Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-49/2021 28.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2019-cu il tarixli **********190065 nömrəli qərarının ləğv olunması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş “vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2019-cu il tarixli **********190065 nömrəli qərarının ləğv olunması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 3 saylı Ərazi Vergilər İdarəsinin 12.07.2018ci il tarixli, **********156224 saylı qərarına əsasən 13.07.2018-ci.il tarixdən 31.07.2019-cu il tarixədək iddiaçının idarə etdiyi və icarəsində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 2015-2018-ci illər üzrə torpaq vergisi, 2015-ci ilin 2-ci rübü-2018-ci ilin 1-ci rübü üzrə ödəmə mənbəyindən tutulan vergi, iyun 2015-may 2018-ci il üzrə aksiz vergisi, 2015-2017-ci illər üzrə mənfəət vergisi, 2015-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, iyun 2015-may 2018-ei illər üzrə əlavə dəyər vergisi, 2015-2017-ci illər üzrə əmlak vergisi, vergi məcəlləsinin 38.3-cü maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, udulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə iddiaçını xəbərdar etmədən növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Aparılan səyyar vergi yoxlaması zamanı 05.08.2019-cu il tarixli, **********156249 nömrəli akt tərtib olunmuşdur. Lakin akt tərtib olunandan sonra yoxlayıcı onu aktla tanış etməmişdir. Bu səbəbdən də yoxlama ilə əlaqədar öz fikirlərini və iradlarını bildirə bilməmişdir. Yoxlama zamanı təyin olunmuş ekspertizalar zamanı da iddiaçının hüquqları pozulmuşdur. Bdə ki, ekspertin iddiaçı tərəfindən seçilən şəxslərin arasından təyin olunması və digər hüquqları barədə vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Bundan əlavə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 13.09.2019-cli il tarixdə vergi orqanına dəvət olunmağı barədə iddiaçıya göndərilən məktubu 17.09.2019-cu il tarixdə almış və elə həmin gün vergi idarəsinə zəng edərək bu barədə məlumat vermişdir. Lakin buna baxmayaraq elə həmin gün, yəni 17.09.2019-cu il tarixdə 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********190065 nömrəli qərar qəbul edilmişdir. Səyyar yoxlama zamanı tərtib olunmuş akt əsasında qəbul olunmuş qərarı isə 5-6 gündən sonra poçt vasitəsi ilə almışdır. Səyyar vergi yoxlaması başa çatdıqdan sonra vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qəbul edilmiş 17.09.2019-cu il tarixli, İ**********90065 nömrəli qərarda vergi ödəyicisinə aşağıdakı tədiyyə növləri üzrə vergi hesblanması və maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır:.
1. Ödəmə mənbəyində tutulan vergi üzrə 9128.00 manat vergi hesablansın və vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 2835.00 manat maliyyə sanksiyası tətbiq edilsin.
2. Əlavə dəyər vergisi üzrə 33016.71 manat vergi hesablansın və vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 12165.40 manat maliyyə sanksiyası tətbiq edilsin.
3. Mənfəət vergisi üzrə 2867.98 manat vergi hesablansın və уa vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 1361.00 manat maliyyə sanksiyası tətbiq edilsin,
4. Aksiz vergisi üzrə 43624.18 manat vergi hesablansın və vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmg vergi məbləğinin 50 faizi miqdarında 17092.00 manat maliyyə sanksiytıs tətbiq edilsin.
5. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannaməsi vergi orqanına vaxtında təqdim edilmədiyinə görə vergi məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 1.240.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin,
6. Malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin olmaması səbəbindən Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 7196.00 manat maliyyə sanksiyası tətbiq edilsin. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə ümumilikdə cəmisi 88636.87 manat vergi hesablanması və 41889.4,1 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, İddiaçı MMC-də 3 saylı ərazi Vergilər İdarəsinin apardığı növbədənkənar səyyar vergi yoxlaması qərəzli aparılmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, yoxlama nəticəsində tərtib olunmuş akt yoxlamanın aparıldığı “Marşal-Xaçmaz’' MMC-də deyil 3 saylı Ərazi Vergilər İdarəsində tərtib olunmuş, yoxlamanın, nəticələri “Marşal- Xaçmaz’’ MMC-də müzakirə olunmamışdır. İddiaçı bildirir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin tərtib etdiyi 05.08.2019-cu il tarixli, **********156249 nömrəli akt və 17.09.2019-cu il tarixli, vergi Ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********190065 nömrəli qərarı ilə razı deyil və həmin akt və qərar yalnız ehtimallara əsaslanaraq qanunsuz və əsassız olaraq, qərəzli şəkildə qəbul olunmuşdur. Qeyd edir ki, əvvəla icarəsində olan “Marşal-Xaçmaz" MMC-i mövsümü fəliyyət göstərir, yəni bütün il boyu deyil, ilin müəyyən aylarında fəaliyyət göstərir, işçilərin sayı 9 nəfərdən artıq olmur, Pivə sexinin fəaliyyətinin dayandırılması və fəaliyyətə başlaması barədə hər il 3 saylı Ərazi Vergilər idarəsinə rəsmi məktubla məlumatlar ünvanlanmışdır. Belə ki, 27.09.2014-cıi il tarixdə pivə sexinin fəaliyyəti dayandırılmış, 08.06.2015ci il tarixdə sexin fəaliyyəti bərpa olunmuş və 11.11.2015-ci il tarixdə fəaliyyət dayandırılana kimi, 2015-ci il ərzində cəmisi 5 ay 3 gün fəaliyyət göstərmişdir. Sexin fəaliyyəti 29.07.2016-cı tarixdə bərpa olunmuş və 27.09.2016-cı iı tarixə kimi, il ərzində cəmisi 1 ay 28 gün fəaliyyət göstərmişdir. Sexin fəaliyyəti 29.07.2017-ci il tarixdə bərpa olunmuş və 14.11.2017- ci il tarixə kimi cəmisi 3 ay 15 gün fəaliyyət göstərmişdir. Sexin fəaliyyəti 19.07.2018-ci il tarixdə bərpa olunmuş və 3 1.10.2018- ci il tarixə kimi cəmisi 3 ay 12 gün fəaliyyət göstərmişdir. Bir daha qeyd edir ki, hər il pivə sexinin fəaliyyətinin dayandırılması və fəaliyyətə başlaması vaxtı barədə 3 saylı Ərazi Vergilər İdarəsinə rəsmi məktubla məlumat verilmişdir. (Məktubların surəti məhkəməyə təqdim olunacaq.) Aparılan səyyar vergi yoxlaması zamanı isə vergi müfəttişi tərəfindən bu faktlar qəsdən nəzərə alınmamış və ehtimallara əsaslanan fikirlərlə sexin fəaliyyətini yoxlama aparılan illər üzrə bütün illərə tam olaraq tətbiq etmişlər. 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndələri son iki il ərzində fəaliyyət göstərən pivə sexinin gündəlik fəaliyyətinə nəzarət etmişdirlər. Nəzarət zamanı sexdən çıxarılan pivə məhsulu onların nəzarəti altında müxtəlif obyektlərə göndərilmiş və bütün fəaliyyət “vergi ödəyicisi üzrə yaradılmış nəzarət postunda istehsal həcminin qeydiyyatı kitabında “vergi ödəyicisi üzrə yaradılmış nəzarət postunda satılan mallara keçirilər baxışın qeydiyyat jurnalında” və “vergi ödəyicisi üzrə yaradılmış nəzarət postunda texnoloji avadanlıqların plomblanması və sayqacların göstəricilərinin qeydiyyat kitabında dəqiqliklə qeyd olunmuşdur. Onu da qeyd edir ki, 2019-cu ilin avqust ayına kimi "xxxx" MMC-nin heç bir vergi borcu olmamışdır. Bu fakt vergi ödəyicisinin şəxsi hesab vərəqədə göstərilənlərlə tam təsdiq olunur. 3 saylı Ərazi Vergilər İdarəsinin tərtib eldiyi 05.08.2019-cu il tarixli, **********156249 nömrəli aktı tərtib olunandan 15 gün sonra, 17.09.2019-cu il tarixli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********190065 nömrəli qərarını isə 23.09.2019-cu il tarixdə almışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqları və qanuni mənafeİərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.2-ci maddəsinə əsasən Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit eldikləri qiymət qəbul edilir. Əks-hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. İddiaçı qeyd edir ki, onunla “Marşal-Xaçmaz" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi arasında notarial qaydada bağlanan icarə müqaviləsinə əsasən o, pivə sexini aylıq icarə haqqı 100 manat olmaqla icarəyə götürmüş, ona bundan artıq məbləğdə icarə haqqı ödəmək sərf etmir və mülkiyyətçi ilə arasında İcarə haqqı ilə əlaqədar heç bir anlaşılmazlıq yoxdur. Səyyar vergi yoxlaması zamanı bu məbləğin bazar qiyməti ilə 2000 manat hesablanmasını və guya icarə haqqını 100 manat təyin etməyin vergidən yayınma məqsədilə etdiklərinə dair rəylə qətiyyən razı deyil və bildirir ki, bu əqddə hansısa hüquqpozmadan söhbət gedə bilməz. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 15.1.7-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb elmək hüququ var. İddiaçının bu barədəki tələbləri vergi müfəttişləri tərəfindən heçbir vaxt nəzərə alınmamış və buna əhəmiyyət belə verilməmişdir. Müfəttişlərə görə vergi ödəyicisinin ümumiyyətlə heç bir hüququ yoxdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 15.1.9-cu maddəsinə əsasən vergi ödəyicisinin müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) İnzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüquqları var. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 15.1.12-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək hüququ var. Qeyd edir ki, səyyar vergi yoxlamasının aktı və digər sənədlərlə tanış olmaq imkanı olmamışdır. Belə ki, qərar qəbul olunana kimi həmin sənədlər iddiaçıya təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması növbəli və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə: vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi Ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparda bilər; artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyyicisinin gəlirlərinin və ya vergiıutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərar olduqda; bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamam keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Bildirir ki, yuxarıda göstərilən halların heç biri mövcud olmadan 3 saylı Ərazi Vergilər İdarəsinin 13.07.2018-ci il tarixdən 31.07.2019-cu il tarixədək iddiaçının idarə etdiyi və icarəsində olan "Marşal-Xaçmaz” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirdiyi növbədənkənar səyyar vergi yoxlamasının qanunsuz keçirilən qərəzli, vergi yoxlaması hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi- ödəyicisi yoxlama aktında Öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Növbədənkənar səyyar vergi yoxlaması keçirilərkən iddiaçının yuxarıda qeyd olunan maddədə nəzərdə tutulan hüquqları da pozulmuşdur. Belə ki, yoxlamanın nəticəsində tərtib olunmuş akt 3 saylı Ərazi Vergilər İdarəsində tərtib olunmuş və aktda öz qeydlərini etmək imkanı olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: ekspertə etiraz etmək: ekspertin onım tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət elmək; ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəh şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ıl-ə ekspertiza keçirilməsində iştirak etmək: ekspertin rəyi ilə tanış olmaq. Bildirir ki, növbədənkənar səyyar vergi yoxlaması keçirilərkən iddiaçının bu maddədə nəzərdə tutulan hüquqları da pozulmuşdur. Belə ki, ekspertiza təyin olunması barədə qərar və ekspert rəyi tanış olmağı üçün ona təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49,2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gəlirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələbləri vergi müfəttişi tərəfindən pozulduğuna görə yoxlama zamanı tərtib olunmuş akt və bunun əsasında qəbul olunmuş qərar əsassızdır və ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibatı-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən İnzibatı məhkəmə şəxsin hüquq və vəzifələrilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş İnzibatı aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara baxır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahat və münasibətində bildirmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin 12.07.2018-ci il tarixli, **********156224 nömrəli qərarına əsasən 13.07.2018-ci tarixdən 31.07.2019-cu il tarixədək dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsində 10.12.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması aktı” tərtib edilmiş və akt əsasında qəbul edilmiş 17.09.2019-cu il tarixli, **********90065 nömrəli qərara əsasən İddiaçı MMC-yə 88636,87 manat məbləğində ( 9128,0 manat ödəmə mənbəyindən tutulan vergi, 33016,71 manat əlavə dəyər vergisi, 2867,98 manat mənfəət, 43624,18 manat aksiz vergisi) vergi və 41889,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı barəsində qəbul edilmiş 17.09.2019-cu il tarixli, **********90065 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərarı əsassız və qanunsuz hesab edirlər: Sayyar vergi yoxlamasından göründüyü kimi, yoxlama zamanı cavabdeh vergi orqanı iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi sexində yoxlama ilə əhatə olunan dövrdə enerji sərfıyyatı məlumatlarına əsasən istehsal edilən pivənin həcmini müəyyən etmiş və bunun əsasında Səyyar vergi yoxlaması zamanı 88636,87 manat məbləğində vergi və maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi cavabdeh vergi orqanı istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən əlavə vergi məbləği hesablamış, yalnız mütəxəssis rəyinə əsasən əlavə vergi məsuliyyətinə cəlb etmişdir, istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən etmədən, sadəcə olaraq yalnız mövcud olan avadanlıq və qurğuların texniki göstəriciləri və faktiki enerji sərfiyyatı əsasında əlavə vergi məbləği hesabalamaq heç bir qanunvericiliyə uyğun deyildir. Belə ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və ya hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni, gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı bir maddi və ya prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa, o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik enerjisinin sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib-çıxarır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisindən ibarət olmayıb, aşağıdakı xərc elementlərindən ibarət olması müəyyən edilmişdir.
1. Xammal və materiallar
2. Qaytarılmış tullantılar
3. Texniki məqsədlər üçün yanacaq
4. Enerji və su
5. İstehsal fəhlələrinin əsas əmək haqqı
6. İstehsal fəhlələrinin əlavə əmək haqqı
7. O cümlədən amortaziyası
8. Ümumi sex xərcləri
9. Avadanlığın saxlanması və istismarı xərci
10. Zay məhsul və itkilər
11. Sair xərclər Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından da göründüyü kimi istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Səyyar vergi yoxlaması zamanı isə ekspert tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istesal həcminin hesablanması məhsulun maya dəyəri kalkulasiyasının prinsiplərinə uyğun deyildir və vergiyə cəlb edilən dövriyyənin bu qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.06.2019-cu il tarixli, 2-1(102)- 1652/2019 nömrəli, 03.02.2021-ci il tarixli,2-1(102)-360/2021 nömrəli, 04.05.2021-ci il tarixli, 2-1(102)-449/21 nömrəli və 08.06.2021-ci il tarixli, 2-1(102)-905/21 nömrəli qərarları ilə elektrik enerjisinə görə vergi orqanı tərəfindən əlavə vergi hesablanması ilə bağlı qəbul etdiyi qərarlar qanunsuz sayılmışdır və hesablanmış əlavə vergi məbləğləri ləğv edilmişdir. Bundan başqa cavabdeh vergi orqanı iddiaçıya mənfəət vergisi hesablayan zaman vergi qanunvericiliyində müəyyən edilmiş ardıcıllığı pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.4-cü maddəsinə əsasən Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14-cü maddəsinə əsasən Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-cu maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrali qərarı ilə təstiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənffəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənffətin (gəlirin) hesablanması “Qaydalarının 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənffəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Sadalanan normalardan aydın olduğu kimi, vergi orqanı vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədi ilə ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasənda, bu da mümkün olmadıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 mart tarixli 55 nömrali qaran ila tasdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənffəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması “Qaydalarına əsasən hesablayır. Göründüyü kimi cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı gözləmədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 mart tarixli 55 nömrali qərarı ila təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənffəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənffətin (gəlirin) hesablanması “Qaydalarını tətbiq etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alıb, "xxxx" MMC qiymətləndirmə şirkətinin eksperti tərəfindən tərtib edilmiş 25.07.2019-cu il tarixli ekspert rəyinin əsassız hesab edilməsini, "xxxx" MMC qiymətləndirmə şirkətinin eksperti tərəfindən tərtib edilmiş 25.07.2019-cu il tarixli ekspert rəyini iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməsinin və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.07.2018-ci il tarixli, **********156224 nömrəli qərarına əsasən "xxxx" MMCdə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 13.07.2018-ci il tarixdə KY181257152 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq 10.12.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 17.09.2019-cu il tarixli, **********190065 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin 9128,0 manat, əlavə dəyər vergisinin 33016,71 manat, mənfəət vergisinin 2867,98 manat və aksiz vergisinin 43624,18 manat olmaqla, ümumilikdə 88636,87 manat məbləğində vergilərin az hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə ümumilikdə vergi ödəyicisinə 88636,87 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33453,4 manat və vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1240,0 manat, həmçinin malların alışını və ya mədaxilini təsdiq edən sənədlər olmadığına görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 7196,0 manat olmaqla, ümumilikdə 41889,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 13.07.2018-ci il tarixli **********156251 nömrəli və 24.01.2019-cu il tarixli **********175055 nömrəli tələbnamələr verilmiş, sənədlərin təqdim edilməsi müvafiq olaraq 02.08.2018-ci il tarixli və 14.02.2019-cu il tarixli aktlarla rəsmiləşdirilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" 17.07.2018-ci il tarixli **********156798 nömrəli qərara əsasən müəssisənin ünvan 1i ünvanında yerləşən istehsal sexində 17.07.2018-ci il tarixdə baxış keçirilmiş və bu barədə 17.07.2018-ci il tarixli protokol tərtib edilmişdir. Yoxlama zamanı 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” 08.08.2018-ci il tarixli **********159302 nömrəli qərarına əsasən cəmiyyətin mülkiyyətində və istifadəsində olan daşınan əmlakın, malların, o cümlədən qeyri maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyası aparılmışdır. Cəmiyyətdə aparılmış inventarizasiya zamanı 71960,00 manat dəyərində alışını və ya mədaxilini təsdiq edən sənədləri olmayan mallar aşkar olunmuş və aparılmış inventarizasiyanın nəticələri 10.08.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin istifadəsində olan ünvan 1i ünvanında yerləşən pivə istehsalı sexində yoxlama ilə əhatə olunan dövrdə (01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək) enerji sərfiyyatı məlumatlarına əsasən pivə istehsal edən avadanlıqlarının gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə “Mütəxəssisin dəvət edilməsi haqqında” 15.08.2018-ci il tarixli **********160218 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında” 15.08.2018-ci il tarixli **********0217 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC (VÖEN **********) qiymətləndirmə şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin qiymətləndirici eksperti X7 mütəxəssis ekspert kimi dəvət olunmuş və onun tərəfindən 30.08.2018-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcminin 296667 litr, sexdə işləyən işçilərin sayı 9 nəfər göstərməklə ümumi əmək haqqı məbləği 97350,0 manat və texniki avadanlıqlarının orta aylıq icarə haqqının 2000,0 manat olduğu qeyd etmişdir. Vergi ödəyicisi ekspert rəyi ilə razı olmamış və təkirar ekspertizanın aparılmasını xahiş etmişdir. Buna görə də, təkrarən vergi ödəyicisinin istifadəsində olan ünvan 1i ünvanında yerləşən pivə istehsalı sexində yoxlama ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövrdə enerji sərfiyyatı məlumatlarına əsasən pivə istehsal edən avadanlıqlarının gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə “Mütəxəssisin dəvət edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177083 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında" 22.02.2019-cu il tarixli **********177082 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC qiymətləndirmə şirkəti ilə bağlanmış 06.03.2019-cu il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin qiymətləndirici eksperti X6 mütəxəssis ekspert kimi dəvət olunmuş və onun tərəfindən 25.07.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcminin ümumilikdə 277050,0 litr, satış dövriyyəsinin (ƏDV-siz) 160689,0 manat və texniki avadanlıqlarının hazırkı durumda orta aylıq icarə haqqının məbləğinin 2000,0 manat olduğu qeyd etmişdir. Yoxlama zamanı ekspert tərəfindən təqdim edilən rəyə əsasən vergi ödəyicisinin 2015-ci, 2016-cı və 2017-ci illər üzrə mənfəət vergisi ödəmək öhdəliyinin və dövriyyəsinin olduğu müəyyən olunmuşdur. Lakin, vergi ödəyicisi həmin dövriyyə ilə bağlı xərc sənədlərini yoxlamaya təqdim edə bilməmiş, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmadığı üçün vergi ödəyicisinin xərclərini və gəlirlərini müəyyən etmək mümkün olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2011-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş 'Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən vergi orqanı şərti rentabellik norması əsasında vergi ödəyicisinin mənfəətini müəyyən etmişdir. Vergi ödəyicisinin gəliri şərti üsulla müəyyən edilərkən gəlirləri 6 əmsala bölünməklə mənfəəti müəyyən etmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəətin məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülmüşdür. Müəssisənin gəlirlərinin (ƏDV-siz və aksizsiz) 2015-ci il üzrə 21878,87 manat, 2016-cı il üzrə 64452,59 manat və 2017-ci il üzrə 60743,92 manat olduğu müəyyən edilmişdir. Yoxlama zamanı 2015-ci il üzrə vergiyə cəlb olunan mənfəətin 3646,47 manat, həmin mənfəətdən hesablanmış mənfəət vergisinin məbləği 729,29 manat, 2016cı il üzrə vergiyə cəlb olunan mənfəətin 10742,09 manat, həmin mənfəətdən hesablanmış mənfəət vergisinin məbləği 2148,41 manat və 2017-ci il üzrə vergiyə cəlb olunan mənfəətin 10123,98 manat, həmin mənfəətdən hesablanmış mənfəət vergisinin məbləği 2024,79 manat müəyyən edilmişdir. M 2015= 21878,87x20/120=3646,47x20%=729,29 manat M 2016= 64452,59x20/120=10742,09x20%=2148,42 manat M 2017= 60743,92x20/120=10123,98x20%=2024,80 manat Vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2015-ci il üzrə hesablanmış 583,33 manat, 2016-cı il üzrə hesablanmış 843,20 manat və 2017-ci il üzrə hesablanmış 608,0 manat mənfəət vergisi nəzərə alındıqda, səyyar vergi yoxlaması ilə 2015-ci il üzrə 145,96 manat, 2016-cı il üzrə 1305,22 manat və 2017-ci il üzrə 1416,80 manat olmaqla ümumilikdə 2867,98 manat məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1361,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisin yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, vergi ödəyicisi əlavə dəyər vergisin məqsədləri üçün qeydiyyat haqqında ərizəyə əsasən 27.07.2015-ci il tarixdə **********5 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi almışdır. Əlavə dəyər vergisinin qeydiyyatı 08.07.2015-ci il tarixdən qüvvəyə minmiş və həmin tarixdən yaranan dövriyyələri əlavə dəyər vergisinə cəlb edilməklə hesablamalar aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində 08.07.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək vergi ödəyicisi əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olmuş və bu dövr ərzində vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı ləğv edilməmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə 08.07.2015-ci il tarixdən 31.12.2015-ci il tarixədək 10850,0 manat, 01.01.2016-cı il tarixdən 01.01.2017-ci il tarixədək 3583,28 manat, 01.01.2017-ci il tarixdən 01.01.2018-ci il tarixədək 18240,00 manat, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək 0,00 manat olmaqla, ümumilikdə 32673,28 manat məbləğində dövriyyə və həmin dövriyyədən ödənilməli olan əlavə dəyər vergisinin məbləği 5881,19 manat bəyan edilmişdir. Lakin, yoxlama ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə ekspert tərəfindən təqdim olunmuş rəydə istehsal obyektində sərf edilmiş enerji sərfiyyatına görə ümumi istehsal həcmi və orta bazar satış qiymətlərinə əsasən aylar üzrə hasilatın həcmi müəyyən edilmişdir. Ekspert tərəfindən təqdim olunmuş rəyə əsasən yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin dövriyyəsi 216099,48 manat, həmin dövriyyədən ödənilməli olan əlavə dəyər vergisinin məbləği 40002,62 manat müəyyən olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyat dövrü üzrə ekspert rəyində göstərilən satış dövriyyələri ilə vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə göstərilən satış dövriyyələri müqayisə edilmiş və əlavə olaraq ümumilikdə 33016,71 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 12165,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aksiz vergisin yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisi aksizli malların istehsalı (pivə istehsalı) ilə məşğul olduğundan aksiz vergisinin ödəyicisi olmuşdur. Ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən 01.06.2015-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövrdə 37722,19 litr, 2016-cı ildə 111125,15 litr, 2017-ci ildə 104730,9 litr, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövrdə 23472,38 litr olmaqla, ümumilikdə 277050,62 litr pivə məhsulu istehsal edilmişdir. Vergi Məcəlləsinin 190.3.6-cı maddəsinə əsasən istehsal olunmuş hər 1 litr pivə məhsuluna görə 0,2 manat aksiz vergisi tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq, vergi ödəyicisinə 01.06.2015-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr üzrə 2455,56 manat, 2016-cı il üzrə 20439,03 manat, 2017-ci il üzrə 20946,18 manat, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə 4694,48 manat olmaqla ümumilikdə 43624,18 manat aksiz vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 17092,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergilərin yoxlnıİması nəticəsində ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş obyektin aylıq icarə haqqının bazar qiymətinin 2000,0 manat olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrində daşınmaz əmlakın icarə haqqı üzrə vergi məbləğləri, ekspert rəyinə əsasən müəyyən olunmuş icarə haqqı üzrə vergi məbləğləri ilə müqayisə edilmişdir. Belə ki, aparılmış səyyar vergi yoxlaması ilə 2015-ci ilin 2-ci rübü üzrə 266,00 manat, 2015-ci ilin 3-cü rübü üzrə 798,0 manat, 2015ci ilin 4-cü rübü üzrə 798,0 manat, 2016-cı ilin 1-ci rübü üzrə 798,0 manat, 2016-cı ilin 2ci rübü üzrə 798,0 manat, 2016- cı ilin 3-cü rübü üzrə 798,0 manat, 2016-cı ilin 4-cü rübü üzrə 798,0 manat, 2017-ci ilin 1-ci rübü üzrə 798,0 manat, 2017-ci ilin 2-ci rübü üzrə 798,0 manat, 2017-ci ilin 3-cü rübü üzrə 798,0 manat, 2017-ci ilin 4-cü rübü üzrə 840, 0 manat, 2018-ci ilin 1-ci rübü üzrə 840,0 manat olmaqla, ümumilikdə 9128,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergilər hesablanmış və Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən 2835,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması zamanı təyin olunmuş ekspertizalar zamanı onun hüquqlarının pozulduğunu və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş ekspertizanın təyin edilməsi haqqında müvafiq qərarın və ekspert rəyinin ona təqdim olunmadığını göstərmişdir. İddiaçının yuxarıda qeyd olunan mövqeyi tamamilə əsassızdır. 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək hüquqları vardır. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən ekspertizanın təyin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin istifadəsində olan ünvan 1i ünvanında yerləşən pivə istehsalı sexində yoxlama ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövrdə enerji sərfiyyatı məlumatlarına əsasən pivə istehsal edən avadanlıqlarının gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə qəbul edilmiş “Mütəxəssisin dəvət edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177083 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177082 nömrəli qərarlar ilə vergi ödəyicisinin rəhbəri İdayət Vəliməmmədov 25.02.2019-cu il tarixində şəxsən tanış olmuşdur. Belə ki, o, 22.02.2019-cu il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” və “Ekspertizanın təyin edilməsi haqqında” Qərarlarda, həmçinin 25.02.2019-ci il tarixli “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma haqqında” Protokolda “Tanış oldum" qeydi aparılacaq öz imzası və cəmiyyətə məxsus möhürü ilə təsdiq etmişdir Bundan əlavə, 25.07.2019-cu il tarixli ekspert rəyi “Rəyin təqdim edilməsi haqqında” 26.07.2019-cu il tarixli **********671000 nömrəli məktubla vergi ödəyicisinin hüquqi ünvanına və elektron qutusuna göndərilmişdir Yuxarıda qeyd olunduğu kimi ekspertiza vergi orqanı tərəfindən ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda təyin olunur. Yəni, ekspert rəyi hər hansı sahə üzrə xüsusi biliyə və təcrübəyə malik olan şəxslər tərəfindən verilir və rəy ekspertin xüsusi biliklərinə, təcrübəsinə, barəsində rəy verdiyi məsələlərin xüsusiyyətlərinə əsaslanır. Hesab edirlər ki, ekspert tərəfindən verilmiş rəy kifayət qədər qanuni və əsaslıdır. İddiaçı iddia ərizəsində ekspertə və yoxlayıcıya ünvanladığı iradları əsaslandıra bilməmiş və həmin iradların əsaslı olması barədə iddia ərizəsinə hər-hansı sübut əlavə etməmişdir. İddiaçı iddia ərizəsində, həmçinin səyyar vergi yoxlaması materiallarına baxılması haqqında məlumatın, səyyar vergi yoxlaması aktının, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ona gec göndərildiyini və səyyar vergi yoxlamasının nəticələrinin cəmiyyətdə müzakirə olunmadığını göstərmişdir. İddia ərizəsində göstərilənlərlə bağlı 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, səyyar vergi yoxlaması materiallarına baxılması məqsədi ilə vergi ödəyicisinin rəhbəri olan İdayət Vəliməmmədovu 09.09.2019-cu il tarixli **********097600 nömrəli məktubla 13.09.2019-cu il tarixində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasına dəvət etmişdir. Həmin məktub vergi ödəyicisinin həm hüquqi ünvanına həm də elektron qutusuna göndərilmişdir. Qeyd olunmalıdır ki, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 10.12.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı 09.08.2019-cu il tarixli **********792200 nömrəli məktubla və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə- cəlb edilməsi haqqında” 17.09.2019-cu il tarixli, **********190065 nömrəli qərar isə 17.09.2019-cu il tarixli **********389500 nömrəli məktubla vergi ödəyicisinin hüquqi ünvanına və elektron qutusuna göndərilmişdir Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Etiraza əlavə edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat’dan da göründüyü kimi yuxarda göstərilən sənədlər vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və vergi ödəyicisinin rəhbəri həmin sənədlərlə tanış olmuşdur. Yəni, iddiaçının səyyar vergi yoxlaması aparılarkən yoxlama ilə bağlı sənədlərin ona gec göndərilməsi barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Həmçinin, iddiaçı iddia ərizəsində cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının ehtimallara əsaslandığını və vergi ödəyicisinin fəaliyyətin dayandırıldığı dövrlər üzrə də vergilərin hesablandığını göstərmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, vergi ödəyicisinin bu dəlili də əsassızdır. Aparılan səyyar vergi yoxlaması zamanı İddiaçı MMC-yə mənfəət vergisi, əlavə dəyər vergisi, aksiz vergisi və ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır. Belə ki, yuxarda qeyd edildiyi kimi səyyar vergi yoxlaması zamanı xüsusi biliklər tələb olunduğu üçün ekspertiza təyin edilmiş və "xxxx" MMC qiymətləndirmə şirkətinin eksperti 25.07.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və 01,06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcminin ümumilikdə 277050,0 litr, satış dövriyyəsinin (ƏDV-siz) 160689,0 manat və texniki avadanlıqlarının hazırkı durumda orta aylıq icarə haqqının məbləğinin 2000,0 manat olduğu qeyd etmişdir. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmiş və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını həyata keçirmək vergi orqanının hüququdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə döviət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02.06.2021-ci il tarixli 198-/199 nömrəli ekspert rəyinə dair mülahizəsində qeyd etmişdir ki, Məhkəmə istintaqı zamanı, Sumqayıt İnzibati Məhkəməsinin 18.12.2020ci il tarixli, 2- 1(118)-237/2020 nömrəli Qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısına aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı MMC yə məxsus “pivə istehsalı” sexində yoxlama ilə əhatə olunan dövrdə istehsal olunmuş pivə məhsulunun istehsal həcmi nə qədərdir ?
2. Marşal-Xaçmaz” MMC yə məxsus “pivə istehsalı” sexində yoxlama ilə əhatə olunan dövrdə satış üzrə real bazar qiyməti nə qədərdir ?
3. Marşal-Xaçmaz" MMC yə məxsus “pivə istehsalı” sexində yoxlama ilə əhatə olunan dövrdə daşınmaz əmlak üçün aylıq icarə haqqının yoxlama ilə əhatə olunan dövr ərzində real bazar dəyəri nə qədərdir ?
4. Marşal-Xaçmaz” MMC yə məxsus “pivə istehsalı” sexində yoxlama ilə əhatə olunan dövrdə vergilər düzgün hesablanmışdırmı ?
5. Marşal-Xaçmaz” MMC yə məxsus “pivə istehsalı” sexində yoxlama ilə əhatə olunan dövrdə Marşal-Xaçmaz” MMC-nin vergidən yayınma halları mövcud olmuşdurmu ? Əgər olmuşdursa həmin vergilərin növü və məbləği nə qədərdir ? Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 tərəfindən 02.06.2021-ci il tarixli ekspert rəyi tərtib edilmiş və ekspert qarşısında qoyulmuş 1-ci və 3- cü suallarla bağlı tədqiqat aparılmasının mümkün olmadığı, 4-cü və 5-ci suallarla bağlı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış ƏDV, mənfəət və aksiz vergilərinin az hesablanmasının düzgünlüyünü və hansı məbləğdə olmasının müəyyən edilməsinin mümkün olmadığı və 2-ci sualla bağlı müəssisə tərəfindən istehsal olunan pivənin orta bazar satış qiymətinin 30 litrlik çəllək üçün 47,0 manat, 50 litrlik çəllək üçün 77,0 manat olması müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı bildirirlər ki, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 tərəfindən 02.06.2021-ci il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş 1-ci və 3-cü suallarla bağlı tədqiqat aparmamışdır, beləki ekspert müəssisənin yerləşdiyi ünvanda olamamış, istehsal prosesi ilə tanış olmamış, ekspert tərəfindən İstehsal sahəsində quraşdırılmış avadanlıqların və qurğuların növlər üzrə miqdarı müəyyən edilməmiş, istehsal prosesində istifadə olunan avadanlıqların və qurğuların texniki göstəriciləri araşdırılmamış, 1 litr hazır pivənin istehsalı üçün sərf olunan elektrik enerjisi hesablanmış və heç bir əsas olmadan 1-ci və 3-cü suallarla bağlı tədqiqat aparılmasının mümkün olmadığı bildirilmişdir. Halbuki məhkəmə ekspertinin qeyd olunan mövqeyi ümumiyyətlə məhkəmə təcrübəsinə ziddir, ona görə artıq Ali Məhkəmənin İnzibati Kolegiyası tərəfindən qəbul edilmiş bir sıra qərarlarda elektrik enerji sərfiyyatı göstəriciləri əsas götürülməklə vergilərin hesablanmasının mümkünlüyü təsdiq edilmişdir. Belə ki, nümunə olaraq Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən qəbul edilmiş 18.04.2018-ci il tarixli 2-1(102)-34/18 saylı qərarını qeyd edə bilərlər. Bildirirlər ki, "xxxx" MMC-nin ekspert mütəxəssisi X6 müstəqil tədqiqatın məqsədlərinə çatmaq üçün 15.06.2019-cu il tarixdə yoxlanılan müəssisənin yerləşdiyi ünvanda olmuş və istehsal sahəsinə baxış keçirərək istehsalat prosesi ilə yaxından tanış olmuşdur. İstehsal sahəsində qurlaşdırılmış avadanlıqların və qurğuların növlər üzrə miqdarı müəyyən edilmişdir. Müəssisənin istehsal gücünün kəmiyyətini müəyyən etmək üçün istehsal prosesində istifadə olunan avadanlıqların və qurğuların texniki göstəriciləri araşdırılaraq öyrənilmişdir. Baxış keçirilən tarixdə müəssisənin istehsal prosesi zamanı bişmə çəninin sərf etdiyi faktiki elektrik enerjisi üzrə elektrik sayğacında faktiki sərfiyyatına dair ölçmələr aparılmışdır. Daha sonra istehsal avadanlıqlarının gücü müəyyənləşdirilmiş və 1 litr hazır pivənin istehsalı üçün sərf olunan elektrik enerjisi hesablanmışdır. Aylıq elektrik enerjisindən itkilər və digər təyinatlar üzrə sərf olunmuş elektrik enerjisinin miqdarı çıxlaraq aylıq istehsal xəttinin sərfiyyatı müəyyənləşdirilmişdir. Yekunda qiymətləndirici aylıq istehsal xətti üzrə sərfiyyat bir litr hazır pivə məhsulunun istehsalı üçün sərf oluna elektrik enerjisinin miqdarına bölmüş və aylar üzrə istehsal olunmuş hazır pivə məhsulunun həcmini müəyyən etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 tərəfindən 02.06.2021-ci il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş 4-cü və 5-ci suallarla bağlı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış ƏDV, mənfəət və aksiz vergilərinin az hesablanmasının düzgünlüyünü və hansı məbləğdə olmasının müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Qeyd olunan məsələ ilə bağlı bildirirlər ki, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti 1-ci və 3-cü suallarla bağlı tədqiqat apamadığı üçün 4-cü və 5-ci sulallara yəni səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış ƏDV, mənfəət və aksiz vergilərinin az hesablanmasının düzgünlüyünü və hansı məbləğdə olmasının müəyyən edə bilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 tərəfindən 02.06.2021-ci il tarixli ekspert rəyində göstərilir ki, MBA LTD” MMC-nin ekspert mütəxəssisi X2 tərtib etdiyi 25.07.2019-cu il tarixli ekspert rəyində istehsal edilmiş pivə məhsulunun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olunduğu göstərilimişdir. Lakin bildirirlər ki, “Mütəxəssisin dəvət edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177083 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177082 nömrəli qərarlarda ekspert-mütəxəssis qarşısında istehsal edilmiş pivə məhsulunun faktiki maya dəyərinin müəyyən edilməsi il bağlı sual qoyulmamışdır və "xxxx" MMC qiymətləndirmə şirkətinin eksperti tərəfindən tərtib edilmiş 25.07.2019-cu il tarixli ekspert rəyində bu haqda heç bir məlumat yoxdur. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə eksperti qarşısına qoyulan suallara cavab verməməklə dolayısı ilə iş üzrə rəy verməkdən imtina etmişdir. Bu səbəbdən hazırki iş üzrə yoxlama zamanı əldə edilmiş MBA LTD” MMC-nin 25.07.2019cu il tarixli ekspert rəyini təkzib edəcək hər hansı bir sübut və dəlillərin olmadığı halda hesab edirlər ki, 25.07.2019-cu il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və iddianın təmin olunmaması barədə qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2021-ci il tarixli, 9/198-9/199 nömrəli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə (yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəlb olunmuş X6 tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən faktik enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun olmadığına və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə, sənədlər tam təqdim olunmadığına görə və s .) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin (ƏDV, mənfəət və aksiz) az hesablanmasının düzgünlüyünü və hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəlb olunmuş X6 tərəfindən verilmiş rəydə icarə haqqı məbləği ilə bağlı göstərilənlər nəzərə alındığı təqdirdə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ÖMV-nin 9128,00 manat məbləğində az hesablanması müəyyən olunur. Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən aşağıda qeyd edilən inzibati icraat aparılmış və qeyd edilən hallar müəyyən edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.07.2018-ci il tarixli, **********156224 nömrəli qərarına əsasən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 13.07.2018-ci il tarixdə KY181257152 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq 10.12.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 17.09.2019-cu il tarixli, **********190065 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin 9128,0 manat, əlavə dəyər vergisinin 33016,71 manat, mənfəət vergisinin 2867,98 manat və aksiz vergisinin 43624,18 manat olmaqla, ümumilikdə 88636,87 manat məbləğində vergilərin az hesablandığı inzibati orqan tərəfindən müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə ümumilikdə vergi ödəyicisinə 88636,87 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33453,4 manat və vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1240,0 manat, həmçinin malların alışını və ya mədaxilini təsdiq edən sənədlər olmadığına görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 7196,0 manat olmaqla, ümumilikdə 41889,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin istifadəsində olan ünvan 1i ünvanında yerləşən pivə istehsalı sexində yoxlama ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövrdə enerji sərfiyyatı məlumatlarına əsasən pivə istehsal edən avadanlıqlarının gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə inzibati orqan tərəfindən “Mütəxəssisin dəvət edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177083 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında" 22.02.2019-cu il tarixli **********177082 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC qiymətləndirmə şirkəti ilə bağlanmış 06.03.2019-cu il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin qiymətləndirici eksperti X6 mütəxəssis ekspert kimi dəvət olunmuş və onun tərəfindən 25.07.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcminin ümumilikdə 277050,0 litr, satış dövriyyəsinin (ƏDV-siz) 160689,0 manat və texniki avadanlıqlarının hazırkı durumda orta aylıq icarə haqqının məbləğinin 2000,0 manat olduğu qeyd etmişdir. İnzibati orqan yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmadığı üçün vergi ödəyicisinin xərclərini və gəlirlərini müəyyən etmək mümkün olmadığı əsası ilə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2011-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş 'Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən vergi orqanı şərti rentabellik norması əsasında vergi ödəyicisinin mənfəətini müəyyən etmişdir. Vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2015-ci il üzrə hesablanmış 583,33 manat, 2016-cı il üzrə hesablanmış 843,20 manat və 2017-ci il üzrə hesablanmış 608,0 manat mənfəət vergisi nəzərə alındıqda, səyyar vergi yoxlaması ilə 2015-ci il üzrə 145,96 manat, 2016-cı il üzrə 1305,22 manat və 2017-ci il üzrə 1416,80 manat olmaqla ümumilikdə 2867,98 manat məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1361,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə 08.07.2015-ci il tarixdən 31.12.2015-ci il tarixədək 10850,0 manat, 01.01.2016-cı il tarixdən 01.01.2017-ci il tarixədək 3583,28 manat, 01.01.2017-ci il tarixdən 01.01.2018-ci il tarixədək 18240,00 manat, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək 0,00 manat olmaqla, ümumilikdə 32673,28 manat məbləğində dövriyyə və həmin dövriyyədən ödənilməli olan əlavə dəyər vergisinin məbləği 5881,19 manat bəyan edilmişdir. Yoxlama ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə ekspert tərəfindən təqdim olunmuş rəydə istehsal obyektində sərf edilmiş enerji sərfiyyatına görə ümumi istehsal həcmi və orta bazar satış qiymətlərinə əsasən aylar üzrə hasilatın həcmi müəyyən edilmişdir. Ekspert tərəfindən təqdim olunmuş rəyə əsasən yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin dövriyyəsi 216099,48 manat, həmin dövriyyədən ödənilməli olan əlavə dəyər vergisinin məbləği 40002,62 manat müəyyən olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyat dövrü üzrə ekspert rəyində göstərilən satış dövriyyələri ilə vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə göstərilən satış dövriyyələri müqayisə edilmiş və əlavə olaraq ümumilikdə 33016,71 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 12165,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aksiz vergisin yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisi aksizli malların istehsalı (pivə istehsalı) ilə məşğul olduğundan aksiz vergisinin ödəyicisi olmuşdur. Ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən 01.06.2015ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövrdə 37722,19 litr, 2016-cı ildə 111125,15 litr, 2017-ci ildə 104730,9 litr, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövrdə 23472,38 litr olmaqla, ümumilikdə 277050,62 litr pivə məhsulu istehsal edilmişdir. Vergi Məcəlləsinin 190.3.6-cı maddəsinə əsasən istehsal olunmuş hər 1 litr pivə məhsuluna görə 0,2 manat aksiz vergisi tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq, vergi ödəyicisinə 01.06.2015-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr üzrə 2455,56 manat, 2016-cı il üzrə 20439,03 manat, 2017-ci il üzrə 20946,18 manat, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə 4694,48 manat olmaqla ümumilikdə 43624,18 manat aksiz vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 17092,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan əlavə dəyər vergisi, mənfəət vergisinin və aksiz vergisinin hesablanması zamanı ekspert tərəfindən müəyyən olunmuş istehsal həcmini və satış dövriyyəsini əsas götürmüşdür. Məhkəmə tərəfindən bununla bağlı müfafiq ekspertiza təyin edilmiş, ekspert öz rəyində qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəy ilə müəssisənin istehsal etdiyi elektrik enerjisi sərfiyyatı məlumatları əsas götürərək istehsal həcmi müəyyən olunmuşdur. Həmçinin həmin rəy ilə qeyri yaşayış sahəsinin aylıq icarə haqqı məbləğidə müəyyən olunmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, səyyar vergi yoxlaması ilə vergi əməkdaşı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəy nəzərə alınmaqla vergilər hesablanmışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: Xammal və materiallar; - Qaytarılmış tullantılar; -Texniki məqsədlər üçün yanacaq enerji və su; -İstehsal fəhlələrinin əsas əmək haqqı; istehsal fəhlələrinin əlavə əmək haqqı; Sosial sığortaya ayırmalar; Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya; Ümumi sex xərcləri; Ümumi zavod xərcləri; Zay məhsul və itkilər; Sair istiehsalat xərcləri; Əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektirik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəlb olunmuş qiymətləndirici ekspert X6 tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş məhsulların (pivə) faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəlb olunmuş X6 tərəfindən faktiki istehsal edilmiş məhsulların (pivə) faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, elektrik enerjisi sərfiyyatı əsasında məhsulların (pivə) istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2021-ci il tarixli, 9/198-9/199 nömrəli ekspert rəyində rəyində qeyd edilənlərlə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqan inzibati icraat zamanı lazımı araşdırma aparmamış, yalnız ekspert rəyinə istinad etmişdir. Halbu ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. İddiaçının iddia ərizəsində qeyd edilən dəlillər araşdırılmamış, yalnız ekspert rəyi əsas götürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt əlavə dəyər vergisi, mənfəət vergisinin və aksiz vergisinin və bunlara uyğun hesablanmış maliyə sanksiyası hissədə ləğv edilməlidir. İddianın ödəmə mənbəyində tutulan vergi və ona uyğun tətbiq edilmiş maliyə sanksiyası hissəsində isə məhkəmə iddianı əsaslı hesab etmir. Beləki, inzibati orqan tərəfindən ümumilikdə 9128,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergilər hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2835,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin hesablama ekspert rəyi əsas götürülərək hesablanmış, məhkəmə tərəfindən təyin eilmiş ekspertiza ilədə həmin hesablamanın əsaslı olması istisna edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3 saylı Ərazi Vergilər İdarəsinin 17 sentyabr 2019-cu il tarixli **********190065 nömrəli qərarı əlavə dəyər vergisi, mənfəət vergisinin, aksiz vergisi və bunlara müvafiq hesablanmış maliyə sanksiyası hissəsində ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. 3 saylı Ərazi Vergilər İdarəsinin 17 sentyabr 2019-cu il tarixli **********190065 nömrəli qərarı əlavə dəyər vergisi, mənfəət vergisinin, aksiz vergisi və bunlara müvafiq hesablanmış maliyə sanksiyası hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 2 ünvanında yerləşən) apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev