Məhkəmə qərarları › İş №2-1(118)-4798/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4798/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4798/2025 30.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ünvanlı dövlət sosial yardımın təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2025-ci il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq “xx.xx.2025-ci il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində **********3031-1 nömrəli ərizə ilə DÜSY-nı təyin olunması məqsədi ilə müraciət etmişdir. Elektron formada e-sosial programı vasitəsi ilə rədd cavabı sistemə oturmuşdur. 25 fevral 2025-ci il tarixində axşam saat 20:35-də. Hər gün daxil olub e-sosiala cavab gözləyirdi. İmtinanın tarixi qeyd olunmadığı üçün 6 saylı dost mərkəzinə yaxınlaşmışdır. Ona verilən çap olunmuş formada rədd cavabının tarixi xx.xx.2025-ci il qeyd olunmuşdur. İddiaçı qanunla bir (1 ) ay müddətində imtina ilə bağlı məhkəməyə iddia ərizə ilə müraciət etməlidir. Bunu da etmişdir-7 mart 2025-ci il tarixində iddia ərizəsini inzibati məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçirmişdir, vaxtı ötməmişdir. İmtinanın səbəbi qanunaziddir. Çünki ərizəni dolduranda qeyd etmişdir ki, ailə üzvü- övladı X7 əyani formada təhsil alır. Övladı hələ 2025 – 2026-cı tədris ilində ali təhsilini bitirəcək. Əyani təhsil alan tələbə qanunla işləməli deyil. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı sonuncu xx.xx.2025-ci il tarixli müraciətinə qədər cavabdeh tərəfindən dəfələrə sosial yardım təyin edilmiş və təyin edilməsi zamanı oğlu Ə.Vəliyevin orta aylıq gəlirlərinin sıfıra bərabər olması VEMTAS tərəfindən imtina səbəbi kimi qiymətləndirilməmişdir. Ə.Vəliyevin orta aylıq gəlirinin sıfıra bərabər olması xx.xx.2024-cü il tarixədək VEMTAS tərəfindən "üzürlü" səbəb kimi qəbul edilsə də, qeyd edilən tarixdən sonra 23 yaşının tamam olması səbəbilə və əyani təhsilin bitirib-bitirməməsindən asılı olmayaraq, sosial yardımın təyin edilməsindən imtina səbəbi hesab edilir. Əlavə olaraq vacib məqam bundan ibarət olmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya s stemindən əldə edilmiş məlumatlara əsasən: İddiaçı xx.xx.2024-cü il tarixdən; İddiaçının övladı Ə.Vəliyev isə xx.xx.2025-ci il tarixdən işsiz statusunu əldə etmiş (statusu təsdiq edən "məşğulluq haqqında arayış" iş materiallarına əlavə edilmişdir). Beləliklə, hadisələrin xronoloji ardıcıllığa baxış keçirdikdə aşkar görünür ki: xx.xx.2024-cü il tarixdən - İddiaçı işsiz statusunu əldə etmiş (bu səbəbdən VEMTAS-a müraciəti zamanı sistem tərəfindən iddiaçıya münasibətdə imtina verilməmişdir); xx.xx.2025-ci il tarixdə - iddiaçı VEMTAS-a sosial yardımın təyin edilməsi məqsədilə müraciət etmiş; xx.xx.2025-ci il tarixdə - VEMTAS tərəfindən “ailənin əmək qabiliyyətli üzvünün (X7) orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra bərabər olması" səbəbilə imtina cavabı verilmiş; xx.xx.2025-ci il tarixdə - iddiaçının övladı Ə.Vəliyev işsiz statusunu əldə etmiş (bu səbəbdən iddiaçının xx.xx.2025-ci il tarixli müraciəti zamanı qeyd edilən statusun olmaması Ə.Vəliyovin gəlirlərinin özündən asılı olan səbəblərdən sıfıra bərabər olması kimi qiymətləndirilmişdir). Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmadan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Burada “onlardan asılı olmayan səbəblər” dedikdə ailənin əmək qabiliyyətli üzvünün 23 yaşınadək əyani təhsil alması səbəbilə yanaşı “müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatlar n ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması” səbəbi də qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə belə nəticəyə gəlmək mümkündür ki, İddiaçı ünvanlı sosial yardımın təyin olunaraq ödənilməsi hazırki qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı sübuta yetirilmiş hesab edilməlidir: İddiaçının övladı Ə.Vəliyev akademik borclarının mövcud olması səbəbindən halhazırda 5-ci tədris ili tələbəsi olmasına baxmayaraq, qanunvericiliklə “son yaş həddi” kimi göstərilən 23 yaşa çatdığından, artıq ailənin əmək qabiliyyətli üzvü hesab edilmiş, gəlirlərinin özündən asılı olan səbəblərdən sıfıra bərabər olması ailəyə sosial yardımın təyin edilməsi üçün əngəl törətmişdir; Həmçinin Ə.Vəliyevə münasibətdə gəlirlərinin sıfıra bərabər olması o halda VEMTAS tərəfindən üzürlü səbəb kimi qiymətləndirilərdi ki, işsiz kimi qeydə alınması faktı iddiaçının müraciət etdiyi xx.xx.2025-ci il tarixdən öncə təsdiqini tapmış olsaydı. İşin hazırki hallarından göründüyü kimi, işsiz statusunu əldə etməmiş Ə.Vəliyevin qanunvericiliklə nəzərdə tutulan 23 yasa çatması və gəlirlərinin özündən asılı olan səbəblərdən sıfıra bərabər olması halları VEMTAS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtinanın əsaslı və qanunvericiliyə uyğun olduğunu sübuta yetirir. Ailəsini aztəminatlı ailə hesab edən İddiaçı VEMTAS-ın xx.xx.2025-ci il tarixli imtinasından sonra sosial yardımın təyin edilməsi üçün cavabdehə təkrar müraciət etməmişdir. Halbuki xx.xx.2025-ci il tarixdən (övladı rəsmi işsiz statusunu əldə etdiyi tarix) sonra sosial yardımın təyin edilməsinə mane olan hal aradan qalxmış hesab edilmişdir. Cavabdehin etiraza əlavəsində qeyd edilmişdir ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 1,0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 1.0.6-cı maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına (bundan sonra - Qaydalar) əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.2-ci bəndinə VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X4 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bununla bağlı bildirirlər ki, İddiaçı ailəni təmsil edən şəxs qismində xx.xx.2025-ci il tarixli **********3031-1 nömrəli ərizə ilə ailəyə sosial yardımın təyin edilməsi məqsədilə VEMTAS-a müraciət etmişdir. Qeyd edilən müraciətə 11 02.2025-ci il tarixdə sistem tərəfindən “ailənin əmək qabiliyyətli üzvünün (X7) orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra bərabər olması” səbəbilə imtina cavabı verilmiş və bu barədə təmsilçinin qeyd etdiyi əks əlaqə vasitəsinə məlumat göndərilmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, ailəyə sosial yardımın təyin edilib-edilməməsi məsələsinə baxılması üçün qanunvericiliklə tələb olunan ilk şərt - təmsilçinin VEMTAS-a müraciət etməsidir. İş materiallarından göründüyü kimi, 2025-ci il üzrə iddiaçının yalnız bir müraciəti (xx.xx.2025ci il tarixli) mövcud olmuşdur ki, həmin müraciətə də VEMTAS tərəfindən mövcüd qanunvericiliyə uyğun rəsmi imtina cavabı verilmişdir. İddiaçının xx.xx.2025-ci il tarixindən müraciətinin olmaması: ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünün yoxlanılmasını; ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olub-olmamasını; ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olub- olmamasını; həmçinin sosial yardımın təyin edilməsindən imtina səbəbi kimi qiymətləndirilə biləcək digər halların VEMTAS tərəfindən rəsmi mənbələrdən yoxlanmasını mümkünsüz edir. Digər tərəfdən isə iddiaçının və övladının işsiz statusunu təsdiq edən “məşğulluq haqqında” arayışlara münasibətin bildirilməsi zərurəti yaranmışdır. Bununla bağlı bildirirlər ki, Qanunun 3-cü maddəsində sosial yardım almaq hüququ olan ailələrin dairəsi müəyyən edilir: sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. “Onlardan asılı olmayan səbəblər” deyildikdə aşağıdakı hallar nəzərdə tutulmaqdadır: ailə üzvlərinin əmək qabiliyyətsiz olması; ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 23 yaşınadək əyani təhsil alması; müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması; vəfat etməsi; məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən:

1. İddiaçı xx.xx.2024-cü il tarixindən;

2. İddiaçının övladı Ə.Vəliyev isə xx.xx.2025-ci il tarixindən işsiz statusunu əldə etmişdir (statusu təsdiq edən “məşğulluq haqqında arayış” iş materiallarına əlavə edilmişdir). Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.6- cı bəndinə əsasən, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İddiaçı və övladı Ə.Vəliyev müvafiq icra hakimiyyəti orqanında işsiz şəxs kimi qeydə alınsalar da, sözügedən status Qanunun 3-cü maddəsində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığından, onların orta aylıq gəlirlərinin sıfıra bərabər olması VEMTAS tərəfindən “onlardan asılı olmayan səbəb” kimi qiymətləndirilə bilməz. Həmçinin, Qaydaların 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alanlar. Qanunvericiliyin bu müddəasına münasibətdə bildirirlər ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş Nazirliyin tabeliyində X3 X1 Filialının xx.xx.2025-ci il tarixli 3-17- 2/2-Ə-14674/2025 nömrəli məktubuna əsasən, İddiaçı mövcüd qanunvericiliyin tələblərinə uyğun olaraq işsizlikdən sığorta ödənişinin təyin olunması mümkün olmamışdır. Son olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Bu maddə insanı dövlət siyasətinin mərkəzinə qoyur və ünvanlı yardım da məhz bu ali məqsədin praktiki ifadəsidir. Yəni layiqli həyat səviyyəsinin təmin edilməsi prinsipi sosial yardım sistemi vasitəsilə həyata keçirilərək:

1. ailələlərin minimum yaşayış səviyyəsinin aşağı düşməsinin qarşısının alınması;

2. sözügedən yardımın yalnız real ehtiyacı olan vətəndaşlara ünvanlanmasını nəzərdə tutur. Sosial yardımın fəlsəfəsi sosial ədalətin təmin olunmasına, aztəminatlı ailələrin müdafiəsinə və cəmiyyətdə bərabər imkanların yaradılmasına əsaslanır. Sosial yardımın fəlsəfəsinin mərkəzində ünvanlılıq və ədalət prinsipi dayanır. Yardım yalnız real ehtiyacı olan ailələrə yönəldilir. Bu, dövlətin resurslarından səmərəli istifadəni təmin edir və sosial ədalətsizliyin dərinləşməsinin qarşısını alır. Yardımın verilməsində əsas məqsəd vətəndaşların minimum yaşayış səviyyəsinə çatmasına dəstək olmaqla yanaşı, onların sosial fəallığını artırmaq və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Sosial yardım aztəminatlı ailələrə yalnız müvəqqəti sosial dəstək vasitəsidir, daimi gəlir mənbəyi və ya “işsizliyə təşviq” aləti deyil. Onun məqsədi insanı passiv asılılığa yox, fəallığa yönəldərək daha əməkqabiliyyətli hala gətirməkdir. Bu yardım insanın öz həyatını yaxşılaşdırmaq təşəbbüsünü əvəz etmir - əksinə, maddi və mənəvi cəhətdən gücləndirir ki, bu da şəxslərin işsiz qalmağını maraqlı etməmək məqsədini daşıyır və işlə maraqlanmaq motivasiyasını qoruyur. Bu yanaşmaya əsasən yardım hamıya yox, yalnız ehtiyacı olana verilməlidir. Bu yanaşmanın doğru tətbiq edilməsi məqsədilə qanunvericilikdə sosial yardımın təyin edilməsi, dayandırılması və təyin edilməsindən imtina əsasları sadalanır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirib, bildirik ki: İddiaçının xx.xx.2025-ci il tarixindən cavabdeh orqana müraciətinin olmaması; İddiaçı və övladı Ə.Vəliyev müvafiq icra hakimiyyəti orqanında işsiz şəxs kimi qeydə alınsalar da, sözügedən status dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olmaması; hər ikisinin işsizlikdən sığorta ödənişi alan şəxslər kateqoriyasına aid edilməməsi səbəblərindən ailəyə sosial yardımın təyin edilməsi qanunvericiliklə mümkün hesab edilmədiyi tərəflərindən sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən, В.Əhmədova və övladı Ə.Vəliyev əməkqabiliyyətli olduqları halda, gəlirlərinin özlərindən asılı olan səbəblərdən sıfıra bərabər olması səbəbindən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə etmişdir.

Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər:

Ünvanlı Dövlət Sosial Yardımın təyin olunmasından imtina haqqında xx.xx.2025-ci il tarixli qərar əsasında “Ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra barəbər olması (X8) səbəbindən iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Slavyan Universitetinin xx.xx.2025-ci il tarixli 10-01-367 saylı məktubunda qeyd edilmişdir ki, X7 Bakı Slavyan Universitetinin Filologiya fakültəsi Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə) ixtisası tələbəsidir. X7 üçün nəzərdə tutulmuş 4 illik tədris proqramı müddəti başa çatmışdır. Lakin tələbənin akademik borcları mövcuddur. Hal-hazırda 5-ci tədris ili tələbəsidir və yaranan akademik borclarının tamamlanması məqsədi ilə tələbə üçün tərtib olunmuş fərdi tədris planına uyğun dərslərdə iştirak edir. Məhkəmə qərardadının icra edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubuna qoşma edilmiş xx.xx.2025-ci il tarixli xidməti məktubda qeyd edilmişdir ki, Qaydaların 3.5-ci bəndinə əsasən sosial yardım almaq onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunduğu üçün, ailənin xx.xx.2025-ci il tarixində müraciəti olmadığından təyinat qərarı verilməsi qanunvericiliyə uyğun deyildir. Qaydaların 1.2.4-cü yarımbəndinə əsasən ailə üzvünün sosial yardım almaq hüququ yaranması üçün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alan şəxs olmalıdır.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardımın təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, В.Əhmədova və övladı Ə.Vəliyev əməkqabiliyyətli olduqları halda, gəlirlərinin özlərindən asılı olan səbəblərdən sıfıra bərabər olması səbəbindən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.6- cı bəndinə əsasən, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İddiaçı və övladı Ə.Vəliyev müvafiq icra hakimiyyəti orqanında işsiz şəxs kimi qeydə alınsalar da, sözügedən status Qanunun 3-cü maddəsində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığından, onların orta aylıq gəlirlərinin sıfıra bərabər olması VEMTAS tərəfindən “onlardan asılı olmayan səbəb” kimi qiymətləndirilə bilməz. Həmçinin, Qaydaların 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alanlar. Məhkəmə hesab edir ki, cavabdeh imtinasında əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən, oğlu X7 xx.xx.2025-ci il tarixindən işsiz statusunu əldə etmişdir. Statusu təsdiq edən “məşğulluq haqqında arayış” iş materiallarına əlavə edilmişdir. X7 Bakı Slavyan Universitetinin Filologiya fakültəsi Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə) ixtisası tələbəsidir. X7 üçün nəzərdə tutulmuş 4 illik tədris proqramı müddəti başa çatmışdır. Lakin tələbənin akademik borcları mövcuddur. Hal-hazırda 5-ci tədris ili tələbəsidir və yaranan akademik borclarının tamamlanması məqsədi ilə tələbə üçün tərtib olunmuş fərdi tədris planına uyğun dərslərdə iştirak edir. “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 9.0. Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: 9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 9.0.4. axtarışda olan şəxslər; 9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). Qanunvericiliyin tələbinə görə ünvanlı sosial yardımın orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə təyin olunduğu qeyd edilmişdir. Onlardan asılı olmayan səbəblər sırasında aşağıdakılar qeyd edilmişdir: Ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması. Qeyd edilən şərtlər arasında ailə üzvünün 23 yaşınadək əyani təhsil alması göstərilmişdir. Lakin işin hallarından görünür ki, iddiaçı oğlunun təhsilini davam etməsinə istinad etsə də, X5 23 yaşı tamam olmuş, 4 illik tədris proqramı müddəti başa çatmışdır. Lakin tələbənin akademik borcları mövcuddur. Hal-hazırda 5-ci tədris ili tələbəsidir və yaranan akademik borclarının tamamlanması məqsədi ilə tələbə üçün tərtib olunmuş fərdi tədris planına uyğun dərslərdə iştirak edir. X2 23 yaşına çatmış şəxsdir (doğum tarixi: xx.xx.2001) və qanunvericiliyin tələblərinə əsasən “23 yaşınadək əyani təhsil alması” şərtini ödəmir. Həmçinin, “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununa 24 aprel 2018-ci il tarixli 1084-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3-cü maddədə “orqanında” sözündən sonra “dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar” sözləri əlavə edilmiş və sosial yardım almaq hüququ olan ailələrin dairəsi müəyyən edilmiş, şəxsin “müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması” imperativ norma olaraq qeyd edilmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarını və işin hallarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar