Məhkəmə qərarları › İş №2-1(118)-502/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-502/2020

19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-502/2020 19.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.N970-ci ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olmuş, həqiqi hərbi xidmətimi başa çatdırıb, Azərbaycana qayıtdıqdan bir qədər sonra Sovet hakimiyyəti və Sovet Ordusu artıq movcud deyiliydi. Qubadlı rayonunda isə artıq məlum hadisələr başlamışdı. O, təkrar 2-ci dəfə hərbi xidmətə başlamış, könüllü olaraq dəstələr düzəldib Özünümüdafiə Batalyonunda vuruşmuşdur. Hərbi əməliyyatların kəskinləşərək müharibə hazırlığı vəziyyəti yarandığı dövrdə könüllülər hərbi hissələrə verildi və o, N2-ci il 0N iyun tarixdə N saylı hərbi hissə komandirinin N saylı əmri ilə rəsmi xidmətə başlamışdır. Bütün xidməti dövründə N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə görə məvacib almış və sonuna qədər Qubadlının və Azərbaycan torpaqlarının azadlığı, suverenliyi və Konstitusiya quruluşununun müdafiəsində iştirak etmişdir. Eyni zamanda tez–tez arxa cəbhənin və qərargah rəisinin tapşırıqlarını da yerinə yetirməli olub. Rayon döyüş meydanı olduğundan tez-tez evakuasiya işlərinə cəlb edilmişdir. xx.xx.N3–cü il tarixdə N saylı hərbi hissə komandirinin N saylı əmri ilə, həmin hissədə xidmətə davam etmiş, daha sonra N4-cü il 27 yanvar tarixdə yenidən qərargah rəisinin əmri ilə geri çağırılmış və hərbi hissə komandiri bu çağırışı icra edərək onu arxaya göndərmişdir. N saylı hərbi hissə komandiri xx.xx.N4-cü il tarixli, 309 saylı əmrlə o başqa işə göndərmişdir. Göndərildiyi yerdə də döyüş təminatı ilə məşğul olmalı idi, amma sonralar Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə göndərilmiş sorğuya cavabda ona bildirilmiş ki, həmin vaxt sənədləri hüquq mühafizə orqanlarına təhvil verilmişdir. Halbuki, barəsində heç vaxt hər hansı təqsirləndirici material olmayıb və Qubadlı rayon Prokurorluğuna ŞAMƏVM İB–nin sorğusuna Prokurorluğun x xxxxxx 20N9-cu il tarixli 05/7-N9 saylı cavabda göstərilir ki, barəsində cinayət işi istintaq olunmayıb. Qubadlı işğal olunanda bir çox sənədlərlə yanaşı onun hərbi bileti də yanıb. Qubadlı SHXÇDXİ–si ona dublikat verib. Amma, orada qeydlər aparılmayıb. Müdafiə Nazirliyinin «Veteran vəsiqəsi və müvafiq statusun verilməsi Komissiyası» sənədləri nəzərdən keçirmiş, qanuni əsaslarla ehtiyata buraxılmamağını bəhanə göstərək ona veteran vəsiqəsini verməkdən imtina edir. Lakin, nəzərə almırlar ki, o həqiqi hərbi xidmətdə deyil, Milli Orduda könüllü xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4-cü il 22 sentyabr 2N6 saylı Sərəncamı Azərbaycan torpağının suverenliyi və Konstitusiya Quruluşunun müdafiəsində könüllü iştirak edən hər bir döyüşçüyə bu adı şamil etmişdir. O, halda həmin sərəncamla ona veteran vəsiqəsi təqdim olunmalıdır. Ona görə də hesab edir ki, məhkəmə ona veteranlıq vəsiqəsinin verilməsi öhdəliyini cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 N-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən: “N988–ci il fevralın N– dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər( hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ““Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültətiv deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N. Şəxsin hərbi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8–ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, inzibati iş materiallarında olan X2 Arxivinin xx xxxxxxx 20N9–cu il tarixli 9/2-N5520 nömrəli arxiv arayışında iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin xx xxxxxx N4-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmasına dair qeyd iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsini istisna etmiş olur. Bununla da hesab edirik ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası"nın iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsinə dair xx xxxxxx 20N9-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barəsində cavabdeh inzibati orqan lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, ona görə də məhkəmə qanunvericiliyə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan prosesə baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9cu il tarixli, Müdafiə Nazirliyinin İşlər XN İdarəsinin xx.xx.20N9-cu il tarixli məktubları, Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 9/2-N699 saylı, xx xxxxxx 2020-ci oil tarixli 9/2-N857 saylı, xx xxxxxx 2020-ci il tarixli NQ-2620 saylı məktubları və SX ******* nömrəli Hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.N-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N və N nömrəli hərbi hissələrinin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən N saylı hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının tərxis olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər XNinin məlumatlarında İddiaçı N N-li hərbi hissə komandirinin xx xxxx N2ci il tarixli 30 N-li əmri ilə müqavilə əsasında gəlmiş atıcı bölüyünün şəxsi heyətinin siyahısında vardır. N N-İi hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 3 P N-li əmrində müqavilə əsasında gəlmiş şəxsi heyətin siyahısında sıravi N970–ci il təvəllüdü qranatatan köməkçisi İddiaçı Nusret oğlunun adı qeyd olunmuşdur. N N–li hərbi hissə komandirinin xx.xx.N2–sentyabr N2-ci il tarixli əmrlər qovluğunda sentyabr N2-ci il, 2-ci atıcı bölüyün şəxsi heyətinin siyahısında müqavilə əsasında gəlmiş, sıravi atıcı İddiaçı Nüsrət oğlunun adı qeyd edilmişdir. Qubadlı RHK–dan çağırılmış sıravi İddiaçı Nüslət oğlu N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N3–cü il tarixli 79 N-li əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. xx.xx.N4–cü il tarixində hərbi hissəni özbaşına tərk etdiyi üçün Qubadlı RHK-nın çağırışçısı İddiaçı Nüslət oğlu N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4–cü il tarixli 309 N-li əmrilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq ilkin istintaq materialları hazırlanıb hüquq mühafizə orqanlarına verilməsi qeydi vardır. Bundan əlavə həmin hərbi hissələrdə olması ilə əlaqədar hərbi biletində müvafiq qeyd aparılmamışdır. Beləliklə iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 8N.N, 85.N,NN0.N-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar