Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-508/2021 09.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Hökməli bələdiyyəsinə qarşı torpaq sahəsinin yerquruluşu planından çıxarışın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon Hökməli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Abşeron rayon Hökməli bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarışın təsdiq edilməsi, torpaq sahəsinin onun adına sənədləşdirilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21.12.2020-ci il tarixli sərəncamı ilə iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin və cavabdehlərin sırasını dəqiqləşdirmək təklif edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərziə verərək torpaq sahəsinin yerquruluşu planından çıxarışın təsdiq edilməsi öhdəliyinin cavabdeh Abşeron rayon Hökməli bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Hökməli qəsəbə XDS İcraiyyə Komiytəsinin 15.05.1990-cı il tarixli 3/21 nömrəli qərarı ilə Hökməli qəsəbəsində fərdi mənzil tikmək məqsədi ilə 0,10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır . həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək üçün DƏDRX-niin 4 saylı abşeron ərazi İdarəsinə müraciət etdikdə torpaq sahəsinin yerquruluşu planından çıxarışın təsdiq edilməsinin tələb olunduğu bildirilmişdir. Bələdiyyəyə müraciət etdikdə isə bələdiyyə həmin səlahiyyətin DƏDRX orqanlrına aid olduöunu izah etmişdir. Bununla bağlı iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş : -Abşeron rayon Hökməli qəsəbə XDS İcraiyyə Komitəsinin 15.05.1990-cı il tarixli 3/21 saylı qərarından görünür ki, Abşeron rayon İcraiyy Komitəinin sərəncamına əsasən qəsəbə üçün ayrılmış asudə torpaq sahələrindən 0.10 ha torpaq sahəsi X3 ayrılmış və həmin torpaq sahəsində iki mərtəbəli evin tikintisinə icazə verilmişdir. -iddiaçının nümayənfəsinin müraciətinə cavab olaraq Abşeron rayon Hökməli bələdiyyəsinin 09.10.2020-ci il tarixli 229/x saylı məktubundan görünür ki, Abşeron rayon Hölməli qəsəbə XDS İK-nin 15.05.1990-cı il tarixli 3/21 saylı qərarı oilə ayrılmış torpaq sahəinin X2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır . İş materiallarından göründüyü kimi iddiaçı Zeynalova X1 cavabdeh Abşeron rayon Hökməli bələdiyyəsinə qarşı iddia tələbi torpaq sahəsinə yerquruluşu planından çıxarışın təsdiq edilməsi barədədir. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin koordinatlarının, yerquruluşunun müəyyən edilməsi bələdiyyənin deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti orqanlarının səlahyyətlərinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməyə əsasən daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək (3.0.6), mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq (3.0.9) , inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədi ilə onların sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək (3.0.20), bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək (3.0.24) həmin Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Abşeron rayon Hökməli bələdiyyəsinə qarşı torpaq sahəsinin yerquruluşu planından çıxarışın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Hökməli bələdiyyəsinə qarşı torpaq sahəsinin yerquruluşu planından çıxarışın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-508/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-508/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver