Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-370/2020 24.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştrakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət X4 Qubadlı rayon Şöbəsinə qarşı “onun 1999-cu il tarixdən 2017-ci il tarixədək Qazaxstan Respublikası ”xxxxxxxxxxx” X1 işlədiyi illərin əmək stajına daxil edilməklə pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. İddiaçı, hal-hazırda əlilliyə görə əmək pensiyası alır. Lakin ona pensiya təyin olunan zaman cavabdeh onun Qazaxstan Respublikasında ”xxxxxxxxxxx” X1 işlədiyi illəri əmək stajı kimi nəzərə almamışdır. İddiaçı 1999-cu il tarixdən 2017-ci il tarixədək Qazaxstan Respublikası ”xxxxxxxxxxx” X1 işlədiyi illərin əmək stajına daxil edilməklə pensiyanın yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Qubadlı rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin şöbənin **********0 saylı, xx xxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarını təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyaları sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İmtinanın səbəbi kimi iddiaçının xx.xx.1999xx.xx.2006-cı illərə aid sosial sığrta stajı əmək kitabçasıda qeyd olunmadığıdan həmin dövrlərin pensiya hesablanmasında qanunverciliyə əsasən nəzərə alınmasının mümkün olmadığı göstərilmişdir. Həçminin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üçün sosial sığorta stajı sosial sığorta şədadətnaməsinə köçürülmüş məbləğlə müəyyən edilir. İddiaçının sosial sığorta şəhdaətnaməsi olmadığından xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək dövrün pensiya hesablanmasında nəzərə alınması mümkün deyildir. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının həmin dövrlərdə işləməsi 15 nömrəli arayışla öz təsdiqini tapdığından iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1 ci maddəsinə əsasən 17 il 9 ay sosial sığorta stajına əsasən əlilliyə görə əmək pensiyası təyin edilmiş və halhazırda pensiya məbləği 200 manat təşkil edir.Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdrilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaşın xx.xx.1999-xx.xx.2017-ci il tarixədək işlədiyi dövrlər əmək kitabçasındada qeyd olunmamış, xx.xx.2006-xx.xx.2017-ci illər üçünsə vətəndaşın adına sosial sığorta şəhadətnaməsi olmamışdır. Bu səbəbdən də xx.xx.1999-xx.xx.2017-ci illər dövrünü sosial sığorta stajı kimi pensiya hesablanmasında nəzərə alınırası qanunvericiliklə mümkün deyildir.Bu səbəbindən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəməyə iş materialları təqdim edilmişdir. Həmin sənədlərə: Qazaxstan Respublikasında Fəaliyyət göstərən ”xxxxxxxxxxx” MMC-nin 15 nömrəli notarial qaydada tərcümə olunmuş arayışı, DSMF-nin Qubadlı rayon şöbəsinin **********0 saylı, xx xxxx 2019-cu il tarixli imtina məktubu, etiraz ərizəsi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək qərarın təsviri hissəsində sadalanan arayışında qeyd olunan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtinası qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının Qazaxstan Respublikasında işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya əlilliyə görə əmək pensiyasının yenidən hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, xx xxxx 2000-ci il il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Qazaxstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmış və vətəndaşların hüquqları təminat altına alınmışdır. Yuxarıda qeyd olunan sazişdən göründüyü kimi Qazaxstan Respublikasında işləyən vətəndaşların həmin dövlətdə əldə etdikləri iş stajı pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınır. Həmin sazişlə Qazaxstan Respublikasında işləyən vətəndaşlara orada işlədikləri dövrlərin pensiya təyinatı zamanı iş stajı kimi nəzərə alınması təminatı verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx xxxxxx 1999-cu il tarixdən xx xxxxxx 2007-ci il tarixədək “xxxxxxxxxxx” MMC-də ekspeditor, xx xxxx 2008-ci il tarixdən xx xxxxxx 2014-cü il tarixədək tikinti üzrə baş direktorun müavini və xx xxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2017-ci ilədək ticarət üzrə baş direktorun müavini vəzifəsində işlədiyi müddətlər sosial sığorta stajına daxil edilməklə pensiyası yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Qubadlı rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-370/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-370/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver