Məhkəmə qərarları › İş №2-1(118)-729/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-729/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-729/2025 13.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, həqiqi hərbi xidmətə bərpa olunma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi NümayəndəN iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNN3-cü il tarixli, 76 №li Əmrinin iddiaçıya aid hissədə ləğv olunması və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNN3-cü il tarixli, 76 №li Əmrinin iddiaçıya aid hissədə ləğv olunması və həqiqi hərbi xidmətə bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.NNN4-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı hərbçi olmuş, gizir rütbəsində xidmət etmiş, qərargah və təchizat bölüyünün mühafizə və komendant taqımının komandiri vəzifəsində xidmət etmişdir. Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı, Vətən müharibəsi iştirakçısı medalı, Suqovuşanın azad olunmasına görə medalı, 4 dəfə fəxri fərman ilə təltif edilmişdir. xx.xx.NNNN-xx.xx.NNNN-ci illərdə İİ Vətən müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Antiterror əməliyyatlarında da iştirak etmişdir. Müdafiə Nazirliyinin xx.xx.NNN3-cü il tarixli müvafiq əmri ilə Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156.e bəndinə əsasən, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Buna uyğun olaraq, N saylı hərbi hissə komandiri tərəfindən N saylı əmrdən çıxarış verilmişdir. Əslində qanunsuz və əsassız olaraq xidmətdən xaric edilmişdir. Belə ki, işdən çıxarılmağına əsas olmuş video-çəkilişdən xəbəri olmamışdır. Yalnız həmin video-çəkiliş tik-tok sosial şəbəkəsində yayıldıqdan sonra, məsələdən xəbərdar olmuşdur. Həmin video-çəkiliş başqası tərəfindən aparılmışdır və onun orada informasiya təhlükəsizliyini pozmağından söhbət gedə bilməz. İddiaçı bunu izahatında da rəhbərliyin nəzərinə çatdırmışdır. O, heç bir çəkiliş aparmamışdır, heç bir paylaşım etməmişdir. Bunu edən başqaları olmuşdur. Həmin videonun ona aidiyyatı yoxdur. Onu tam təqsirsiz, günahsız olduğu halda, başqasının etdiyi hüquqpozmaya görə cəzalandırılmışdır. Vətən qarşısında etdiyi xidmətləri nəzərə alınmamış və başqasının əməlinə görə məsuliyyətə cəlb edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd edir ki, XN nazirinin müavini - X7 14 noyabr NNN3-cü il tarixli N117 gm nömrəli əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması N nömrəli hərbi hissə komandirinin N3 noyabr NNN3-cü il tarixli N nömrəli əmri ilə “İnzibati icraat haqqında” Qanunun 6N-ci maddəsinə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. Belə ki, İddiaçı ehtiyata buraxılması barədə təyinat vərəqəsi xx.xx.NNN3-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza etdirməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün SHXÇDX-ın Şabran rayon şöbəsinə göndərilmişdir. Bundan əlavə İddiaçı N nömrəli hərbi hissənin qərargah bölüyünün mühafizə və komendant taqımının komandiri vəzifəsində xidmət edərkən onun xidmət edən MAHHXHQ əsgərlər X18, X15 ilə birlikdə Beynəlxalq Hüququn normalarını pozaraq NN sentyabr NNN3-cü il tarixdə günorta saatlarında antiterror əməliyyatlarının keçirildiyi Ağdərə rayonu Canyataq kəndi ərazisində yerləşən yaşayış sahələrinə daxil olaraq dağıntı və talama kimi qanunsuz əməllərə yol vermişlər. Bundan sonra MAHHXHQ əsgər İ.Ə.Oruclu dağıntı və talama anlarını smartfon tipli mobil telefon vasitəsilə çəkib Whatsapp profilində paylaşmaqla erməni bloqqerlər arasında yayılmasına şərait yaratmışdır. Cavabdeh Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3,5, 7-ci maddəsinə, Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel NNNN-ci il tarixli qərarı ilə əsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 3.4-cü bəndinə, X6 əsas norması hesab olunan, Azərbaycan Respublikasının da qoşulduğu 18 oktyabr 19N7-ci il tarixli “Müharibə aparılması adət və qanunları haqqında” Haaqa konvensiyasının N3-cü maddəsinin “j” bəndinə, Azərbaycan Respublikası müdafiə nazirinin 16 may NN14-cü il tarixli N7 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Silahlı münaqişələr hüququnun tətbiqi üzrə Təlimatın 6.17-ci bəndinə, həmin Təlimatın 3 saylı əlavəsinin (Döyüş əməliyyatlarının iştirakçısı olan Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçusunun davranış kodeksi) 6-cı bəndinə, Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel NNNN-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 3.N- ci bəndinə, Bu Qaydaların 8.4-cü bəndinə, 1N.1-ci yarımbəndinə istinad etmişdir. Cavabdeh qeyd edir ki, işdə olan sənədlərdən İddiaçı “əmrin əğvi və yenidən hərbi xidmətə bərpa” barədə arzuladığı inzibati aktın qəbul edilməsinin zəruri edən halların mövcudluğunu sübut edə bilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi NümayəndəN iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Müdafiə Nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.NNN3-cü il tarixli, 76№li əmrinə əsasən:

3. Şəxsi Heyət Baş İdarəsinin rəisi X6 (Silahlı Münaqişə Hüququnun) normalarının, habelə informasiya təhlükəsizliyi tədbirlərinin pozulması nəticəsində dövlət və hərbi xarakterli məlumatların müxtəlif sosial şəbəkələrdə yayılmasına yol verdiklərinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin bəndinə görə həqiqi hərbi xidmətdən buraxılmalarını təmin etsin: - N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün, mühafizə və komendant taqımının komandiri gizir İddiaçı; N №li hərbi hissə komandirinin xx.xx.NNN3-cü il tarixli N saylı Əmrindən çıxarışa əsasən qərargah və təchizat bölüyünün mühafizə və komendant taqımının komandiri gizir İddiaçı, “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, N3 noyabr NNN3-cü il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılması və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon Bölməsinə göndərilməsi, Gizir İddiaçı NNN3-cü il yanvar-oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr NN17-ci ıl tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatından məhrum edilməsi, Gizir İddiaçı ehtiyata buraxılması ilə əlaqədar birdəfəlik pul müavinəti ödənilməsi əmr edilmişdir. NNN3-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. NNN3-cü ilin məzuniyyət hesabından N5 (iyirmi beş) istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. Əsas: Müdafiə nazirinin müavini-X7 xx.xx.NNN3-cü il tarixli, N117gm nömrəli əmrindən çıxarış (daxilolma № 59N) N №li hərbi hissə komandirinin xx.xx.NNN3-cü il tarixli, 815 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.NNNN-xx.xx.NNNN-ci il tarixlərdə İİ Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. № 3913 Azərbaycan Respublikası Medalının vəsiqəsi, № İ-4794 Azərbaycan Respublikası Medalının vəsiqəsi, Qüsursuz Xidmətə görə 3-cü dərəcə medalının vəsiqəsinin surəti, Fəxri Fərmanların surətləri iş materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş xidməti xasiyyətnamədə qeyd edilmişdir ki, “Gizir İddiaçı N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün, mühafizə və komendant taqımının taqım komandiri vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı bir hərbi qulluqçu kimi göstərir. Hərbi bilik səviyyəsinin artırılması üçün daim öz üzərində çalışır. Şəxsi heyət arasında böyük nüfuza malikdir. Öz silahını təmiz və daim döyüşə hazır vəziyyətdə saxlayır. Gizir İddiaçı üzərinə düşən vəzifənin məsuliyyətini dərk edir, bu vəzifənin öhdəsindən layiqincə gəlməsi üçün çalışır. Komandirlərə və rəislərə hörmət göstərir, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət edir. Hərbi geyim formasına tam əməl edir. Nizamnamələri bilir və onların tələblərinə uyğun hərəkət etməyə çalışır. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsinə səy göstərir. Bölməsinin ictimai həyatında fəaldır. Müntəzəm olaraq öz biliyinin artırılması üçün üzərində çalışır. Tənqidi düzgün başa düşür və ondan nəticə çıxarmağa çalışır. Vətənpərvər, öz xalqına, vətəninə güclü sevgisi var. Düşmənlərinə dərin nifrət hissi bəsləyir. Yoldaşları ilə münasibətdə səmimi və qayğıkeşdir. Sıra cəhətdən səliqəlidir, xarici görkəmi qənaətbəxşdir.” “Vətən müharibəsi iştirakçısı” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı vəsiqəsinin, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı vəsiqəsinin və yüksək nailiyyətlərinə və nümunəvi hərbi intizamına görə N nömrəli hərbi hissənin NN mart NNNN-ci il, N8 noyabr NNNN-ci il, NN mart NNN3-cü il və xx.xx.NNN3-cü il tarixli Fərxi Fərmanların surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.NNN3-cü il tarixli və xx.xx.NNN3-cü il tarixli söhbət vərəqələrində iddiaçı informasiya təhlükəsizliyini pozmadığını, 156-cı maddənin “e” bəndi ilə ehtiyata buraxılmağı qəbul etmədiyini bildirmişdir. Ordu sıralarında qalıb xidmətini davam etdirməyinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 1N753 saylı xx.xx.NNN3-cü il tarixli arayışında iddiaçının hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş xidmət vərəqəsinin surətindən görünür ki, iddiaçıya N saylı h/h komandirinin xx.xx.NNNN-ci il tarixli 711 saylı əmrilə Zəfər Günü münasibətilə fəxri fərman verilmişdir. xx.xx.NNNN-ci il tarixli d.o. 115N3 №li, xx.xx.NNNNci il tarixli d.o. 115N4 №İi, xx.xx.NNNN-ci il tarixli d.o. 1175N №İi əmrlərlə tərbiyəvi rol oynadığı üçün əvvəllər verilmiş cəzanın götürülməsi əmr edilmişdir. N51 h/h komandirinin xx.xx.NNN3-cü il tarixli N77 saylı əmrilə yoxlamada qeyri-kafi nəticə göstərdiyinə görə şiddətli töhmət verilmişdir. Hərbi hissə komandirinin qərargah rəisinin xx.xx.NNN3-cü il tarixli əmrilə tapşırığı vaxtında icra etmədiyinə görə töhmət verilmişdir. AO.BQR-nin xx.xx.NNN3-cü il tarixli 76 saylı Əmrilə X6un normalarının, informasiya təhlükəsizliyi tədbirlərinin aparılması nəticəsində dövlət və hərbi xarakterli məlumatların müxtəlif sosial şəbəkələrdə yayılmasına yol verdiyinə görə “Hərbi Xidmət Keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə həqiqi hərbi xidmətdən buraxılmasının təmin edilməsi əmr edilmişdir. Məhkəməyə təqdim edilmiş N №li hərbi hissə komandirinin xx.xx.NNN3-cü il tarixli təqdimatı ilə gizir X5 tutduğu vəzifəyə uyğun hesab edilməmiş, Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə ((Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında) xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Təqdimatda qeyd edilmişdir ki, gizir X5 xx.xx.NNNN-ci il tarixdən N nömrəli hərbi hissənin, qərargah və təchizat bölüyünün mühafizə və komendant taqımının komandiri vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamsız, bacarıqsız, komandir və rəislər tərəfindən irilən əmr və tapşırıqların öhdəsindən layiqincə gələ bilməyən hərbi qulluqçu kimi göstərir, xidməti vəzifələrini nizamnamələr çərçivəsində yerinə yetirə bilmir. Özünün döyüş hazırlığının, mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün öz üzərində çalışmır. Azərbaycan Respublikasının Müdafiə nazirinin 1N dekabr NN19-cu il tarixli N1N nömrəli qərarı ilə qüvvəyə minmiş “Azərbaycan Ordusununda dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə Təlimatın 587.7-ci yarımbəndini və Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N9 aprel NNNN-ci il tarixli N88 nömrəli, NN1 nömrəli hərbi hissə komandirinin N sentyabr NNN1-ci il tarixli N3 nömrəli əmri və N51 nömrəli hərbi hissə komandirinin N aprel NNNN-ci tarixli N5N nömrəli əmri və N5 sentyabr NNN3-cü il tarixli N871 nömrəli telefonoqrammasının tələblərini kobud şəkildə pozaraq sosial şəbəkədə qanunsuz video paylaşmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri X4 N9 fevral NNN4-cü il tarixli, ********* nömrəli cinayət işi üzrə xitam verilməsi haqqında Qərarı ilə X18 barəsində Azərbaycan Respublikası CM-in 3N8.1-ci maddəsi ilə aparılan cinayət təqibinə, habelə, ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 4N.N-ci maddəsinə əsasən xitam verilmiş, X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 51N-cu maddəsinin tələbləri pozulduğundan aidiyyəti sənədlərin surətləri “X1N” 53.1-ci maddəsinə əsasən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi qərara alınmışdır. X18 tərəfindən sosial şəbəkədə paylaşılmış videogörüntünün CD diski iş materiallarına əlavə edilmişdir.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin N.N.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Mübahisələndirilən əmr məhkəmə araşdırması zamanı təqdim edilmiş, iddia müddəti ötürülməmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.NNN3-cü il tarixli 76 saylı Əmrilə İddiaçı X6un normalarının, informasiya təhlükəsizliyi tədbirlərinin aparılması nəticəsində dövlət və hərbi xarakterli məlumatların müxtəlif sosial şəbəkələrdə yayılmasına yol verdiyinə görə “Hərbi Xidmət Keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə həqiqi hərbi xidmətdən buraxılmasının təmin edilməsi əmr edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNN3-cü il tarixli, 76 №li Əmrinin iddiaçıya aid hissədə ləğv olunması və həqiqi hərbi xidmətə bərpa edilməsini istəyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri X4 N9 fevral NNN4-cü il tarixli, ********* nömrəli cinayət işi üzrə xitam verilməsi haqqında Qərarında qeyd edilir: “N nömrəli hərbi hissənin müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları çavuş X9, əsgər X18, əsgər X15 və gizir İddiaçı NN sentyabr NNN3-cü il tarixdə günorta saatlarında antiterror tədbirlərinin keçirildiyi Tərtər rayonu, Canyataq kəndi ərazisində yerləşən yaşayış sahəsinə daxil olaraq orada ev əşyalarını dağıtmaqla Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 1N sentyabr NNN1-ci il tarixli 15 nömrəli “Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən, sosial şəbəkələr, ünsiyyət tətbiqləri və digər internet media platformalarından istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi” haqqında əmrinin N-ci bəndində nəzərdə tutulmuş şəxsi heyətə sosial şəbəkələrdə, ünsiyyət tətbiqlərində və digər internet media platformalarında hərbi xarakterli məlumatların paylaşılmasının qəti qadağan edilməsinə dair tələblərini pozub, həmin yaşayış sahəsində yol verdikləri dağıntıları mobil telefon vasitəsi ilə videoya çəkdikdən sonra əsgər İlkin Oruclu həmin video-görüntüləri votsap profilində paylaşmaqla, video-görüntülərin müxtəlif sosial şəbəkələrdə, o cümlədən erməni bloqqerlər arasında yayılmasına şərait yaratması nəticəsində bir çox hərbi qulluqçunun, vəzifəli şəxsin fədakar əməyi və nümunəvi xidmət hesabına beynəlxalq aləmdə əldə olunmuş uğurlara və nüfuza kölgə salınması kimi əhəmiyyətli zərər vurmuşdur. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə əhəmiyyət kəsb etdiyindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsindən təqdim olunmuş 1 (bir) ədəd CD diskdəki video-görüntülərdə montaj əlamətlərinin olub-olmaması və iş üçün əhəmiyyət kəsb edən digər halları müəyyən etmək üçün 31 oktyabr NNN3-cü il tarixdə məhkəmə kompüter-texniki ekspertizası təyin olunmuş, həmçinin video-görüntülər çəkilmiş və votsap profilində paylanılmış mobil telefonun yerinin müəyyən olunması məqsədi ilə 16 oktyabr NNN3-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti qurumlarına əməliyyat tapşırıqları göndərilmişdir. xx.xx.NNN3-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əsasən X18 məlum hadisə ilə bağlı aparılmış araşdırmanın yekununda 7N4 nömrəli hərbi hissə komandirinin xx.xx.NNN3-cü il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) vəzifəsindən azad olunmaqla ordu sıralarından təxris olunmuşdur. İş materiallarına əlavə olunmuş müvafiq sənədlərin surətindən görünür ki, X18 Azərbaycan Respublikası Prezidentinin xx.xx.NNN1-ci il tarixli N7NN nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.NNN1-ci il tarixli N5Ns nömrəli Sərəncamı ilə “vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, İlkin Oruclunun atası X3 müharibəsi iştirakçısıdır, əmisi oğlu X19 NN1N-cu ildə, bibisi oğlu X1N isə vətən müharibəsi zamanı şəhid olmuşlar. Sorğu əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyindən daxil olmuş məlumatlardan görünür ki, İlkin Oruclunun çəkdiyi video görüntülərdə dövlət sirrini təşkil edən məlumatlar olmamışdır. Odur ki, hazırki cinayət işinin istintaqı zamanı X18 tərəfindən Azərbaycan Respublikası CM-in 3N8.1-ci (əmri icra etməmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törtəməsi tam sübuta yetirilsə də, onun tərəfindən törədilmiş həmin böyük ictimai təhlükə törətməyən, hərbi xidmət əleyhinə olan cinayət nəticəsində xidməti uyğunsuzluqla bağlı ordu sıralarından təxris olunaraq mülki sahədə işlə məşğul olması şəraitin dəyişməsi kimi qiymətləndirilməlidir. Beləliklə, X18 barəsində Azərbaycan Respublikası CM-in 3N8.1-ci maddəsi ilə aparılan cinayət təqibinə, habelə, ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 4N.N-ci maddəsinə əsasən xitam verilməlidir” Qeyd edilən Qərardan göründüyü kimi İlkin Oruclunun əməlində dövlət sirrini təşkil edən məlumatlar olmamaqla yanaşı, İddiaçı Qərarda sadəcə adı çəkilmiş, onun barəsində cinayət işi olmamışdır. Habelə məhkəmə prosesində təqdim edilmiş videogörüntüdən göründüyü kimi iddiaçı tərəfindən hər hansı dağıntı xarakterli hərəkətlərin edilməsi müəyyən edilmir. Belə ki, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 6N-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi qulluqçuların statusu” haqqında Qanuna əsasən : Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə N6.1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Maddə N6.N. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.N. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.N.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) 7N. Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. “İnzibati icraat haqqında” Qanuna əsasən: 17.1. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.N. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı hərbi xidməti dövründə “Vətən müharibəsi iştirakçısı” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı və yüksək nailiyyətlərinə və nümunəvi hərbi intizamına görə N nömrəli hərbi hissənin NN mart NNNN-ci il, N8 noyabr NNNN-ci il, NN mart NNN3cü il və xx.xx.NNN3-cü il tarixli Fərxi Fərmanla təltif edilmişdir. İşin yuxarıda qeyd edilən hallarını, iddiaçının hərbi xidmətdə əldə etdiyi nailiyyətləri və hərbi qulluqçuların pozulmuş hüquqlarını qoruyan yuxarıda qeyd edilmiş hüquq normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrə səbəb olmuş əsaslar təsdiq olmadığına görə mübahisələndirilən əmr ləğv edilməklə, iddiaçının qanunvericiliyin qeyd edilmiş normalarına uyğun olaraq pozulmuş hüquqları bəpra edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 11N-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNN3-cü il tarixli, 76 №li Əmri İddiaçı aid hissədə ləğv edilsin və İddiaçı həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 3N (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 7N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar