliyyətinə başlamış və xx xxxxx 1998-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 1994-cü ildə Azərbaycan Respublikasımn Prezidentinin Fərmanına əsasən torpaq islahatına başlanıldı və qeyd olunan fərmana əsasən kənd təsərrüfatı müəssiələrində çalışan əməkdaşlara pay torpaq sahəsi ayrılırdı. Həmin dövrdə o çalışdığı təsərrüfatın rəhbərliyinə torpaq sahəsi ayrılması baradə müraciət etmiş, orada ona bildirmişlər ki, sovxozda çalışan bütün əməkdaşların siyahısı Quba rayon X4 təqdim olunmuş, islahatla hamınıza pay torpaq sahəsi ayrılacaqdır, o də onların sözünə inanıb heç bir aidiyyatı orqana müraciət etməməmişdir. Son vaxtlar onunla çalışan fəhlə və qulluqçularla görüşəndə onlar bildilər ki, onlara işlədiyimiz Yardımçı təsərrüfatının torpağındaa AİK-in qərarı ilə torpaq sahəsi ayrılmışdır. O, pozuhnuş hüquqlarının bərpası ilə əlaqədar Dövlət Arxivi Quba filialın xx.xx.2018-ci il tarixli məktubu ilə X10 X5 komissiyasının heç bir il üçün sənədləri Dövlət Arxivi Quba filialına təhvil verilməmişdir. Onun xəbəri olmasa da adına hər hansı bir daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X7 xx.xx.2018-ci il tarixli arayışından aşkar olur ki, onun adına heç bir daşınmaz əmlak qeydiyyata alınmamışdır. Qeyd etdiyi hərəkətlərdən sonra ona bildirmişlər ki, keçmiş X10 Təsərrüfatının torpaqları Quba bələdiyyəsinə təhvil verilmişdir. O, xx xxxx 2019-cu il tarixdə Quba bələdiyyəsinə müraciət edərək Quba şəhəri ərazisində pay torpaq sahəsi ayrılmasını xahiş etmiş, Quba bələdiyyəsi 04. 07. 2019-cu il tarixli məktubu ilə ona pay torpaq sahəsi ayrılmasından imtina etmişdir. Bundan sonra o, xx.xx.2019-cu il tarixdə Quba rayon X3 hüquqi varisi olan Cavabdehnə ərizə ilə müraciət edərək aqrar islahatı nəticəsində ona ayrılmalı olan pay torpaq sahəsinin verilməsini xahiş etmiş, lakin Cavabdeh xx.xx.2019-cu il tarixdə aldığı cavab onu qane etmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaya olan xx.xx.2019-cu il tarixli, 2750/1 nömrəli etirazında bildirmişdir ki, “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X6, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X3 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X4 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X4 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X6 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X3 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "Dövlət Aqrar islahatı Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X1 hüquqi varis müəyyən edilməmişdir. Göründüyü kimi torpaq islahatını Azərbaycan Respublikası Dövlət X6, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublıkasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında" Azərbaycan Respublıkasının xx xxxx 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edılməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, İddiaçı tələbi üzrə cavab verməli olan dövlət qurumu (X6) artıq mövcud deyildir. Həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir, Cavabdeh isə aqrar islahat əsasında və ya digər formada vətəndaşların mülkiyyətinə torpaq sahəsi vermək səlahiyyəti və öhdəliyi yoxdur. Belə ki, artıq ölkədə aparılan aqrar islahat yekunlaşmış, X1 fəaliyyətinə son qoyulmuş, islahatla bağlı tərtib edilmiş siyahılar arxivə təhvil verilmiş, torpaq sahəsinin yeni mülkiyyətçiləri formalaşmışdır ki, bununla da hər hansı bir vətəndaşa sonradan pay torpaq sahəsinin verilməsi mümkün deyil və rayon icra hakimiyyətləri də X1 hüquqi varisi deyildir. Həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi, bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. Göründüyü kimi, aqrar islahat zamanı hər hansı səbəbdən pay torpağı verilməmiş vətəndaş, sonradan kənd təsərrufatı təyinatlı torpaq sahəsini bələdiyyələrin ehtiyat torpaq fondundan qanunvericiliklə müəyyən olunmuş qaydada satın almaqla, yaxud bələdiyyə mülkiyyətində olan torpaqlardan icarəyə götürməklə əldə edə bilər. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərə lazimi qaydada xəbərdalıq etməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə tərəflərin iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı Torpaq islahatı zamanı ona verilməmiş pay torpağının Cavabdeh hesabına verilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli X1 çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon X4 şikayət edə bilərlər. Rayon X6 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X4 və ya Naxçıvan Muxtar Respublikası X4 müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət X6 və ya Naxçıvan Muxtar Respublikası X6 bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X3 və ya Naxçıvan Muxtar Respublikası X3 qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət X6 Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin xx xxxxx 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür və həmin qurumun hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə yerli icra hakimiyyətləri özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyələr verilmiş və yerli icra hakimiyyətləri tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Hazırki işdə iddiaçı ona aqrar islahat zamanı ayrılmamış torpaq sahəsinin, Cavabdehndən ona ayrılmasını tələb edir ki, Cavabdeh bununla bağlı qanunvericilikdən irəli gələn bir öhdəliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə İcra Hakimiyyəti orqanı məcbur edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Aqrar islahatı zamanı ona ayrılmalı olan torpaq sahəsinin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə” dair iddiası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən qeyri mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar