Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-62/2020 21.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 518 nömrəli xx xxxxx 2019-cu il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, fərdi yaşayış evinin tikintisi üçün təqdim edilən layihənin məlumatlandırma icraatı qaydasında qəbul edilmiş sayılaraq qanunla nəzərdə tutulan hərəkətlərin edilməsi layihə əsasında fərdi yaşayış evinin inşa edilməsinə qanunsuz müdaxilənin qadağan edilməsi və qanunla yolverilən məlumatlandırma icraatı qaydasında tikinti inşaat işlərinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdeh- Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası barədə işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı RX №1413391 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,0986 ha. torpaq sahəsində fərdi yaşayış evinin məlumatlandırma icraatında tikilməsi ilə bağlı müvafiq sənəsləri təqdim edərək, ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın 518 nömrəli xx xxxxx 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciəti müsbət qəbul edilməmişdir. İddiaçı Cavabdeh 518 nömrəli xx xxxxx 2019-cu il tarixli cavab məktubunun qanunsuz və əsassız hesab edilməsi, RX №1413391 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmaqla, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,0986 ha. torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün hazırlanmış eskiz-layihəsinin təsdiq edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh 518 nömrəli xx xxxxx 2019-cu il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, fərdi yaşayış evinin tikintisi üçün təqdim edilən layihənin məlumatlandırma icraatı qaydasında qəbul edilmiş sayılaraq qanunla nəzərdə tutulan hərəkətlərin edilməsi(tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim etmək), (məcburetmə haqqında iddia), layihə əsasında fərdi yaşayış evinin inşa edilməsinə qanunsuz müdaxilənin qadağan edilməsi (müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia) və qanunla yolverilən məlumatlandırma icraatı qaydasında tikinti inşaat işlərinə maneələrin aradan qaldırılması (öhdəliyin icrası haqqında iddia) vəzifəsinin cavabdeh-Cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra Şəhərsalma və Tikinti Məcəlləsi) 80-ci maddəsinin tələbləri qaydasında inşa etməyi planlaşdırdığı fərdi yaşayış evinin tikilməsinə dair tərtib olunmuş layihəyə Cavabdeh 518 nömrəli xx xxxxx 2019-cu il tarixli məktubu ilə irad bildirərək baş plan bölməsi tam tərkibdə hazırlanaraq rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətə yenidən baxılacağını bildirmişdir. Həmin məktubun qanunsuz və əsassız hesab edilməsi və həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün hazırlanmış eskiz- layihəsinin təsdiq edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 54-cü maddəsi qaydasında iddia tələbini dəyişərək, fərdi yaşayış evinin tikintisi üçün təqdim edilən layihənin məlumatlandırma icraatı qaydasında qəbul edilmiş sayılaraq qanunla nəzərdə tutulan hərəkətlərin edilməsi(tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim etmək), (məcburetmə haqqında iddia), layihə əsasında fərdi yaşayış evinin inşa edilməsinə qanunsuz müdaxilənin qadağan edilməsi (müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia) və qanunla yolverilən məlumatlandırma icraatı qaydasında tikinti inşaat işlərinə maneələrin aradan qaldırılması (öhdəliyin icrası haqqında iddia) vəzifəsinin cavabdeh-Cavabdeh üzərinə qoyulması tələbini irəli sürür. Belə ki, yaşayış məntəqələri üçün nəzərdə tutulan, şəxsi mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə dair tərtib olunmuş layihə mövcud qanunvericiliyə uyğun tərtib olunduğundan layihədə nöqsanların olması barədə Cavabdeh 518 nömrəli xx xxxxx 2019-cu il tarixli məktubunu qanunsuz sayır. İnzibati orqanın iradı qanunverciliyin heç bir müddəasına əsaslanmamış, mübahisələndirilən məktubda qeyd edilmiş iradlar qeyri-müəyyən olmaqla konkret əsaslara söykənməmiş, yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməməsi barədə hər hansı konkret irad və ya göstəriş nəzərdə tutulmamış, iradlar fərdiləşdirilməmiş, layihədə yol verilmiş çatışmazlıqlar konkret olaraq göstərilməmiş, layihənin məhz hansı hissənində hansı dəyişikliyinin edilməsi və layihədə hansı halların məktubda qeyd edilən normativ aktlara uyğunsuzluğu barədə dəqiq məlumat verilməmişdir. Həmçinin hesab edir ki, Cavabdeh tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlayaraq təqdim etdiyi layihənin məlumatlandırma icraatı üzrə uyğun tərtib edildiyi hesab etməli və Şəhərsalma və Tikinti Məcəlləsinin 80.6-cı maddəsinin tələblərinə uyğun olaraq həmin Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim etməli halda bu hərəkətləri yerinə yetirməmişdir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilməli idi. Göstərildiyi kimi inzibati orqan - Cavabdeh qanunla üzərinə düşən hərəkətləri yerinə yetirməmişdir. İnzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. Məlum olduğu kimi Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilərkən onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.3-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmçinin həmin Məcəllənin 11.1 -ci maddəsinə əsasən Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: 11.1.1 -ci maddəsinə əsasən layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; 11.1.2-ci maddəsinə əsasən tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6-№ -li xx xxxxxx 2015-ci iltarixli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda ikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 1.3-cü maddəsinə əsasən məlumatlandırma icraatının şamil olunduğu layihələrin uyğunluğunun müəyyənləşdirilməsi isə bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 4.1 -ci maddəsinə əsasən məlumatlandırma icraatı şamil olunan tikinti obyektləri layihələrinin tələblərə uyğunluğu yerli icra hakimiyyəti orqanı tərəfindən həmin Qaydaların 2.1.1 -ci və 2.1.2-ci yarımbəndlərində nəzərdə tutulan şərtlərin, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinin birgə mövcudluğu ilə müəyyənləşdirilir. Həmin Qaydaların 2.1 -ci maddəsinə əsasən Müfəssəl plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: Həmin Qaydaların 2.1.1 -ci maddəsinə əsasən layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; Həmin Qaydaların 2.1.2,-ci maddəsinə əsasən tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. Şəhərsalma və Tikinti Məcəlləsinin 20.2-ci maddəsinə əsasən baş planlar ümumi, müfəssəl planlar isə baş planlar əsasında hazırlanır. Həmin Məcəllənin 22.1 -ci maddəsinə əsasən Baş plan şəhərlər və ya digər yaşayış məntəqələri səviyyəsində hazırlanır. Baş planda şəhər və ya digər yaşayış məntəqələrinin ərazisi üçün nəzərdə tutulan torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadənin növü proqnozlaşdırıla bilən ehtiyaclara əsasən ümumi şəkildə təsvir edilməlidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən Ümumi və baş planlar təsdiq olunduqdan sonra 3 gün müddətində dərc edilir və müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir. Məlum olduğu kimi Bakı şəhəri, Abşeron rayonunun və o cümlədən Mehdiabad qəsəbəsinin baş və müfəssəl planı mövcud deyil və həmin planlar tərtib olunmadığından Şəhərsalma Və Tikinti Məcəlləsinin 32.4-cü maddəsinə əsasən dərc edilməmiş və heç bir qurumun internet səhifələrində yerləşdirilməmişdir. Mövcud olsaydı Şəhərsalma Və Tikinti Məcəlləsinin 32.4-cü maddəsinə əsasən həmin məlumatlar ümumi və baş planlar təsdiq olunduqdan sonra 3 gün müddətində dərc edilb və müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilməli idi. Eskiz layihə tərtib edildikdə baş plan bölmələri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində istifadə olunmalı idi. Belə vəziyyətdə yəni yaşayış məntəqəsinin baş və müfəssəl planı mövcud olmadığı halda inzibati orqanın hər hansı baş plan bölmələrinin tərtib olunmasını tələbi qanunsuzdur. Belə olduğu halda fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilərkən onların tikintisi üçün tikinti layihəsi qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun tərtib edilməlidir. Yuxarıda göstərdiyi kimi tərəfindən Abşeron İcra Hakimiyətinə təqdim olunmuş layihədə Şəhərsalma və Tikinti Məcəlləsinin 11, 80-ci maddələrinin və habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6-№-li xx xxxxxx 2015-ci iltarixli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təblərinə tam əməl edilmişdir. Belə ki, tikilməsi nəzərdə tutulan fərdi yaşayış evin tikintisi iddiaçının mülkiyyətində olmaqla təyinatı yaşayış məntəqələrin torpaqlarına aid olan torpaqda və fərdi yaşayış evi mövcud olduğu ərazilərin hüdudları daxilində (hər tərəfdən fərdi yaşayış evləri ilə əhatə olunmuşdur) tikilməsi nəzərdə tutulmuş, nəzərdə tutulan evin eskiz layihəsi istifadə növünə və miqyasına görə mövcud tikililərə uyğun tərtib olunmuşdur. Qeyd etdiklərindən tam aydın olur ki, tərtib olunmuş və Abşeron Rayon İcra Hakimiyətinə təqdim olunmuş eskz layihədə qanunvericiliyin bütün tələbləri əməl edilmiş, lakin buna baxmayaraq İH baş plan bölməsi tam tərkibdə hazırlanmadığı barədə qanunsuz irad bildirmişdir. Ona görə də Cavabdeh 518 nömrəli xx xxxxx 2019-cu il tarixli məktubun qanunsuz hesab edilməli, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahədə mövcud qaydalara uyğun hazırladığı fərdi yaşayış evinin tikintisi üçün təqdim edilən layihənin məlumatlandırma icraatı qaydasında qəbul edilmiş sayılaraq qanunla nəzərdə tutulan hərəkətlərin edilməsi (tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim etmək), layihə əsasında ev tikilişinin inşa edilməsinə qanunsuz müdaxilənin qadağan edilməli, qanunla yolverilən məlumatlandırma icraatı qaydasında tikinti inşaat işlərinə maneələrin aradan qaldırılmasının Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məktubla cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması müəyyən edildiyindən iddianın mümkün sayılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 №-li Qərarının 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.3 bəndinə əsasəni ddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Tikintinin aparılacaq torpaq sahəsinə dair plan və ölçü tərtib edilməsinə, həmin torpaq sahəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152.1-ci və 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 50-ci maddələrinə əsasən tikinti işlərinin aparılması hüquqa malik olmasıma baxmayaraq, onun mülkiyyətində olan torpaq sahəsində tikili inşa etməsinə dair faktiki şərtlər mövcud olduğunu, inzibati orqana və məhkəməyə təqdim edilmiş layihənin qanunvericiliyin tələblərinə cavab verdiyinin müəyyən olunduğunu, göstərilən torpaq sahəsində yaşayış evi inşa etməsinə dair Cavabdeh məlumatlandırdığını, cavabdeh tərəfindən ona qanunsuz iradların bildirildiyini, cavabdehin iddiaçının arzuladığı hərəkətlər etməsinin aradan qaldıran faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyini nəzərə alaraq hesab edir ki, iddiası təmin olunmalıdır. Mülki Məcəlləsinin 152-ci maddəsinin 1-ci bəndinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 50-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi istifadə və ya müddətli istifadə etmək deməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqı normativ hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Göstərdiklərindən tam aydındır ki, cavabdeh tərəfindən hüquqa müdaxilə aşkar şəkildə baş vermiş və birmənalı nəzərə çarpır. Nəticədə hüquqlarının pozulması real mövcud olmuşdur. İddiaçı hesab edir ki, iddia ərizəsində göstərilən tələbləri bir-biri ilə qarşılıqlı əlaqəlidir, buna görə də Cavabdeh 518 nömrəli xx xxxxx 2019-cu il tarixli məktubunun qanunsuz hesab edilməsi nəticəsində onun məntiqi davamı olaraq digər tələblərin, xüsusi mülkiyyətçisi olduğu Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mövcud qaydalara uyğun hazırladığı fərdi yaşayış evinin tikintisi üçün təqdim edilən layihənin məlumatlandırma icraatı qaydasında qəbul edilmiş sayılaraq qanunla nəzərdə tutulan hərəkətlərin edilməsi (tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim etmək), layihə əsasında ev tikilişinin inşa edilməsinə qanunsuz müdaxilənin qadağan edilməsi və qanunla volverilən məlumatlandırma icraatı qaydasında tikinti inşaat işlərinə maneələrin aradan qaldırılmasının Cavabdeh üzərinə qoyulması barədə tələblər də haqlı olaraq təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2,-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Bundan başqa Abşeron İcra hakimiyəti Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozaraq layihəyə 10 gün müddətində irad bildirmək hüququ olduğu halda xx xxxx 2019-cu ildə qeydiyyata alınmış iddiaçının ərizəsinə 23 (iyirmi üç) gün sonra xx.xx.2019- cu il tarixdə irad cavab yazmış və həmin məktubu xx.xx.2019-cu il tarixdə poçta verilmişdir. Hesab edir ki, həm layihədə bütün şərtlər qanunvericiliyin tələblərinə uyğun yerinə yetirildiyinə görə Abşeron İcra hakimiyətinin iradı qanunsuz və əsassız və həmdə irad bildirmənin 10 gün müddətini ötürdüyünə hesab edilməlidir. İnzibati orqan İnzibati Xətalar Məcəlləsinin 594-cü maddəsi ilə nəzərdə tutulan (İnzibati icraat haqqında qanunvericiliyin pozulması) inzibati xəta törətmişdir. Belə ki, həmin Məcəllənin 594.0-cı maddəsinə əsasən İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni: 1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab edilərək, müvafiq qərarın qəbulundan imtina edilməsinə, yaxud fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə; 7-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın qanunla müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və ya inzibati şikayətin və icraatla bağlı materialların 3 gün müddətində şikayət instansiyasına göndərilməməsinə görə, vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “Abşeron RİH Memarlıq və Tikinti şöbəsinin 518 nömrəli xx.xx.2019-cu il tarixli cavab məktubunu qanunsuz və əsassız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin RX seriyalı ******* saylı çıxarışına əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0986 ha torpaq sahəsi üzərində təqdim etdiyi eskiz layihəsinin təsdiq edilməsi vəzifəsinin Abşeron RİH-nin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi haqqında məhkəməyə ərizə vermişdir. Həmin ərizədə iddiaçı Abşeron RİH-nin 518 nömrəli xx.xx.2019-cu il tarixli cavab məktubunu qanunsuz hesab edilməsi, təqdim edilən tikinti layihəsinin məlumatlandırma icraatı qaydasmda qəbul edilmiş sayılaraq tikintilərin dövlət reyestrinə təqdim edilməsi, fərdi yaşayış evinin inşasına qanunsuz müdaxilənin qadağan edilməsi, tikinti inşaat içlərinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, yuxanda mübahisələndirilən məktubla iddiaçıya cavab verilərək təqdim edilmiş layihədə baş plan bölməsinin qanunamüvafiq şəkildə tam tərkibdə hazırlanaraq təqdim olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikasmm Şəhərsalma və Tikinti Məcəlləsinin görə 80.1-ci maddəsinə görə Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşınmlarımn uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdınlması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 11.1 -ci maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alman tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. Müfəssəl planın tətbiqi dairəsindən və bu Məcəllənin 11.1 -ci maddəsində nəzərdə tutulmuş mənada tikintilərin mövcud olduğu ərazinin hüdudlarından kənarda tikinti obyektinin inşasına yalnız onun müvafiq ərazidə infrastruktur və mühəndis-kommunikasiya təminatının mümkün olduğu (mümkünlüyünün kifayət qədər əsaslandırıldığı) və həmin tikinti obyektinin aşağıdakı məqsədlər üçün nəzərdə tutulduğu hallarda yol verilir: kənd və meşə təsərrüfatı ilə bağlı fəaliyyətin həyata keçirilməsi üçün; kənd təsərrüfatı müəssisəsinin işçilərinin istifadəsi üçün; rabitə, elektrik eneıjisi, qaz, su, istilik, kanalizasiya təchizatının və ya müvafiq ərazi ilə bağlılığı olan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün; külək, günəş və ya su eneıjisinin tədqiqatı, inkişafi və ya istifadəsi üçün. 11.3. Bu Məcəllənin 11.1 -ci və 11.2-ci maddələrində nəzərdə tutulanlar istisna olmaqla, digər tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir: tikilməsi nəzərdə tutulan obyekt baş plana zidd olarsa; tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məniz qalmaq təhlükəsi olarsa; tikilməsi nəzərdə tutulan obyekt infrastrukturan yaradılması, təhlükəsizliyin və ya sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb edərsə; tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqlan, yaxud landşaftın təbii xüsusiyyətlərini pozarsa; tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatı və ya təbiət hadisələrindən (daşqından) qorunmaya təhlükə yaradarsa. 11.4. Bu Məcəllənin 11.2-ci və 11.3-cü maddələrində nəzərdə tutulmuş tikinti layihələri və niyyətləri ilə bağlı bələdiyyələrin mövqeyi öyrənilməlidir. İddiaçıya verilmiş cavabda təqdim edilmiş layihədə baş plan bölməsinin qanunamüvafiq şəkildə tam tərkibdə hazırlanaraq təqdim olunması tövsiyə olunsa da o bunu etmək əvəzinə məhkəməyə müraciət etmişdir. Əslin də isə tövsiyə olunanları edərək yenidən RİH-nə müraciət etməklə tələbinin təmin olunmasına nail ola bilərdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.27-ci maddəsinə əsasən 3.0.27. tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin 80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin yerləşəcəyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla təyinatı yaşayış məntəqələrin torpaqlarına aiddir və fərdi yaşayış evilərinin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulmuşdur, nəzərdə tutulan evin eskiz layihəsi istifadə növünə və miqyasına görə mövcud tikililərə uyğun tərtib olunmuşdur. Eyni zamanda lahiyələndirilən yaşayış evinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox deyil və məlumalandırma icraatının tətbiq edilməsini istisna edəcək hər hansı bir əsas müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın etirazı əsassız olmuşdur və iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin; Cavabdeh 518 nömrəli xx xxxxx 2019-cu il tarixli cavab məktubunun qanunsuz hesab edilsin, fərdi yaşayış evinin tikintisi üçün təqdim edilən layihənin məlumatlandırma icraatı qaydasında qəbul edilmiş sayılaraq qanunla nəzərdə tutulan hərəkətlərin edilməsi, layihə əsasında fərdi yaşayış evinin inşa edilməsinə qanunsuz müdaxilənin qadağan edilməsi və qanunla yolverilən məlumatlandırma icraatı qaydasında tikinti inşaat işlərinə maneələrin aradan qaldırılması Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-62/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-62/2020
21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver