Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-547/2021 22.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı oğlunun, Cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı və X3 cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “Sumqayıt şəhər Qeydiyyat şöbəsinin imtinasının qanunsuz hesab edilməklə, xx.xx.2020ci il tarixdə anadan olmuş övladları X1 "Hüseynli"dən “Malikli”yə dəyişdirilməsi öhdəliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar xx.xx.2020-ci il tarixdə anadan olmuş övladları X1 "Hüseynli"dən “Malikli”yə dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx xxxxxxx 2020-ci il tarixli, 05/Q-2562/15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi uşağın yetkinlik yaşına çatmaması qeyd edilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçılar İddiaçı və X7 xx.xx.2007-ci ildə rəsmi nigaha daxil olub ailə həyatı qurmuşdurlar. Birgə nigahdan xx.xx.2020-ci ildə X10 anadan olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 “Hüseynli”-dən “Malikli’-yə dəyişdirilməsi ilə bağlı müraciət olunmuşdur. Sumqayıt şəhər Qeydiyyat şöbəsi xx.xx.2020-ci il tarixli 05/Q-2562/15 saylı məktubu ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyi əsas gətirilərək xx.xx.2020-ci il təvəllüdlü X1 “Hüseynli”-dən “Malikli’-yə dəyişdirilməsindən imtina etmişdir. İddiaçılar hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən v ə uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı miivatlq öhdəliyin qovulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011 -ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları’nın 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iştirak etmiş, etirazı müdafiyə etmişdir. AZ-İ seriyalı, 351508 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 xx.xx.2007-ci il tarixdə nikahlarını bağlamışdırlar. AZ-İV seriyalı, 508318 saylı doğum haqqında şəhadətnamənin soyad qrafasında xx.xx.2020-ci il təvəllüdlü X2 “Hüseynli” olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçılar xx.xx.2020-ci il tarixdə anadan olmuş övladları X1 "Hüseynli"dən “Malikli”yə dəyişdirilməsi öhdəliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikasının 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın uşağın soyadını başqa bir soyada dəyişdirməsi kimi bir səlahiyyəti yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçılara izah edilsin ki, öz soyadlarında müvafiq qaydada dəyişdirmə imkanları vardır. Bu halda buna uyğun olaraq uşağında soyadı dəyişilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-547/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-547/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver