Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-595/2020 04.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Cavabeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********733900 saylı” Qərarın ləğv edilməsinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC məhkəməyə müraciət edərək “Cavabeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********733900 saylı” Qərarın qanunsuz və əsassız hesab edilməsi, ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. xx.xx.2019-cu il tarixdə Vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirtdiyi Sumqayıt Şəhəri Çerkasski 498 ünvanda yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisənin digər təsərrüfat subyektində: ünvan 2 ünvanında yerləşən anbarda olmuşdur. Bu barədə Çerkasski 498 ünvanında yerləşən təsərrüfat subyektini icarəyə verən şəxs vergi işçilərinə məlumat vermiş və bu barədə vergi orqanının nümayəndələrinin iştirakı ilə xx.xx.2019 tarixli akt tərtib edilmişdir. Sonradan həmin aktın surəti icarəyə verən tərəfindən X1 təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixində Bakı Şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ Dadaş Bünyadzadə küçəsi. 2D ünvanında yerləşən obyekti qeydiyyata qoymaq məqsədilə tərəflərindən vergi orqanına müraciət olunmuş və xx.xx.2019-cu il tarixində **********- 11001 saylı qeydiyyat kodu ilə obyekt qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X2 ilə əlaqə yaratmamamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (ünvan 2) nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olub olmaması araşdırılmamışdır. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq xx xxxxxx 2019-cu il tarixdə müəəsisəyə 'Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının **********733900 saylı qərarla 404 411.51 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Bununla əlaqədar iddiaçı tərəfindən **********777300 saylı xx.xx.2019-cu il tarixli şikayət məktubu ilə vergi orqanına müraciət olunmuşdur. Verg orqanı müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşırma aparmamamış və ətraflı araşdırma aparmadan xx xxxxxx 2019-cu il tarixli **********733900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. İnzibati Prosessual Məcəllədə göstərilir: Maddə 14. Sübut etmə vəzifəsi Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı İnzibati İcraat Haqqında Qanunun 67-ci maddəsinə istinad edərək, hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan qanunsuz qərar qəbul etmişdir və bu qərarın qəbul edilməsi üçün qanuni əsasların olmasını, qərarın qəbul edilməsinin vacibliyi cavabdeh tərəfindən sübut edilə bilməyəcəkdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Belə ki, vergi ödəyicisinin 2019-cu il iyul-sentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 (ƏDV ilə birlikdə) manat dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yaranmışdır. Əlayə olaraq qeyd edirlər ki, Operativ nəzarət idarəsindən daxil olmuş xx.xx.2019cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X3 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və zahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə Tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış mkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış - binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və ergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********733900 nömrəli Qərarı göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddiya etirazı müdafiyə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, vergi ödəyicisinin 2019-cu il iyul-sentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 (ƏDV ilə birlikdə) manat dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yaranmışdır. Əlayə olaraq qeyd edirlər ki, Operativ nəzarət idarəsindən daxil olmuş xx.xx.2019cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X3 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İnzibati orqan yuxarıda qeyd edilənlərə əsaslanaraq iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********733900 nömrəli Qərarı göndərilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, yuxarıda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı ərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi orqanıda müvafiq uyğunsuzluqları nəzərə alaraq qanunvericiliyə uyğun qərar qəbul etmişdir. Lakin iddiaçı mal qalığının başqa ünvanda olduğunu qeyd edərək, onun hüquqularının pozulduğunu bildirir. İddiaçı qeyd edir ki, xx.xx.2019-cu il tarixdə Vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirdiyi Sumqayıt Şəhəri Çerkasski 498 ünvanda yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisənin digər təsərrüfat subyektində: ünvan 2 ünvanında yerləşən anbarda olmuşdur. Lakin iddiaçı sözügedən həmin dövrdə anbarda əlavə dövriyyə kimi nəzrə alınaraq hesablama aparılmış mal qalığının olması ilə bağlı hərhansı bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, idiaçının mübahisələndirdiyi qərar hüquqi nəticələri baxımındanda hüquqi müdafiyə vasitəsi kimi məhkəmədə mübahisələndirilməsi zəruri olan olan qərar kimidə qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinin mahiyyəti və məqsədi vergi ödəyicilərinin qanunla müəyyən edilmiş vergi öhdəliklərinin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsindən ibarətdir. Bu zaman həm vergi orqanı, həmdə vergi ödəyicisi öz hüquqlarından vicdanla istifadə etməli, öz vəzifələrinin həyata keçirilməsinədə eyni məsuliyyətlə yanaşmalıdır. Buna görədə Azərbaycan Respublikasının vergi qanunvericiliyi həm vergi ödəyiciləri üçün, həmdə vergi orqanları üçün hüquq və vəzifələr, eyni zamanda müvafiq məsuliyyətlər müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya hesablanmış qərar kameral qaydada hesablanmış qərardır və iddiaçının həqiqətəndə mal qalığı vardırsa, vergi ödəyicisinin əlavə öhdəliyinin yaranmaması halı mövcuddursa bu halın vergi qanunvericiliyinin imkan verdiyi digər formalardada həyata keçirmək imkanı olduğu halda, hüquq müdafiyə vasitəsi kimi məhkəmədə iddia qaldırmaqdan istifadə edilməsi prossessual qənaət baxımındanda əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir i, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-595/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-595/2020
04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver