Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3323/2024 29.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı “sərəncamın ləğv edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: MÜBAHiSƏLi HÜQUQi MƏSƏLƏNiN QİSA XÜLASƏSi
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli Sərəncamına əsasən, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13 nömrəli yataqxana binasında yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31.000 manat birdəfəlik yardım ödənilməsinə dair hissədə ləğv edilməsi və cavabdehin üzərinə bazar qiyməti əsasında iddiaçıya 60.000 manat məbləğində kompensasiya ödəmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan: ünvan 2 ilə iddiaçıya məxsusdur. Həmin ünvanda qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli sərəncamına əsasən, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13 nömrəli yataqxana binasında yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31.000 manat birdəfəlik yardım ödənilməsi nəzərdə tutulmuşdur. Sərəncamın məzmunundan görünür ki, başqasının mülkiyyətində olan əmlakı satın almaq əvəzinə ona yardım göstərilməsi ilə bağlıdır. İddiaçı qeyd edir ki, mənzil bir otaqdan ibarət olsa da, verilən kompensassiya məbləği ilə razı deyildir. Çünki, hal-hazırda onun Sumqayıt şəhərində yaşadığı mənzilin ətrafında olan bir otaqlı mənzillərin bazar dəyəri 55.000-60.000 manat arasında dəyişir. Bu səbəbdən də verilən kompensassiya məbləğini almaqdan imtina etmişdir. Cavabdeh binanın sökülməsi üçün fəaliyyətə başlamışdır. Onun razılığı olmadan mülkiyyətindən çıxarılmışdır. Nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Hesab edir ki, cavabdehin başqasının mülkiyyətinə birbaşa qiymət qoymaq hüququ yoxdur. Qiymət bazar qiymətləri əsasında tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilməlidir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
4. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
5. İddiaçı tərəfə 16 fevral 2023-cü il tarixdə İPM-in 13, 48-ci maddələri və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 205-ci il tarixli, 5 nömrəli Qərarının tələblərini özündə əks etdirən hüquqi yardıma dair məktub göndərilmişdir.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bu barədə hər hansı bir məlumat verilməmişdirlər.
7. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
8. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
Maddə 7. Azərbaycan dövləti (-) İİİ. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti: (-) 8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;
Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları İ. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.
Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (-) İİİ. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir: 1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
Maddə 3. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi 3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır. 3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. 3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir: (-) 3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları; (-)
11. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
Maddə 3. Konstitusiya Məhkəməsinin səlahiyyətləri Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin İ hissəsi, 86-cı maddəsi, 88-ci maddəsinin İ hissəsi, 101-ci maddəsinin V hissəsi, 102-ci maddəsi, 103-cü maddəsinin İ hissəsi, 104-cü maddəsinin İİ və İİİ hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin İİİ – Vİİ hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir.
Maddə 40. Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın üsulları və növləri 40.1. Konstitusiya Məhkəməsində icraat aşağıdakı üsullarla həyata keçirilir: 40.1.1. konstitusiya məhkəmə icraatı; 40.1.2. xüsusi konstitusiya icraatı. 40.2. Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə konstitusiya məhkəmə icraatı aşağıdakı növlərdə həyata keçirilir: 40.2.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlərin həlli üçün verilmiş sorğular və ya şikayətlər ilə əlaqədar işlərin icraatı; 40.2.2. qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin icraatı. 40.3. Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə xüsusi konstitusiya icraatının aşağıdakı növləri həyata keçirilir:
Maddə 52. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar sorğu və ya şikayətə baxılmasının xüsusiyyətləri 52.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya şikayət, bir qayda olaraq, 30 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur.
12. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (-) 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); (-) 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (-)
Maddə 3. İnzibati məhkəmələr və məhkəmə kollegiyaları 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. 3.3. İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.
MƏHKƏMƏNİN MÖVQEYİ
13. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.
14. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
15. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
16. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)
18. Hazırki iş üzrə iddiaçının tələbi iki hissədən ibarətdir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli Sərəncamına əsasən, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13 nömrəli yataqxana binasında yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31.000 manat birdəfəlik yardım ödənilməsinə dair hissədə ləğv edilməsi; - cavabdehin üzərinə bazar qiyməti əsasında iddiaçıya 60.000 manat məbləğində kompensasiya ödəmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi.
19. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli Sərəncamının hissəvi ləğv edilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə aşağıdakıları bildirir:
20. İPM normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə icraatla bağlı məsələləri tənzimləyir (Məcəllənin 122-124-cü maddələri).
21. İPM: 122.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. 122.2. İddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. 122.3. İddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir.
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.3.3-cü bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları qeyri-normativ hüquqi akt hesab olunur (§ 10).
23. Qeyd olunmalıdır ki, ümumi halda qeyri-normativ hüquqi aktın mahiyyəti onun “qeyri-normativ” adında təzahür edir, yəni belə hüquqi aktlar normativ hüquqi aktın əlamətlərinə malik deyildirlər. Buna əsaslanaraq, normativ aktı qeyri-normativ aktdan fərqləndirən meyarın müəyyən edilməsi mümkün olur. Onların arasında ən vacibi odur ki, qeyri-normativ aktlar fərdi-birdəfəlik, fərdi-müəyyən xarakter daşıyır və əsasən də təşkilatisərəncamverici məsələlər üzrə qəbul edilir.
24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununda qeyri-normativ hüquqi aktlarla bağlı qeyd olunur ki; 3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır. 3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
25. İş materialından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamının hissəvi ləğv edilməsini xahiş edir. Lakin bu Sərəncam qeyrinormativ xarakterli aktdır. İPM yalnız normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılması və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsi ilə bağlı məsələləri tənzimləmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsi tələblərinə birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.
26. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı cavabdehin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli Sərəncamına əsasən, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13 nömrəli yataqxana binasında yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31.000 manat birdəfəlik yardım ödənilməsinə dair hissədə ləğv edilməsinə dair” tələbi mümkün sayılmamalıdır.
27. Bu səbəbdən məhkəmə bildirir ki, ilk tələblə birbaşa əlaqəli olduğu üçün, iddiaçının “cavabdehin üzərinə bazar qiyməti əsasında iddiaçıya 60.000 manat məbləğində kompensasiya ödəmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” tələbini də mümkün sayılmamalıdır.
28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
29. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı cavabdehin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli sərəncamına əsasən, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13 nömrəli yataqxana binasında yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31.000 manat birdəfəlik yardım ödənilməsinə dair hissədə ləğv edilməsi və cavabdehin üzərinə bazar qiyməti əsasında iddiaçıya 60.000 manat məbləğində kompensasiya ödəmək öhdəliyinin qoyulması barədə iddia tələbləri mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova