Məhkəmə qərarları › İş №2-1(118)-472/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-472/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-472/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayənədəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********645700 nömrəli Qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 3864,46 manat əlavə vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsi” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********645700 nömrəli Qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 3864,46 manat əlavə vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayənədəsi X2 iştirak etmiş, vəsatət verək iddianın mümkün sayılmamasını məhkəmədən xshiş etmiş və bildirmişdir ki, xx.xx.2019-cu il tarixli **********645700 nömrəli Qərar iddiaçıya xx.xx.2019-cu il tarixdə göndərilmiş, xx.xx.2019cu il tarixdə oxunmuşdur. İddiaçı tərəfindən Qərarın ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçının Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********645700 nömrəli Qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 3864,46 manat əlavə vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Lakin hazırki iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixli **********645700 nömrəli Qərarın ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin sözügedən qərardan məlumatlı olmuşdur. Belə ki, Qərar iddiaçıya xx.xx.2019-cu il tarixdə göndərilmiş, xx.xx.2019-cu il tarixdə oxunmuşdur. Buna baxmayaraq o, sözügedən qərarın ləğv olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəmədə iddia qaldırmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********645700 nömrəli Qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 3864,46 manat əlavə vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsi” nə dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar