Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3610/2023 04.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Tərəflərin iştirakı olmadan, (iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 ötən məhkəmə iclasında iştirak etmişdirlər) İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “faktiki olaraq onların istifadəsində olmuş torpaq sahəsinin X3 49 il müddətinə icarəyə verilməsi barədə Hərracların Təşkili üzrə X6 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “faktiki olaraq onların istifadəsində olmuş torpaq sahəsinin X3 49 il müddətinə icarəyə verilməsi barədə Hərracların Təşkili üzrə X6 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 qardaşı və İddiaçı1 oğlu X1 1993-cü ildə Kəlbəcər-Laçm istiqamətində gedən döyüşlərdə itkin düşmüş, Quba Rayon Məhkəməsinin 23 noyabr 1999-cu il tarixli, 2-201 nömrəli qətnaməsinə əsasən ölmüş elan edilmiş, bundan sonra oğluna şəhidlik statusu verilmişdir. 2004-cü ildə Prezidentin şəhid ailələrinin sosial müdafiəsini gücləndirilməsi haqqında sərəncamlarına əsasən Quba rayonu Qəcər- Zeyid bələdiyyəsinin balansında olan bağ sahəsindən bir hektar bağ sahəsi bir şəhid anası kimi onun istifadəsinə verilmiş və o, oğlu İddiaçı2la birlikdə 2021-ci ilədək həmin bağda işləmiş, hətta həmin bağa dair vergiləri ödəmişdir. Şəhid olan oğluna görə dövlət tərəfindən ayrılmış pensiyanı xərcələyərək bağı dirçəltmiş, ona qulluq etmiş. Dəfələrlə həmin bağ sahəsini öz adına rəsmiləşdirmək istə də, Quba rayonu Alekseyevka bələdiyyəsi (Quba rayonu Qəcər Zeyid bələdiyyəsi Alekseyevka bələdiyyəsinə birləşdirilmişdir) və yerli icra nümayəndəsi ona narahat olmamağı, bu torpaq sahəsinin onların olduğunu, bu illərlə ərzində onları müxtəlif bəhanələrlə yubatmış, həmin torpaq sahəsini hər hansı bir formada onlara verməmişlər. Bir ay bundan qabaq bələdiyyə və yerli icra nümayəndəliyi tərəfindən onlara bir daha bu bağa gəlməməyini bildirildi. O, bu xəbəri eşidən kimi nə baş verdiyini niyə 2004-cü ildən istifadə etdiyi torpaq sahəsinə buraxılmadığını öyrənmək istəsə də, onlara heç bir məlumat verilməiş, yalnız istifadə etdiyini torpaq sahəsini hərrac vasitəsilə başqa şəxsə satıldığını öyrəmişdir. Digər İddiaçı3 bildirmişdir ki, o Quba rayonu Qəcər-Zeyid kəndində yaşayır. Birinci Qarabağ müharibəsində iştirak edərək yaralanmış və İİ qrup Qarabağ əlilidir. Ona da həmin bağdan istifadə etməyini bildirilmiş, lakin müxtəlif bəhanələrlə həmin bağ sahəsini də eyni qaydada onun adına rəsmiləşdirməkdən imtina etmişlər. Baxmayaraq ki, həmin bağ sahəsinə dair Qəcər-Zeyid bələdiyyəsinin hesabına icra haqqı ödəmişdir. İddiaçılar uzun illər istifadə etdiyi torpaq sahəsinin kimin tərəfindən istifadə edildiyini öyrənərkən məlum olmuş ki, qeyd edilən torpaq sahəsinə dair Quba rayonu Alekseyevka bələdiyyəsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almış, bundan sonra həmin torpaq sahəsini hərraca çıxarmış, Hərracların Təşkili üzrə X6 Ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracın nəticələri barədə 17 iyun 2021-ci il tarixli iclasının 14/01 saylı protokoluna əsasən onların istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi barədə hərrac keçirilmiş, guya hərracda X5 ilə X8 iştirak etmişdir. Halbuki hərracın təşkili və keçirilməsi barədə onlara heç bir məlumat verilməmişdir. Qanunan əsasən hərrac keçirilərkən ilk növbədə onun istifadəçilərinə və güzəşt kateqoriyasına məxsus şəxslərə üstünlük verilir. Bundan sonra cavabdeh X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi 12723 saylı şəhadətnamə vermiş, həmin şəhadətnamədə həmin torpaq sahəsinin 417 manata 49 il müddətinə icarəyə verilməsi qeyd edilmişdir. Bundan sonra Quba rayonu Alekseyevka bələdiyyəsi ilə X5 arasında Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisində 3M-487 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanılmış və X3 həmin torpaq sahəsinin xx.xx.2070-ci ilədək ona icarəyə verilməsi barədə (yüklülük edilməsi) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 saylı çıxarış verilmişdir. Bundan sonra iddiaçılar Quba Rayon Məhkəməsinə cavabdehlərə qarşı torpaq hərracının və ya müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi və istifadədə olan torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsilə müraciət etmişlər və bir sıra mülki məhkəmə çəkişmələrindən sonra iddia tələbinə inzibati məhkəmə icraatında baxılmalı olması qənaətinə gəlinmişdir. Yəni torpaq sahəsinin X3 49 il müddətinə icarəyə verilməsi barədə Hərracların Təşkili üzrə X6 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə inzibati məhkəmə icraatında baxılmalı olması qənaətinə gəlinmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmənin ötən iclaslarında iştirak edən İddiaçı1, İddiaçı2 və İddiaçı3 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıların etibarsız etmək istədiyi Hərracların Təşkili üzrə X6 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/04 saylı protokolu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamə üçüncü şəxs X2 adına rəsmiləşdirilmişdir. Həmin hüquqmüəyyənedici sənədlərin araşdırılması zamanı iddiaçılara münasibətdə müəyyən edilmişdir ki, Quba rayonu Alekseyevka bələdiyyəsi ərazi yurisdiksiyasında iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 aid heç bir bələdiyyə qərarı və ya müqavilə olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların müvafiq sənədlərin ləğv etməsinə subyektiv hüququ olmadığına görə onların tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “faktiki olaraq onların istifadəsində olmuş torpaq sahəsinin X3 49 il müddətinə icarəyə verilməsi barədə Hərracların Təşkili üzrə X6 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3610/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3610/2023
04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver