Məhkəmə qərarları › İş №2-1(118)-808/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-808/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-808/2024 22.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Məcid oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Məcid oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarınını və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməasi barədə ərizə verərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 32 nömrəli əmrinə əsasən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş və ona "sıravi” hərbi rütbəsi verilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 98 saylı əmri ilə iddiaçı hərbi xidməti davam etdirmək üçün xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndərilmişdir. Bütün bu hallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, ***-**** saylı arxiv arayışı ilə təsdiq olunmuşdur. Eyni zamanda, Tərtər Qarnizonunun Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli, 1-251-97 saylı hökmündə iddiaçının 1992-94-cü illərdə Füzüli və Tərtər rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq olunmuşdur. Sözügedən hökm qanuni qüvvəyə minib və preyudisial xarakter daşıyır. Bir müddət öncə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi barədə müraciət etmiş, lakin Müdafiə Nazirliyi müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsindən imtina etmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı göstərilmişdir. Haıbuki, iddiaçının fərarilik etməsi döyüş əməliyyatlarının apardığı dövrə deyil, atəşkəs elan olunduğu dövrə təsadüf etdiyindən onu nbarəsində həmin Qərarın tələbləri tətbiq edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci İlin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahİdiərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin xidmət keçməsi və 2) hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması və bunun müvafiq sənədlərdə əks edilməsi. İnzibati iş materiallarında olan Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli, 9/2-3814 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə hərbi xidmətdə olan zaman fərarilik etmiş, Tərtər Qarnizonu Hərbi Tribunalının hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi ilə məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq olunmuş, Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli Qərardadına əsasən (hərbi cinayətlər törətmiş şəxslər barəsində) Dövlət Müstəqilliyi günü münasibəti ilə “Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının 2-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzadan azad edilmişdir. Həmçinin sözü gedən arayışda İddiaçı qanuni əsaslarla ehtiyata (istefaya buraxılmasına dair məlumatlar yoxdur) qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş : - Tərtər Qarnizonunun Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli, 1-251-97 saylı hökmündən görünür ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi ilə məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq olunmuşdur. - Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən verilmiş 27.03.202-ci il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissə Komandirinin xx.xx.1992-ci il tarixli 32 №li əmrində (əsas: §-2, səh-27) rayon hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə göndərilmiş çağırışçıların hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq “sıravi" hərbi rütbəsi verilməsi barədə məlumat qeyd edilmişdir. N №-li hərbi hissənin 1992-ci il tarixli adlı siyahılar qovluğunda (əsas: səh-35, sıra-10, təvəllüdü 1974-cü il yazılmışdır) xx.xx.1992-ci il tarixdə Abşeron RHK-dan nəqiqi hərbi xidmətə çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı Məcid oğlunun adı qeyd edilmişdir. Xidmətini davam etdirmək üçün sıravi İddiaçı Məcid oğlu N №-li hərbi hissəyə göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 98 №-li əmrilə (əsas: §-6, səh-6, sıra-5) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, 1973-cü il təvəllüdlü, Abşeron rhk-nın çağırışçısı, sıravi İddiaçı Məcid oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 102 №-li əmrilə (əsas: §-1, səh-20, sıra-5, əmrdə təvəllüdü 1973-cü il yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. 1973-cü il təvəllüdlü, sıravi İddiaçı Məcid oğlu fərarilik etdiyinə görə N Ns-li hərbi hissə komandirinin xx.xx.N-cı ii tarixii 46 №-li əmrilə (əsas: §-3, sıra-1, əmrdə təvəllüdü 1973-cü il yazılmışdır) şəxsi heyətin siyahısından silinərək hərbi qeydiyyat sənədləri təkrar çağırış üçün Abşeron RHK-na göndərilmişdir. Tərtər Qarnizonu Hərbi Tribunalının hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “V” bəndi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum edilmiş əsgər İddiaçı Məcid oğlu, haqqında CM-nin 42-ci maddəsi tətbiq olunmaqla Silahlı Qüvvələrin Baş Qərargah rəisininin 16 iyun 1997-ci il tarixli müvafiq sərəncamına əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 223 №-li əmrilə (əsas: §-2, səh-104, sıra-1) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq İV motoatıcı taborun İİİ bölüyünün İ tağımının İİ manqasında baş atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 336 Ns-li əmrində (əsas: §-4, səh-101) Azərbaycan Respublikasının CM-nin 241-ci maddəsinin “V” bəndi ilə təqsirli bilinib, Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikasının CM-nin 42-ci maddəsi tətbiq olunmuş İV motoatıcı taborun İddiaçı Məcid oğluna Tərtər Qarnizonu Hərbi Tribunarmm xx.xx.1997-ci il tarixli Qərardadına əsasən, (hərbi cinayətlər törətmiş şəxslər barəsində) Dövlət Müstəqilliyi günü münasibəti ilə “Aministiya haqqında” Azərbaycan Respublikasının Milli Məclisiinin xx.xx.1997-ci il tarixli qərarının 2-ci maddəsi tətbiq edilərək təyin olunmuş rəzadah azad edilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin fevral N-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Məcid oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3cü abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini döyüş əməliyyatlarında iştirak etməsi və fərariliyi döyüş əməliyyatarı gedən zaman deyil, atəşkəs dövründə (1995-ci ilin oktyabr ayında) etməsi ilə əsaslandırır. Cavabdeh mövqeyini onunla əsaslandırır ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-3814 nömrəli arayışına əsasən İddiaçı Məcid oğlu N nömrəli hərbi hissədə hərbi xidmətdə olan zaman fərarilik etmiş, Tərtər Qarnizonu Hərbi Tribunalınını hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi ilə məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq edilmiş, daha sonra həmin məhkəmənin xx.xx.1997-ci il tarixli qərardadına əsasən “Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli Qərarının 2-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzadan azad edilmişdir. Bundan başqa sözühedən arayışda İddiaçı qanuni əsaslarla ehtiyata (istefaya) buraxılmasına dair məlumatlar yoxdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini və əmrlə təxris olunduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürsə də, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı hərbi hissəyə qayıtmaması ilə bağlı məhkum edilmişdir. Göründüyü kimi, hazırki iddia tələbi qanunvericiliyin qeyd olunan dispozitiv şərtləri ilə uzlaşmır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqan imtina cavabı verməkdə haqlı olmuşdur. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçı fərariliyi 1995-ci ildə, yəni atəşkəs elan edldikdən sonra etdiyini bildirsə də, onun hərbi xidmətdən qanuni surətdə təxris edilməsi təsdiq edilmədiyindən hazırda bu hal iddianın təmin edilməsi üçün əsas deyildir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə ...həmçinin 1994cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdursa, həmin dövrdə də fərarilik edilməsi mühairbə veteranı adınını verilməsinin mümkünlüyünü istisna edir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məcid oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar