Məhkəmə qərarları › İş №2-1(118)-398/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-398/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-398/2021 08.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar XXX İddiaçı və Qəribova Aytən Mönsüm qızının cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş AZ İV 447804 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədə qızı Dənizin “Qəribova” soyadından “Telmanlı” soyadına dəyildirilməsi və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar XXX İddiaçı və Qəribova Aytən Mönsüm qızı Sumqayıt şəhər Qeydiyyat şöbəsinə Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ İV 447804 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədə qızı Dənizin “Qəribova” soyadından “Telmanlı” soyadına dəyildirilməsi və müvafiq şəhadətnamənin verilməsi üçün müraciət etmiş, cavabdehin xx xxxxxxxx 2020-ci il tarixli, 05/Q-2184/15 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmiş, imtinanın əsası kimi uşağın yetkinlik yaşına çatmaması göstərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxx 2017-ci il tarixdə rəsmi nigah qeydiyyatından keçməklə Qəribova Aytən Mönsüm qızı ilə evlənmişdir. Rəsmi nikahdan onların xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində Dəniz adlı qızları anadan olmuşdur. Qızına anasının soyadı ilə “Qəribova” soyadını vermişdirlər. Belə ki, iddiaçının soyadı sənədlərdə “xxx” kimi qeyd edilmişdir. Onlar hazırda qızları Dənizin "Qəribova" soyadını "Telmanlı" soyadına dəyişdirmək istəyirlər. Bu iddiaçının atasının adıdır. Övladlarının soyadının "Telmanlı" kimi qeyd olunmasına onlar valideyn olaraq razıdırlar, bu soyadının dəyişməsi isə heç kimin hüquqlarını pozmur, ailənin də arzusudur. Birdə ki, uşaqlar atalarının soyadlarını daşımalıdır, iddiaçının isə soyadı "xxx" kimi qeyd olunmuşdur, qızı Dəniz anasının soyadını daşıyır. Buna görə də qızı Dənizin doğum haqqında şəhadətnaməsində soyadının "Qəribova"dan "Telmanlı" soyadına dəyişdirilməsi barədə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etsə də, xahişinə imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsinin imtinası qanuna ziddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.3 maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3 maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadı müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adm, ata adının və soyadının verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54-cü maddəsinə əsasən müvafiq şəhər (rayon) məhkəmə orqanlarına uşaq 18 yaşma çatana qədər onun adının və soyadının dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraqHəmin Məcəllənin 59.1 maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 158.1 maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadının dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alnır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi aşağıda qeyd edilənlərə əsasən iddia tələbi ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçılar Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ İV 447804 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədə qızı Dənizin “Qəribova” soyadından “Telmanlı” soyadına dəyildirilməsi və müvafiq şəhadətnamənin verilməsini xahiş edir. Azərbaycan Respublikasının 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın uşağın soyadını başqa bir soyada dəyişdirməsi kimi bir səlahiyyəti yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçılara izah edilsin ki, hüquqi müdafiyə vasitəsi olaraq uşağın valideyinləri öz soyadları ilə bağlı müvafiq dəyişikliklər tələb edə bilərlər və buna uyğun olaraq da uşağın soyadıda müvafiq olaraq dəyişilə bilər, hansıki bu uşağın da mənafeyinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar