Məhkəmə qərarları › İş №2-1(118)-611/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-611/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-611/2022 28.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Quba rayon Vəlvələ Bələdiyyəsinə qarşı “ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cavabdehin tərtib etdiyi 15 dekabr 2020-ci il tarixli 15 saylı qərarın ləğv edilməsi və əsassız hesablanmış 97978 manat mədən vergisinin silinməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Quba rayon Vəlvələ Bələdiyyəsinə qarşı iddia qaldıraraq “”River Stone” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cavabdehin tərtib etdiyi 15 dekabr 2020ci il tarixli 15 saylı qərarın ləğv edilməsi və əsassız hesablanmış 979789 manat mədən vergisinin silinməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək River Stone” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cavabdehin tərtib etdiyi 15 dekabr 2020-ci il tarixli 15 saylı qərarın ləğv edilməsi və əsassız hesablanmış 97978 manat mədən vergisinin silinməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hüquqi şəxs olaraq dövlət qeydiyyatından keçərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qanunvericilikdə nəzərdə tutulan qaydada bütün vergi və ödəmələri vaxtında ödəyirlər. Heç bir dövlət və ya qeyri dövlət təşkilatı ilə bu günədək problemləri olmamışdır. Təsadüfən 2021-ci ilin may ayında bələdiyyəyə borcu olduğunu eşitmişdirlər. Təbii ki, qəbul edilən hal olmadığı üçün rəsmi qaydada Vəlvələ Bələdiyyəsinə borcun olub-olmaması barədə 31 may 2021-ci il tarixdə sorğu göndərmişdirlər. Quba rayon Vəlvələ bələdiyyəsi 02 iyun 2021-ci il tarixli, 78 nömrəli məktubla sorğuya cavab verərək, bildirmişdir ki, guya "xxxx" MMC-nin Quba rayon Vəlvələ Bələdiyyəsinə 97978 manat mədən vergisi borcu yaranmış, bununla bağlı 15 dekabr 2020-ci il tarixli 15 saylı qərar qəbul olunmuş və icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət olunmuşdur. Cavabdeh tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli, 78 nömrəli məktub 04 iyun 2021-ci il tarixdə rəsmi qaydada etibarnamə üzrə nümayəndə X2 verilmişdir. Məktuba qoşma olaraq tədiyyə bildirişi, qərardan çıxarış və protkol əlavə olunmuşdur. Belə ki, yuxarıda qeyd edilən 15 dekabr 2020-ci il tarixli, 15 saylı protokolun 15 saylı qərarında Vergi Məcəlləsinin 57.1-ci, 59.1 və 59.2-ci maddələrinə əsasən 2015-2018-ci il üçün yaranmış 97978 manat mədən vergisi borcu yarandığı və həmin məbləği Quba rayon Vəlvələ Bələdiyyəsinin hesabına ödənilməsi, əgər ödənilməsə qeyd olunan borcun məcburi qaydada alınması üçün Quba rayon İcra və Probasiya şöbəsinə yönəldilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan bələdiyyə qərarında yalnız borcun olduğu qeyd olunub, həmin borcun hansı əsaslarla yarandığından bəhs edilmir. Bundan başqa Cəmiyyətin fəaliyyəti uzun müddət dayandırılmış və fəaliyyəti olmamışdır. Fəaliyyət olmadığı üçün bələdiyyəyə hər hansı hesabat təqdim edilmədiyi halda cavabdehin hansı əsaslara və meyarlara görə MMC-yə necə 3 illik hesabat aparıla bilər və mədən vergisi olaraq 97978 manat hesablana bilər. Qeyd edilənlərdən göründüyü kimi cavabdeh mənbəyi məlum olmayan məlumatlara istinad edərək, əsassız yerə hesablanmış həmin məbləğin bələbiyyənin hesabına köçürülmədiyi qeyd olunmuşdur. Bu Bələdiyyənin hesablanmış mədən vergisinin qanunvericilikdə hansı qaydada alınması barədə məlumatların olmaması deməkdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkədən xahiş etmişdir. Cavabdeh 27 may 2022-ci il və 03 avqust tarixli məktublarında “Riverstone MMC” barəsində Vəlvələ bələdiyyəsinin 15 dekabr 2020-ci il tarixli, 15 saylı qərarı ilə hesablanmış 979789 manat mədən vergisi tələbi həmin MMC-nin fəaliyyətini dayandırığı üçün bələdiyyənin iddiasını geri götürdüyünü, sorğuda qeyd edilən qərarla bağlı əlavə sənədləri olmadığını, iddianın təmin edilməsini və məhkəmə proseslərinin iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən qərarın rəsmi qaydada iddiaçıya çatdırılması və iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə təmin edilməlidir. Belə ki, iddiaçı River Stone” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cavabdehin tərtib etdiyi 15 dekabr 2020-ci il tarixli 15 saylı qərarın ləğv edilməsi və əsassız hesablanmış 97978 manat mədən vergisinin silinməsini istəyir. Cavabdeh inzibati orqan isə “Riverstone MMC” barəsində Vəlvələ bələdiyyəsinin 15 dekabr 2020-ci il tarixli, 15 saylı qərarı ilə hesablanmış 979789 manat mədən vergisi tələbi həmin MMC-nin fəaliyyətini dayandırığı üçün bələdiyyənin iddiasını geri götürdüyünü, sorğuda qeyd edilən qərarla bağlı əlavə sənədləri olmadığını, iddianın təmin edilməsinə etirazının olmadığını bildirir. İşin hallarından göründüyü kimi Quba rayon Vəlvələ Bələdiyyəsinin 15 saylı 15 dekabr 2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin yoxlamaları əsasında 2015-2018-ci il may ayınadək müddət ərzində yaranmış 97978 manat mədən vergisi borcunun Quba rayon X1 X5 xüsusi hesabına ödənilməsi üçün "xxxx" MMC-yə 10 gün müddət verilmiş, vergi ödəyicisi "xxxx" MMC tərəfindən həmin müddət ərzində göstərilən vergi borcu bələdiyyənin hesabına ödənilmədiyi halda qeyd olunan borcun məcburi qaydada alınması məqsədilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilmməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan bələdiyyə qərarında yalnız borcun olduğu qeyd olunub, həmin borcun hansı əsaslarla yarandığı müəyyən deyil. Məhkəmə tərəfindən bununla bağlı cavabdeh orqana müvafiq sorğular göndərilmiş, cavabdeh məhkəmə sorğusuna cavabında sorğuda qeyd edilən qərarla bağlı əlavə sənədləri olmadığını, iddianın təmin edilməsini və məhkəmə proseslərinin iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdirlər. İnzibati İcraat haqqında Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Lakin mübahisələndirilən qərar əsaslandırılmamış, ümumiyyətlə inzibati icraatın aparılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. hətta cavabdeh inzibati orqan iddianı qəbul edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. məhkəmə hesab edir ki, bu qeyd edilənlər mübahisələndirilən inzibati aktın ləğvi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cavabdeh Quba rayon Vəlvələ Bələdiyyəsinin tərtib etdiyi 15 dekabr 2020-ci il tarixli 15 saylı qərar ləğv edilsin və əsassız hesablanmış 97978 manat mədən vergisi silinsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar