Məhkəmə qərarları › İş №2-1(118)-4763/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4763/2023

27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4763/2023 27.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayənfələri X5 və X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddiaçının oğlu X1 cəzasınını qalan hissəsinin çəkməsi üçün Azəbaycan Respubliaskına ekstradisiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının oğlu X1 cəzasınını qalan hissəsinin çəkməsi üçün Azəbaycan Respubliaskına ekstradisiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı idida tələbinin dəqiqləşdrilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdhe kimi yalnız Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin saxlanılması və oğlu X1 cəzasınını qalan hissəsinin çəkməsi üçün Azəbaycan Respubliaskına ekstradisiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-806/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)-442/2023 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-806/2023 nömrəli qərardadı ləğv edilərək, inzibati iş yenidən baxılması üçün birinci isntansiya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu xx.xx.1975-ci il təvəllüdlü X3 müvəqqəti olaraq Rusiya Federasiyasının Moskva şəhərində yaşayan bacısının yanına getmişdir. Orada qalarkən sürücülüklə məşğul olub ailəsini dolandırarkən adı istintaqa məlum olmayan şəxslərin təsiri ilə cinayət əməli törətmiş və Moskva şəhəri Sovelyov rayon məhkəməsinin 17 dekabr 2015-ci il tarixli 1-431/15 saylı hökmü ilə RF Cinayət Məcəlləsinin 162-ci maddəsinin B bəndinin 4-cü hissəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm Moskva şəhər Apelyasiya Məhkəməsinin 28 mart 2016-cı il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Rusiya Federasiyası Ali Məhkəməsinin hakimi H.Y.Zemskovun 27 dekabr 2018-ci il tarixli №5-UKS18- 726 qərarı ilə kassasiyz şikayətinin qəbulundan imtina edilmişdir. Göründüyü kimi, artıq şikayət veriləsi yuxarı məhkəmə instansiyası qalmadığına, habelə iddiaçının ahıl qadın olmaqla Şamaxı şəhərində yaşadığına, oğlu Nizaminin iki yetkilik yaşına çatmayan uşaqlarına baxmağa maddi imkanı olmadığına görə iddiaçı Moskva şəhərinə oğlunun cəza çəkdiyi Tver vilayətinin Bejeç şəhərində yerləşən CCM-nə görüşünə gedə bilmir, ona sovqat göndərməyə belə imkanı yoxdur. Ona görə də dəfələrlə Azərbaycan Respublikasının Ədliyyə Nazirinə rəsmi ərizə ilə müraciət edərək oğlu X2 Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün cəzasının qalan hissəsinin Azərbacan Respublikasının cəzaçəkmə müəsisəslərindən birində çəkinəsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsi (ekstradisiyası) məsələsinə baxılmasına köməklik etməsini xahiş etsə də, onun müraciəti müsbət həllini tapmamışdır. İlkin ərizəsindən sonra təxminən bir ildən artıq müddətə araşdırmalar aparılsa da, xx.xx.2020-ci il tarixli, 17/4 0380 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Əməliyyat rejim idarəsinin rəisi M.Seyidovun imzası ilə yalnız N.Cəfərovun yaxın müddətdə Azərbaycan Respublikasına gətirilməsinin məqsədəmüvafıq hesab edilməməsi göstərilmişdir. Amma məktubda gətirilmənin nə üçün məqsədəmüvafiq olmamasının səbəbi göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndələri X7 və X8 iddianı qəbul etmədilər və izah etdilər ki, əvvəllər məhkum olunmamış Azərbaycan Respublikasının vətəndaşı məhkum X10 Federasiyası Moskva şəhərinin Savelovsk Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-cü maddəsinə əsasən (quldurluq) 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəli xx.xx.2014-cü il, cəzanın sonu: xx.xx.2025-ci ildir. Hazırda N.Cəfərov cəzasını Rusiya Federasiyasının Tver vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir. Məhkəmə hökmündən görünür ki, məhkum N.Cəfərov bir qrup şəxslə əlbir olaraq Moskva şəhərində S.Amirova və V.Moysaka ticarət mərkəzində alış-veriş edib çıxdıqdan sonra avtomobilə getmək istəyərkən onlara xəsarət yetirməklə basqın etmiş və avtomobildə olan 2.163.000 rubla yaxın əmlaklarını quldurluq yolu ilə ələ keçirmişlər. Hökm üzrə mənəvi ziyanının ödənilməsi ilə bağlı 2.762.675 rubl borcu mövcuddur. Məhkum N.Cəfərov barəsində təqdim olunmuş xasiyyətnamədə sonuncu mənfi xarakterizə edilmiş, cəza çəkdiyi müddətdə barəsində 53 dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasına və bir sıra ikitərəfli beynəlxalq müqavilələrə əsaslanaraq həyata keçirilir. İddiaçının Rusiya Federasiyasında azadlıqdan məhrum etmə növündə cəza çəkən oğlunun cəzasının qalan hissəsini çəkmək üçün ölkəmizə gətirilməsi barədə müraciəti əsasında beynəlxalq müqavilələrə və “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” na uyğun olaraq icraat başlanılmışdır. Belə ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlər məhkumun şəxsi işi, xasiyyətnaməsi, hökm və s.) toplanılmışdır. Qaydaların 3.3-cü bəndinə əsasən məhkum N.Cəfərovun Azərbaycan Respublikasına gətiriməsi ilə əlaqədar müvafiq sorğular (AR Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə) göndərilmişdir. Sorğulara müvafiq rəylər daxil olmuş, DİN N.Cəfərovun ölkəyə qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Həmçinin, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyindən daxil olmuş arayışda məhkum N.Cəfərovun ölkəyə qəbul edilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Qaydaların 3.5-ci bəndinə uyğun olaraq müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Belə ki, məhkum N.Cəfərovun şəxsiyyəti, törətdiyi cinayət əməlinin xüsusatları və müvafiq dövlət qurumlarının rəyi nəzərə alınaraq cəzanın qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Bununla bağlı cavabdehin nümayəndələri iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər . İş materiallarında olan : - Moskva şəhərinin Savelov rayon məhkəməsinin 17 dekabr 2015-ci il tarixli (iş № 1- 431/15) hökmündən görünür ki, X3 RF Cinayət Məcəlləsinin 162-ci maddəsinin B bəndinin 4-cü hissəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən N.Cəfərov barəsində inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzasının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyası: Maddə 4. Bir məhkumun köçürülməsi üçün tələb olunan həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlaraına müraciət edə bilər. Maddə 5. Məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər: -şəxsin həbs cəzasına çəhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; -bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissısində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; -məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı vasrsa; -şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; -köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı ayı vardırsa; -hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydalarının: 1.1-ci maddəsinə əsasən bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. 2.1-ci maddəsinə əsasən beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. 2.5-ci maddəsinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müraciət Azərbaycan Respublikası ərazisində məhkumun yaxın qohumu, qanuni nümayəndəsi və ya vəkili tərəfindən edildikdə Penitensiar xidmətə, hökmü çıxaran dövlət tərəfindən edildikdə isə Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinə ünvanlanır. 3.1-ci maddəsinə əsasən müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. 3.3-cü maddəsinə əsasən penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. 3.4 və 3.5-ci maddəsinə əsasən idarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. 3.7 və 3.9-cu maddəsinə əsasən məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. 3.10 və 3.11-ci maddəsinə əsasən hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətindən sonra qanunvericiliyin tələbinə uyğun inzibati prosedur həyata keçirilmiş, hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərilmiş, sorğu nəticəsində əldə olunmuş sənədlər məhkum olunmuş şəxsin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirilməsi üçün müvafiq orqanlara, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Miqrasiya Xidmətinə göndərilmiş və həmin orqanlardan da cavab məktubları əldə edilmişdir. Məhkum N.Cəfərovun şəxsiyyəti, törətdiyi cinayət əməlinin xüsusatları və müvafiq dövlət qurumlarının rəyi nəzərə alınaraq cavabdeh inzibati orqan tərəfindən cəzanın qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Belə ki, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyi N.Cəfərovun ölkəyə qəbul edilməsini məqsədəuyğun hesab etməmişlər. Məhkəmə bir daha qeyd edir ki, məhkumun xarici ölkədən Azərbaycana ekstradisiya edilməsi məsələsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir və hər hansı müraciət əsasında köçürməni mütləq qaydada köçürmək məcburiyyətində deyildir. Bununla bağlı cavabdeh yuxarıda istinad olunan Qaydaların tələbləri çərçivəsində fəaliyyət göstərərək imtina cavabı vermişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması,diskresion səlahiyyətlərindən sui-istifadə, səlahiyyətlərin məqsədlərinə açıq-aşkar zidd hərəkətedilməsi halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyəti əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar