Məhkəmə qərarları › İş №2-1(118)-538/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-538/2025

05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-538/2025 05.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı "xxxx" ASCnin əmlakının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarının, Hərracların Təşkili üzrə Auksion Mərkəzi və "xxxx" ASC arasında bağlanılan 17 sentyabr 2013-cü il tarixli, 4542 saylı “Hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin və 17 sentyabr 2013-cü il tarixli, 1 saylı hərrac protokolunun 1,23 ha torpaq sahəsi ilə bağlı hissədə qismən etibarsız hesab edilməsi, "xxxx" ASC-nin adına verilən reyestrdən çıxarışın həmin 1.23 ha torpaq sahəsinə dair hissədə qismən ləğv olunması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 may 2023-cü il tarixli, 2(102)-1443/2023 saylı qərarı.

2. 17 sentyabr 2013-cü il tarixli, 4542 saylı “Torpaq sahəsinin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, sədr müavini X4 şəxsində, alıcı X9 arasında müqavilə bağlanmışdır: - müqavilənin predmeti (1) Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 17 sentyabr 2013-cü il tarixdə keçirilən hərracda 1 №-li protokola əsasən satın aldığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 136.425,8 kv.m torpaq sahəsi təşkil edir. Satıcı satır, alıcı isə bu müqavilədə göstərilən şərtlərlə Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən "xxxx" Açıq Səmdar Cəmiyyətinin 136425,8 kv.m torpaq sahəsini hərracdan satış qiyməti ilə 13643,00 - on üç min altı yüz qırx üç manata satın alır (1.2.). Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır (1.3.). - tərəflərin öhdəlikləri (2) Satıcı aşağıdakıları öhdəsinə götürür: torpaq sahəsinin dəyəri alıcı tərəfindən ödənildikdən sonra ona obyektin yerləşdiyi torpaq sahəsinin onun tərəfindən özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə ünvanlanmış özəlləşdirilən torpaq sahəsi və alıcı (alıcılar) barədə zəruri məlumatları əks etdirən bildiriş-məktubun, alqısatqı müqaviləsinin bir nüsxəsi, özəlləşdirilən torpaq sahəsinin texniki sənədləri, habelə qanunvericiliklə müəyyən olunmuş məbləğin ödənilməsi barədə arayış əlavə edilməklə alıcıya təqdim edilməsini (2.1.1). Alıcı aşağıdakıları öhdəsinə götürür: alqı-satqı müqaviləsi imzalandığı andan etibarən 30 (otuz) bank günü müddətində alınmış torpaq sahəsinin dəyərini satıcı tərəfindən müəyyən edilmiş hesablara ödənilməsini (2.2.1.); Alqı-satqı müqaviləsi imzalandıqdan sonra torpaq sahəsi barəsində bütün məsuliyyətin öz üzərinə götürülməsini (2.2.2.); ... - əlavə şərtlər (4) Bu müqavilə imzalandığı andan qüvvəyə minir (4.1.). Torpaq sahəsinin satılması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyata alındığı gündən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ alıcıya keçir. ...

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 fevral 2024-cü il tarixli, 3-21-3/2-2823/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: 3.1. “Özəlləşdirilən dövlət müəssisəsinin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satılması haqqında” 280 nömrəli Sərəncamdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq "xxxx" açıq səhmdar cəmiyyətinin mülkiyyətində olan əmlakın yerləşdiyi torpaq sahəsibarədə səhmdar cəmiyyətinin 01 nömrəli, 10 yanvar 2013-cü il tarixli imtina məktubu əsasında sədr müavini R.Cəlilovun təqdimatını nəzərə alaraq qərara alınmışdır (sədr K.Həsənov): “1. Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən "xxxx" açıq səhmdar cəmiyyətinin mülkiyyətində olan əmlakın yerləşdiyi, səhmdar cəmiyyəti tərəfindən satın alınmasından imtina edilmiş 136.425.8 kv.metr torpaq sahəsi hərrac vasitəsilə satışa çıxarılsın.

2. "xxxx" açıq səhmdar cəmiyyətinin mülkiyyətində olan əmlakın yerləşdiyi bu sərəncamın 1-ci bəndində göstərilən torpaq sahəsinin satış qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş (2008-ci il 29 may tarixli, 120 nömrəli və 2008-ci il 22 oktyabr tarixli, 250 nömrəli Qərarları ilə edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla) özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun olaraq 13.643 (on üç min altı yüz qırx üç) manat həcmində təsdiq edilsin.

3. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi bu sərəncamın 1-ci bəndində göstərilən torpaq sahəsinin satışı üzrə hərracın keçirilməsini təmin etsin.

4. Maliyyə əməliyyatları, təhlil və proqnozlaşdırma şöbəsi torpaq sahəsinin satışından əldə olunan vəsaitin xüsusi özəlləşdirmə hesabına mədaxil olunmasına nəzarəti təmin etsin.

5. Hüquq şöbəsi hərracın nəticələrinə əsasən torpaq sahəsinin alıcısı ilə alqı-satqı müqaviləsinin bağlanmasını təmin etsin.

6. Dövlət torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsinə tapşırılsın ki, İnformasiya texnologiyaları və elektron xidmətlərin təşkili şöbəsi ilə birlikdə özəlləşdirilməsi bu sərəncamla nəzərdə tutulan torpaq sahəsi barədə müvafiq məlumatların, həmçinin hərracın nəticələrinin komitənin vahid informasiya bazasına daxil edilməsini təmin etsin. ...” 3.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 16 avqust 2013-cü il tarixli, 280 nömrəli sərəncamına əlavə. Əlavə “Hərrac vasitəsilə satılması nəzərdə tutulan torpaq sahəsi barədə məlumat”dan ibarətdir. Həmin məlumatlara görə; - obyektin adı: "xxxx" açıq səhmdar cəmiyyəti, - ünvan: Şamaxı rayonu, Sabir qəsəbəsi, - mülkiyyət hüququnun təsdiq edilməsinə dair sənədinin №-si və tarixi: X2 Reyestrindən Çıxarış. № AZ**********; 05.12.12, - torpaq sahəsi (kv.m): 136.425.8, - torpaq sahəsinin satış qiyməti (manatla) 13643.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 mart 2024-cü il tarixli, 3-21-3-02/2-4224/2024 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 16 avqust 2013-cü il tarixli, 280 nömrəli sərəncamı göndərilmişdir (§3).

HAZİRKİ İNZİBATİ İCRAATA QƏDƏR OLAN MƏHKƏMƏ MÜBAHİSƏLƏRİ

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(85)-59/2015 saylı inzibati iş materialının tədqiqi nəticəsində müəyyən edilmiş hallar:

İddiaçı "xxxx" ASC cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Daşdəmirov Fərhad Oruc oğlu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş X13 Komissiyasının 10 dekabr 2001-ci il tarixli, 39 nömərli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2-1(85)- 59/2015 nömrəli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2-1(85)-59/2015 nömrəli qərardadının ləğv edilib, işin birbaşa apellyasiya qaydasında baxılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2-1(85)- 59/2015 nömrəli qərardadının ləğv edilib, işin birbaşa apellyasiya qaydasında baxılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2015-ci il tarixli, 2-1(105)-92/2015 nömrəli qərardadı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2-1(85)- 59/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-2(85)-1523/2015 saylı inzibati iş materialının tədqiqi nəticəsində müəyyən edilmiş hallar:

İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Daşdəmirov Fərhad Oruc oğlu (apellyasiya instansiyasının qərardadı ilə 15 yanvar 2016-cı il tarixdə iş üzrə cavabdeh qismində tanınmışdır) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X10 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 28 dekabr 2001-ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə Daşdəmirov Fərhad Oruc oğlunun adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və 28 dekabr 2001-ci il tarixli, 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 9 oktyabr 2015-ci il tarixli, 2-2(85)- 1523/2015 nömrəli qərardadı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 9 oktyabr 2015-ci il tarixli, 2-2(85)-1523/2015 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 7 mart 2016cı il tarixli, 2-2(105)-06/2016 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iddia tələbi təmin edilmiş, X10 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 28 dekabr 2001-ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə Daşdəmirov Fərhad Oruc oğlunun adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və cavabdeh Daşdəmirov Fərhad Oruc oğlunun 28 dekabr 2001-ci il tarixli, 106 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Cavabdeh Daşdəmirov Fərhad Oruc oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 7 mart 2016-cı il tarixli, 2-2(105)- 06/2016 nömrəli qətnaməsinin ləğv edilməsini və işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul ediləsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2016-cı il tarixli, 2-2(102)-288/16 nömrəli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 7 mart 2016-cı il tarixli, 2-2(105)-06/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli, 2-2(105)-33/2017 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 9 oktyabr 2015-ci il tarixli, 2- 2(85)-1523/2015 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi təmin edilmiş, X10 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 dekabr 2001-ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə Daşdəmirov Fərhad Oruc oğlunun adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatı ləğv edilmiş və 28 dekabr 2001-ci il tarixli, 106 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Cavabdeh Daşdəmirov Fərhad Oruc oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli, 2-2(105)- 33/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2017-ci il tarixli, 2-2(102)-378/2017 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli, 2-2(105)-33/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Məhkəmənin sorğusuna əsasən göndərilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-6236/2016 saylı mülki iş materialının tədqiqi nəticəsində müəyyən edilmiş hallar:

İddiaçı Daşdəmirov Fərhad Oruc oğlu cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (üçüncü şəxs: "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqısatqısı barədə 17 sentyabr 2013-cü il tarixli, 4542 saylı müqavilənin qismən, yəni torpaq sahəsinin iddiaçının istifadəsində olan 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 noyabr 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın iddiaçıya məxsus əmlaka, yəni “Soyuducu bina”-ya dair hissəsində etibarsız hesab edilməsi, hər iki hərracın yekunlarına dair müvafiq protokolların nəticələrin iddiaçının mənafeyinə toxunan hissədə etibarsız hesab edilməsi” barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(005)-6236/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsi qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilmiş, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli, 4542 nömrəli Müqavilə və 17 sentyabr 2013-cü il tarixli Hərrac Protokolu №01-i qismən, yəni torpaq sahəsinin iddiaçının istifadəsində olan 1,23 ha hissəsi üzrə etibarsız hesab edilmişdir. Üçüncü şəxslər "xxxx" ASC və X9 apellyasiya şikayəti verərək, qətnaməni ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdirlər. Cavabdeh ƏMDK apellyasiya şikayəti verərək, qətnaməni ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 oktyabr 2017-ci il tarixli, 2(103)-833/2017 nömrəli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və X9, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyanın qətnaməsini ləğv edərək, iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ƏMDK kassasiya şikayəti verərək, apellyasiya instansiyasının qətnaməsini ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2018-ci il tarixli, 2(102)-1631/2018 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(103)-5848/2017 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq Daşdəmirov Fərhad Oruc oğlunun iddiası təmin edilməmiş, iş üzrə ekspertiza xərclərinin iddiaçı F.Daşdəmirovdan tutulması qət edilmişdir. İddiaçı Daşdəmirov Fərhad Oruc oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(103)-5848/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(102)- 7686/2018 saylı qərarı ilə iddiaçı Daşdəmirov Fərhad Oruc oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(103)-3626/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(005)-6236/2016 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış və Daşdəmirov Fərhad Oruc oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli, 4542 nömrəli müqavilənin və 17 sentyabr 2013-cü il tarixli hərrac protokolunun isə qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ekspertiza xərclərinin iddiaçı F.Daşdəmirovdan tutulması qət edilmişdir. İddiaçı Daşdəmirov Fərhad Oruc oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(103)-3626/2019 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 oktyabr 2019-cu il tarixli, 2(102)- 5986/2019 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(103)-635/2020 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə üçüncü şəxslər "xxxx" ASC və X3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbinin təmin olunmasına dair hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Daşdəmirov Fərhad Oruc oğlunun iddia tələbi "xxxx" ASCnin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Daşdəmirov Fərhad Oruc oğlu kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Samaxı Şərab-1 ASC”, Hacıyev Seymur oğlu kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 iyul 2020-ci il tarixli, 2(102)- 3624/2020 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(103)-635/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı (27 may 2021-ci il tarixli). F.Daşdəmirovun hüquqi varisi İddiaçı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası 60-cı maddəsinin İ hissəsinə, 125ci maddəsinin Vİİ hissəsinə, 129-cu maddəsinin İİİ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 418-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Göründüyü kimi icraatın bu mərhələsində İddiaçı F.Daşdəmirovun hüquqi varisi kimi məhkəmə prosesinə daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2021-ci il tarixli Qərarı ilə F.Daşdəmirovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və S.Hacıyevə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmlakının özəlləşdirilməsinin qismən ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinə dair 17 sentyabr 2013-cü il tarixli müqavilənin və həmin tarixli hərrac protokolunun qismən etibarsız hesab edilməsi tələbi barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2, 418.3 və 420-ci maddələrinə uyğun olmadığından, qüvvədən düşmüş hesab edilməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə F.Daşdəmirovun "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbi ilə əlaqədar iddiaçını müvafiq subyektiv hüququn sahibi kimi qəbul etməyin mümkün olmaması səbəbindən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, subyektiv mənada əşya hüququ dedikdə, subyektin mülki dövriyyənin maddi obyekti kimi konkret əşya barəsində olan hüququ başa düşülür. Əşya hüququ ilə əşyanın bu və ya digər şəxsə məxsusluğu müəyyən edilir və bu hüquq mütləq xarakterə malik olması ilə səciyyələnir. Bu baxımdan əşya hüququ iki funksiya yerinə yetirir - tənzimləyici funksiya (bu funksiya əsasında konkret əşyanın konkret şəxsə məxsusluğu müəyyənləşdirilir) və müdafiə funksiyası (bu funksiya əsasında digər şəxslər ixtiyar sahibinin əşya hüquqlarının həyata keçirilməsinə maneələr törətməkdən və onu pozmaqdan çəkinir). Odur ki, əşya hüququ ilə bağlı mübahisələrə baxılarkən müvafiq tələb üzrə konkret şəxsin subyektiv hüququnun olubolmamasının müəyyənləşdirilməsi üçün, ilk növbədə, əşya (mübahisənin obyekti) müəyyən edilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, M.Ə.Sabir adına qəsəbənin ərazisindəki qeyri-yaşayış binası - “soyuducu anbar” özəlləşdirilməyə çıxarılan zaman təsdiq olunmuş özəlləşdirilmə planına daxil edilməmiş və "xxxx" ASC-nin mülkiyyətində olan əmlakın tərkib hissəsi olmamış, Sabir adına sovxozun əmlakı kimi aqrar islahatlar zamanı onun payçılarının ərizəsi əsasında F.Daşdəmirova verilmişdir. Şamaxı rayonu M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planında (emissiya prospekti) “Maşın və avadanlıqların 1 iyun 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirilməsi haqqında Akt”da “soyuducu sexi” qeyd olunsa da, həmin sex bina deyil, maşın və avadanlıqlar qismində göstərilmiş, özəlləşdirmə planında mübahisə predmeti olan soyuducu anbar isə ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, registr bazasının məlumatlarına görə "xxxx" ASC-nin yerləşdiyi torpaq sahəsinin 9,80 ha olması, faktiki olaraq isə ərazisinin ölçüsünün 13,80 ha təşkil etməsi məhkəmələr tərəfindən müəyyən edilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin F.Daşdəmirova ünvanladığı 26 dekabr 2014-cü il tarixli məktubuna və ona əlavə edilmiş Şamaxı rayonu Sabir bələdiyyəsinin yerquruluşu layihə planından çıxarışa görə, torpaq islahatı ilə bağlı Sabir adına təsərrüfat və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquruluşu layihəsində 1.12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1.23 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Eləcə də iş üzrə ilk apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 iyul 2017-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Şamaxı rayonu M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planında (emissiya prospekti) “Maşın və avadanlıqların 1 iyun 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirilməsi haqqında Akt”ın 7-ci qrafasında qeyd edilən “soyuducu sex” ilə "xxxx" ASC-nin 22 noyabr 2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında göstərilən qeyriyaşayış sahəsi (“soyuducu bina”) eyni əmlak deyildir. Həmin çıxarışda göstərilən qeyri-yaşayış binası (“soyuducu bina”) ilə F.Daşdəmirovun təqdim etdiyi 2001-ci ildə tərtib edilmiş texniki pasportda qeyd olunmuş “üzüm saxlama soyuducu anbar” binası isə eyni əmlak olmuşdur. Həmin ekspertiza rəyinə əsasən, "xxxx" ASC-nin 13,6426 ha torpaq sahəsinin kadastr planı ekspertiza tədqiqatına təqdim edilmədiyinə görə F.Daşdəmirovun iddia etdiyi “üzüm saxlama soyuducu anbar” binasının "xxxx" ASC-nin qeyd edilən çıxarışında göstərilmiş torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmək üçün, ilk növbədə, mübahisə edilən əmlakın bələdiyyə və ya dövlət mülkiyyətində olan torpaqda yerləşməsini müəyyən etməli idi. Eyni zamanda, həmin məhkəmə F.Daşdəmirovun qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan “soyuducu anbar”ın "xxxx" ASC yaradılarkən qiymətləndirilən əmlakın tərkib hissəsi kimi özəlləşdirmə planına (emissiya prospektinə) daxil edilməməsinə dair irəli sürdüyü dəlili mülki işin tam və hərtərəfli həll edilməsi üçün mülki prosessual qanunvericiliyə uyğun olaraq araşdırmalı və müvafiq hüquqi qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi əvvəlki məhkəmə baxışları zamanı məhkəmələrin müəyyən etdiyi hallarla bağlı qiymətləndirmə aparılmasına zərurət görməmiş, mübahisənin obyektini dəqiq müəyyən etmədən, F.Daşdəmirovun hərrac nəticələrinin “soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbi ilə bağlı subyektiv hüquqa malik olmaması qənaətinə gəlmiş, torpaq sahəsinin hüquqi statusu ilə əlaqədar kassasiya instansiyası məhkəməsinin göstərişlərinə də əməl etməmişdir. ... Ali Məhkəmənin Mülki Kollegiyası isə 1 iyul 2020-ci il tarixli qərarı ilə özünün əvvəlki qərarında verilmiş göstərişlərinin yerinə-yetirilməməsinə münasibət bildirmədən belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsinin hazırkı mübahisə üzrə preyudisiyal əhəmiyyət daşımasını düzgün qiymətləndirmişdir. İddiaçının kassasiya şikayətinin əsas dəlillərindən olan qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinin onun əmlak üzərində hüququnun olmaması nəticəsinə gəlməyə əsas vermədiyini, həmin əmlakın ona verilməsinə dair X13 Komissiyasının 10 dekabr 2001-ci il tarixli qərarının qüvvədə olmasını kasassiya instansiyası məhkəməsi əsassız saymışdır. Qeyd edilməlidir ki, mülki işin materiallarından görünür ki, "xxxx" ASC-nin 28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş X13 Komissiyasının 10 dekabr 2001-ci il tarixli 39 nömrəli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2015-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25 mart 1995-ci il tarixli qərarları ilə rayon və X13 komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu təsbit edilmişdir. Qanunvericiliyə əsasən aqrar islahat komissiyalarının əsas vəzifələri sovxoz və kolxozların istifadəsində (balansında) olmuş əmlakdan pay almaq hüququ olan subyektlərə dair şərtlərə əməl olunması, əmlak payının həcminin müəyyənləşdirilməsi, sovxoz və kolxozların əmlakının mövcud qanunvericiliyə uyğun inventarlaşdırılması və qiymətləndirilməsi, həmin əmlakın göstərilən subyektlər arasında özəlləşdirilməsi (sovxoz əmlakı üçün) və ya bölüşdürülməsi (kolxoz əmlakı üçün) və s. olmuşdur. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu islahatın məqsəd və vəzifələrinə, islahatın obyekt və subyektlərinə, islahatı aparan orqanlara, onların səlahiyyətlərinə, sovxozların və digər dövlət təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydalarına, kolxozların əmlakının bölüşdürülməsinə, kənd təsərrüfatında müxtəlif növlü müəssisələrin yaradılmasına, islahatın təminatına dair və s. məsələləri tənzimləyir. Xüsusi vurğulamaq lazımdır ki, həmin Qanunun 9-cu maddəsinin üçüncü və dördüncü hissələrinə görə, sovxozların islahatı zamanı əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin 1 iyul 2020-ci il tarixli qərarı ilə mübahisə X13 Komissiyasının qeyd olunan qərarına əsasən F.Daşdəmirovun mübahisəli əmlak üzərində sahiblik və istifadə hüquqlarının yaranması halına düzgün hüquqi qiymət verilmədən həll edilmişdir. ... Lakin Ali Məhkəmənin Mülki Kollegiyası hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını, özünün əvvəlki qərarlarında müəyyən olunmuş göstərişlərinin yerinə yetirilməməsini nəzərə almadan, həmin məhkəmənin 16 yanvar 2020-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.2, 418.3 və 420-ci maddələrinin tələblərinə uyğun olmayan 1 iyul 2020-ci il tarixli qərar qəbul etmiş, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 sentyabr 2021-ci il tarixli, 13(102)-13(k)/2021 nömrəli Qərarı ilə iddiaçı Daşdəmirov Fərhad Oruc oğlunun cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və X6 qarşı “hərracın nəticələrinin qismən etibarsız hesab edilməsi” barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli, 2(102)-3624/2020 saylı qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(103)-635/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Ali Məhkəməsi Plenumunun mövqeyi. İşə yenidən baxan Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin qarərında qeyd olunan və iş üçün əhəmiyyət kəsb edən hallarla bağlı yenidən hüquqi dəyərləndirmə aparmalıdır. Hazırda qanuni qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin olunaraq, F.Daşdəmirovun adına qeydə alınmış qeyriyaşayış sahəsinin qeydiyyatı ləğv edilmiş və 28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Müəyyən edilmişdir ki, F.Daşdəmirovun adına qeydə alınmış əmlakla "xxxx" ASC-nin adına qeydə alınmış əmlakın eynilik təşkil etməməsi barədə dəlili iş materialları, məhkəmənin mübahisəli əmlaka keçirdiyi yerində baxış, ASC-nin emissiya prospekti və texniki pasportunda “Əsas, köməkçi tikili və qurğuların təyinatı və texniki göstəriciləri”ndə “B” tikilisi olan soyuducu binaya dair və həmin tikilinin planında “soyuducu bina” ilə bağlı texniki göstəricilərin F.Daşdəmirovun adına qeydə alınmış əmlaka dair verilmiş texniki pasportda “sexlə bağlı qeyd olunan texniki göstəricilərin eynilik təşkil etməsi təkzib olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumu kassasiya instansiyası məhkəməsinin 1 iyul 2020-ci il tarixli qərarını eyni zamanda ona görə qüvvədən salmışdır ki, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğuna baxmayaraq X13 Komissiyasının 10 dekabr 2001-ci il tarixli, 39 nömrəli qərarına əsasən F.Daşdəmirovun mübahisəli əmlak üzərində sahiblik və istifadə hüquqları saxlanılır. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi qeyd olunan məsələ ilə bağlı hüquqi mövqeyini ətraflı şərh etməlidir. Çünki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Konstitusiya Məhkəməsi Plenumu öz mövqeyini əsaslandırmaq üçün məhz həmin maddəyə istinad etmişdir.Həmin norma sahibliyin qanuni əsaslarla həyata keçirildiyi hallara şamil edilir. İstinad olunan müddəada “bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla” ifadəsinin işlədilməsi də məhz bu anlama gəlir. Yuxarıda qeyd olunduğu kimi, əmlaka dair F.Daşdəmirovun adına verilmiş 28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edilmişdir. Elə həmin məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, məhz həmin əmlak F.Daşdəmirova 2001-ci ildə verilməmişdən əvvəl, 1998-ci ildə "xxxx" ASC tərəfindən özəlləşdirilmiş, bununla əlaqədar 2013-cü ildə "xxxx" ASC-yə daşınmaz əmlakın dövlət reyestrindən ASC-nin mülkiyyət hüququna dair çıxarış verilmişdir. Mübahisə predmeti olan əmlak üzərində mülkiyyət hüququna dair "xxxx" ASC-yə verilmiş həmin çıxarış indi də qüvvədədir. F.Əhmədovun hazırda mübahisələndirdiyi əmlakın məhz "xxxx" ASC-yə verilmiş həmin çıxarışda göstərilən əmlakla eyni olması isə qanuni qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Ona görə, işə yenidən baxılarkən məhkəmənin hüquqi qiymət verməli olduğu məsələlərdən biri qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğu, onun hüquqi nəticələri və həmin qərarın qəbulundan sonra X13 Komissiyasının 10 dekabr 2001-ci il tarixli, 39 nömrəli qərarının hüquqi gücü ilə bağlı məsələ olacaqdır. Məhz həmin dəyərləndirmənin nəticəsində F.Daşdəmirovun iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmaması ilə bağlı yekun qərar qəbul edilməsi mümkün olacaq. Göründüyü kimi, istər MPM-in tələblərinə, istərsə də Konstitusiya Məhkəməsi Plenumunun özünün hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar artıq həmin prosesdə iştirak etmiş F.Daşdəmirov və "xxxx" ASC, habelə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırkı məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir.

Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(103)-1008/2022 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, habelə üçüncü şəxslər "xxxx" ASC və X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(005)-6236/2016 saylı qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti və 3-cü şəxs "xxxx" ASC tərəfindən qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 may 2023-cü il tarixli, 2(102)- 1443/2023 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2022-ci il tarixli, 2(103)-1008/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” aid hissədə ləğv edilməsi, iddia tələbinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X3 arasında bağlanmış hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və "xxxx" ASC-nin torpaq sahəsinin satılması barədə 17 sentyabr 2013-cü il tarixli, 01 nömrəli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi” hissəsində təmin edilməməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “Soyuducu bina” Sabir adına YAİK-nin qərarı əsasında onun mülkiyyətinə verilmişdir, lakin "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsi zamanı həmin əmlak özəlləşdirmə planında nəzərdə tutulmadığı halda özəlləşdirilərək "xxxx" ASC-nin mülkiyyətinə keçib. İddiaçının "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv olunması barədə iddia verməyə subyektiv hüququ vardır. Belə ki, “Soyuducu bina” iddiaçıya Sabir adına YAİK-nin qərarı əsasında verilmişdir. Mübahisəli binanın iddiaçıya verilməsi barədə həmin qərarın hüquqi qüvvəsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnaməyə, habelə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25 mart 1995-ci il tarixli qərarları ilə təsdiq olunmuş rayon və X13 komissiyaları haqqında Əsasnamələrə görə, komissiyaların əsas vəzifələri səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarətdir. ... Göründüyü kimi, aqrar islahat komissiyasının qərarı, Mülki Məcəllənin 14.2.2-ci maddəsinə əsasən qeyd olunan əmlaka sahiblik və istifadə hüququnun yaranması üçün hüquqi əsasdır. Baxılan iş üzrə iddiaçının “Soyuducu bina”ya dair 28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş X13 Komissiyasının 10 dekabr 2001-ci il tarixli qərarının etibarsız sayılması tələbinə dair "xxxx" ASC-nin iddia tələbi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2-1(85)-59/2015 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2015-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, “Soyuducu bina”ya mülkiyyət hüququna dair iddiaçıya verilmiş 28 dekabr 2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, həmin binaya dair iddiaçının sahiblik və istifadə hüququnu istisna etmir. Soyuducu anbarın "xxxx" ASC-nin emissiya prospektinə daxil edilməməsi barədə irəli sürülmüş dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bundan əvvəl həmin xüsusat məhkəmə baxışının predmeti olmuşdur. Belə ki, "xxxx" ASC-nin DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və F.Daşdəmirova qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi) qeydiyyat vəsiqəsinin etibarsız sayılması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində göstərilir: - “birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli əmlak "xxxx" ASC-nin özəlləşdirmə planına daxil edilməmiş və Sabir adına sovxozun əmlakı kimi aqrar islahatlar zamanı payçıların ərizəsinə əsasən Daşdəmirov Fərhad Oruc oğluna verilmişdir. İddiaçı "xxxx" ASC mübahisəli qeyri-yaşayış sahəsi, yəni üzüm saxlama soyuducu anbarı üzərində hüquqları təsdiq olunmadığından onun müvafiq iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. ... - “iddiaçı tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin hər hansı hüquqa malik olmasını təsdiq edə biləcək hüquqmüəyyənedici sənədin məhkəməyə təqdim olunmaması və iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair F.Daşdəmirova verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddia qaldırması üçün subyektiv hüquqa malik olmaması” barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. - Özəlləşdirmə planına 11 nömrəli əlavədə, “Maşın və avadanlıqların 1 iyul 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirməsi haqqında Akt”ında 1972-ci ildə istismara verilmiş “Soyuducu sexi”n də adı qeyd olunmuşdur. - Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən 28 dekabr 2001ci il tarixli, 106 saylı qeydiyyat vəsiqəsinə (o cümlədən ona əlavə olunmuş texniki pasporta) əsasən Şamaxı-Bakı yolunun kənarı M.Ə.Sabir adına Şərab zavodunun həyətində yerləşən 1575,0 kv.m sahəyə malik soyuducu sex Daşdəmirov Fərhad Oruc oğlunun adına qeydə alınmışdır ki, həmin sex də "xxxx" ASC-nin özəlləşdirmə planına daxil edilərək müəyyən olunmuş qaydada 1998-ci ildə özəlləşdirilmiş və hal-hazırda da RX seriyalı ******* saylı 22 noyabr 2013cü il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. - Bununla da cavabdeh F.Daşdəmirovun onun adına qeydə alınmış əmlakla "xxxx" ASCnin adına qeydə alınmış əmlakın eynilik təşkil etməməsi barədə dəlili, iş materialları, məhkəmə kollegiyasının mübahisəli əmlaka keçirdiyi yerində baxış zamanı, ASC-nin emissiya prospekti və texniki pasportunda 2. “Əsas, köməkçi tikili və qurğuların təyinatı və texniki göstəricilərı”ndə “B” tikilisi olan soyuducu binaya dair (İİİ cild i.v. 95) və həmin tikilinin planında (İİİ cild i.v. 100) “soyuducu bina” ilə bağlı texniki göstəricilərin F.Daşdəmirovun adına qeydə alınmış əmlaka dair verilmiş texniki pasportda “sex”lə bağlı qeyd olunan texniki göstəricilərin eynilik təşkil etməsi faktı ilə tam təkzib olundu”. Göründüyü kimi, Soyuducu anbarın "xxxx" ASC-nin emissiya prospektinə daxil edilməsi məhkəmə tərəfindən artıq müəyyən edilmişdir. Bu halda məhkəmə tərəfindən müəyyən edilən həmin halın yenidən araşdırılması və sübut olunmasına ehtiyac qalmır. "xxxx" ASC-nin DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və F.Daşdəmirova qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi) qeydiyyat vəsiqəsinin etibarsız sayılması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsində soyuducu anbarın "xxxx" ASC-nin emissiya prospektinə daxil edilməsini müəyyən etdiyi halda, eyni tərəflər arasında olan hazırkı mülki iş üzrə həmin faktın yenidən araşdırması və fərqli nəticəyə gəlməsi MPM-nin 82-ci maddəsini tələbinə zidd olmuşdur. Ümumiyyətlə, "xxxx" ASC-nin emissiya prospektindəki “soyuducu sex” kimi qeyd edilmiş əmlakın iddiaçı F.Daşdəmirovun ona məxsus olduğunu iddia etdiyi “soyuducu anbar” ilə eyni əmlak olmadığı halda, buna əsasən özəlləşmənin etibarsız sayılması barədə məhkəmənin gəldiyi nəticə, ziddiyyətli mövqedir. “Soyuducu bina” AİK-in qərarı əsasında iddiaçının mülkiyyətinə verildiyi və həmin qərar qüvvədə olduğu halda qeyd olunan əmlakın özəlləşdirilməsinin hüquqi əsası olmamışdır. Buna görə də "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” aid hissədə ləğv edilməsi” tələbi təmin olunmalıdır. Kassatorun "xxxx" ASC təsis edildikdən sonra kiməsə əmlak payı kimi verilə bilməzdi. Bu əsasla 39 saylı protokoldan çıxarışa tarix qoyulmaması dəlili iddianın rədd olunmasına əsas vermir. Çünki, hər bir halda soyuducu anbarın iddiaçının mülkiyyətinə verilməsi barədə islahat komissiyasının qərarı qüvvədədir. İddia tələbinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X3 arasında bağlanmış hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli, 4542 nömrəli müqavilənin və "xxxx" ASC-nin torpaq sahəsinin satılması barədə 17 sentyabr 2013-cü il tarixli, 01 nömrəli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi” hissəsi üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, alqı-satqı müqaviləsi torpaq sahəsinin satılması üzrə hərracın nəticələrinə, hərracın keçirilməsi isə torpaq sahəsinin özəlləşdirilməsi haqqında qərara əsaslanır. Torpaq sahəsi, tikilinin özəlləşdirilməsindən təxminən 15 il sonra özəlləşdirilmişdir. Yəni mübahisələndirilən tikili və torpaq sahəsi ayrı-ayrılıqda özəlləşdirilmişdir. Bu halda torpaq sahəsinin satılması üçün hüquqi əsas təşkil etmiş qərar (və ya bütövlükdə özəlləşdirilməsi) mübahisələndirilmədən torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli, 4542 nömrəli müqavilənin və hərrac protokolunun qismən və ya tam etibarsız hesab edilməsi tələbinə baxıla bilməz. Buna görə də iddia tələbi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X3 arasında bağlanmış hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli, 4542 nömrəli müqavilənin və "xxxx" ASC-nin torpaq sahəsinin satılması barədə 17 sentyabr 2013-cü il tarixli, 01 nömrəli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi”nə aid hissədə təmin edilməməlidir.

Daha sonra iddiaçının hüquqi varisi İddiaçı Ali Məhkəmənin Mülki Kollegiyasının 5 may 2023-cü il tarixli, 2(102)-1443/2023 nömrəli qərarının izah edilməsi barədə ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2(102)- 1443/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 may 2023-cü il tarixli, 2(102)-1443/2023 nömrəli qərarının izah olunması barədə iddiaçı Daşdəmirov Fərhad Oruc oğlunun hüquqi varisi İddiaçı ərizəsi təmin edilməmiş, qərarın izah olunmasından imtina edilmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ: İddia ərizəsinin dəlilləri

8. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əmlakının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarının, Hərracların Təşkili üzrə Auksion Mərkəzi və "xxxx" ASC arasında bağlanılan 17 sentyabr 2013-cü il tarixli, 4542 saylı “Hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin və 17 sentyabr 2013-cü il tarixli, 1 saylı hərrac protokolunun 1,23 hatorpaq sahəsi ilə bağlı hissədə qismən etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC-nin adına verilən reyestrdən çıxarışın həmin 1,23 ha torpaq sahəsinə dair hissədə qismən ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Republikası Kənd Təsərrüfatı Nazirliyinin “Üzüm istehsalı və emalın tənzimlənməsi haqqında” 11 yanvar 1995-ci il tarixli 20 saylı əmri ilə Respublikada fəaliyyət göstərən ilkin şərab emalı zavodlarının üzüm istehsal edən sovxozlarla birləşdirilməsi və sərbəst hüquqi şəxs statuslu üzüm istehsalı və emalı müəssisəsi adlandırılması qərara alınmışdır. Mülkiyyət islahatları həyata keçirildiyi vaxt yeni yaranmış müəssisənin səmərəli idarəçiliyə verilməsi əmr edilmiş, buna miivafıq olaraq Şamaxı rayonunda fəaliyyət göstərən 1 nömrəli üzüm emalı zavodu Sabir adına sovxozla birləşdirilərək Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsi yaradılmışdır. 10 sentyabr 1996-cı il tarixdə Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin direktoru M.Zeynalov ilə "xxxx" şirkətinin direktoru Ə.Mikayılov arasında müqavilə bağlanaraq vaxtilə Sabir adına müəssisənin balansında olan “Soyuducu anbar” adlandırılan əmlak nizamnaməyə əsasən yeni istehsal yaratmaq üçün 5 il müddətinə "xxxx" Şirkətinə icarəyə verilmiş, bundan sonra tərəflər soyuducu binaya baxış keçirilməsi, onun 1972-ci ildən istifadəyə verilməsi, həmin müddətdən bəri təmir işlərinin aparılmaması, əmlakın dəyərinin 60-65 faiz itirilməsi, əmlak kimi 1 ədəd soyuducu binanın, qradilni qurğusunun, 3 ədəd kompressorun "xxxx" Şirkətinə təhvil verilməsi barədə akt tərtib etmişlər. Göstərilən soyuducu bina uzun illər işləmədiyi üçün və yeni istehsal sahəsi yaratmaq məqsədilə Şamaxı Aqrokombinatının 1996-cı il tarixli, 313 nömrəli məktubu ilə Sabir adına müəssisəyə icazə verilmişdir ki, "xxxx" Şirkətinə müqavilə əsasında həmin soyuducu binanı istifadəyə versin. Soyuducu anbar 10 dekabr 2001-ci il tarixdə əmlak dəyəri 12.996,0 manat təşkil edən Sabir qəsəbəsi X13 Komissiyasının 20 dekabr 1997-ci il tarixli qərarına müvafiq olaraq sabiq M.Ə.Sabir adına X1 əmlakından pay almaq hüququ olan Esmira Əliyevaya (əmlakın 32.33 faizi, 3.847,60 min manat dəyərində), Abış Osmanova (əmlakın 35 faizi, 4.041.5 min manat dəyərində), Şamayıl Osmanovaya (əmlakın 25 faizi, 2.886,8 min manat dəyərində) və Gülqız Quliyevaya (əmlakın 19,2 faizi, 2.220,1 min manat dəyərində) tikinti bina bölməsindən pay kimi ayrılmış, X13 Komissiyasının 39 nömrəli protokolu əsasında sabiq M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsi əmlakından pay kimi alınmış və dəyəri 12.996,0 min manat təşkil edən həmin əmlak onun payçılarının (Esmira Əliyeva, Abış Osmanov, Şamayıl Osmanova və Gündüz Quliyeva) ərizəsi əsasında iddiaçının mərhum atasına verilmişdir. Bundan sonra həmin qeyri-yaşayış sahəsinə dair Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına 106 nömrəli 28 dekabr tarixli, 01 nömrəli reyestr kitabında 106 reyestr nömrəsi ilə qeydə alınmaqla 143 inventar nömrəli qeydiyyat vəsiqəsi hazırlanmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Şamaxı rayon Şöbəsi tərəfindən Daşdəmirov Fərhad Oruc oğluna ünvanlanmış 23 saylı 10 aprel 2002-ci il tarixli məktubda da qeyd olunmuşdur ki, İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 27 noyabr 2001-ci il tarixli 041/1874 saylı məktubunda göstərildiyi kimi “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanına uyğun olaraq "xxxx" Şirkətinə verilmiş qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin emissiya prospektinə daxil edilməmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, keçmiş Dövlət Əmlak Nazirliyi ilə bağlanılmış 3698 saylı 11 yanvar 2001-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş sahədən istifadə hüquqları icarəçiyə məxsusdur. 1995-ci il tarixdən hal-hazırkı vaxta qədər mübahisələndirilən əmlak Daşdəmirov Fərhad Oruc oğlunun sərəncamında olmuş, ondan mülkiyyətçi kimi istifadə etmişdir. Həmçinin, həmin əmlak barəsində 2016-cı ilə kimi hər hansı bir şəxs, o cümlədən cavabdeh X9 tərəfindən hər hansı bir tələb irəli sürülməmiş, həmçinin bu barədə mübahisə olmamışdır. Bütün bunlara baxmayaraq, "xxxx" ASC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı X10 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 dekabr 2001-ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə Daşdəmirov Fərhad Oruc oğlunun adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və 28 dekabr 2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia belə əsaslandırılmışdır ki, mülkiyyətində olan qeyriyaşayış binası (soyuducu bina) "xxxx" ASC yaradılarkən qiymətləndirilən əmlakın tərkibi kimi onun emissiya prospektinə daxil olmuş, daha sonra 2013-cü il tarixdə hərrac vasitəsilə ona satılmış və bu əsasla həmin əmlaka mülkiyyət hüququ əldə etmiş, ona həmin əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli 22 noyabr 2013-cü il tarixli çıxarış verilmişdir. "xxxx" ASC həmin mübahisəli əmlakın emissiya prospektinə daxil olmasını isə onunla əsaslandırmışdır ki, həmin sənəddə “Maşın və avadanlıqların 01 iyun 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirməsi haqqmda Akt”ın 7-ci qrafasında qeyd edilən “Soyuducu sex” elə “Soyuducu anbar”dır. Mübahisəli əmlakın "xxxx" ASC-nin balansında olması barədə onlar tərəfindən başqa heç bir əsas göstərilmir. Lakin mübahisələndirilən əmlakın özəlləşdirilməsi və hər hansı bir təşkilatın balansına verilməsi barədə hər hansı bir sənəd mövcud olmamışdır. Qeyd edilən əmlakın (soyuducu anbarın) "xxxx" ASC-nin özəlləşmə planına daxil edilməməsi və onun hərrac vasitəsilə satılmasının qanunsuz olması aşağıdakı qeyd edilənlərlə öz təsdiqini tapır. Belə ki, “Emissiya prospekti”nin “Maşın və avadanlıqların 01 iyun 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirilməsi haqqında Akt”ından görünür ki, burada göstərilən inventarlaşma, əlavənin adından göründüyü kimi, maşın və avadanlıqların vəziyyəti ilə bağlıdır, mübahisə obyekti isə “maşın” və ya “avadanlıq” deyil, əsaslı tikili olan binadır. Halbuki, nizamnamə kapitalı inventarlaşdırma aktının 14-cü qrafasında əsas vəsaitlərin qalıq dəyərinin cəmindən ibarətdir, ancaq istismar müddətini başa vuran maşın və avadanlıqlar isə hesabatdan silinir. Soyuducu sexin istismar müddəti 26 ildir, köhnəlmə faizi isə 236,6 faizdir, ona görə də soyuducu sexin qalıq dəyəri sıfra bərabərdir. Belə olan təqdirdə “Emissiya prospekti”nin digər bir əlavəsinə, yəni “Bina və Qurğuların 1 iyul 1998-ci il vəziyyətinə inventarlaşma uçotu və qiymətləndirilməsi haqqmda” Əlavəsinə istinad edilməsini əmlak barədə mübahisənin həlli üçün yetərli hesab etmək olar. Göründüyü kimi həmin “Əlavə”də mübahisəli əmlaka dair hər hansı bir məlumat yoxdur. Digər bir əsas ondan ibarətdir ki, mübahisəli əmlak "xxxx" ASC-nin təsis edilməsi barədə Sərəncam və buna əsas olmuş normativ-hüquqi aktlar qəbul edilməzdən, yəni “Emissiya prospekti”nin hazırlandığı 1998-ci il tarixdən 2 il öncə, hələ 1996-cı ildə "xxxx" Şirkətinə icarəyə verilmiş və bu müqavilə həmin dövrdə mübahisələndirilməmişdir. Belə olan təqdirdə, əgər mübahisəli əmlak M.Ə.Sabir adına X7 bazası əsasında yaradılmışdırsa və "xxxx" ASC-nin “Emissiya prospekti”nə daxil edilmişdirsə, onda həmin əmlak “Emissiya prospekti”nin 4N2-H “Əlavə”sində icarədə olan əmlak kimi göstərilməli idi. Həmin sənəddə isə icarədə olan əmlakın tərkibi qrafasının qarşısında “yox” sözü qeyd edilmişdir. Halbuki, icarə müqaviləsini, özəlləşmə planının M. 10 Nell C 1 aktlarına müqavilədə göstərilən əsas vəsaitin və avadanlıqların salınmamasını, özəlləşdirmə planının 4 saylı əlavəsində icarədə olan əmlakın tərkibi sualına “yox” yazıb təsdiq edən də, özəlləşdirmə komissiyasının sədri kimi imzası və möhürü ilə təsdiq edən də "xxxx" ASC-nin direktoru olmuş M.Zeynalovdur. Digər tərəfdən, "xxxx" Şirkətində icarədə olan soyuducu bina "xxxx" ASC-nin mülkiyyətinə aiddirsə, onda mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 saylı Fərmanı ilə təsdiq edilmiş “Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında” Azərbaycan Respublikaı Qanununun tələbləri nəzərə almmaqla baxılmalı idi. Həmin Qanunun 4.6.4-cü maddəsində göstərilir ki, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi. Onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və buk imi digər amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. Mübahisə üzrə işin bütün bu halları həm Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin icraatında araşdırma aparılarkən yoxlanılmış, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən hüquqi qiymətini almışdır. Qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, mübahisəsi gedən soyuducu anbar "xxxx" ASC-nin əmlak kompleksinə aid deyil və rayon aqrar islahat komissiyasının qərarı ilə əmlak payı kimi verilmişdir. Mübahisənin bu qaydada həll edilməsi irəli sürülən digər iddia tələbinə - həmin soyuducu sexin yerləşdiyi 1,23 ha torpaq sahəsinə dair "xxxx" ASC ilə bağlanılan müqavilənin və hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə münasibətdə məhkəmənin gəldiyi yekun nəticəyə də təsir göstərmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi yekun məhkəmə aktında göstərilmişdir ki, soyuducu anbarın yerləşdiyi 1,23 ha torpaq sahəsinə dair "xxxx" ASC ilə hərracda bağlanılan müqavilənin və tərtib edilən protokolun etibarsız hesab edilməsi barədə iddia müvafiq olaraq inzibati məhkəmədə qaldırıla bilər. Odur ki, həmin iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilən ölçüdə torpaq sahəsi tamamilə qanunsuz və əsassız olaraq cavabdeh "xxxx" ASC-nin adına hərac vasitəilə özəlləşdirilmişdir. Ona görə ki, həmin 1,23 ha torpaq sahəsinin ASC-nin özəlləşdirmə planına (emissiya prospektinə) daxil olması ilə bağlı heç bir dəlil və sübut yoxdur və bu sahədə davam edən uzun məhkəmə araşdırmaları zamanı belə bir dəlil müəyyən edilməmiş, bu hal öz təsdiqini tapmamışdır. İkincisi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mərhum Daşdəmirov Fərhad Oruc oğluna ünvanladığı D/145 saylı xx.xx.2014-cii il tarixli məktub da birbaşa göstərir ki, 1,23 ha torpaq sahəsinin "xxxx" ASC-yə aidiyyatı yoxdur və dövlət tərəfindən özəlləşdirilə bilən torpaqlar kateqoriyasına aid deyil. Həmin məktubda qeyd edilir ki, torpaq islahatları ilə bağlı Sabir adına təsərrüfat və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquruluşu layihəsində 1,12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinə olan hüquqlar Şamaxı M.Ə.X8 ilə bağlanmış 03 nömrəli 01 avqust 2002-ci il tarixli müqavilə əsasında yaranmışdır. Belə olan təqdirdə həmin torpaq sahəsinin hərrac vasitəsilə cavabdehə satılması tamamilə əsassız və qeyri-qanunidir. Həmçinin, ASC-nin Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin M.Ə.Sabir adına Üİ və EM-nin təsdiq etdiyi xəritədə "xxxx" ASC 1:20 konturda yerləşməklə 11,8 ha əraziyə malik olmasının göstərilməsi də deyilənləri bir daha təsdiq edir. Cavabdehə aid tərtib edilən xəritədə torpaq sahəsinin 11,8 ha göstərildiyi halda, 13,6426 ha torpaq sahəsinin cavabdehin xeyrinə özəlləşdirilməsi açıq-aydın onu göstərir ki, özəlləşdirmə qanunsuz aparılmış və cavabdehə aid olmayan əlavə torpaq sahəsi də özəlləşdirilmişdir. Bundan əlavə, məhkəmələr tərəfindən işin mübahisəsiz müəyyən edilən halı kimi göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaq islahatları ilə əlaqədar Sabir adına təsərrüfat subyektində və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquruluşu layihəsində 1 və 12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmiş, həmin torpaq sahəsinə icarə hüquqları Şamaxı M.Ə.X8 ilə Daşdəmirov Fərhad Oruc oğlu arasında bağlanmış 03 nömrəli 01 avqust 2002-ci il tarixli müqaviləyə əsasən Daşdəmirov Fərhad Oruc oğluna məxsus olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi bələdiyyələrin istifadəsinə verilən torpaqların dairəsini müəyyən edir. Əgər mübahisələndirilən soyuducu binanın yerləşdiyi 1,23 ha torpaq sahəsi dövlət mülkiyyətinə deyil, bələdiyyəyə aid olmuşdursa, deməli, həmin soyuducu bina da özəlləşmə planına daxil edilməmişdir. Əks halda, soyuducu binanın yerləşdiyi həmin 1,23 ha torpaq sahəsi də Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq satılmış olardı və Şamaxı M.Ə.X5 verilməzdi. Lakin göründüyü kimi həmin torpaq sahəsi bələdiyyəyə aiddir. Deməli, həmin torpaq da özəlləşmə planına daxil edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 5 may 2023-cü il tarixli qərarı ilə də müəyyən olunmuşdur ki, mübahisəli 1,23 ha torpaq sahəsində yerləşən soyuducu anbar dövlət əmlakı deyil. Soyuducu anbarın yerləşdiyi 1,23 ha torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013-cii il tarixli müqavilənin və hərrac protokolunun mübahisələndirilməsi ilə yanaşı özəlləşdirmə qərarının özü də mübahisələndirilməlidir. Çünki, həmin müqavilə və hərrac protokolu özəlləşdirmə qərarı əsasında tərtib edilmişdir. Bütün bunları nəzərə alaraq hesab edirik ki, qeyd olunan torpaq sahəsinə dair cavabdeh təşkilatın özəlləşdirmə qərarı da ləğv edilməlidir. Qərarla özəlləşdirmənin obyekti olmayan torpaq sahəsi, yəni soyuducu anbarın yerləşdiyi 1,23 ha torpaq sahəsi özəlləşdirilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən, özəlləşdirmə obyekti özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altmda yerləşən torpaq sahələridir. Göründüyü kimi, özəlləşdirilən müəssisələrin altında yerləşən, yəni həmin müəssisəyə aid edilən torpaq sahələri dövlət əmlakı kimi özəlləşdirilə bilər. Lakin iddiaçıya verilmiş soyuducu anbarın texniki pasportunda göstərilən 1,23 ha torpaq sahəsi ASC-yə aid olan torpaq sahəsi olmadığından onun dövlət əmlakı kimi özəlləşdirilməsi tam qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin dövlət mülkiyyətində olan torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Göründüyü kimi, özəlləşdirilən müəssisənin yerləşdiyi torpaq sahəsi də özəlləşdirilərkən yalnız dövlətə məxsus olan torpaq sahəsi satıla bilər. Amma hazırkı işdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ASC-nin ərazisi adı altında iddiaçıya məxsus 1,23 ha torpaq sahəsi də satılmışdır ki, bu da tam qanunsuzdur və özəlləşdirmənin İİ Dövlət Proqramının tələblərinə ziddir. Odur ki, həmin qərar, müqavilə və hərrac protokolu 1,23 ha torpaq sahəsi ilə bağlı hissədə qismən etibarsız hesab edilməlidir.

10. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. Məhkəmənin 6 fevral 2024-cü il tarixli, 2-1(118)-1912/2024 nömrəli qərardadı ilə "xxxx" ASC (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.

İddia tələbinə dair cavabdehlər və üçüncü şəxsin mövqeləri

12. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmiş, iddia tələbinə dair məhkəmə prosində iştirak etmiş nümayəndəsi ilə münasibət bildirərək, tələbin mümkün sayılmamasını xahiş etmişdir.

13. Cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi iddia tələbinə və onun mümkün hesab edilib-edilməməsinə münasibətdə hər hansı bir mövqe bildirməmişdir.

14. Üçüncü şəxs tərəfindən etiraz və etiraza əlavə təqdim edilmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının atası Daşdəmirov Fərhad Oruc oğlu hələ 2017-ci ildə eyni tələblə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi, “hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli, 4542 nömrəli müqavilənin və 17 sentyabr 2013-cü il tarixli Hərrac Protokolu N0-1-nin qismən, yəni torpaq sahəsinin iddiaçının istifadəsində olan 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi” bərədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbini təmin etsə də, qətnamədən verilmiş apellyasiya şikayəti müxtəlif vaxtlarda təmin edilmiş, qətnamə kassasiya qaydasında 7 dəfə ləğv edilmiş və 1 dəfə Konstitusiya Məhkəməsi bu iş üzrə qəbul edilmiş qərarları qüvvədən salmışdır. Nəhayət son olaraq bu mübahisəyə Ali Məhkəmənin 2(102)-1443/2023 saylı, 5 may 2023-cü il tarixli qərarı ilə son qoyulmuşdur. Ali Məhkəmənin bu qərarı ilə hazırkı işdə iddiaçının tələbi təmin edilməmişdir.Qətnamə üzrə icra vərəqəsi 7 avqust 2023cü il tarixdə Ali Məhkəmə tərəfindən verilmiş və qərar icra edilmişdir. İddia tələbindən göründüyü kimi hər iki tələb eyniyyət təşkil edir və bu tələblər üzrə 7 il müddətində məhkəmə prosesləri davam etmiş, mübahisəyə dair sübutlar dəfələrlə araşdırılmış və müvafiq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki, əqdin etibarsız olmasıhəmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması İlə əlaqədaryol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Kortstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Göstərilənləri və İPM-in tələblərini əsas tutaraq hazırkı iş üzrə iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.

16. Təqdim edilmiş etiraza əlavədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1443/2023 saylı, 5 may 2023-cü il tarixli qərarının 144-cü bəndində qeyd edilir: “Göründüyü kimi, alqı-satqı müqaviləsi torpaq sahəsinin satılması üzrə hərracın nəticələrinə, hərracın keçirilməsi isə torpaq sahəsinin özəlləşdirilməsi haqqında qərara əsaslanır. Torpaq sahəsi, tikilinin özəlləşdirilməsindən təxminən 15 il sonra özəlləşdirilmişdir. Bu halda torpaq sahəsinin satılması üçün hüquqi əsas təşkil etmiş qərar (və ya bütövlükdə özəlləşdirilməsi) mübahisələndirilmədən torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli, 4542 nömrəli müqavilənin və hərrac protokolunun qismən və ya tam etibarsız hesab edilməsi tələbinə baxıla bilməz”. Göründüyü kimi iddiaçı Ali Məhkəmənin qərarının bu bəndini əsas tutaraq iddia qaldırmışdır. Lakin qərarda hansı qərardan (qərarın tarixi, nömrəsi) bəhs etdedildiyi qeyd edilmir. İnzibati işin sənədləri içərisində Əmlak Məsələləri Dövlət Komitəsinin 16 avqust 2013-cü il tarixli, 280 saylı, “Özəlləşdirilən dövlət müəssisəsinin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satılması haqqında” Sərəncamı mövcuddur. Həmin Sərəncamla üçüncü şəxsin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi hərrac vasitəsilə satışa çıxarılmışdır. Torpaq sahəsinin hərrac vasitəsilə satışa çıxarılmasına dair başqa bir qərar və ya sərəncam mövcud olmamışdır. ASC-nin təsis edilməsi də Dövlət Əmlak Komitəsinin 31 avqust 1998-ci il tarixli, 1255 saylı Sərəncamı ilə olmuşdur. Birmənalı olaraq bu qurum özəlləşdirmə ilə bağlı bütün məsələlərdə sərəncam verir. Məhkəmə ehtimal edib ki, əmlakın özəlləşdirilməsi hansısa qərarla həyata keçirilib. Bu əsasla özünün qərarının 144-cü bəndində nömrəsi, tarixsiz qərar anlayışından istifadə etmişdir. İş üzrə cavabdeh mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı mövcud sənədləri məhkəməyə təqdim etmiş və həmin sənədlərdə hər hansı qərar mövcud deyildir. Həqiqətdə də bu məsələ ilə bağlı heç bir qərar mövcud olmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Ali Məhkəməsi Plenumunun qərarının 4.1-ci bəndində qeyd edilir: “İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır”. İddia ərizəsindən göründüyü kimi iddiaçı ləğv edilməsi tələb olunan qərarın adını, tarixini və nömrəsini qeyd etmir. Belə olduğu halda Ali Məhkəmənin qərarın 144-cü bəndində istinad etdiyi məchul qərar əslində mövcud olmayan qərardır. Göründüyü kimi iddiaçı mövcud olmayan qərara istinad etməklə iddia qaldırmışdır. İPM-nin 8.1-ci maddəsinə görə “İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir”. Tələbin digər hissəsinə “alqı-satqı müqaviləsinin və hərracın nəticələrinin etibarsız hesab edilməsinə” gəldikdə isə bu məsələ hələ 2017-ci ildə Nərimanov Rayon Məhkəməsində baxılaraq nəticə verilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənləri və İPM-nin tələblərini əsas tutaraq hazırkı iş üzrə iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, tələbin mümkün sayılması və təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. Çünki, mübahisələndirilən qərar işə əlavə edilməmiş və ona dair heç bir sübut da mövcud deyildir

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi izahat verərək bildirmişdir ki, iddianın predmeti olan qərar müvcud deyildir, məhz buna görə də məhkəmə iclasında müzakirə oluna biləz. Belə ki, işin araşdırılması nəticəsində Əmlak Komitəsi tərəfindən bu və ya digər işlərlə bağlı qərarın qəbul edilməməsi müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

23. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

24. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İDDİANİN MÜMKÜNLÜYÜ İLƏ BAĞLİ MƏHKƏMƏNİN MÖVQEYİ:

25. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, o cümlədən iş materialına əlavə edilmiş sənədləri və mübahisə predmeti ilə bağlı olan bütün iş materiallarını ümumi şəkildə araşdıraraq aşağıdakıları bildirir.

26. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir.

27. Həmin Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

28. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

29. İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. İddia tələbinə daxildir: - "xxxx" ASC-nin əmlakının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarının qismən etibarsız hesab edilməsi, - Hərracların Təşkili üzrə Auksion Mərkəzi və "xxxx" ASC arasında bağlanılan 17 sentyabr 2013-cü il tarixli, 4542 saylı “Hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin və 17 sentyabr 2013-cü il tarixli, 1 saylı hərrac protokolunun 1,23 hatorpaq sahəsi ilə bağlı hissədə qismən etibarsız hesab edilməsi, - cavabdeh "xxxx" ASC-nin adına verilən reyestrdən çıxarışın həmin 1,23 ha torpaq sahəsinə dair hissədə qismən ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

31. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli, 9 saylı qərarında qeyd olunur ki, “Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər. Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr onu da nəzərə almalıdırlar ki, bu qəbildən olan mübahisələrin aidiyyətinin müəyyənləşdirilməsinə həmçinin 6.2-ci bənddə göstərilmiş qayda tətbiq olunur.” (1 və 2-ci bəndlər)

32. "xxxx" ASC-nin əmlakının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarın, “Hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin və hərrac protokolunun 1,23 hatorpaq sahəsi ilə bağlı hissədə qismən etibarsız hesab edilməsi tələbləri bir-biri ilə bağlı və eyni faktiki və hüquqi hallara əsaslanır. Həmçinin, müqavilə və protokolun etibarsızlığı, qərarın etibarsızlığından asılı olan tələblərdir.

33. Bununla da, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024cü il tarixli, 9 saylı qərarının 1 və 2-ci bəndləri hazırki iddia tələblərinə bir icraatda baxmağa imkan verir.

34. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialardır.

35. İPM-in 36-cı maddəsində müəyyən etmə və ya tanınma haqqında iddialarla balı olaraq şağıdakı müddəalar nəzərdə tutulmuşdur: 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarı: “İş materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən N.Quliyevin iddiası inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. ... İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Lakin apellyasiya və kassasiya instansiyası məhkəmələri iddianı təmin edərkən mübahisəli sərəncamın qəbulu nəticəsində iddiaçının subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edilməsi mövqeyindən çıxış etmişlər. ...”

37. Yuxarıdakı qərarda diqqətə çatdırılır ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın.

38. Hazırki işdə iddiaçı onunla inzibati orqan arasındakı inzibati aktı deyil, Şamaxı- Şərab-1” ASC-nin əmlakının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarının qismən etirbarsız hesab edilməsini xahiş etmişdir.

39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

40. Sadalanmış normaların məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müəyyən etmə və ya tanınma haqqında iddianı müstəqil iddia növü kimi nəzərdə tutur.

41. İPM-də tanınma haqqında iddianın 2 növü fərqləndirilir: 1) inzibati aktın qanunsuzluğu və ya etibarsızlığı haqqında iddia; 2) hüquq münasibətinin mövcud olması və ya olmaması haqqında, yəni pozitiv tanınma haqqında və ya neqativ tanınma haqqında iddia. Tanınma haqqında iddianın predmeti 36.1-ci maddəyə əsasən ancaq konkretləşmiş hüquq münasibəti ola bilər. Yəni hüquq münasibətinə çevrilməmiş hər hansı əlaqələr tanınma haqqında iddianın predmeti ola bilməz.

42. İddianın mümkünlüyü haqqında qaydaların tanınma haqqında iddiaya tətbiqi barədə qanunda birbaşa göstəriş yoxdur. Amma hər bir halda nəzərə almaq lazımdır ki, qanunverici inzibati proses çərçivəsində “actio popularis” qaldırılmasını istisna edir (35-cü maddənin tələblərinə əsasən). Bu səbəbdən də, iddiaçının hüququnun pozulması iddianın yoxlanılması zamanı əsas şərtlərdən biri olmalıdır.

43. Qanunvericinin hüquqların pozulması haqqında şərti tanınma haqqında iddiaya münasibətdə ayrılıqda ifadə etməməsi müxtəlif cür əsaslandırıla bilər. Belə ki, iddiaçının hüquqlarının və vəzifələrinin hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olması elə iddiaçının hüququnun pozulması ilə birbaşa qarşılıqlı əlaqədədir. Yəni iddiaçının əsaslı marağının olması tanınma iddiasının mümkünlüyü üçün kifayət edir. Subyektiv hüququn pozulması haqqında şərt də, elə bununla ehtiva olunur.

44. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddia ilə yaxındır. Amma inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya mübahisələndirmə haqqında iddia ilə bağlı qaydaların birbaşa analoji tətbiqi mümkünsüz olduğu üçün, bu iddia növü xüsusi tənzimləmə tələb edir. Etibarsız inzibati aktın yararsız, əhəmiyyətsiz olduğuna (heç bir hüquqi nəticə yaratmadığına) görə, yəni iddia predmeti mövcud olmadığına görə mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur.

45. Etibarsız inzibati aktın həmçinin artıq mübahisə predmeti ola bilmədiyinə görə mübahisələndirmə haqqında iddia ilə mübashisələndirilə bilməz. Buna görə də qüvvədən düşmüş elan edilmiş akta qarşı da, yalnız tanınma haqqında iddia qaldırıla bilər (72-ci maddə).

46. Tanınma haqqında iddianın subsidiar qaydada tətbiq olunması (maddə 36.4.). Hər bir hüquqi mübahisə sonunda ən azından həm də hər hansı bir hüquq münasibətinin mövcud olması və ya olmamasının müəyyənləşdirilməsinə yönəlir. Bu səbəbdən tanınma haqqında iddia subsidiar xarakter daşıyır. Tanınma haqqında iddianın digər iddia növlərinə münasibətdə subsidiar elan olunmasında qanunvericinin məqsədi, hüquqi müdafiənin intensivliyi baxımından iddiaçıya onun hüquqi mübahisəsini dolayı deyil, məhz birdəfəlik həll edən hüquqi müdafiə vasitəsindən istifadə imkanının yaradılmasından ibarətdir.

47. Bu səbəblərdən tanınma haqqında iddia ancaq o zaman qaldırıla bilər ki, digər iddia növlərindən istifadə mümkünsüz olsun. Digər iddia növləri dedikdə, mübahisələndirmə, məcburetmə, öhdəliyin icrası haqqında iddia növləri başa düşülür.

48. İddia ərizəsinin məzmunundan, hazırkı tarixədək qəbul edilmiş bütün məhkəmə mübahisələrinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı “İnzibati icrat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsində qeyd olunan hala istinadən Şamaxı-Şərab-1” ASC-nin əmlakının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarının qismən etirbarsız hesab edilməsini xahiş edir.

49. Həmçinin, nəzərə alınır ki, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2021 -ci il tarixli, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 may 2023-cü il tarixli, 2(102)-1443/2023 saylı qərarlarında iddiaçının subyektiv hüququnun olması qənaətinə gəlinmişdir.

50. İPM-in 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) müddəaları tətbiq oluna bilər.

51. MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü rfıaddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun əliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməslni istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpslya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”

54. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, o cümlədən iddiaçının subyektiv hüququnun olması, əsaslı marağının olması, digər iddia növlərindən istifadə mümkünsüz olması hallarını ümumilkdə qiymətləndirən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə tanınma haqqında iddia kimi baxılmalıdır.

55. Məhkəmə tərəfindən ilk öncə qeydilir ki, iş üzrə ilk apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 iyul 2017-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Şamaxı rayonu M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planında (emissiya prospekti) “Maşın və avadanlıqların 1 iyun 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirilməsi haqqında Akt”ın 7-ci qrafasında qeyd edilən “soyuducu sex” ilə "xxxx" ASC-nin 22 noyabr 2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında göstərilən qeyri-yaşayış sahəsi (“soyuducu bina”) eyni əmlak deyildir. Həmin çıxarışda göstərilən qeyri-yaşayış binası (“soyuducu bina”) ilə F.Daşdəmirovun təqdim etdiyi 2001-ci ildə tərtib edilmiş texniki pasportda qeyd olunmuş “üzüm saxlama soyuducu anbar” binası isə eyni əmlak olmuşdur. Həmin ekspertiza rəyinə əsasən, "xxxx" ASC-nin 13,6426 ha torpaq sahəsinin kadastr planı ekspertiza tədqiqatına təqdim edilmədiyinə görə F.Daşdəmirovun iddia etdiyi “üzüm saxlama soyuducu anbar” binasının "xxxx" ASC-nin qeyd edilən çıxarışında göstərilmiş torpaq sahəsində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır.

56. Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmək üçün, - mübahisə edilən əmlakın bələdiyyə və ya dövlət mülkiyyətində olan torpaqda yerləşməsini müəyyən etməli idi. - həmin məhkəmə F.Daşdəmirovun qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan “soyuducu anbar”ın "xxxx" ASC yaradılarkən qiymətləndirilən əmlakın tərkib hissəsi kimi özəlləşdirmə planına (emissiya prospektinə) daxil edilməməsinə dair irəli sürdüyü dəlili mülki işin tam və hərtərəfli həll edilməsi üçün mülki prosessual qanunvericiliyə uyğun olaraq araşdırmalı və müvafiq hüquqi qiymət verməli idi.

57. Hazırki iddia tələbi və iddiaçının məhkəmə prosesində veridiyi izahatlardan aydın olur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 may 2023-cü il tarixli, 2(102)- 1443/2023 saylı qərarında göstərilənlər əsasında inzibati qaydada ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bu səbəbclən məhkəmə, qeyd olunan qərarda tələbə dair yekun nəticəyə gəlinmiş və inzibati icraatın araşdırma predmeti olduğu üçün yekunlaşmamış hissələri müəyyən etmək üçün, qərarda qeyd edilənləri, preyudisiallıq prinsipinin də şərtlərini çərçivəsində nəzərə alır.

58. Həmin qərarda qeyd olunmuşdur ki, iddiaçının "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv olunması barədə iddia verməyə subyektiv hüququ vardır. Belə ki, “Soyuducu bina” iddiaçıya Sabir adına YAİK-nin qərarı əsasında verilmişdir. “Soyuducu bina”ya mülkiyyət hüququna dair iddiaçıya verilmiş 28 dekabr 2001-ci il tarixli, 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, həmin binaya dair iddiaçının sahiblik və istifadə hüququnu istisna etmir. Göründüyü kimi, soyuducu anbarın "xxxx" ASC-nin emissiya prospektinə daxil edilməsi məhkəmə tərəfindən artıq müəyyən edilmişdir. Bu halda məhkəmə tərəfindən müəyyən edilən həmin halın yenidən araşdırılması və sübut olunmasına ehtiyac qalmır. "xxxx" ASCnin DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və F.Daşdəmirova qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi) qeydiyyat vəsiqəsinin etibarsız sayılması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsində soyuducu anbarın "xxxx" ASC-nin emissiya prospektinə daxil edilməsini müəyyən etdiyi halda, eyni tərəflər arasında olan hazırkı mülki iş üzrə həmin faktın yenidən araşdırması və fərqli nəticəyə gəlməsi MPM-nin 82-ci maddəsini tələbinə zidd olmuşdur. Ümumiyyətlə, "xxxx" ASC-nin emissiya prospektindəki “soyuducu sex” kimi qeyd edilmiş əmlakın iddiaçı F.Daşdəmirovun ona məxsus olduğunu iddia etdiyi “soyuducu anbar” ilə eyni əmlak olmadığı halda, buna əsasən özəlləşmənin etibarsız sayılması barədə məhkəmənin gəldiyi nəticə, ziddiyyətli mövqedir. “Soyuducu bina” AİK-in qərarı əsasında iddiaçının mülkiyyətinə verildiyi və həmin qərar qüvvədə olduğu halda qeyd olunan əmlakın özəlləşdirilməsinin hüquqi əsası olmamışdır. Buna görə də "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” aid hissədə ləğv edilməsi” tələbi təmin olunmalıdır. İddia tələbinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X3 arasında bağlanmış hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli, 4542 nömrəli müqavilənin və “Şamaxı Şərab-1" ASC-nin torpaq sahəsinin satılması barədə 17 sentyabr 2013-cü il tarixli, 01 nömrəli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi” hissəsi üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, alqı-satqı müqaviləsi torpaq sahəsinin satılması üzrə hərracın nəticələrinə, hərracın keçirilməsi isə torpaq sahəsinin özəlləşdirilməsi haqqında qərara əsaslanır. Torpaq sahəsi, tikilinin özəlləşdirilməsindən təxminən 15 il sonra özəlləşdirilmişdir. Yəni mübahisələndirilən tikili və torpaq sahəsi ayrı-ayrılıqda özəlləşdirilmişdir. Bu halda torpaq sahəsinin satılması üçün hüquqi əsas təşkil etmiş qərar (və ya bütövlükdə özəlləşdirilməsi) mübahisələndirilmədən torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli, 4542 nömrəli müqavilənin və hərrac protokolunun qismən və ya tam etibarsız hesab edilməsi tələbinə baxıla bilməz.

59. Hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmədiyi və yuxarıda haqqında bəhs edilmiş məhkəmə aktlarında da istinad olunmadığı üçün, məhkəmə tərəfindən İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə iddianın əsasını təşkil edən özəlləşdirilməyə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarının təqdim edilməsi xahiş olunmuşdur.

60. Məhkəmənin sorğuları əsasında “Özəlləşdirilən dövlət müəssisəsinin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satılması haqqında” 280 nömrəli Sərəncam və həmin Sərəncama əlavə təqdim edilmiş, lakin hər hansı bir qərar, protokol və s. təqdim edilməmişdir.

61. Göründüyü kimi, "xxxx" ASC-nin əmlakının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarının qismən etirbarsız hesab edilməsi” iddiası üzrə tələbin əsasında dayan “qərar” məhkəmə sorğusu ilə də aşkar edilməmişdir.

62. Bu səbəbdən məhkəmə sorğuları ilə digər məhkəmələrdən iş materialları götürülərək tədqiq edilmişdir. Lakin yenə də belə bir qərar müəyyən edilməmişdir.

63. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (16 may 2000-ci il tarixli, 878-İQ saylı) aşağıdakı müddəlar nəzərdə tutulmuşdur: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi- dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır; 1.0.3. özəlləşdirmənin obyekti- özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir; 1.0.7. özəlləşdirmə əqdi - bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir; 1.0.8. yerli investor - Azərbaycan Respublikasının vətəndaşları təsisçisi (təsisçiləri) və ya nizamnamə fondundakı payın 50 %-dən çoxu Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər; (-) Maddə 5. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı 5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. 5.2. Dövlət Proqramında aşağıdakılar nəzərdə tutulur: 5.2.1. bu Qanunun 6.1-ci maddəsinin 6.1.3 və 6.1.4 bəndlərində göstərilən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlakın siyahısı; 5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası; 5.2.3. dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması qaydası; 5.2.4. özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası; 5.2.6. özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydası; 5.2.7. müəssisə və obyektlərin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması; 5.2.8. özəlləşdirilən dövlət müəssisəsində əmək kollektivinə verilən güzəştlər; 5.2.9. dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələlər. Maddə 8. Dövlət əmlakının satıcısı 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. 8.2. Dövlət əmlakının satıcısı aşağıdakı funksiyaları həyata keçirir: 8.2.1. müəyyən olunmuş qaydada dövlət əmlakının registrini aparır; 8.2.2. qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi üzrə komissiya yaradır; 8.2.3. özəlləşdirməyə açıq elan edilmiş dövlət əmlakını satılan anadək müəyyən edilmiş qaydada idarə edir; 8.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilmiş dövlət müəssisələri istisna olmaqla, özəlləşdirmədən qabaq müəssisələrin restrukturizasiya və sağlamlaşdırılması ilə bağlı təkliflər hazırlayır və bu sahədə öz səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirir; 8.2.5. özəlləşdirmə qabağı dövlət müəssisələrinin idarəetməyə verilməsi barədə təkliflər irəli sürür; 8.2.6. məqsədəuyğun hallarda özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisələrinin müflis elan olunmasına dair təkliflər irəli sürür; 8.2.7. özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin təsisçisi və dövlətə məxsus səhmlər zərfinin saxlayıcısı kimi çıxış edir; 8.2.8. bu Qanunun 11.2-ci maddəsi nəzərə alınmaqla dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunu aparır və onun dövlət büdcəsinə köçürülməsini təmin edir, habelə mühasibat uçotunu aparmaqla, maliyyə və statistik hesabatları tərtib edir; 8.2.9. səhmdar cəmiyyətlərində (və ya müştərək müəssisələrdə) dövlət əmlak payının, həmçinin dövlət əmlakının satışı zamanı alıcıların alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərinin uçotunu aparır; 8.2.10. müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus paya və səhmlərə görə dövlət büdcəsinə dividend köçürülməsini təmin edən tədbirlər həyata keçirir. 8.3. Dövlət əmlakını satıcısının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ hüquqi akta uyğun olaraq tənzimlənir. Maddə 15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. 15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. (-) Maddə 16. Dövlət əmlakının özəlləşdirilməsi üsulları 16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: (-) 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; (-) Maddə 20. Dövlət əmlakının hərraclar vasitəsilə satışı 20.1. Dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər. 20.2. Hərracın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 29. Dövlət əmlakının özəlləşdirilməsinə dair əqdlərin rəsmiləşdirilməsi 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. (-) Maddə 31. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi 31.1. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır: 31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması; 31.1.2. Dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi. 31.2. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlər mübahisələndirilə bilər.

64. Yuxarıda qeyd olunan Sərəncamla Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən "xxxx" açıq səhmdar cəmiyyətinin mülkiyyətində olan əmlakın yerləşdiyi, səhmdar cəmiyyəti tərəfindən satın alınmasından imtina edilmiş 136.425.8 kv.metr torpaq sahəsi hərrac vasitəsilə satışa çıxarılması qərara alınmışdır.

65. Lakin sadalanmış normaların məzmunundan müəyyən olunur ki, dövlət əmlakının özəlləşdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərar əsasında aparılır. Yəni qərardan başqa onu əvəz edən eyni hüquqi statusa malik olan digər istənilən bir aktın adı qeyd olunmamışdır.

66. Bu səbəbdən, İPM-in 13-cü maddəsinin tələbləri çərçivəsində tələbə dəqiqləşmə ərizəsi təqdim edilməklə qərarın sərəncamla əvəz edilməsi ilə işə baxılmasını məhkəmə mümkün hesab etməmişdir.

67. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

68. Bununla da, iddia ərizəsində qeyd olunan "xxxx" ASC-nin əmlakının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarının olmadığı müəyyən edilir. Qərar mövcud olmadığından, qərara münasibətdə “İnzibati məhkəmə icraatında iddianin mümkünlüyünə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı”nda qeyd edilən mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılması da mümkün olmamışdır.

69. "xxxx" ASC-nin əmlakının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarının qismən etirbarsız hesab edilməsi tələbi mümkün hesab edilmədiyi üçün, həmçinin müvafiq təsdiqedici sübutlard da mövcud olmadı səbəbindən, Hərracların Təşkili üzrə Auksion Mərkəzi və "xxxx" ASC arasında bağlanılan 17 sentyabr 2013-cü il tarixli, 4542 saylı “Hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin və 17 sentyabr 2013-cü il tarixli, 1 saylı hərrac protokolunun 1,23 hatorpaq sahəsi ilə bağlı hissədə qismən etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC- nin adına verilən reyestrdən çıxarışın həmin 1,23 ha torpaq sahəsinə dair hissədə qismən ləğv olunması barədə qərar qəbul edilməsinə dauir tələblər də mümkün hesab edilməmişdir.

70. Belə olan halda, iddia predmeti mövcud olmadığından, məhkəmə iddianı mümkün hesab etmir.

71. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

72. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “"xxxx" ASC-nin əmlakının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qərarının, Hərracların Təşkili üzrə Auksion Mərkəzi və "xxxx" ASC arasında bağlanılan 17 sentyabr 2013-cü il tarixli, 4542 saylı “Hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin və 17 sentyabr 2013- cü il tarixli, 1 saylı hərrac protokolunun 1,23 hatorpaq sahəsi ilə bağlı hissədə qismən etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC-nin adına verilən reyestrdən çıxarışın həmin 1,23 ha torpaq sahəsinə dair hissədə qismən ləğv olunması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar