Məhkəmə qərarları › İş №2-1(118)-51/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-51/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-51/2022 31.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti İcra başçısının aparatına qarşı Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin imtinasının ləğv edilməsi və iddiaçıya mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin imtinasının ləğv edilməsi və iddiaçıya mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci qrup əlildir. xx.xx.2005-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotunda olsa da, bu illər ərzində o bir neçə dəfə mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinə müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixli cavabı ilə ona mənzil verilməsindən imtina etmişdir.İddiaçı verilmiş cavabı qanunsuz hesab edərək iddianın təmin edilməsini xahiş edir. Çünki bu illər ərzində onun mənzil növbəsi çoxdan çatmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməmiş və izah etmişdir ki, İddiaçı ərizəsi araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı ümumi xəstəliyə görə 1-ci qrup əlildir, xx.xx.2005-ci il tarixdən imtiyazı əsasında yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə imtiyazlarına əsasən yalnız növbəlilik əsasında təmin olunurlar. Hazırda ümümi xəstəliyə görə 1-ci dərəcəli əlillərin yaşayış yeri üzrə mövcud olan mənzil növbəlik siyahısında 353 nəfər qeydə alınmışdır. İddiaçı həmin siyahı üzrə 112-cidir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 2008-ci ildən etibarən ev növbəsində olan ümumi xəstəliyə görə 1-ci, 2-ci və 3-cü qrup əlillərə yaşayış sahəsi verilməmişdir. 2019-u ilin iyun və iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən yalnız yaşayış yeri üzrə mənzil uçotuna alınmış Qarabağ müharibəsi Əlilləri, şəhid ailələri və şəhid valideynlərinə mənzil verilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin imtinasının ləğv edilməsi və iddiaçıya mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin olunmasına etiraz olunur. İş materiallarına əlavə edilmiş : -Sumqayıt şəhər İHB-nin xx.xx.2020-ci il tarixli H-260-068 saylı məktubundan görünür ki, İddiaçı ümumi xəstəliyə görə 1-ciqrup əlil kimi xx.xx.2005-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotundadır.Qaldırılan məsələ ilə bağlı bildirilir ki,qanunvericliyin tələblərinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunur. Məhkəmənin sorğusuna əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı aparatından alınmış məlumatdan görünür ki, ümumi xəstəliyə görə 1-ci dərəcəli əlillərin yaşayış yeri üzrə mövcud olan mənzil növbəlik siyahısında İddiaçı siyahı üzrə 112-ci nəfərdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Məcəllənin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının siyahı üsrə 112-ci nəfər olması, lakin həmin siyahı üzrə hazırda mənzil ayrılmadığı, bu səbəbdən iddiaçnını mənzil növbəsinin hələ çatmadığı müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar