Məhkəmə qərarları › İş №2-1(118)-353/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-353/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-353/2020 03.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili X2 iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, iddiaçı narazı qalaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. Hal-hazırda orada yaşayır. O hərbi xidmətini tam və qüsursuz başa vurduqdan sonra öz istəyi ilə 1991-ci ilin mart ayında Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin X1 Mühafizəsi üzrə polis alayının 3-cü bölümünə polis nəfəri kimi qəbul olunmuşdur. Orada 2009-cu ilin mart ayına qədər işləyib, imtiyazlı illərlə birlikdə 25 (iyirmi beş) il iş stajı ilə təqaüdə çıxmışdır. İşlədiyi müddət ərzində alayın komandirinin xx.xx.1994-cü il tarixli, 102 saylı əmri ilə ezam olunub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ bölgəsində Füzuli rayonunun ərazisində düşmənlə üz-üzə dayanıb döyüşlərdə iştirak etmiş, həmin əraziləri düşməndən qorumuşdur. Bu fakt, yəni iddiaçının qeyd olunan tarixdə həmin ərazidə iştirak etməyi alayın komandirinin verdiyi xx.xx.2008-ci il tarixli rəsmi arayışında da öz əksini tapmışdır. Lakin həmin illərdə bəzi şəxslərin səhlənkarlığı ucbatından iddiaçıya «müharibə veteranı» vəsiqəsi verilməmişdir. 2019-cu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 2019-cu ilin aprel ayının 1-dən müharibə veteranlarına DSMF-dan hər ay 80 (səksən) manat pul ayrılmışdır. İddiaçı da döyüş bölgəsində iştirak edən bir şəxs kimi müharibə veteranı vəsiqəsini alıb həmin imtiyazdan faydalanmaq məqsədilə işlədiyi alayın komandiri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 260 saylı arayışı da təqdim etməklə rəsmi qaydada Azərbaycan Respublikası DİN-nə müraciət etmişdir. Oradan iddiaçıya xx.xx.2019-cu il tarixli *** **** i-3219 saylı məktubla cavab verərək bildirilmişdir ki, döyüş bölgəsinə ezam olunduğu dövr məhz atəşkəs dövrünə təsadüf edildiyindən vəsiqənin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən imkan xaricindədir və müraciət baxılmamış dayandırılmışdır. İddiaçı bir daha qeyd edərək bildirmişdir ki, həmin vaxt atəşkəs vaxtı olsa da, atışma davam edirdi. Həyatları hər an təhlükədə idi. Əgər atəşkəs idisə, onda niyə onları həmin bölgəyə ezam etmişdilər və niyə iddiaçıya verilən arayışda iddiaçının döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirakı təsdiqlənmişdir. Məgər xidmət etdiyi alay DİNnin tabeçiliyində deyilmi? Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 26 nömrəli qərarına əsasən müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamədən və müvafiq vəsiqələrin nümunəsinin eskizlərinin və təsvirlərinin təsdiq edilməsi haqqında həmin qərara əsasən mühribə veteranı adı aşağıdakı qaydada verilir: X7 illərində orduda, partizan birləşmələri tərkibində gizli fəaliyyətlə və vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 012-27455- 1219 nömrəli məktubda iddiaçının DİN-in nəzdində olmuş Mühafizə idarəsinin Bakı Su kəmərləri və Obyektlərinin mühafizəsi üzrə Polis Alayının xx.xx.1994-cü il tarixli, 102 nömrəli əmrinə əsasən 22 gün müddətinə su kəmərlərinin mühafizəsi ilə bağlı Füzuli rayonuna ezam olunması göstərilmiş, lakin arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlərin aşkar olunmadığı müəyyən edilmişdir. Həmçinin, sabiq polis əməkdaşı İddiaçı ezam olunduğu müddət atəşkəs dövrünə təsadüf etdiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyildir. Göstərilənləri, eləcə də Nazirlər Kabinetinin 22.09 1995-cı il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələblərini nəzərə alaraq hesab etmişlər ki, sabiq polis əməkdaşı İddiaçı iddiasının təmin edilməsi məqsədəmüvafiq deyildir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəməyə yuxarıda adları qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Republikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Hazırki işdə iş materiallarında olan sənədlərdə iddiaçının 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması, müəyyən olunmur. İddiaçıya müharibə veteranı adı verilməsi üçün qanunvericilikdən irəli gələn əsas müəyyən olunmur və inzibati orqanın imtinası əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar