Məhkəmə qərarları › İş №2-1(118)-4613/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4613/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4613/2025 10.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: mənzilin dəyişdirilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “mənzilin şəhər içi mənzillə dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş mənzilin şəhər içi mənzillə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Anadangəlmə gözdən əlildir. xx.xx.2022-ci il tarixində Məmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi, Bakı müasir yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunmuşdur. Lakin yaşadığı ərazidə çoxsaylı problemlərlə üzləşmişdir. Bu çətinlikləri nəzərə alaraq xx.xx.2025-ci il tarixində Sosial Xidmətlər Agentliyinə aldığı mənzili şəhər içi mənzillə dəyişdirmək barəsində ərizə ilə müraciət etmişdir. X2 ərizəyə cavab olaraq bunun mümkün olmadığını bildirmişdir.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı cavabdeh X2nə qarşı “mənzilin dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi aşağıdakılara əsasən qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, Məhəmmədi kəndi Mexanikləşdirmə, Yeni Yaşayış kompleksində üç otaqlı mənzillə təmin edilmiş, lakin yaşadığı ərazidə çoxsaylı problemlərlə üzləşmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 119 nömrəli Sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna götürülmüş və həmin sərəncam əsasında ona Məhəmmədi kəndi, Mexanikləşdirmə, Yeni Yaşayış kompleksində üç otaqlı mənzil təhvil-təslim aktı ilə verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı püşkatma yolu ilə ona təqdim edilmiş mənzilin yerindən, mərtəbəsindən və otaq sayından razı olduğunu imzası ilə təsdiq edərək, heç bir etirazının olmadığını və mənzilin təqdim edilməsi prosesinin şəffaf qaydada keçirilməsindən razı qaldığını bildirmiş, eyni zamanda ona təqdim edilmiş mənzilin təmirli olduğu, avadanlıq, qurğu və inventarların təhcizatında nasazlığın və yaxud çatışmazlığın olmadığı izah edilmişdir.

b) Tərəflərin iştirakı və izahatları

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

7. xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, İddiaçı müddətsiz birinci dərəcəli gözdən əlildir.

8. X3 başçısının xx.xx.2008-ci il tarixli, 119 nömrəli sərəncamına əsasən İddiaçı mənzil uçotu yaşayış yeri üzrə Nərimanov Rayon İcra Hakimiyyətinə köçürülmüş və o, 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) xx.xx.2001-ci il tarixdən güzəştli mənzil növbəlilik siyahısına daxil edilmişdir.

9. xx.xx.2022-ci il tarixli mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında aktdan görünür ki, Abşeron rayonu, Məhəmmədi kəndi, Yeni Yaşayış kompleksində üç otaqlı mənzil İddiaçı təhvil verilmiş, vətəndaş ona püşkatma yolu ilə təqdim edilmiş mənzilin yerindən, mərtəbəsindən və otaq sayından razı olduğunu imzası ilə təsdiq edərək, heç bir etirazının olmadığını və mənzilin təqdim edilməsi prosesinin şəffaf qaydada keçirilməsindən razı qaldığını bildirmiş, eyni zamanda ona təqdim edilmiş mənzilin təmirli olduğu, avadanlıq, qurğu və inventarların təhcizatında nasazlığın və yaxud çatışmazlığın olmadığı izah edilmişdir.

10. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamının icrası çərçivəsində Abşeron rayonu, Məhəmmədi kəndi, Mexanikləşdirmə, Yeni Yaşayış kompleksində üç otaqlı mənzillə təmin edilmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq təmin edilmiş həmin mənzilin dəyişdirilməsi mümkün deyildir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

11. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

12. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

13. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır.

16. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli Sərəncamının: 1-ci hissəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 - mənzilin və Abşeron rayonunda inşa edilən 1152 mənzilin hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi qərara alınmışdır. 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsi tapşırılmışdır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı birinci dərəcəli gözdən əlildir. X3 başçısının xx.xx.2008-ci il tarixli, 119 nömrəli sərəncamına əsasən İddiaçı mənzil uçotu yaşayış yeri üzrə Nərimanov Rayon İcra Hakimiyyətinə köçürülmüş və o, 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) xx.xx.2001-ci il tarixdən güzəştli mənzil növbəlilik siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən İddiaçı Abşeron rayonu, Məhəmmədi kəndi, Yeni Yaşayış kompleksindən üç otaqlı mənzil verilmişdir. Hazırda iddiaçı ona Abşeron rayonu ərazisində verilmiş mənzilin şəhərin içində yerləşən sosial təyinatlı binalardakı mənzillə dəyişdirilməsini tələb edir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdehin nümayəndəsinin iştirak ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli mənzillərin imtiyazlı şəxslərə təhvil verilməsi haqqında akta əsasən qeyd olunan mənzil iddiaçı tərəfindən təhvil alınmış, təhvil zamanı iddiaçı ona püşkatma yolu ilə təqdim olunmuş mənzildən razı olmasını imzası ilə təsdiq etmişdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli sərəncamının qəbul edilməsinin əsas prinsip və məqsədi sərəncamda qeyd edilən kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi olmuşdur. Həmin sərəncamda qeyd edilən şəxslərin mənzillə təmin edilməsi ilə bağlı tapşırıqlar olsa da, mənzillərin yerləşdiyi ərazinin vətəndaşların mövcud vəziyyətinə uyğunlaşdırılması ilə bağlı hər hansı meyarlar göstərilməmişdir.

21. Göründüyü kimi, iddiaçı imtiyazlı şəxs kimi mənzillə təmin edilmiş, mənzil iddiaçı tərəfindən qəbul edilmiş və iddiaçının mənzillə bağlı, o cümlədən mənzilin yerləşdiyi ərazi ilə bağlı hər hansı iradı olmamışdır. İddiaçının mənzillə təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Publik hüquqi şəxsinə qarşı “mənzilin şəhər içi mənzillə dəyişdirilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ:

23. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh X2nə qarşı “mənzilin şəhər içi mənzillə dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar