Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-365/2022 28.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona 31.07.2019-cu ildən 2020-ci ilin oktyabr ayına qədər birinci dərəcəli sürücülüyə görə ödənilməli olan əlavənin AR Daxili İşlər Nazirliyi tərəfindən ödənilməsi və pensiya ödənişi zamanı həmin əlavənin hesablanıb ona ödənilməsinə dair bildirişin AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona “İ dərəcəli sürücü” kateqoriyasının və əlavə 25% (hər ay) əlavə vəzifə maaşının verilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2-1(112)-7357/2021 saylı, 27.08.2021-ci il tarixli qərardadı ilə iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olarkən iddiaçı iddiasını dəqiqləşdirərək ona 31.07.2019-cu ildən 2020-ci ilin oktyabr ayına qədər birinci dərəcəli sürücülüyə görə ödənilməli olan əlavənin AR Daxili İşlər Nazirliyi tərəfindən ödənilməsi və pensiya ödənişi zamanı həmin əlavənin hesablanıb ona ödənilməsinə dair bildirişin AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1977-ci ildə anadan olmuşdur. 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. 2000-ci ildə X2, 2008-ci ildən 26 oktyabr 2020-ci ilə qədər Şabran rayon Polis Şöbəsində xidmətdə olmuşdur. 2011-2020-ci ilin oktyabr ayına qədər Şabran rayon Polis Şöbəsində “BCED” kateqoriyası ilə polis nəfəri kimi sürücü işləmişdir. Təqaüddə olan polis baş serjantıdır. Polis orqanlarında qüsursuz xidmət etmişdir. Polis orqanlarında xidmətdə olarkən, eləcədə xidmətdən sonra (təqaüddə olduğu dövrdə) dəfələrlə Şabran rayon PŞ-nin rəhbərliyinə və DİN-ə müraciət edərək ona 1-ci dərəcəli sürücü dərəcəsinin verilməsini xahiş etmişdir. Müraciəti baxılması üçün Şabran rayon PŞ-ə ünvanlanmışdır. Şabran rayon PŞ-nin 03.05.2021-ci il tarixli məktubu ilə xahişi təmin edilməmişdir. İmtinaya səbəb kimi hal-hazırda X2n xidmətdən xaric olunduğu üçün 1-ci dərəcəli sürücü dərəcəsinin verilməsinin mümkün olmaması göstərilmişdir. O, cavabdehin imtinasını aşağıdakılara görə əsassız hesab edir. Bildirir ki, adına Sumqayıt RQİTBŞ tərəfindən 31.07.2019-cu ildə verilmiş AE 049532 saylı “AR-sı sürücülük vəsiqəsinə” görə onun BCED kateqoriyalı sürücü olduğu təsdiq edilmişdir. AR-nın X2 xidmət keçmə haqqında Əsasnamənin 155-ci maddəsinə əsasən “DİOda xidmətə qəbul olunan digər orqanların işçilərinə ixtisas dərəcələri, xüsusi rütbələri nəzərə alınmaqla xüsusi rütbələr verilir. Onların DİO-da xidmət illəri hesablanarkən xüsusi rütbələrdə xidmət etdiyi müddət nəzərə alınır”. “Polis əməkdaşlarının maddi və Sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" AR-sı Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 saylı qərarının 1- ci bəndinə görə AR-nın DİN-nin Polis əməkdaşlarına xidmət xüsusiyyətlərindən asılı olmayaraq məharət dərəcəsinə, şifrlə daimi işləməyə, sürücü əməkdaşlara dərəcəyə... və sairə görə əlavələr, müavinətlər, ödənişlər verilir. AR-sı Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 saylı qərarının İ saylı əlavəsinin 5-ci bəndində görə sürücülərə İİ dərəcəyə görə 10%, İ dərəcəyə görə 25% əlavə vəzifə maaşı hesablanaraq hər ay ödənilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı iddiasında qeyd etdiyi İ dərəcədən əvvəl İİ dərəcəni almalı idi ki, sonra İ dərəcə ala bilsin. Qeyd edilən dərəcələr şəxs DİO-da vaxt verilir, həmçinin həmin dərəcələri almaq üçün əməkdaş müvafiq nəzəripraktiki imtahanlardan keçməlidir. Aparılmış araşdırma nəticəsində İddiaçıla DİO-da işlədiyi müddətdə qeyd etdiyi dərəcələri almaq üçün heç bir sənədləşmə və məlumat olmadığı müəyyən edilmişdir. Cavabdeh etiraza əlavəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən bu iş üzrə qaldırdığı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2015-ci il tarixli 3 nömrəli Qərarı ilə “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları” təsdiq edilmişdir. Bu qaydalar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən kateqoriyalara aid edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olan büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə onların peşəkarlıq səriştəsi və işgüzar keyfiyyətləri nəzərə alınmaqla ixtisas sinfinin verilməsi qaydasını müəyyən edir. Həmin qaydaların 2-ci bəndinin aşağıda qeyd edilən tələbləri mövcuddur. Avtomobil sürücüsünə ixtisas sinfinin verilməsi və ixtisas sinfindən məhrum edilməsi qaydası 2.1. Avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir. 2.2. Avtomobil sürücüsünün peşəkarlıq səriştəsi müvafiq kateqoriyalardan olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə və sürücülük stajına malik olması ilə müəyyən edilir. 2.3. Avtomobil sürücüsünün işgüzar keyfiyyətləri yol hərəkəti qaydalarına riayət etməsi və əmək funksiyasını vicdanla yerinə yetirməsi ilə müəyyənləşdirilir. 2.4. 2-ci ixtisas sinfi 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir: 2.4.1. «B», «C», «D» ; 2.4.2. «BE», «C»; 2.4.3. «В», «CE». 2.5. 1-ci ixtisas sinfi 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir; 2.5.1. «BE», «C», «D»; 2.5.2. «B», «CE», «D» ; 2.5.3. «В», «C», «DE». 2.6. Bu Qaydalarla müəyyən edilən peşəkarlıq səriştəsinə və işgüzar keyfiyyətlərə malik olan avtomobil sürücülərinə ixtisas sinfinin verilməsinə işəgötürən tərəfindən yaradılmış «Sürücülərin ixtisas sinfi üzrə komissiya» (bundan sonra — komissiya adlandırılacaq) tərəfindən baxılır. Komissiyanın qərarı komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir və işəgötürənin əmri ilə rəsmiləşdirilir. 2.7. Komissiyanın tərkibinə işəgötürənin təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik olan işçilərindən 5 nəfərdən çox olmayaraq tək sayda üzvlər seçilir. İşəgötürəndə həmkarlar ittifaqı təşkilatı mövcud olduqda komissiyanın bir üzvü onun nümayəndəsi olmalıdır. Komissiyanın sədri onun üzvləri tərəfindən səs çoxluğu ilə seçilir. 2.8. İşəgötürən 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücüləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» altsistemi vasitəsilə müəyyənləşdirir və həmin sürücüləri bu barədə məlumatlandırır. 2.9. 1-ci və 2-ci ixtisas sinfini almaq iddiasında olan avtomobil sürücüsü komissiyanın sədrinə ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 2.9.1. sürücülük vəsiqəsinin surəti; 2.9.2. əmək kitabçasının surəti (iş yerinin əsas və ya əlavə iş yeri olmasından asılı olaraq); 2.9.3. iş yerindən onun işgüzar keyfiyyətləri barədə xasiyyətnamə. 2.10. Komissiya növbəti iş günü sürücünün son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilib-edilməməsi barədə sorğusunu işəgötürəndən gücləndirilmiş elektron imza vasitəsilə imzalamaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə (DİN BDYPİ) elektron sənəd vasitəsilə göndərilməsini xahiş edir. 2.11. Komissiya DİN BDYPİ-nin cavabım aldıqdan sonra 5 təqvim günü müddətində sənədləri araşdıraraq müvafiq ixtisas sinfinin verilib-verilməməsi barədə qərar qəbul edir və dərhal qəbul etdiyi qərar barədə işəgötürənə rəsmi məlumat verir. 2.12. İşəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə müvafiq dəyişikliklər edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edir. Sürücülərin bu Qaydalarla müəyyən edilmiş 1-ci və ya 2-ci ixtisas sinfi üçün peşəkarlıq səriştəsi və ya işgüzar keyfiyyətləri pisləşdikdə (o cümlədən yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edildikdə) işəgötürən sürücünün müvafiq ixtisas sinfindən məhrum edilməsi üçün komissiyaya rəsmi müraciət edir. Bu halda komissiya 3 təqvim günü müddətində məsələni araşdıraraq müəyyən edilmiş peşəkarlıq səriştəsinin və ya işgüzar keyfiyyətlərin pisləşdiyi halda sürücünün müvafiq ixtisas sinfindən məhrum edilməsi barədə qərar qəbul edir və dərhal işəgötürənə rəsmi məlumat verir. Qaydaların tələbindən görünür ki,iddiaçı iddiasında qeyd etdiyi İ dərəcədən əvvəl İİ dərəcəni almalı idi ki,sonra İ dərəcə ala bilsin.Qeyd edilən dərəcələr səxs DİO- da vaxt verilir,həmçinin həmin dərəcələri almaq üçün əməkdaş müvafiq nəzəri- praktiki imtahanlardan keçməlidir.Aparılmış araşdırma nəticəsində İddiaçıla DİO-da işlədiyi müddətdə qeyd etdiyi dərəcələri almaq üçün heç bir sənədləşmə və məlumat olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrasıdır, iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, iddiaçı ona 31.07.2019-cu ildən 2020-ci ilin oktyabr ayına qədər birinci dərəcəli sürücülüyə görə ödənilməli olan əlavənin AR Daxili İşlər Nazirliyi tərəfindən ödənilməsi və pensiya ödənişi zamanı həmin əlavənin hesablanıb ona ödənilməsinə dair bildirişin AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçı iddiasında qeyd etdiyi İ dərəcədən əvvəl İİ dərəcəni almalı idi ki, sonra İ dərəcə ala bilsin. Qeyd edilən dərəcələr şəxs DİO-da vaxt verilir, həmçinin həmin dərəcələri almaq üçün əməkdaş müvafiq nəzəri-praktiki imtahanlardan keçməlidir. Aparılmış araşdırma nəticəsində İddiaçıla DİO-da işlədiyi müddətdə qeyd etdiyi dərəcələri almaq üçün heç bir sənədləşmə və məlumat olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2015-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”na əsasən: İ bənd. Bu qaydalar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən kateqoriyalara aid edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olan büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə onların peşəkarlıq səriştəsi və işgüzar keyfiyyətləri nəzərə alınmaqla ixtisas sinfinin verilməsi qaydasını müəyyən edir. 2-ci bənd. Avtomobil sürücüsünə ixtisas sinfinin verilməsi və ixtisas sinfindən məhrum edilməsi qaydası 2.1. Avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir. 2.2. Avtomobil sürücüsünün peşəkarlıq səriştəsi müvafiq kateqoriyalardan olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə və sürücülük stajına malik olması ilə müəyyən edilir. 2.3. Avtomobil sürücüsünün işgüzar keyfiyyətləri yol hərəkəti qaydalarına riayət etməsi və əmək funksiyasını vicdanla yerinə yetirməsi ilə müəyyənləşdirilir. 2.4. 2-ci ixtisas sinfi 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir: 2.4.1. “B”, “C”, “D” ; 2.4.2. “BE”, “C”; 2.4.3. “B”, “CE”. 2.5. 1-ci ixtisas sinfi 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir; 2.5.1. “BE”, “C”, ”D”; 2.5.2. “B”, “CE”, “D” ; 2.5.3. “B”, “C”, “DE”. 2.9. 1-ci və 2-ci ixtisas sinfini almaq iddiasında olan avtomobil sürücüsü komissiyanın sədrinə ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 2.9.1. sürücülük vəsiqəsinin surəti; 2.9.2. əmək kitabçasının surəti (iş yerinin əsas və ya əlavə iş yeri olmasından asılı olaraq); 2.9.3. iş yerindən onun işgüzar keyfiyyətləri barədə xasiyyətnamə. 2.10. Komissiya növbəti iş günü sürücünün son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilib-edilməməsi barədə sorğusunu işəgötürəndən gücləndirilmiş elektron imza vasitəsilə imzalamaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə (DİN BDYPİ) elektron sənəd vasitəsilə göndərilməsini xahiş edir. 2.11. Komissiya DİN BDYPİ-nin cavabını aldıqdan sonra 5 təqvim günü müddətində sənədləri araşdıraraq müvafiq ixtisas sinfinin verilib-verilməməsi barədə qərar qəbul edir və dərhal qəbul etdiyi qərar barədə işəgötürənə rəsmi məlumat verir. 2.12. İşəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə müvafiq dəyişikliklər edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edir. Qaydaların tələbindən də göründüyü kimi 1-ci ixtisas sinfi 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan müəyyən kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir. Məhkəmə hesab edir ki, iddiaçı işlədiyi müddət ərzində qeyd edilən şərtlər olduğu halda bu hüquqlarından istifadə edə bilərdi. İddiaçı iş materiallarına əlavə etdiyi Şabran rayon Polis Şöbəsinə ünvanlanmış 08.01.2020-ci il tarixli Raporta istinad edərək ona 1-ci dərəcəli sürücü dərəcəsinin verilməli olduğunu bildirir. Məhkəmə tərəfindən müvafiq olaraq aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, sürücülərə dərəcələrin verilməsi məsələsi rayon polis şöbəsinin səlahiyyətləri daxilində deyildir. Beləki iddiaçıya işlədiyi müddət ərzində yuxarıda qeyd edilən qaydaların tələbi üzrə müvafiq komissiyaya tərəfindən dərəcə verilə bilərdi. Lakin iddiaçı işlədiyi müddətdə hər hansı bir dərəcə almamışdır. Bu halda məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-365/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-365/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver