Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-349/2025 02.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, icazə blankları və BNF jurnallarının verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X10 Xidmətinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə xarici ölkələrdə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq lazımi həddə və lazım olan istiqamətlərdə icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (və ya onun müvafiq strukturuna) həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində 8 ədəd nəqliyyat vasitəsinin olduğu nəzərə alınaraq Rusiyaya işlək olan 8 ədəd BNF jurnalı və ya Rusiyaya üçüncü ölkələrdən daşıma üçün 80 ədəd, Rusiyaya ikinci ölkə daşıma üçün 80 ədəd, Türkiyəyə üçüncü ölkələrdən daşıma üçün 80 ədəd, Türkiyəyə ikinci ölkə daşıma üçün 80 ədəd, Belarusiyaya üçüncü ölkələrdən daşıma üçün 25 ədəd, Belarusiyaya ikinci ölkə daşıma üçün 25 ədəd, Qazaxıstan üçüncü ölkələrdən daşıma üçün 15 ədəd, Qazaxıstana ikinci ölkə daşıma üçün 5 ədəd, Gürcüstana üçüncü ölkələrdən daşıma üçün 100 ədəd, Gürcüstana ikinci ölkə daşıma üçün 100 ədəd, İrana 20 ədəd icazə vərəqələrinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (və ya onun müvafiq strukturuna) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğuldur. Şirkət öz fəaliyyətinə 2019-cu ildən başlamışdır. Ötən müddət ərzində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün X9 Xidmətindən icazə vərəqələri və BNF jurnalları əldə edilmişdir. Həmin müddətdən də iddiaçı şirkət Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Asossasiyası (ABADA) İctimai Birliyinə üzv olmuşdur. Fəaliyyət göstərdiyi müddət ərzində iddiaçı böyük çətinliklər bahasına DANXdan “icazə” blankları və BNF jurnalları əldə etməklə fəaliyyət göstərmişdir. Lakin 2021-ci ilin iyun ayından başlayaraq X10 Xidməti tərəfindən iddiaçıya bildirilmişdir ki, artıq bölgünü Azərbaycan Beynəlxalq Avtomobil X1 Birliyi həyata keçirir. İddiaçı 2021-ci ilin iyun ayından başlayaraq ABADA İctimai Birliyinə üzv olmaqla həmin bölgüdə iştirak etmişdir. Qeyd olunan müddət ərzində iddiaçıya çox az miqdarda Rusiya Federasiyasına keçərli olmayan “icazə" blankları və BNF jurnalları verirdilər. İddiaçı “icazə” vərəqələri və BNF yurnallarını əldə etmək üçün DANX tərəfindən məcbur edilərək Azərbaycan Beynəlxalq Avtomobil X2 Birliyinə üzv olmuşdur. Beləliklə Lakin ABADA İctimai Birliyində “icazə” blankları və BNF jurnallarının bölgüsündə ayrıseçkiliyə yol verildiyi, bölgünün ədalətli aparılmadığı və üzvlərə hesabat təqdim edilmədiyi üçün iddiaçı xx.xx.2022-ci il tarixdən ABADA üzvülyündən öz xahişi ilə çıxmışdır. Bundan sonra o, “icazə" blankları və BNF jurnallarını əldə etmək üçün dəfələrlə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və X9 Xidmətinə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə həmin blank və jurnalların verilməsi yubadılmışdır. Sonuncu dəfə olunan müraciətə X10 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmiş və cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC rəsmi olaraq ABADA İctimai Birliyinə üzv otmadığı üçün həmin ictimai birliyə müraciət edilməsi hüquqi cəhətdən mümkün deyildir. Qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərə “icazə” blankları məhz X10 Xidməti tərəfindən təqdim edilməlidir. Belə ki, “X5” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən barəsində icazə sistemi tətbiq edilən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən “İcazə” blankları əsasında yerinə yetirilir. Qeyd edilən müvafiq icra hakimiyyəti orqanı isə hazırkı halda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X10 Xidmətidir. Normanın tələbindən də görsəndiyi kimi “İcazə” vərəqələri məhz Xidmət tərəfindən verilməlidir. Normada əlavə hər hansı quruma yönəldilmə ilə bağlı müddəa mövcud deyildir. İddiaçı ABADA-nın üzvü olmadan və ABADA nəzdində bölgü komissiyasına müraciət etmədən ona xx.xx.2022-ci il tarixdə 6 ədəd “icazə” blankları təqdim edilmişdir. Həmin icazə blanklarının verilməsi sübut edir ki, DANX hazırda əsasız olaraq iddiaçını ABADA-ya müraciət etməyə məcbur edir, yəni bilavasitə icazə blankları verməkdə səlahiyyətlidir. Eyni zamandan, ABADA-ya müraciət etdikdə iddiaçıdan həm üzvlük haqqı, həm də hər bir “İcazə" blankı üçün qanunsuz olaraq “xidmət haqqı" adı altında 20 manat vəsait tələb edir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 15, 59, ”X5” Azərbaycan Respublikasının Qanunun 50.3, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın, 1.1, 2.1.4, 35.2, Dövlət Avtomobil Xidməti Haqqında Əsasnamənin 9.7, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 38.2-ci maddələrinə istinad olunmuşdur.
5. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-550/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-454/2023 nömrəli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1130/2024 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10365/2024 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 3777/2024 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-349/2025 nömrəli qərardadına əsasən X3 hazırkı iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Daha sonra iddiaçının qanuni təmsilçisi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-xx.xx.2023-cü il tarixlər arasındakı hərəkətlərin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə müraciət edərək xarici ölkələrdə beynəlxalq yükdaşımaları fəaliyyətini həyata keçirək məqsədilə lazımi həddə və lazım olan istiqamətlərdə “İcazə” blankları və BNF jurnallarının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbinin heç bir hüquqi əsası yoxdur və təmin edilməməlidir. 1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları fəaliyyətini həyata keçirmək istəyən şəxslər ilk olaraq qanunvericiliklə müəyyən edilmiş sənədləri aidiyyəti dövlət qurumuna təqdim etməli və operator kimi uçota alınmalıdırlar. “X5” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi almalıdırlar. Eyni zamanda, həmin Qanunun 14.1-ci maddəsinin tələblərinə əsasən “X5” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim edir: 1) müraciət edən şəxs hüquqi şəxs olduqda, onun idarəetmə orqanının rəhbərləri haqqında məlumatları (soyadı, adı, atasının adı və vəzifəsi); 2) məsul şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), məsul şəxslərin müəyyən olunmasını təsdiq edən sənədləri; 3) beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulan, mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələrini; 4) barəsində məlumat təqdim olunan avtonəqliyyat vasitələrindən hər biri üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədləri; 5) sürücüləri haqqında məlumatları (adı, soyadı və atasının adı), sürücülərinin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrini və əmək müqavilələrinə dair məlumatı (operator ilə sürücü eyni şəxs olan hal istisna olmaqla); 6) avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq edən sənədləri və ya belə xidmətləri göstərəcək şəxslə bağlanılmış müqaviləni; 7) fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərlərinin, məsul şəxslərinin həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qulluq mənafeyi əleyhinə olan ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmamasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən arayışı; 8) ərizənin verildiyi günədək kənar (müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatlarını, aktivləri barədə məlumatı və ya maliyyə vəziyyəti barədə bank arayışını; 9) operatorun məsul şəxslərinin, habelə sürücülərinin “X5” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə uyğun olaraq hazırlıqdan keçməsini təsdiq edən sənədləri; 10) operatorun və sürücülərin taxoqraf kartlarının olması barədə məlumatı; 11) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi (həmin maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur). “X5” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 2.3- 3-cü bəndinə əsasən həmin Qanunun 13.1-ci, 14.1-14.4-cü maddələrinin birinci abzaslarında “orqan (qurum)” dedikdə X3 qismində X2 nəzərdə tutulur. Bu baxımdan bildiririk ki, beynəlxalq yükdaşımaları sahəsində operator kimi qeydiyyata (uçota) alınmaq istəyən şəxslər “X5” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində göstərilən sənədləri elektron qaydada təqdim etməlidir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(118)-4651/2024 nömrəli qərarında gəldiyi mövqedə məhkəmə bildirmişdir ki, qanunvericilik normalarına əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün müəyyənləşdirilmiş qaydalar imperativ qayda olaraq müəyyənləşdirilmişdir. 2. Tələb olunan sənədlər qanunvericiliklə müəyən edilmiş qaydada təqdim edilməlidir və bu zaman qanunvericiliyin müvafiq sənədlər barəsində tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”nin 4.0.3-cü yarımbəndinə əsasən həmin informasiya sistemi daxilində avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotunun aparılmasını təmin edən “beynəlxalq avtomobil daşımalarını həyata keçirən operatorlar” altsistemi fəaliyyət göstərir. Adıçəkilən Əsasnamənin 9.3-cü bəndinə əsasən fiziki şəxslər X12 (“ASAN Login”) vasitəsilə informasiya sistemində identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq informasiya sistemindən istifadə edirlər. Həmçinin, həmin Əsasnamənin 9.4-cü bəndinə görə istifadəçilər informasiya sisteminin internet informasiya ehtiyatı vasitəsilə sistemdə olan açıq məlumatlarla tanış ola, onları əldə edə, eləcə də elektron kabinetləri üzərindən bu Əsasnamənin 1.4.5-ci yarımbəndində qeyd edilən digər əməliyyatları (istifadəçinin özü barəsindəki məlumatlarla tanış olması, onları əldə etməsi və dəyişdirməsi, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat alması, müraciətləri elektron formada göndərməsini və xidmətlərdən istifadə etməsi, ödənişlər həyata keçirməsi, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqə yaratması) həyata keçirə bilərlər. Eyni zamanda möhtərəm məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, hazırkı iddia tələbi üzrə iş Sumqayıt İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra (xx.xx.2022-cü il tarixli 2- 1(118)-550/2023 nömrəli) “X5” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli Qanunu qəbul edilmiş və həmin Qanuna əsasən yuxarıda qeyd olunan məsələlər tənzimlənməyə başlamışdır. Hazırda qanunvericiliyin qüvvədə olan tələbinə əsasən xarici ölkələrdə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları həyata keçirmək istəyən şəxslər ilk öncə operator kimi uçota alınmalıdır. Bunun üçün isə yuxarıda qeyd etdiyimiz müvafiq sənədlər qanunvericiliyin tələbi əsasında “AYNA informasiya sistemi” üzərindən təqdim edilməlidir. Bildiririk ki, İddiaçı MMC-nin müraciətləri üzrə istər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan 2023-cü il 19 dekabr tarixli 3-27/2-11729/2023 nömrəli, istərsə də X3 tərəfindən təqdim olunan 2024-cü il 26 yanvar tarixli 3-27-103/2-981/2024 nömrəli cavab məktublarda (əlavə olunur) həmin MMC-yə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin izahı aydın şəkildə qeyd edilmişdir. Bununla yanaşı, İddiaçı MMC tərəfindən operator kimi uçota alınma tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 2-1(118)-4651/2024 nömrəli Qərarı ilə (əlavə olunur) iddia tələbi təmin edilməmişdir. Həmin Qərarda da qanunvericiliyin tələbi aydın şəkildə izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 48.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini işin hallarından asılı olaraq prosesin digər iştirakçılarına göndərir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş edir.
13. Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizəyə yazılı etiraz edərək qeyd etmişdir ki, Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların operatoru kimi uçota alınma qaydaları ilkin mərhələdə yalnız “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli 149 nömrəli Qərarı ilə tənzimlənirdi. Belə ki, həmin Qaydaların 1.1-ci bəndinə əsasən sözügedən Qaydalar avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, operatorun sürücüsünün (sürücülərinin) hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir, habelə operatorların uçotunun aparılmasını tənzimləyir. Daha sonra “X5” Azərbaycan Respublikasının Qanununa edilən 2023-cü il 14 iyul tarixli 973-VİQD nömrəli dəyişikliyə əsasən uçota alınma üzrə tələblər avtomobil nəqliyyatı ilə yük daşımalarına icazələrin verilməsi üzrə icraata da daxil edilmişdir. Beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinə icazələrin verilməsi isə Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “X5” qanunları ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə sistemi” haqqında Əsasnamə” ilə müəyyən edilən qaydalara uyğun tənzimlənir. “X5” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, X2nin tabeliyində olan X3ndən (bundan sonra – Agentlik) Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi almalıdırlar. Belə ki, “X5” Azərbaycan Respublikasının 1.0.9-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 2.1.3-1-ci yarımbəndinə görə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatoru dedikdə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icazəsi olan hüquqi və ya fiziki şəxs nəzərdə tutulur. Həmin Qanunun 14.1-ci maddəsinin tələblərinə əsasən “X5” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni (Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar Agentliyə Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “X5” qanunları ilə müəyyən edilmiş sənədləri təqdim etməlidir. Bununla yanaşı, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edilməlidir. Eyni zamanda, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın 3-cü hissəsinə əsasən operatorların uçotu “X5” Azərbaycan Respublikası Qanununun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün onlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi əsasında Agentlik tərəfindən “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 35.1-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən, tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir. Bu barədə iddiaçıya qanunvericiliyin tələblərinin izah edilməsinə baxmayaraq iddiaçı qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməmiş və qeyd olunan meyarlara uyğunluğunu göstərən sənədləri təqdim etməmişdir. Göründüyü kimi beynəlxalq yük daşımalarına buraxılış vəsiqəsinin verilməsi və operatorların uçota alınması ilə bağlı tələblər qanunvericiliklə tam şəkildə tənzimlənir. İddiaçının operator kimi uçota alınma və buraxılış vəsiqəsinin verilməsi ilə bağlı müraciətləri sözügedən qanunların tələblərinə uyğun olmalıdır. Nəzərə alınmalıdır ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən ərizədə və ona əlavə olunmuş sənədlərdə həmin Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğun olmayan məlumatlar olduqda (Qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə) icazənin verilməsindən imtina edilir. Bu baxımdan iddiaçının etdiyi müraciətlər qanunun tələblərinə tam uyğun olduğu halda operator kimi uçota alınma və buraxılış vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Məlumat üçün qeyd edirik ki, iddiaçı operator kimi uçota alınma ilə bağlı müraciətinin əsassız olmasına görə aldığı imtina əsasında Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(118)-4651/2024 nömrəli qərarı ilə iddia ərizəsi təmin edilməmişdir (məhkəmənin qərarı əlavə olunur). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)-433/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir (məhkəmənin qərardadı əlavə olunur). Əlavə olaraq qeyd edirik ki, xx.xx.2021-xx.xx.2022-ci illər ərzində Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara xarici ölkələrin “İcazə” blanklarının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci və 18.2-ci maddələrinin tələblərinə uyğun edilən müraciət əsasında təşkil olunurdu. Bu baxımdan da qeyd edilən dövr aralığında iddiaçı sözügedən Qanunun tələblərinə uyğun müraciət etmədiyi üçün “İcazə” blanklarının verilməsindən imtina edilməsi həmin Qanunun 20.1.1-ci maddəsinin tələbinə tam uyğundur. Bu halda həmin Qanunun tələblərinə uyğun olmayan müraciətlər üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi iddiası tam əsassızdır. Bununla belə iddiaçı qanunvericiliyin tələblərinə açıq-aşkar riayət etməyərək, hüquqdan suiistifadə edərək məhkəmə proseslərini əsassız şəkildə uzatmağa yönəlmiş ərizə və vəsatətlər verməkdədir. Həmçinin, iddiaçının qanunvericiliyə uyğun olaraq operator kimi uçota alınması istiqamətində addım atmaq əvəzinə, bir daha iddia tələbini dəyişməsi məhkəmə proseslərini əsassız şəkildə uzatmasına gətirib çıxarır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 80-ci maddəsinə əsasən isə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Eyni zamanda, “İcazə” blankları verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur. Azərbaycan Respublikası Prezidentinin 1785 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Əsasnaməsinin 4.0.14-cü yarımbəndinə uyğun olaraq X6 (MDB) və bir sıra Avropa ölkələrinin təcrübəsi nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, Azərbaycan Respublikasının avtomobil daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması, daşıyıcıların beynəlxalq daşımalar bazarına çıxışının tənzimlənməsi, avtomobil nəqliyyatı xidmətlərinin ixracının stimullaşdırılması, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına töhfə verilməsi, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin ümumiləşdirilməsi yolu ilə “İcazə” blanklarının bölgüsü prosesinin təkmilləşdirilməsi, Azərbaycan Respublikasında qeydiyyata alınmış yeddi mindən çox daşıyıcı arasında bölgünün ədalətli keçirilməsi, bu sahədə inhisarçılığın qarşısının alınması, eyni zamanda ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Nazirlik ilə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” İctimai Birliyi (ABADA) arasında “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” 30 dekabr 2021-ci il tarixli Memorandum imzalanmışdır. Adıçəkilən Memorandum 31 dekabr 2022-ci ilədək qüvvədə olmuşdur. İctimai iştirakçılığın təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) arasında imzalanmış 2021-ci il 30 dekabr tarixində beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında memoranduma əsasən xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “İcazə” blankları və BNF “İcazə”ləri Bölgü Komissiyasının bölgüsünə əsasən verilirdi. Bölgü komissiyasının apardığı bölgü Nazirlik və X9 Xidməti üçün məcburi xarakter daşımırdı və bütün hallarda Nazirlik, Xidmət, daşıyıcılar, ictimai birlik və müstəqil ekspertlər tərəfindən birgə olaraq komissiyanın fəaliyyətinə nəzarət olunurdu. Bildiririk ki, X9 Xidməti “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanı ilə ləğv edilmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X9 Xidmətinin Əsasnaməsi”nin 9.7-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini həyata keçirmək və bu sahədə müvafiq tələblərə və şərtlərə əməl olunmasına nəzarət etmək xidmətin vəzifəsi olmuşdur. Bölgü komissiyası da məhz Nazirliyin, Xidmətin, daşıyıcıların, müstəqil ekspertlərin, ictimai birliyin nəzarəti altında fəaliyyət göstərmişdir. Məlumat üçün bildiririk ki, 2021-ci il 23 fevral tarixli 024587 nömrəli qaimə-faktura üzrə 44 ədəd (Rusiya ikitərəfli – 12 ədəd, Rusiya 3-cü ölkə - 10 ədəd, Ukrayna – 8 ədəd, Qazaxıstan 3- cü ölkə - 10 ədəd, İran – 4 ədəd), 2021-ci il 24 may tarixli 024664 nömrəli qaimə-faktura üzrə 41 ədəd (Türkiyə - 11 ədəd, Rusiya iki tərəfli – 5 ədəd, 3-cü ölkə - 2 ədəd, Ukrayna – 10 ədəd, Qazaxıstan – 10 ədəd, Qazaxıstan 3-cü ölkə - 13 ədəd) “İcazə” blankı İddiaçı MMC-yə verilmişdir. Sonrakı dövrdə isə R Group Azerbaijan” MMC tərəfindən həmin “İcazə” blanklarının istifadəsi barədə məlumat təqdim olunmamışdır. Belə ki, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 48.3-cü bəndinə əsasən isə avtonəqliyyat vasitəsinin xarici dövlətin ərazisində hərəkəti üçün “İcazə” blankı almış daşıyıcılar, həmin “İcazə” blankını (jurnalını) düzgün istifadə etməli, lazımi vəziyyətdə saxlamalı və vaxtında təhvil verməlidirlər. Buna baxmayaraq, iddiaçı daha əvvəl ona verilmiş “İcazə” blanklarının istifadəsi haqqında məlumat verməmiş və təhvil vermək vəzifəsini yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı MMCnin iddia ərizəsinin və tələbin həcminin artırılması barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir.
b) Tərəflərin iştirakı və izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
15. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
16. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
17. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nəzdində yaradılmış Xüsusi Komissiyanın xx.xx.2021-ci il tarixli, 24 nömrəli protokolu və ona əlavə olunmuş cədvəldən görünür ki, iddiaçıya Avro-6 üzrə 1 icazə blankı verilmişdir.
18. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nəzdində yaradılmış Xüsusi Komissiyanın xx.xx.2022-ci il tarixli, 60 nömrəli protokolundan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixində 24 nömrəli protokolla ayrılmış BNF icazələrin bölgüsü ləğv edilmiş və həmin BNF icazələri daşıyıcılar arasında yenidən bölgüyə çıxarılmışdır.
19. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X10 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Rəmiş Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən İddiaçı MMC ABADA-nın üzvlüyündən çıxarılmışdır.
20. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X10 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, beynəlxalq yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərə “icazə” blankları daşıyıcıların müvafiq müraciəti əsasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nəzdində fəaliyyət göstərən xüsusi Komissiyanın bölgüsünə uyğun olaraq verilir. 2022-ci ilin yanvar və fevral ayları üçün Xidmətə təqdim olunan icazələrin bölgüsü siyahısında "xxxx" MMC-yə icazə blankları ayrılmamışdır. Eyni zamanda xüsusi Komissiyanın xx.xx.2021-ci il tarixində keçirilmiş bölgüsünə əsasən "xxxx" MMC-yə 2 ədəd BNF icazəsi ayrılmışdır. Bu icazələr götürülməmişdir.
21. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “icazə” blankları Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nəzdində fəaliyyət göstərən Komissiyasının bölgüsü əsasında verilir. Kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “icazə” blanklarının və X3 çoxtərəfli illik və qısamüddətli icazələrinin (jurnallarının) yerli avtodaşıyıcılar arasında bölgüsündə iştirak etmək üçün ABADA-ya üzvlük tələb olunmur. xx.xx.2022-ci il tarixində sözügedən Komissiya tərəfindən ayrılmış Rusiyaya giriş-çıxış və tranzit keçid üçün 2 ədəd, Belarusa giriş-çıxış və tranzit keçid üçün 2 ədəd və Belarusa 3-cü ölkəyə/ölkədən daşımalar üçün 2 ədəd “icazə” blankları X9 Xidməti tərəfindən "xxxx" MMC-yə verilmişdir.
22. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X10 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ictimai iştirakçılığın təmin edilməsi istiqamətində X2 ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında 2021-ci ilin 30 dekabr tarixində beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memoranduma əsasən xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “icazə” blankları və BNF “İcazə”ləri Bölgü Komissiyasının bölgüsü əsasında verilir. Bölgü Komissiyasına müraciət etmək tövsiyə olunmuşdur.
23. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X10 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ictimai iştirakçılığın təmin edilməsi istiqamətində X2 ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında 2021-ci ilin 30 dekabr tarixində beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memoranduma əsasən xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “icazə” blankları və BNF “İcazə”ləri Bölgü Komissiyasının bölgüsü əsasında verilir. Bölgü Komissiyasına müraciət etmək tövsiyə olunmuşdur.
24. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022ci il tarixli məktubunda qeyd edilmişdir ki, Avropa ölkələrinin və bir sıra X7 (MDB) təcrübəsi nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması, avtomobil nəqliyyatı xidmətlərinin ixracının stimullaşdırılması, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması, azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına töhfə verilməsi, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin ümumiləşdirilməsi yolu ilə “İcazə blanklarının bölgusü prosesinin təkmilləşdirilməsi, eyni zamanda ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Nazirlik ilə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” İctimai Birliyi (ABADA) arasında “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” 27 may 2021-ci il tarixli Memorandum imzalanmışdır. Memorandumun qüvvədə olma müddəti 31 dekabr 2022-ci ilədək uzadılmışdır. “İcazə” blanklarına olan tələbatın müəyyən edilməsi və həmin “İcazə’lərin avtodaşıyıcılar arasında bölgüsü Memorandum əsasında yaradılmış Bölgü Komissiyası tərəfindən daşıyıcıların iştirakı ilə aşkar şəkildə əvvəlcədən elan olunmuş qaydada həyata keçirilir. Cəmiyyətin beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu nəzərə alaraq cəmiytətə münasibətdə “lcazə”lərin bölgüsü aparılmır. Qeyd edir ki, Bölgü Komissiyası həmçinin X4 (BNF) “İcazə”lərinin bölgüsünü həyata keçirir. Bölgünün nəticələri daşıyıcıların assosiasiyası olan ABADA-nın saytında dərc edilməklə ictimailəşdirilir və daha sonra icazələr daşıyıcılara verilir. "R Group Azerbaijan” MMC də daxil olmaqla ümumilikdə 86 daşıyıcı arasında 1128 BNF”İcazə’’si bölünmüşdür. Həmçinin Bölgü Komissiyasının 12 avqust 2022-ci il tarixli 60 №li protokolu ilə Komissiyanın 22 dekabr 2021 -ci il tarixli 24 №-li protokolunda BNF “İcazə”lərinin bölgüsü cədvəlindən "xxxx" MMC-nin adının çıxarılması və həmin bölgünün nəticəsinin Cəmiyyətə münasibətdə ləğv edilməsi qərara alınmışdır.
25. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin inkişaf etdirilməsi məqsədi ilə 2021-ci ildən başlayaraq” İcazə' vərəqələrinin bölgüsü prosesi təkmilləşdirilərək Bölgü Komissiyası tərəfindən aparılır, Bölgü zamanı daşıyıcıların müxtəlif istiqamətlər üzrə ixtisaslaşdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2022-ci il tarixli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları" təsdiq edilmişdir. Bu Qərara əsasən, beynəxalq daşımalarda yalnız buraxılış vəsiqəsi almış operatorlar və buraxılış kartı almış avtonəqliyyat vasitələri iştirak edəcəklər.
26. X3 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, beynəlxalq yük daşımaları fəaliyyətinin operatoru qismində uçota alınma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2022-ci il tarixli, 149 nömrəli Qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxıl Qaydaları”nın (Qaydalar) tələblərinə əsasən aparılır. Eyni zamanda bildirir ki, tələb olunan sənədlər tam təlimata uyğun təqdim olunduqda sonra, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları fəaliyyətinin operatoru qismində uçota alınmağınızla bağlı müraciətə yenidən baxılacaqdır.Əlavə olaraq bildirir ki, operator kimi uçota alınmaq üçün AYNA informasiya sisteminin e-operator.ayna.gov.az altsistemi vasitəsilə də elektron qaydada müraciət edə bilər.
27. X3 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, beynəlxalq yük daşımaları fəaliyyətinin operatoru qismində uçota alınma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2022-ci il tarixli, 149 nömrəli Qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxıl Qaydaları”nın (Qaydalar) tələblərinə əsasən aparılır. Qaydalara əsasən tələb olunan sənədlər təqdim olunduqdan sonra avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları fəaliyyətinin operatoru qismində uçota alınmaqla bağlı müraciətə yenidən baxılacaqdır. Operator kimi uçota alınmaq üçün AYNA informasiya sisteminin e-operator.ayna.gov.az altsistemi vasitəsilə də elektron qaydada müraciət edə bilər.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
28. Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
29. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.
30. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
31. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
33. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq
34. “X5” Azərbaycan Respublikası Qanununun: 1.0.9-cu maddəsinə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. 1.0.9-1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatoru (bundan sonra - operator) – avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icazəsi olan hüquqi və ya fiziki şəxsdir. 1.0.35-ci maddəsinə əsasən buraxılış vəsiqəsi – bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazədir. 1.0.36-cı maddəsinə əsasən buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartdır. 13.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır. 13.3-cü maddəsinə əsasən bu Qanunun 13.1.1 – 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələr 7 (yeddi) il, bu Qanunun 13.1.5-ci maddəsində nəzərdə tutulan icazə isə bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulan müddətə verilir. 13.4-cü maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.3-cü, 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələrin və buraxılış kartlarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. 14.1-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim edir: 14.1.1. müraciət edən şəxs hüquqi şəxs olduqda, onun idarəetmə orqanının rəhbərləri haqqında məlumatları (soyadı, adı, atasının adı və vəzifəsi); 14.1.2. məsul şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), məsul şəxslərin müəyyən olunmasını təsdiq edən sənədləri; 14.1.3. beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulan, mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələrini; 14.1.4. barəsində məlumat təqdim olunan avtonəqliyyat vasitələrindən hər biri üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədləri; 14.1.5. sürücüləri haqqında məlumatları (adı, soyadı və atasının adı), sürücülərinin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrini və əmək müqavilələrinə dair məlumatı (operator ilə sürücü eyni şəxs olan hal istisna olmaqla); 14.1.6. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq edən sənədləri və ya belə xidmətləri göstərəcək şəxslə bağlanılmış müqaviləni; 14.1.7. fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərlərinin, məsul şəxslərinin həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qulluq mənafeyi əleyhinə olan ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmamasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən arayışı; 14.1.8. ərizənin verildiyi günədək kənar (müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatlarını, aktivləri barədə məlumatı və ya maliyyə vəziyyəti barədə bank arayışını; 14.1.9. operatorun məsul şəxslərinin, habelə sürücülərinin bu Qanunun 50.2-ci maddəsinə uyğun olaraq hazırlıqdan keçməsini təsdiq edən sənədləri; 14.1.10. operatorun və sürücülərin taxoqraf kartlarının olması barədə məlumatı; 14.1.11. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur). 50.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüləri isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir. 50.2-ci maddəsinə operatorun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 50.3-cü maddəsinə əsasən operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir. 50.4-cü maddəsinə əsasən icazə sistemi tətbiq edən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mübadilə edilən (əldə edilən) və verilən “İcazə” blankları (jurnalları) əsasında yerinə yetirilir. “İcazə” blankları (jurnallar) növbəlilik, bazar payı və ya malik olduğu nəqliyyat vasitələrinin sayı nəzərə alınmaqla operatorlar arasında bölüşdürülür. “İcazə” blankının (jurnalının) üzərində onun verildiyi operatorun adı və onu fərdiləşdirməyə imkan verən digər məlumatlar qeyd edilir. “İcazə” blanklarının (jurnalların) verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqq ödənilir. 50.5-ci maddəsinə əsasən “İcazə” blankları (jurnalları) Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli beynəlxalq müqavilələrə və beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq kvotalar üzrə mübadilə edilir və ya çoxtərəfli sazişlərə uyğun olaraq əldə edilir.
35. “X5” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 14 iyul 2023-cü il tarixli, 973-VİQD nömrəli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada qeyd edilmişdir: 13.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır. 13.3-cü maddəsinə əsasən bu Qanunun 13.1.1 – 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələr 7 (yeddi) il, bu Qanunun 13.1.5-ci maddəsində nəzərdə tutulan icazə isə bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulan müddətə verilir. 13.4-cü maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.3-cü, 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələrin və buraxılış kartlarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. 14.1-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim edir: 14.1.1. müraciət edən şəxs hüquqi şəxs olduqda, onun idarəetmə orqanının rəhbərləri haqqında məlumatları (soyadı, adı, atasının adı və vəzifəsi); 14.1.2. məsul şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), məsul şəxslərin müəyyən olunmasını təsdiq edən sənədləri; 14.1.3. beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulan, mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələrini; 14.1.4. barəsində məlumat təqdim olunan avtonəqliyyat vasitələrindən hər biri üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədləri; 14.1.5. sürücüləri haqqında məlumatları (adı, soyadı və atasının adı), sürücülərinin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrini və əmək müqavilələrinə dair məlumatı (operator ilə sürücü eyni şəxs olan hal istisna olmaqla); 14.1.6. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq edən sənədləri və ya belə xidmətləri göstərəcək şəxslə bağlanılmış müqaviləni; 14.1.7. fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərlərinin, məsul şəxslərinin həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qulluq mənafeyi əleyhinə olan ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmamasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən arayışı; 14.1.8. ərizənin verildiyi günədək kənar (müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatlarını, aktivləri barədə məlumatı və ya maliyyə vəziyyəti barədə bank arayışını; 14.1.9. operatorun məsul şəxslərinin, habelə sürücülərinin bu Qanunun 50.2-ci maddəsinə uyğun olaraq hazırlıqdan keçməsini təsdiq edən sənədləri; 14.1.10. operatorun və sürücülərin taxoqraf kartlarının olması barədə məlumatı; 14.1.11. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).
36. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.11. icazə – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra – hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkətdir. Həmin Qanunun 3 nömrəli əlavəsinin 32-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi qeyd edilmişdir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının: 48.3-cü bəndinə əsasən avtonəqliyyat vasitəsinin xarici dövlətin ərazisində hərəkəti üçün “İcazə” blankı almış daşıyıcılar, həmin “İcazə” blankını (jurnalını) düzgün istifadə etməli, lazımi vəziyyətdə saxlamalı və vaxtında təhvil verməlidirlər.
38. “X5” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 4 iyul 2008-ci il tarixli, 792 nömrəli Fərmanının: 2.3-3-cü bəndinə əsasən həmin Qanunun 1.0.31-ci, 1.0.32-ci maddələrində, 7.5-ci maddəsinin birinci cümləsində, 7.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 9.2-1-ci (ikinci halda), 9.3-cü maddələrində, 9.2-2-ci maddəsinin ikinci cümləsində, 13.1-ci, 14.1 – 14.4-cü maddələrinin birinci abzaslarında, 15.1-ci və 15.2-ci maddələrinin birinci cümlələrində, 15.3-cü maddəsində, 15.4-cü maddəsinin ikinci cümləsində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 21.2-ci maddəsinin ikinci cümləsində (birinci halda), 21.9-cu, 22.2-ci maddələrində, 40.1-ci maddəsinin birinci cümləsində, 50.2-ci maddəsinin ikinci cümləsində, 50.4-cü maddəsinin birinci və dördüncü (birinci halda) cümlələrində “orqan (qurum)” dedikdə X3 qismində X2 nəzərdə tutulur.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış” Qaydalarının: 1.1-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları (bundan sonra – Qaydalar) “https://eqanun.az/framework/15171X5” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun (bundan sonra – operator) işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, operatorun sürücüsünün (sürücülərinin) hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir, habelə operatorların uçotunun aparılmasını tənzimləyir. Bu Qaydalar “https://e-qanun.az/framework/15171X5” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulan daşımalara şamil edilmir. 3-cü bəndinə əsasən Operatorların uçotu “https://e-qanun.az/framework/15171X5” Azərbaycan Respublikası Qanununun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün onlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi əsasında Agentlik tərəfindən “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir.
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə.
c) Məhkəmənin mövqeyi
42. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
43. Belə ki, iddiaçı daşımaların həyata keçirilməsi üçün icazə blankları və BNF jurnallarının verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən icazə blankları və BNF jurnallarının verilməsindən imtina edildikdən sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
44. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nəzdində yaradılmış Xüsusi Komissiyanın xx.xx.2021-ci il tarixli, 24 nömrəli protokolu ilə iddiaçıya icazə blankı verilmiş, daha sonra həmin komissiyanın xx.xx.2022-ci il tarixli, 60 nömrəli protokoluna əsasən ayrılmış BNF icazələrin bölgüsü ləğv edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X10 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçı beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən İddiaçı MMC ABADA-nın üzvlüyündən çıxarılmışdır. 2022-ci ilin yanvar və fevral ayları üçün təqdim olunan icazələrin bölgüsü siyahısında "xxxx" MMC-yə icazə blankları ayrılmamışdır.
45. Eyni zamanda 2021-ci il 23 fevral tarixli 024587 nömrəli qaimə-faktura üzrə 44 ədəd (Rusiya ikitərəfli – 12 ədəd, Rusiya 3-cü ölkə - 10 ədəd, Ukrayna – 8 ədəd, Qazaxıstan 3- cü ölkə - 10 ədəd, İran – 4 ədəd), 2021-ci il 24 may tarixli 024664 nömrəli qaimə-faktura üzrə 41 ədəd (Türkiyə - 11 ədəd, Rusiya iki tərəfli – 5 ədəd, 3-cü ölkə - 2 ədəd, Ukrayna – 10 ədəd, Qazaxıstan – 10 ədəd, Qazaxıstan 3-cü ölkə - 13 ədəd) “İcazə” blankı İddiaçı MMC-yə verilmişdir. İddiaçı MMC tərəfindən həmin “İcazə” blanklarının istifadəsi barədə məlumat təqdim olunmamışdır.
46. Göründüyü kimi, iddiaçının beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olması, “İcazə” blanklarının istifadəsi barədə məlumatların təqdim edilməməsi səbəbindən ona icazə blankları və BNF jurnallarının verilməsindən imtina edilmişdir.
47. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın icazə blankları və BNF jurnallarının verilməsindən imtinası əsaslı və qanunvericiliyin tələbləri çərçivəsində olmuş, cavabdeh inzibati orqan tərəfindən iddiaçın hüquqlarının pozulması istiqamətində hər hansı hərəkətləri olmamışdır.
48. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
49. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli