Məhkəmə qərarları › İş №2-1(118)-541/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-541/2020

24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-541/2020 24.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı övladları xx xxxx 2007-ci il təvəllüdlü X6, xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X1 dəyişdirilərək "Vüqarlı" olmaları və həmin vəzifəni cavabdehin üzərinə qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar uşaqları xx xxxx 2007-ci il təvəllüdlü X6, xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X1 dəyişdirilərək "Vüqarlı" olmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx xxxxxx 2019-cu il tarixli, xx/xx-4160/15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, İddiaçı2 və iddiaçı həyat yoldaşı İddiaçı1 qanunla nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə övladları xx xxxx 2007-ci il təvəllüdlü X6, xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X1 dəyişdirilərək "Vüqarlı" kimi qeydiyyata alınması barədə ərizə ilə müraciət ediblər. Həmin ərizəyə Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli, xx/xx-4160/15 nömrəli etiraz məktubla cavab verilmiş və ərizələrinin təmin edilməsinin mümkünsüzlüyünü qeyd etmişlər. Əlavə olaraq ərizələrinin təmin olunması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququqlarının olduğunu bildirmişlər. Qeyd etmək istəyirlər ki, eyni məzmunlu ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət ediblər. Ərizələrinə xx xxxxxx 2019-cu il tarixli, N-190-164 nömrəli məktubla cavab olaraq onların ərizəsinə etiraz etmişdir. Hər iki cavabdan göründüyü kimi etirazların əsas səbəbi kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyini qeyd etmişlər. Adın, ata adının və soyadın dəyişdirilməsi Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəllə, Ailə Məcəlləsi və Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 nömrəli "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalar"ı ilə tənzimlənir. Belə ki, Ailə Məcəlləsinin 54.1. maddəsinə əsasən mövcud icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatına qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərinin birgə xahişinə əsasən və uşağın icazə verə bilər. Yəni bu maddədən göründüyü kimi valideynlərin birgə xahişi ayrıca şərt olduğundan onların ərizəsinə müsbət cavab vermək olardı. Çünki, soyadın dəyişdirilməsinə hər iki valideyn qərar vermişdir. Yuxarıda qeyd edilən orqanlar etiraz etməzdən əvvəl 10 yaşına çatmış uşaqların fikrini mütləq nəzərə almalı idilər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinləmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda Məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçılar uşaqları xx xxxx 2007-ci il təvəllüdlü X6, xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 digər bir soyada dəyişdirilməsi xahiş edir. Azərbaycan Respublikasının 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın uşağın soyadını başqa bir soyada dəyişdirməsi kimi bir səlahiyyəti yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68,69,73,75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinəapellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar