Məhkəmə qərarları › İş №2-1(118)-396/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-396/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-396/2020 22.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı “E.M.İSMAYİLOV VƏ T.D.ABDULLAYEVİN TAM ORTAQLİ 'xxxxxxxx" firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 4 saylı X4rşı “cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş xxxx Firmasının 2016-2017-ci il üçün 3.673,72 manat mənfəət vergisi və ona hesablanmış 1.836,86 manat maliyyə sanksiyası, 7.438,86 manat ƏDV və ona hesablanmış 3.719,43 manat maliyyə sanksiyasının tətbiqi barədə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********539100 nömrəli qərarın ləğv edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “E.M.İSMAYİLOV VƏ T.D.ABDULLAYEVİN TAM ORTAQLİ 'xxxxxxxx" firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 4 saylı X4rşı iddia qaldıraraq, “cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş xxxx Firmasının 2016-2017-ci il üçün 3.673,72 manat mənfəət vergisi və ona hesablanmış 1.836,86 manat maliyyə sanksiyası, 7.438,86 manat ƏDV və ona hesablanmış 3.719,43 manat maliyyə sanksiyasının tətbiqi barədə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********539100 nömrəli qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” Firması (bundan sonra Firma) VÖEN ********** yanacağın parakəndə satışı istiqamətində fəliyyət göstərmişdir. Ona məxsus yanacaq doldurma məntəqəsi Qubustan rayonu, Nərimankənd kəndi ərazisində, Bakı- Şamaxı yolunun 85-ci km. yerləşir. Cavabdeh tərəfindən “xxxx” Firması üzrə xx xxxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş **********163831 saylı Səyyar vergi yoxlama aktı və onun əsasında xx.xx.2019-cu il tarixdə tərtib edilmiş **********192336 saylı qərar əsasında MMC-nin üzərinə düzgün olmayan vergi öhdəliyi qoyulmuşdur. Mübahisələndirilən qərar xx xxxxxxx 2019-cu il tarixdə Firmanın nümayəndəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun qeyd olunan normasına əsasən, hazırkı iddia inzibati qərarın təqdim edildiyi xx.xx.2019-cu il tarixə nəzərən 30 gün müddətində vaxtında verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən mübahisələndirilən Qərar ləğv edilməli, onun yaratdığı sonrakı hüquqi məsuliyyətlər aradan qaldırılmalıdır. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar, iddiaçı Firması üzrə 2016-2018-ci illər ərzində müəyyən edilmiş fəaliyyəti və fəaliyyətindən yaranmış vergilərin hesablandığına dair son olaraq xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlama aktının nəticələrinə görə qəbul edilmişdir. Halbuki, aktda qeyd olunan müddətlərdə Firmanın yanacaqın parakəndə satışı ilə bağlı gəlir və xərclərin dövriyyəsi düzgün göstərilməmiş və yanlış hesablamalar aparılmışdır. Nəticədə Firmanın üzərinə əsassız olaraq 14.751,69 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Daha sonra isə qərar qəbul edilərkən, aktda qeyd olunan 14.751,69 manat mənfəət vergisinin azaldılmasına görə Firmaya 5.556,29 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan akt vergi ödəyicisi iştirakı olmadan bir tərəfli qaydada tərtib edilmişdir. Onun nəticəsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarın qəbul edilməsindən əvvəl vergi ödəyicisi dəvət edilmiş, lakin əsaslı tələbləri nəzərə alınmadan, qərar qəbul edilmişdir. Akt və qərara görə hesablanmış 14.751,69 manat vergi məbləğindən 7.438,86 manat məbləğində ƏDV-nin yaranma mənbəsi, 2016-cı ilin əvvəlinə olan 41.327 manat məbləğində mal qalığının, 2016-cı il ərzində satıldığı kimi göstərilmişdir. Halbu ki, vergi tutma obyekti kimi götürülmüş 41.327 manat məbləğində mal qalığı, yanacaq deyil, Firmanın saxlanılması üçün əvəllər alınmış avadanlıqların ehtiyat hissələri, rənglər, reklam əşyaları və.s. az qiymətli əşyalar olmuşdur. 2016-cı il ərzində Firmanın yanacaq doldurma məntəqəsinin saxlanılmasına və yenidən qurma işlərinə sərf edilmişdir. Bununla da cavabdeh tərəfindən akt tərtib edilərkən, satış dövriyyəsi düzgün qeyd edilmədiyindən əsassız olaraq ƏDV üzrə Firmaya 7.438,86 manat vergi və həmin məbləğdə verginin azaldılmasına görə isə 3.719,43 manat maliyyə saksiyası tətbiq edilmiş, cəmi 11.158,29 manat məbləğində ödənilməsinə dair tələbnamə verilmişdir. Həmçinin akt və qərara görə hesablanmış 14.751,69 manat vergi məbləğindən 3.673,72 manat məbləğində mənfəət vergisinin yaranma mənbəsi, 2017-ci il ərzində dövriyyənin 18.368,60 manat məbləğində azaldıldığı göstərilmişdir. Buna da təsirinin yanacağın topdan alış dəyərində hər litrində 0,02 qəpik yol vergisinin, ƏDV hesablanılan məbləğdə nəzərə alınması olmuşdur. Yəni həmin 0,02 qəpik çıxılandan sonra ƏDV hesablanmalıdır ki, bu da mənfəət vergisinin tutma obyektinin məbləğinin hər satılmış yanacaq tonunda 3,6 manat azaldılması kimi götürülmüşdür. Halbu ki, 2017-ci il ərzində yol vergisinin məbləği ilə bağlı qeyd olunan, hər ton üçün 20 manat ümumiyyətlə Firma tərəfindən xərclərdə nəzərə alınmamışdır. Bu da nəticədə mənfəət vergisinin cavabdehin qeyd etdiyi kimi 1 ton üçün 3,6 manat azalmasma təsir etsə də, ona qarşılıq olan xərclərin çəkisində hər satılmış ton üçün 20 manat xərclərin az göstərildiyi baxımından, 16,4 (20- 3,6) manat vergi tutma obyektinin məbləğinin artıq göstərilməsi kimi hesabat aparılmışdır. Göründüyü kimi Firma tərəfindən mənfəət vergisi az deyil, artıq hesablayıb, ödənilmişdir. Mübahisələndirilən qərarın və onunla bağlı olan səyyar vergi yoxlama aktınm aşkar şəkildə yanlış məlumatlar daxil edilməklə tərtib edildiyi cavabdehin özünə (vəzifəli şəxslərinə) məlumdur, lakin yol verilmiş pozuntuları aradan qaldırılması üçün heç bir tədbir görülmədən, məsələnin həlli ilə bağlı hərəkətsizlik davam etməkdədir. Ona görə də cavabdehin qeyd olunan məsələ ilə bağlı hərəkətsizliyə yol verilməklə, törətdiyi pozuntunun aradan qaldırılması, Firmanın qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Qeyd edilənlərə görə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı E.M.İsmayılovun və T.D.X6 “xxxx” firmasının nümayəndəsi X1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazında iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. O, qeyd edir ki, iddiaçı “E.M.İSMAYİLOV VƏ T.D.ABDULLAYEVİN TAM ORTAQLİ 'xxxxxxxx" FİRMASİ Məhdud Məsuliyyəti Cəmiyyətinin iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən məhdud məsuliyyətli cəmiyyətin 2016-2018-ci illər üzrə fəaliyyəti yoxlanılaraq xx.xx.2019-cu il tarixli ‘Səyyar vergi yoxlaması” aktı qəbul edilmiş, lakin Firmanın yanacağın pərakəndə satışı ilə bağlı gəlir və xərclərinin dövriyyəsi düzgün göstərilməmiş və yanlış hesablamalar aparılaraq 14751,69 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Habelə satış dövriyyəsi düzgün qeyd edilmədiyindən əsassız olaraq ƏDV üzrə hesablamanın aparıldığı qeyd edilir. Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə uyğun olaraq vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən iddiaçının xx.xx.2016xx.xx.2018-ci illər üzrə vergi dövrünə dair yoxlama aparılmışdır. Aparılmış yoxlama zamanı iddiaçının vergi dövrü üzrə vergi qanunvericiliyinin tələblərini pozduğu müəyyən edilərək vergi orqanının qərarına əsasən ödəyiciyə 3673,72 manat mənfəət vergisi (VM 58.1-ci maddəyə əsasən 1836,86 manat maliyyə sanksiyası) və 7438,86 manat ƏDV (VM 58.1-ci maddəsinə əsasən 3719,43 manat maliyyə sanksiyası) hesablanmışdır. Həmçinin iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən bu Məcəllənin 23.1.2 və 71.4-cü maddəsinin tələblərinin pozulmasına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, firma tərəfindən vergi orqanına təqdim edilmiş 2016-cı il üçün mənfəət vergisinin bəyannaməsinə əsasən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 332962,28 manat (həmçinin ƏDV-yə cəlb edilən dövriyyəsinin), gəlirin əldə edilməsi ilə bağlı xərclərin 363465,74 manat olmaqla vergiyə cəlb olunan mənfəətin 0,00 manat, mənfəətdən verginin 0,00 manat olması və ili 30503,46 manat zərərlə başa vurduğu göstərilmişdir. Lakin yoxlama zamanı müəyyən edilmişdir ki, vergi orqanına təqdim edilmiş 2016-cı il mənfəət vergisi bəyannaməsinə əsasən firma tərəfindən təqdim edilmiş 41327,0 manat dəyərində hazır məhsul həmin il üçün gəlirin əldə edilməsi ilə bağlı xərclərinə əlavə edilmiş, lakin firmanın gəliri kimi nəzərə alınmamışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən mənfəət vergisi bəyannaməsi tərtib edilərkən əldə edilmiş yanacaq məhsullarının alış və satış dəyərinin yol vergisi nəzərə alınmadan bəyan edildiyi məlum olmuş, təqdim edilmiş mənfəət vergisi bəyannamələrində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində il ərzində ƏDV-yə cəlb edilən dövriyyə gəlir kimi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin maddədə ƏDV tutulan malın dəyəri müəyyən edilərkən yol vergisinin çıxıldığı qeyd edilir. Qeyd olunanlara əsasən neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ ƏDV-li satış məbləği olduğundan həmin məbləğdən (məbləğin içindən) ƏDV-nin hesablanması həyata keçirilir. Beləliklə mənfəət vergisi bəyannaməsinin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində vergi ödəyicisinin ƏDV-yə cəlb edilən dövriyyəsi və həmin dövriyyədə əks etdirilən malların əldə edilərkən ödənilmiş yol vergisi üzərinə gələrək hesablanmalı olduğu müəyyən edilir. Qeyd edilən səbəbdən firmanın 2016-cı il üçün malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 386596,28 manat (332962,28 (ƏDV-yə cəlb edilmiş dövriyyə)+41327,0 (bəyan edilməmiş gəlir) +12307,0 (yol vergisi)), gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 371650,27 manat (malların dəyəri 344323,30 (290689,30 yanacağın ƏDV- siz və yol vergisiz alış dəyəri+12307,0 yol vergisi+41327,0 hazır məhsul) + mənfəət bəyannaməsinin digər xərc sətirlərinin cəmi 27326,97) olmaqla vergiyə cəlb olunan mənfəətinin 14946,01 manat təşkil etdiyi məlum olmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci il üçün mənfəət vergisinin bəyannaməsinə əsasən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 893398,32 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 800310,66 manat, keçmiş illərin zərərinin 37096,90 manat (2013-cü il 6593,44 manat, 2016-cı il 30503,46 manat) olmaqla vergiyə cəlb olunan mənfəətin keçmiş illərin zərəri çıxılmaqla 55990,76 manat, mənfəətdən verginin 11198,15 manat olması göstərilmişdir. Firmanın 2017-ci il üçün vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən isə ƏDV-yə cəlb edilən dövriyyə 893998,3 manat təşkil etmişdir. Yoxlama zamanı müəyyən edildi ki, firma 2016-cı ili zərərlə deyil mənfəətlə başa vurmuş, eyni zamanda əldə edilmiş yanacaq məhsullarının dəyərinə daxil edilməli olan yol vergisi nəzərə alınmamış, gəlir və xərclər hissəsində qeyd edilməmişdir. Beləliklə, firmanın 2017-ci il ərzində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 922529,66 manat (893998,3 ƏDV dövriyyəsi + yol vergisi 28531,3), gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 841576,82 manat (malların dəyəri 822989,74 (yanacağın ƏDV-siz və yol vergisiz alış dəyəri 794458,44 + yol vergisi 28531,3 )+18587,08 mənfəət bəyannaməsinin digər xərc sətirlərinin cəmi) olmaqla vergiyə cəlb olunan mənfəətinin 80952,78 manat, keçmiş illərin zərərinin 6593,44 manat (2013-cü il), keçmiş illərin zərəri çıxıldıqdan sonra vergiyə cəlb olunan mənfəətin 74359,34 manat, mənfəətdən verginin isə 14871,87 manat təşkil etdiyi məlum olmuşdur. Yoxlama zamanı əldə olunmuş məlumatlar əsasında hesabat rəqəmləri ilə faktiki rəqəmləri üzləşdirdikdə mənfəətdən verginin 2017-ci ildə 3673,72 manat (14871,87 - 11198,15 ) azaldılması müəyyən edilmişdir. Habelə yoxlanılan dövr ərzində firma yanacağın pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin müddialarına əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi ödəyicisinin isə təqdim etdiyi NKA (nəzarət kassa aparatı) çeklərində dövriyyənin kassa aparatlarına vurulmadığı müəyyən olunmuş və bu səbəbdən dövriyyənin müəyyən olunması zamanı təqdim edilmiş ƏDV bəyannamələri əsas götürülmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsində isə ƏDV-yə cəlb edilən əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmçinin təqdim edilmiş qaimə fakturaların tərtibatı haqqında cavabdeh bildirmişdir ki, vergi ödəyicisi yol vergisinin mükəlləfiyyəçisi olmadığı üçün, təqdim edilmiş qaimə fakturalarda yol vergisinin ayrıca xanada göstərilməsi yolverilməzdir. Səyyar vergi yoxlaması ilə 2016-cı il üzrə firmanın dövriyyəsinə əlavə edilmiş 41327 manat dəyərində hazır məhsulun alışını təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli **********291400 nömrəli məktub firmaya təqdim edilmiş, lakin verg ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilə bilməmişdir. Həmçinin bildiririk ki, iddiaçı “E.M.İsmayılov və T.D.X6 "xxxxxxxx" X3 Cəmiyyəti tərəfindən xx.xx.2019-cu tarixli **********539100 nömrəli “Vergi borcunun,faizlərin, maliyyə sanksiyalarını məbləğinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamənin ləğvi barədə iddia tələbi tamamilə əsassızdır. Vergi orqanı tərəfindən vergi ödəyicisinə ünvanlanmış tələbnamə, bildiriş, xəbərdarlıq inzibati akt deyildir və ödəyici tərəfindən mübahisələndirilməsi yolverilməzdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə dair etirazı müdafiə etmiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən, Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Vergi Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergi Məcəlləsinin 71.1-ci maddəsinə əsasən Vergi ödəyicisi olan hər hansı şəxs həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə uyğun olaraq vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən iddiaçının xx.xx.2016-xx.xx.2018-ci illər üzrə vergi dövrünə dair yoxlama aparılmışdır. Aparılmış yoxlama zamanı iddiaçının vergi dövrü üzrə vergi qanunvericiliyinin tələblərini pozduğu müəyyən edilərək vergi orqanının qərarına əsasən ödəyiciyə 3673,72 manat mənfəət vergisi 1836,86 manat maliyyə sanksiyası və 7438,86 manat ƏDV 3719,43 manat maliyyə sanksiyası hesablanmışdır. İnzibati orqan yoxlama zamanı müəyyən etmişdir ki, firma tərəfindən vergi orqanına təqdim edilmiş 2016-cı il üçün mənfəət vergisinin bəyannaməsinə əsasən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 332962,28 manat (həmçinin ƏDV-yə cəlb edilən dövriyyəsinin), gəlirin əldə edilməsi ilə bağlı xərclərin 363465,74 manat olmaqla vergiyə cəlb olunan mənfəətin 0,00 manat, mənfəətdən verginin 0,00 manat olması və ili 30503,46 manat zərərlə başa vurduğu göstərilmişdir. Lakin yoxlama zamanı inzibati orqan müəyyən etmişdir ki, vergi orqanına təqdim edilmiş 2016-cı il mənfəət vergisi bəyannaməsinə əsasən firma tərəfindən təqdim edilmiş 41327,0 manat dəyərində hazır məhsul həmin il üçün gəlirin əldə edilməsi ilə bağlı xərclərinə əlavə edilmiş, lakin firmanın gəliri kimi nəzərə alınmamışdır. İddiaçı isə cavabdehin bu dəlilini qəbul etməyərək 41327,0 manat məbləğində mal qalığının yanacaq deyil, firmanın saxlanılması üçün əvvəllər alınmış avadanlıqların ehtiyat hissələri, rənglər, reklam əşyaları və.s əşyalar olduğunu bildirir və həmin məbləğin 2016-cı il ərzində Firmanın yanacaq doldurma məntəqəsinin saxlanılmasına və yenidən qurma işlərinə sərf edildiyini göstərir. Halbuki iş materiallarına əlavə edilmiş iddiaçı firma tərəfindən cavabdeh vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsi ilə iddiaçının qeyd etdiyi hallar təkzib olunur. Belə ki, həmin bəyannamədə iddiaçı özü 41327,0 manat məbləğində vəsaiti hazır məhsul kimi bəyan etmişdir. Halbu ki, iddiaçının dediyi halda həmin məhsulları sair ehtiyatlar kimi göstərmək imkanı olmuşdur. Həmçinin vergi orqanı müəyyən etmişdir ki, vergi ödəyicisi tərəfindən mənfəət vergisi bəyannaməsi tərtib edilərkən əldə edilmiş yanacaq məhsullarının alış və satış dəyərinin yol vergisi nəzərə alınmadan bəyan edilmiş, təqdim edilmiş mənfəət vergisi bəyannamələrində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində il ərzində ƏDV-yə cəlb edilən dövriyyə gəlir kimi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin maddədə ƏDV tutulan malın dəyəri müəyyən edilərkən yol vergisinin çıxıldığı qeyd edilir. Qeyd olunanlara əsasən neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ ƏDV-li satış məbləği olduğundan həmin məbləğdən (məbləğin içindən) ƏDV-nin hesablanması həyata keçirilir. Vergi orqanı tərəfindən mənfəət vergisi bəyannaməsinin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində vergi ödəyicisinin ƏDV-yə cəlb edilən dövriyyəsi və həmin dövriyyədə əks etdirilən malların əldə edilərkən ödənilmiş yol vergisi üzərinə gələrək hesablanmalı olduğu müəyyən edilmişdir. Bu səbəbdən firmanın 2016-cı il üçün malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 386596,28 manat (332962,28 (ƏDV-yə cəlb edilmiş dövriyyə)+41327,0 (bəyan edilməmiş gəlir) +12307,0 (yol vergisi)), gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 371650,27 manat (malların dəyəri 344323,30 (290689,30 yanacağın ƏDV- siz və yol vergisiz alış dəyəri+12307,0 yol vergisi+41327,0 hazır məhsul) + mənfəət bəyannaməsinin digər xərc sətirlərinin cəmi 27326,97) olmaqla vergiyə cəlb olunan mənfəətinin 14946,01 manat təşkil etdiyi məlum olmuşdur. Vergi orqanı müəyyən etmişdir ki, Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci il üçün mənfəət vergisinin bəyannaməsinə əsasən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 893398,32 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 800310,66 manat, keçmiş illərin zərərinin 37096,90 manat (2013-cü il 6593,44 manat, 2016-cı il 30503,46 manat) olmaqla vergiyə cəlb olunan mənfəətin keçmiş illərin zərəri çıxılmaqla 55990,76 manat, mənfəətdən verginin 11198,15 manat olması göstərilmişdir. Firmanın 2017-ci il üçün vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən isə ƏDV-yə cəlb edilən dövriyyə 893998,3 manat təşkil etmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, firma 2016-cı ili zərərlə deyil mənfəətlə başa vurmuş, eyni zamanda əldə edilmiş yanacaq məhsullarının dəyərinə daxil edilməli olan yol vergisi nəzərə alınmamış, gəlir və xərclər hissəsində qeyd edilməmişdir. Beləliklə, firmanın 2017-ci il ərzində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 922529,66 manat (893998,3 ƏDV dövriyyəsi + yol vergisi 28531,3), gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 841576,82 manat (malların dəyəri 822989,74 (yanacağın ƏDV-siz və yol vergisiz alış dəyəri 794458,44 + yol vergisi 28531,3 )+18587,08 mənfəət bəyannaməsinin digər xərc sətirlərinin cəmi) olmaqla vergiyə cəlb olunan mənfəətinin 80952,78 manat, keçmiş illərin zərərinin 6593,44 manat (2013-cü il), keçmiş illərin zərəri çıxıldıqdan sonra vergiyə cəlb olunan mənfəətin 74359,34 manat, mənfəətdən verginin isə 14871,87 manat təşkil etdiyi məlum olmuşdur. Yoxlama zamanı əldə olunmuş məlumatlar əsasında hesabat rəqəmləri ilə faktiki rəqəmləri üzləşdirilmiş mənfəətdən verginin 2017-ci ildə 3673,72 manat (14871,87 - 11198,15 ) azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Göründüyü kimi hazırki işdə iddiaçı tərəfindən yanacaq məhsullarının dəyəri yuxarıda qeyd edilən normanın təlblərinə zidd olaraq bəyan edilmişdir. Bu halda isə məhkəmə belə nəticəyə gəlir ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2010-cu il tarixli **********539100 nömrəli qərarın ləğv edilməsi üçün əsas yoxdur və qərar vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar