Məhkəmə qərarları › İş №2-1(118)-817/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-817/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-817/2025 28.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri Nümayəndə və X4 iştirakları ilə İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 28 yanvar 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 14 aprel 2021-ci il tarixli, 57/21 nömrəli müqavilədən görünür ki, satıcı "xxxx" MMC müqaviləyə 1 saylı əlavədə qeyd olunan 17.700 manat dəyərində malı alıcı İddiaçı satmağı, alıcı isə həmin malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. "xxxx" MMC-nin 14 aprel 2021-ci il tarixli, HCO seriyalı, 005003 nömrəli “Malların təhvil-qəbul aktı”.

3. "xxxx" MMC-nin 14 aprel 2021-ci il tarixli, GDĞ seriyalı, 186673 nömrəli “Kassa mədaxil orderi”ndən görünür ki, İddiaçı 17.700 manat məbləğində pul ödəmişdir.

4. 10 yanvar 2022-ci il tarixli, ZB-01/22 nömrəli “Qiymətləndirmə haqqında müqavilə”dən görünür ki, sifarişçi İddiaçı sifariş verir, icraçı "xxxx" MMC isə müqavilənin şərtlərinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi sənədlərə uyğun olaraq VOLVO BL61 markalı ekskavatorun nizamnamə kapitalına əlavə olunması üçün qiymətlərin müəyyən edilməsi xidmətlərini göstərir. Göstərilmiş xidmətlərin dəyəri 1.500 manat məbləğində müəyyən edilmişdir.

5. "xxxx" MMC-nin 14 yanvar 2022-ci il tarixli, ZB-01/22 nömrəli “Qiymətləndirilmə ilə bağlı rəy”indən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı məxsus VOLVO VL61 markalı, qeydiyyat nömrəsi 54BA081, buraxılış ili 2012-ci il, mühərrik nömrəsi 3433156, şassi nömrəsi VCE00011555, mühərrik gücü 64,0, san rəngli ekskavatorun təyinatı üzrə istismarda olması, buraxılış ili və faktiki vəziyyəti, mövcud qüsurları nəzərə alınmaqla hazırkı orta bazar qiymətləri ilə dəyərinin ümumi məbləği - 42.300 manat müəyyən edilmişdir.

6. "xxxx" MMC və İddiaçı İbrahimxəlil oğlu arasında bağlanmış 57/21 saylı, 15 aprel 2021-ci il tarixli nömrəli müqaviləyə 01 saylı, 15 aprel 2021-ci il tarixli “Razılaşma protokolu”.

7. “Malların alqı-satqısı haqqında” 1 may 2022-ci il tarixli, 22/ZB-001 nömrəli müqavilədən görünür ki, satıcı X8 müqavilənin ayrı-ayrı sifarişlər formasında tərəflər arasında rəsmiləşdirilən əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcı İddiaçı satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

8. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı müqaviləsi” üzrə 1 may 2022-ci il tarixli “Əlavə Şərtlər və X1”ndan görünür ki, həmin alqı-satqı müqaviləsinə əsasən satıcının alıcıya təqdim edəcəyi malın həcmi 20.200 miqdarda, 0,10 manat vahid qiymətində, cəmi 2.020 manat dəyərində razılaşdırılmışdır.

9. 26 may 2022-ci il tarixli, **********1 nömrəli “Satış qaiməsi”ndən görünür ki, 404 manat məbləğində mal satılmışdır.

10. 26 may 2022-ci il tarixli, 26.036.224 nömrəli “tərəzidən mal-materialın buraxılması”na dair arayış.

11. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı müqaviləsi” üzrə 26 may 2022-ci il tarixli “Malların təhvil-təslim aktı”.

12. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı Müqaviləsi” üzrə 1 iyun 2022-ci il tarixli “Əlavə Şərtlər və X1”ndan görünür ki, həmin alqı-satqı müqaviləsinə əsasən satıcının alıcıya təqdim edəcəyi malın həcmi 18.600 miqdarda, 0,10 manat vahid qiymətində, cəmi 1.860 manat dəyərində razılaşdırılmışdır.

13. 24 iyun 2022-ci il tarixli, **********2 nömrəli “Satış qaiməsi”ndən görünür ki, 372 manat məbləğində mal satılmışdır.

14. 24 iyun 2022-ci il tarixli, 26.036.245 nömrəli “tərəzidən mal-materialın buraxılması”na dair arayış.

15. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı müqaviləsi” üzrə 24 iyun 2022-ci il tarixli “Malların təhvil-təslim aktı”.

16. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı müqaviləsi” üzrə 25 iyun 2022-ci il tarixli “Əlavə Şərtlər və X1”ndan görünür ki, həmin alqı-satqı müqaviləsinə əsasən satıcının alıcıya təqdim edəcəyi malın həcmi 22.400 miqdarda, 0,10 manat vahid qiymətində, cəmi 2.240 manat dəyərində razılaşdırılmışdır.

17. 28 iyun 2022-ci il tarixli, **********6 nömrəli “Satış qaiməsi”ndən görünür ki, 448 manat məbləğində mal satılmışdır.

18. 28 iyun 2022-ci il tarixli, 26.036.248 nömrəli “tərəzidən mal-materialın buraxılması”na dair arayış.

19. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı müqaviləsi” üzrə 28 iyun 2022-ci il tarixli “Malların təhvil-təslim aktı”.

20. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı müqaviləsi” üzrə 1 iyul 2022-ci il tarixli “Əlavə Şərtlər və X1”ndan görünür ki, həmin alqı-satqı müqaviləsinə əsasən satıcının alıcıya təqdim edəcəyi malın həcmi 18.850 miqdarda, 0,10 manat vahid qiymətində, cəmi 1.885 manat dəyərində razılaşdırılmışdır.

21. 21 iyul 2022-ci il tarixli, **********8 nömrəli “Satış qaiməsi”ndən görünür ki, 377 manat məbləğində mal satılmışdır.

22. 21 iyul 2022-ci il tarixli, 26.036.266 nömrəli “tərəzidən mal-materialın buraxılması”na dair arayış.

23. 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı “Alqı-satqı müqaviləsi” üzrə 21 iyul 2022-ci il tarixli “Malların təhvil-təslim aktı”.

24. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 dekabr 2023-cü il tarixli, **********321300 nömrəli İddiaçı dair 2022-ci il hesabat dövrü üzrə qərardan görünür ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 4.460,42 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 19.670,68 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.210,26 manat olaraq göstərilmişdir. Uçot-baza məlumatlarına əsasən 2022-ci il ərzində 80.820,9 manat dəyərində müxtəlif adda xidmət, 13.600 manat dəyərində acid oil, 6.600,00 manat dəyərində icarə haqqı qaiməsi təqdim edilən, müvafiq dövr üzrə idxal və ya əldə etdiyi elektron qaimə-fakturanın olmadığı, təsərrüfat subyektinin olmaması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 130.1-ci maddəsinə əsasən, gəlir və xərclərin uçotunu bu Məcəllədə nəzərədə tutulan qaydada aparmadığı müəyyən edilmişdir.

Cavabdeh tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş sənədlər:

25. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 fevral 2024-cü il tarixli, **********376100 nömrəli İddiaçı dair 2022-ci il hesabat dövrü üzrə qərardan görünür ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 4.960,42 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 18.670,68 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 13.710,26 manat olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, təqdim edilən bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri" (1226.10-cu), “Rabitə xərcləri” (1226.11ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Biləvasilə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), " Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (8.005 manat), tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (0.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələrı”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alman gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (0.00 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (0.00 manat) məbləğin müqayisəsi nəticəsində 8.005 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 13 oktyabr 2022-ci il tarixli, **********851600 qərarla riskli vergi ödəyicisi siyahısına salındığı müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (68.005 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfindən idxal edilmiş, elektron-qaimə fakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanın məlumat bazasında olan (0.00 manat) məbləğdən -68.005 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır.

26. 1 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək e-qaimə fakturadan elektron çıxarışdan görünür ki, 13.600 manat məbləğində mal satılmışdır.

27. 1 iyun 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək e-qaimə fakturadan elektron çıxarışdan görünür ki, 13.600 manat məbləğində mal satılmışdır.

28. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 13 oktyabr 2022-ci il tarixli, **********851600 nömrəli qərar.

29. “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, 13 oktyabr 2022-ci il tarixli, **********321300 nömrəli qərar İddiaçı 13 oktyabr 2022-ci il tarixdə göndərilmişdir.

30. 2022-ci il vergi dövrü üzrə İddiaçı “dəqiqləşdirilmiş (kameral vergi yoxlaması)” növlü “Gəlir vergisinin bəyannaməsi” və 1, 2, 3 nömrəli əlavələri.

31. 2022-ci il vergi dövrü üzrə İddiaçı “dəqiqləşdirilmiş (vergi ödəyicisi)” növlü “Gəlir vergisinin bəyannaməsi” və 1, 2, 3 nömrəli əlavələri.

32. İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinə göndərilmiş 1 iyun 2023-cü il tarixli məktubundan görünür ki, riskli vergi ödəyicisi siyahısından çıxarılmağına köməklik göstərilməsi xahiş edilmişdir.

33. 25 dekabr 2023-cü il tarixli, **********023300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”.

34. “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, 12 fevral 2024-cü il tarixli, **********376100 nömrəli qərar İddiaçıa 12 fevral 2024-cü il tarixdə göndərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

35. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********321300 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. İddia tələbi işin hallarına (§1-24) istinad edərək onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs vergi ödəyicisi kimi, dövlət qeydiyyatına alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövlət qeydiyyatına alındığı tarixdən fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən vergi qanunvericiliyinin tələblərinə uyğun həyata keçirmiş, dövlət büdcəsi qarşısındakı vergi öhdəliklərini vaxtında və dəqiq yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində 19 dekabr 2023-cü il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********321300 nömrəli qərarla iddiaçıya 2022-ci il hesabat dövrü üçün 15.210,26 manat əlavə gəlir vergisi məbləği hesablanmışdır. Qeyd edilir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarını əsaslandırarkən gətirdiyi dəlillər həqiqəti əks etdirmir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyətlə bağlı əlavə məlumat, sənəd və izahat tələb olunduqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində uyğunsuzluğa dair sənədlər və yazılı izahat təqdim edilmişdir. Eyni zamanda, yazılı izahatda işin faktiki halları cavabdeh vergi orqanının nəzərinə çatdırılaraq bildirilmişdir ki, iddiaçı və X8 arasında bağlanmış 1 may 2022-ci il tarixli, 22/ZB- 001 saylı alğı-satqı müqaviləsinə əsasən həmin şəxsdən vahidinin dəyəri 0,10 manat olmaqla, müxtəlif vaxtlarda ümumilikdə 80.050 kq Acid Oil (Sabun xammalı) almışdır. Həmin şəxsdən aldığı 80.050 kq Acid Oil (Sabun xammalı)nın 80.000 kq hissəsini vahidinin dəyəri 0,17 manat olmaqla, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27 iyun 2022-ci il tarixli, A100-22 malların alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə topdansatış qaydasında, 50 kq qalıq hissəsini isə pərakəndəsatış qaydasında digər şəxsə təqdim etmişdir. 2022-ci il ərzində mülkiyyətində olan ekskavatorlar vasitəsilə vergi ödəyicilərinə 80.820,90 manat ekskavator xidməti göstərmiş və iddiaçıya məxsus konteynerin icarəyə verilməsindən 6.600 manat gəlir əldə etmişdir. Bildirilir ki, mülkiyyətində olan CAT428E markalı, 10BC179 dövlət qeydiyyat nömrəli ekskavatoru iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 aprel 2021-ci il tarixli, 57/21 nömrəli alğı-satqı müqaviləsinə əsasən 17.700 manat dəyərində əldə etmişdir. Mükiyyətində olan VOLVO BL markalı, 54BA081 dövlət qeydiyyat nömrəli digər ekskavator 14 yanvar 2022-ci il tarixli, ZB-01/22 saylı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirilmə ilə bağlı rəyə əsasən 43.200 manat dəyərində qiymətləndirilmişdir. 2022-ci il ərzində sahibkarlıq fəaliyyəti məqsədilə istifadə etdiyi mülkiyyətində olan həmin ekskavatorların ümumi 60.000 manat dəyəri 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin 1 saylı Əlavəsinin 1.1.3-cü sətrinin “daxil olmuşdur” sütununda qeyd edilmişdir. 2021-ci il ərzində əldə etdiyi 2 ədəd özügedən frontal yükləyici ekskavator, yəni, SDLG 956 L markalı, 10H784 dövlət qeydiyyat nişanlı özügedən frontal yükləyici ekskavatoru, SDLG 956 L markalı, 10D731 dövlət qeydiyyat nişanlı özügedən frontal yükləyici ekskavatoru uyğun olaraq 45.000 manat dəyərində X5, 25.000 manat dəyərində X3 təqdim etmişdir. 2022-ci il ərzində gəlir əldə etmək məqsədilə istismar etdiyi mülkiyyətində olan ekskavatorlara Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən amortizasiya xərcləri hesablamışam. Qeyd etdiklərinə əsasən bildirilir ki, VM-in 130.1-ci maddəsinə əsasən ona məxsus gəlir və xərclər sənədləşdirilmiş və buna görə də həmin Məcəllənin 102.1.30-cu maddəsinə əsasən vergi tutulan gəlirə 75% güzəşt tətbiq edilməli və fəaliyyətini riskli vergi ödəyicisinin və riskli əməliyyatların meyarlarına uyğun olmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Hesab edir ki, cavabdeh vergi orqanının kameral qaydada əlavə vergi məbləğinin hesablanması barədə mübahisələndirilən qərarı vergi qanunvericiliyinin, habelə “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulması ilə qəbul edildiyindən inzibati məhkəmə icraatı qaydasında ləğv edilməlidir.

37. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının VM-in 37.1, 37.2, 37.2-1, 37.3, 37.4, 53.3, 94.0.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1, 24.2, 24.3, 61.1, 61.2, 67.1, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 14.1, 32.1, 70.1-ci maddələrinə istinad olunmuşdur.

38. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın 12 fevral 2024-cü il tarixli, **********376100 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin 10 iyun 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

İddia ərizəsinə qarşı sonuncu etirazın dəlilləri (üç etiraz daxil olmuşdur)

39. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, onun təmin edilməməsini xahiş etmişdir.

40. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının dəlillərinin əsassızlığını sübut etməkdən ötrü vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamasına nəzər yetirmək zəruridir. Cavabdeh vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı müəyyən edilmiş hallar: İddiaçı tərəfindən (VÖEN **********) vergi orqanında 22 dekabr 2023-cü il tarixdə təqdim edilmiş 2022-ci ilin Gəlir vergisinin dəqiqləşdirilmiş bəyannaməsində, bəyannamənin 1223cü sətrində (“ümumi gəlirlər”) dövr üzrə ümumi gəlirinin 164.429,40 manat olması, o cümlədən bəyannamənin 1200-cü sətrində həmin dövriyyənin 94.429,40 manatının “Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir”-ə, 1201-ci sətrində 70.000 manatının “Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir”-ə aid edildiyini, bəyannamənin 1238-ci sətrində (“cəmi xərclər”) dövr üzrə ümumi xərclərinin 83.701 manat olduğunu, o cümlədən bəyannamənin 1226.3-cü sətrində bu xərclərin 8.005 manatının “Xammal və materiallar”-a aid edildiyi, 75.000 manatının 1231.3-cü sətrində “Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya” aid edildiyini, beləliklə bəyannamənin 1241-ci sətrində “Vergiyə cəlb olunan gəlir”nin 80.728,4 manat olduğunu, 2022-ci il üzrə vergiyə cəlb olunan gəlirindən (80.728,4 manat) 60.546,3 manatını bəyannamənin 3 nömrəli Əlavəsinin (“Gəlirlər üzrə azadolmalar və güzəştlər barədə”) 34-cü sətrində “Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi”-nə daxil edərək, bəyannamənin 1245-ci sətrində (“Vergiyə cəlb olunan gəlirlər üzrə güzəştlər və keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan gəlirlər”) vergiyə cəlb olunan gəlirinin 20.182,1 (80.728,4 – 60.546,3 = 20.182,1) manat, 1248-ci sətrində (“ödənilməli gəlir vergisi”) büdcəyə ödənilməli gəlir vergisinin 4.036,42 manat olduğunu bəyan etmişdir. Təqdim olunan 2022-ci ilin Gəlir vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən X2 Sistemi (bundan sonra - AVİS) vasitəsilə elektron qaydada kameral vergi yoxlaması keçirilən zaman bəyannamədə elektron uyğunsuzluq aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən bəyannamənin 1226.3-cü sətrinə (“Xammal və materiallar”) daxil edilmiş 8.005 manat xərc məbləğinin sənədlərlə (idxal, e-qaimə və ya alış aktlarının olmaması) təsdiq edilmədiyi aşkar edilmişdir. Kameral vergi yoxlaması çərçivəsində aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 8.005 manat dəyərində əldə edilmiş (sənədlərlə təsdiq edilməyən) mallar (sabun xammalı) 8 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixədək ümumilikdə 13.600 manat dəyərində “Acid oil” adlı məhsul təqdim edilmişdir. Təqdim olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmiş və Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə (bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda) uyğun olaraq vergi orqanının 13 oktyabr 2022-ci il tarixli, **********851600 nömrəli qərarına əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilrərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən aparılmış həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların cəmiyyətin nümayəndəsinin iştirakı ilə araşdırılması üçün aparılmış əməliyyatlar barədə məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 3 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına təqdim etməsi barədə vergi ödəyicisinə “İnzibati icraatda iştirakın təmin edilməsi haqqında” 29 avqust 2022-ci il tarixli, **********824600 nömrəli məktub (əlavə olunur) göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyindən yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Vergi ödəyicisi VM-in tələblərinə zidd olaraq bəyannamədə 2022-ci il üzrə vergiyə cəlb olunan gəlirindən (80.728,4 manat) 60.546,3 manatını bəyannamənin 3 nömrəli Əlavəsinin (“Gəlirlər üzrə azadolmalar və güzəştlər barədə”) 34-cü sətrində “Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi”-nə daxil edərək vergiyə cəlb olunan gəlirinin 20.182,1 (80.728,4 – 60.546,3 = 20.182,1) manat olduğunu bəyan etmişdir. Qanunvericilik normalarının əlaqəli təhlilindən aydın olur ki, vergi ödəyicisi o halda VM-in 102.1.30-cu maddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt hüququndan istifadə edə bilər ki, vergi tutulan gəlirin dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında, eyni zamanda həm gəlirlərinin, həmdə xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu (Fərmanla təsdiq edilmiş uçot qaydalarına uyğun olaraq) aparsın. Lakin vergi ödəyicisi tərəfindən uçot qaydalarına zidd olaraq alınan malların bir qismi sənədləşdirilməmiş, sənədləşdirilmədiyi halda xərc kimi bəyan edilərək, əsassız olaraq VM-in 102.1.30-cu maddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt hüququ tətbiq edilərək bəyannamə təqdim edilmişdir. VM-in 109.9cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Beləliklə, kameral vergi yoxlaması ilə bağlı yaranmış kənarlaşmalar haqqında vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli, **********023300 nömrəli məktub (etiraza əlavə olunur) göndərilərək yoxlamanın başa çatdırılması üçün vergi ödəyicisindən dəqiqləşmiş “Gəlir vergisi bəyannaməsi” və təsdiqedici sənədlər əlavə olunmaqla izahat məktubunun 5 gün ərzində vergi orqanına təqdim olunması tələb olunmuş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu vergi orqanına təqdim edilmədiyindən, müvafiq dövr (2022-ci il üzrə) üçün kameral vergi yoxlaması başa çatdırılmaqla 13.710,26 manat (164.429,4 – 75.696 = 88.733,4 * 20% =17.746,68 – 4.036,42 (vergi ödəyicisi tərəfindən bəyan edilən mənfəət vergisi) = 13.710,26) əlavə gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 fevral 2024-cü il tarixdə **********376100 nömrəli Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış 2 iyun 2023-cü il tarixli, **********218300 nömrəli məktubda əvvəlcə (əlavə olunur) yağların (13.600 manat dəyərində “Acid oil” adlı məhsul) tullantı yerlərindən yığdığını, buna görə də e-qaimə və alış aktı almağının mümkün olmadığını qeyd etsə də, 13 noyabr 2023-cü il tarixli, **********346000 nömrəli izahat məktubunda isə malların alınmasına dair fiziki şəxs ilə aralarında bağlanmış müqavilə, qiymət protokolu və təhvil-təslim aktları təqdim edərək, guya ki, qeyd olunan malların həmin şəxsdən aldığını bildirmişdir. Nəticədə təqdim edilmiş məlumatlar arasında ziddiyyət yarandığı müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən məhkəməyə iddiaçı və X8 arasında bağlanmış “Malların alqı-satqısı haqqında” 1 may 2022-ci il tarixli müqavilə, müqavilə üzrə X1 və təhvil təslim aktları təqdim edilmişdir. Protokol və təhvil-təslim aktlarında X8 tərəfindən iddiaçıya 8.005 manat dəyərində “Acid olil (sabun xammalı)” adlı malların satıldığı və təhvil verildiyi qeyd olunmuşdur. Müqavilədə satıcı qismində çıxış edən X8 vergi orqanında uçotda olmayan (VÖEN-i yoxdur) şəxsdir. Beləliklə, iddiaçı və X8 arasında bağlanmış 8.005 manat dəyərində “Acid olil (sabun xammalı)” adlı malların alışına dair “Malların alqı-satqısı haqqında” 1 may 2022-ci il tarixli müqavilə, elektron alış aktları ilə rəsmiləşdirilmədiyindən gəlirdən çıxılan xərclərə aid edilə bilməz. Vergi orqanı tərəfindən iddiaçı barəsində aparılmış kameral vergi yoxlaması tam qanuni və əsaslı olmuş, iddiaçı əsaslı olaraq riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Bütün bu hallar vergi orqanı tərəfindən hərtərəfli araşdırılmış və işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır.

41. Etirazın maddi hüquqi əsası kimi VM-in 3.2.81, 71-2.1, 71-2.2, 71-2.3, 102.1.30, 108.1, 109.9, 130.1, 130.1-1, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.1, 64.2, 64.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli, 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1, 1.2, 1.3, 3.1.1, 3.1.2, 3.2, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 7 sentyabr 2016-cı il tarixli, **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydalarının 1.5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.1, 4.1-ci bəndlərinə, prosessual hüquqi əsası kimi İPM-in 47.2, 69-cu maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakları və izahatları:

42. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. İzahat verərək, bildirmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən alqı-satqı pərəkəndə deyil, topdan satış kimi qəbul olunmalıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçının fəaliyyəti araşdırılmamışdır. Eyni zamanda qeyd etmişdir ki, xərcləri təsdiq edən sənədlər vergi ödəyicisi tərəfindən təqdim olunmasa da, qanunvericiliyin müddəalarına əsasən xərcləri müəyyən etmək üçün vergi orqan müvafiq vəzifələrini yerinə yetirmək öhdəliyi daşıyıt, lakin hazırkı halda cavabdeh tərəfindənxərclərin müəyyən edilməsi məqsədilə heç bir tədbirlər görülmədən birbaşa qərar qəbul etmişdir. Odur ki, inzibati icraat düzgün qaydada aparılmamışdır.

43. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı təqdim edilmiş etirazı müdafiə edərək bildirmişdir ki, iddiaçı və X8 arasında bağlanmış 8.005 manat dəyərində “Acid olil (sabun xammalı)” adlı malların alışına dair alqı-satqı müqaviləsi əmtəəsiz əməliyyat sayılmalıdır. Çünki, qeyd edilmiş müqaviləyə dair qanunvericiliyin tələblərinə uyğun olaraq elektron alış aktı tərtib olunmamışdır. Bu səbəbdən də mövcud olan sənədlər mötəbərlı sübut olaraq hesab edilə bilməz. Eyni zamanda qeyd etmişdir ki, hazırkı müqavilənin pərəkəndə, yaxud topdan satış olduğundan asılı olmayaraq, elektron qaydada alış aktının tərtib olunması zəruridir.

44. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X6 iddia tələbinə qarşı təqdim edilmiş etirazı müdafiə edərək bildirmişdir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edildiyindən ona münasibətdə vergi tutulan gəlirə 75% güzəşt tətbiq edilməmişdir. 19 dekabr 2023-cü il tarixli və 12 fevral 2024-cü il tarixli qərarlarda mövcud olan ziddiyətlərə dair bildirmişdir ki, vergi ödəyicisi tərəfindən tərtib edilmiş bəyannamədə səhvlərə yol verildiyindən, AVİS elektron sistemi həmin məlumatları uyğunsuzluq kimi qəbul edir, o səbəbdən də vergi orqan tərəfindən həmin məlumatlara düzəlişlər edildiyindən sonra elektron sistem vasitəsilə qərar avtomatik olaraq dəyişilmişdir. Həmçinin qeyd etmişdir ki, etirazın əsas dəlili ondan ibarətdir ki, qanunvericiliyinin tələblərinə əsasən alış aktı tərtib olunmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

45. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

46. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

47. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

48. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.

49. Məhkəmənin 5 iyul 2024-cü il tarixli, 2-1(118)-3058/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq:

50. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ.Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.”

51. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; (-)

Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi

36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. (-)

Maddə 37. Kameral vergi yoxlaması

37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.

Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər

102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: (-) 102.1.30. bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. (-) Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir; (-)

52. “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmişdir):

1. Ümumi müddəalar

1.1. “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar” (bundan sonra - Qaydalar) “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamının 2.2-ci bəndinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinin və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 7-1-ci maddəsinin və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-24.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırlanmışdır. 1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərin, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının vergi orqanı tərəfindən yerlərə getmədən hesablanması, habelə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan digər məlumatlar əsasında aparılan kameral vergi yoxlamaları üzrə vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərini və bu proseslər üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) X2 Sistemi (bundan sonra - AVİS) vasitəsilə həyata keçirilən prosedurları əks etdirir. 1.3. Kameral vergi yoxlamaları Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir: 1.3.1. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatlara, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu yarımbəndin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamələr və hesabatlar üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; 1.3.2. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya 5 iş günü müddətində Vergi Məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın (bundan sonra - dəqiqləşdirilmiş bəyannamə), və ya məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatların 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi barədə Bildiriş” göndərir; 1.3.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə, hesabat və ya və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən, sığortaedəndən və ya sığortalıdan əlavə məlumat, sənəd və izahat tələb edir. İlkin uçot sənədləri vergi orqanı tərəfindən əsaslandırılmaqla vergi ödəyicisindən tələb olunur; 1.3.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatda və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və (ya) sığorta haqqının az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya 5 iş günü müddətində bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə Qərar” göndərilir; 1.3.5. Vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla), xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər; 1.3.6. Bu Qaydaların 1.3.4-cü yarımbəndində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqqı üzrə hesabat, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri (mənfəət və gəlir vergisi istisna olmaqla), məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını hesablamaq hüququ vardır. (-) 1.3.10. Könüllü açıqlama edildiyi halda təqdim edilən hesabat üzrə kameral vergi yoxlaması aparılmır və yalnız hesablanmış vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənilir; (-) 1.3.13. Fərdi sahibkarların gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, müəssisələrin və fərdi sahibkarların əmlak vergisi, habelə müəssisələrin torpaq vergisi üzrə cari ödəmələri üzrə vergi ödəyicisinə bu Qaydaların 4 nömrəli əlavəsində göstərilən forma üzrə “Cari vergi ödəmələrinin hesablanması barədə Bildiriş” hazırlanaraq göndərilir. 1.4. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən kameral vergi yoxlaması nəticəsində hesablanmış vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının mübahisələndirilməsinə dair müraciətlərə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 1.5. Vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesabatları və cari vergi ödəmələrinin hesablanması haqqında arayışları üzrə kameral vergi yoxlamaları bu Qaydalarla müəyyən olunan prosedurlara uyğun olaraq 2 istiqamətdə həyata keçirilir: 1.5.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) tərəfindən riyazi və məntiqi əsaslarla müəyyən edilən müvafiq risk meyarlarına uyğun olaraq X2 Sistemi (bundan sonra - AVİS) vasitəsilə elektron qaydada aparılan yoxlamalar; 1.5.2. Bu Qaydalarla müəyyən edilən müxtəlif risk meyarları nəzərə alınmaqla fərdi qaydada aparılmış təhlillər və əldə edilmiş məlumatlar əsasında AVİS-dən kənar qaydada aparılan yoxlamalar. 1.6. Kameral vergi yoxlaması ilə əlaqədar tərtib edilən sənədlər Vergi Məcəlləsinin 70.2-ci və 70.2-1-ci maddələrinə uyğun olaraq vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya göndərilir.

3. Kağız formasında təqdim olunmuş bəyannamələr, hesabatlar və arayışlar dəstinin qəbul edilməsi, habelə aydın görünən qüsurların araşdırılması

3.1. Bəyannamələr, hesabatlar və arayışlar (ştrix kodla daxil olanlar istisna olmaqla) əlbəəl və ya poçt vasitəsilə kağız formasında kargüzarlıq fəaliyyətini həyata keçirən struktura təqdim edilir. 3.2. Bəyannamələrdə, hesabatlarda və arayışlarda vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının adı, ünvanı və eyniləşdirmə nömrəsinin, sığortaedənin və ya sığortalının uçot nömrəsinin göstərilməməsi aşkar edildikdə, həmin gün kargüzarlıq fəaliyyətini həyata keçirən strukturun işçisi bu qüsurları vergi orqanında olan məlumatlar (vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının iş qovluğu və ya şəxsi hesab vərəqəsi) əsasında aradan qaldırır. 3.3. Bəyannamələr, hesabatlar və arayışlar vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əlavə edilib-edilməməsi kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən yoxlanılır. 3.4. Vergi orqanı tərəfindən bəyannamənin, hesabatın və ya arayışın onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən bəyannamə, hesabat və ya arayış yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: (-) 3.5. Bəyannamənin, hesabatın və ya arayışın vergi ödəyicisi, sığortaedən, sığortalı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaması, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əlavə edilməməsi və ya hüquqi şəxs tərəfindən təqdim edilmiş bəyannamənin, hesabatın və ya arayışın möhürlə təsdiq edilməməsi, vergi dövrünün və ya hesabat dövrünün göstərilməməsi aşkar edildikdə, habelə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının adı, ünvanı, eyniləşdirmə nömrəsi və ya sığortaedənin və ya sığortalının uçot nömrəsi göstərilməmiş və ya səhv göstərilmiş bəyannamələrdə, hesabatlarda və ya arayışlarda bu qüsurları vergi orqanında olan məlumatlar əsasında aradan qaldırmaq mümkün olmadıqda, növbəti iş günündən gec olmayaraq bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən forma üzrə “Kağız formada təqdim edilmiş bəyannamə, hesabat və ya arayışın qəbul edilməsi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında Bildiriş” hazırlanır və vergi ödəyicisindən, sığortaedəndən və ya sığortalıdan yol verilmiş uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması üçün zəruri sənədlərin (məlumatların) 3 iş günü müddətində vergi orqanına təqdim edilməsi və ya vergi ödəyicilərinə xidmət strukturlarına gəlməsi xahiş olunur. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı yol verilmiş uyğunsuzluq və çatışmazlıqları aradan qaldırmadıqda və ya vergi ödəyicilərinə xidmət strukturlarına gəlmədikdə həmin bəyannamə, hesabat və ya arayış vergi orqanı tərəfindən qəbul edilmir.

6. Bəyannamələr, hesabatlar və arayışlar üzrə elektron və AVİS-dən kənar kameral vergi yoxlamaları zamanı həyata keçirilən prosedurlar

6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən təqdim olunan bəyannamə, hesabat və arayış AVİS-in məlumat bazasına daxil edildikdən sonra vergi orqanı tərəfindən kameral vergi yoxlaması elektron və AVİS-dən kənar qaydada həyata keçirilir. 6.2. Elektron qaydada kameral vergi yoxlaması vergi orqanı tərəfindən riyazi və məntiqi əsaslarla müəyyən edilən müxtəlif risk meyarları üzrə aşağıdakı qaydada uyğunsuzluq yoxlamasından keçirilməklə aparılır: 6.2.1. Bəyannamə, hesabat və arayışdakı uyğunsuzluqlar sistem tərəfindən avtomatik olaraq yoxlanılır və hər bir bəyannamə, hesabat və ya arayış formasının özünə aid olan uyğunsuzluqlar aşkar edilərək qeyd edilmiş bəyannamə, hesabat və ya arayış ilə əlaqələndirilir; 6.2.2. Daxil olmuş bəyannamə, hesabat və arayışların siyahısından uyğunsuzluq yoxlamasından keçirilməyən bəyannamə, hesabat və ya arayışlar seçilərək fərdi qaydada uyğunsuzluqdan keçirilir. (-) 6.4. Müxtəlif risk meyarları nəzərə alınmaqla fərdi qaydada araşdırılması və təhlil edilməsi nəticəsində təqdim edilmiş bəyannamə, hesabat və ya arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən forma üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” hazırlanaraq vergi orqanının rəisi (rəis müavini) tərəfindən imzalandıqdan sonra vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının elektron kabinetinə və ya poçt ünvanına göndərilir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”da kənarlaşmaların əsasları, yaranma səbəbləri aydın şəkildə göstərilməlidir. Vergi orqanı tərəfindən bəyannamədə, hesabatda və arayışda yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisindən zəruri sənədlərdən kənar (əlavə) sənədlərin (məlumatların) tələb edilməsinə yol verilmir. 6.5. Vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya göndərilmiş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”a məktubda qeyd edilmiş müddətdə cavab verilməlidir. 6.6. Vergi ödəyicisi, sığortalı və ya sığortaedən tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”la bağlı təqdim edilmiş izahat, arayış və digər sənədlər vergi orqanı tərəfindən araşdırılır və aşağıda qeyd olunan prosedurlardan biri yerinə yetirilir: 6.6.1.Təqdim edilmiş müvafiq sənədlər (izahat, arayış və digər sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə və ya hesabat vergi orqanı tərəfindən araşdırılır və Vergi Məcəlləsinin 37.2-ci maddəsində qeyd olunan müddət ərzində əlavə kənarlaşmalar aşkar edilmədiyi halda kameral vergi yoxlaması başa çatdırılır; 6.6.2. Kənarlaşmalarla bağlı müvafiq sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlər əsasında kənarlaşmanın olmaması sübuta yetirilmədikdə, dəqiqləşdirilmiş bəyannamədə və ya hesabatda uyğunsuzluqlar aradan qaldırılmadıqda hesablama aparılmaqla bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar” hazırlanaraq vergi orqanının rəisi (rəis müavini) tərəfindən imzalanır və vergi ödəyicisinin elektron kabinetinə və ya poçt ünvanına göndərilir. 6.7. “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar”da hesablamanın səbəbləri və vergi ödəyicisinin Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya göndərilmədən vergilər, cari vergi ödəmələri, sığorta haqları hesablamaqla “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə Qərar”ın qəbul edilməsinə yol verilmir. 6.8. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş bəyannamənin və ya hesabatın 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatların təqdim edilməsi barədə Bildiriş” göndərir. 6.9. Bu Qaydaların 6.8-ci bəndinə müvafiq olaraq göndərilmiş bildirişlə bağlı daxil olmuş dəqiqləşdirilmiş bəyannamə və ya hesabatlar üzrə kameral vergi yoxlaması aparılmır, yalnız dəqiqləşdirilmiş bəyannamədə və ya hesabatda bildirişdə göstərilən əlavə sənəd və ya mənbəyi məlum olan məlumatların nəzərə alınıb-alınmaması araşdırılır. Araşdırma zamanı kənarlaşma aşkar olunduqda bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə yeni bildiriş göndərilir. 6.10. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə müvafiq olaraq göndərilmiş bildiriş üzrə dəqiqləşdirilmiş bəyannamə və hesabat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə bu barədə məlumatlar səyyar vergi yoxlanılmasının və ya operativ vergi nəzarətinin keçirilməsi məsələsinə baxılması üçün vergi orqanının aidiyyəti strukturuna göndərilir. 6.11. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə və hesabat bildirişlə bağlı olmadıqda, həmin bəyannamə və hesabat üzrə bu Qaydaların müddəalarına uyğun olaraq kameral vergi yoxlaması aparılır. (-) 8.21. Mənfəət, gəlir, əmlak və torpaq vergisi üzrə cari vergi ödəmələri: 8.21.1. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar Vergi Məcəlləsinin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. 8.21.1-1. Müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər və fərdi sahibkarlar əsas vəsaitlərin əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. 8.21.1-2. Müəssisələr tərəfindən torpaq vergisi üzrə cari vergi ödənişləri 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edir. Əvvəlki hesabat ilində torpaq vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və torpaq vergisi ödəyicisi olan müəssisələr torpaq sahələrini əldə etdikdən (o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqdan) sonra bu maddədə müəyyən olunmuş müddətlərdən gec olmayaraq hər ödəniş üzrə həmin torpaq sahələrinə görə hesablanmalı olan illik torpaq vergisi məbləğinin 50 faizi miqdarında cari vergi ödənişlərini yerinə yetirirlər. 8.21.2. Vergi ödəyicisi mənfəət və gəlir vergisi üzrə cari vergi ödəmələrinin məbləğini bu rübdəki vergiyə cəlb olunan gəlirinin (xərclər nəzərə alınmadan) həcmini onun keçən ilin vergiyə cəlb olunan gəlirində (xərclər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. 8.21.3. Vergi ödəyicisi il ərzində mənfəət və gəlir vergisi üzrə cari vergi ödəmələrinin məbləğini Vergi Məcəlləsinin 151.1 və 151.2-ci maddələri ilə müəyyən edilmiş iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi mənfəət və gəlir vergisi üzrə cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış mənfəət və gəlir vergisi üzrə cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi mənfəət və gəlir vergisi üzrə cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir. (-) 8.21.4.5-1. Cari vergi ödəmələri Vergi Məcəlləsində nəzərdə tutulan güzəşt və azadolmalar nəzərə alınmaqla hesablanır və hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir. (-) 8.21.5.2. “Cari vergi ödəmələrinin hesablanması” bölməsində Vergi Məcəlləsinin 151.2-ci maddəsi üzrə əvvəlki hesabat ilində vergiyə cəlb olunan (xərclər nəzərə alınmadan) gəlir, hesablanmış mənfəət (gəlir) vergisi, mənfəət (gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi, cari rübdəki vergiyə cəlb olunan (xərclər nəzərə alınmadan) gəlirin həcmi, cari rübdəki güzəşt edilən və azadolunan mənfəət (gəlir) məbləği, cari vergi ödəməsinin həcmi, azaldılmalı vergi məbləği nəzərə alınmaqla ödənilməli cari vergi ödəməsinin həcmi, Vergi Məcəlləsinin 151.5-ci maddəsi üzrə hesabat ili üzrə artan yekunla gəlirlərin həcmi, o cümlədən hesabat ili üzrə artan yekunla güzəşt edilən və azadolunan gəlirin həcmi, hesabat ili üzrə artan yekunla xərclərin həcmi, o cümlədən hesabat ili üzrə artan yekunla vergidən azad olunan və ya vergiyə cəlb edilməyən fəaliyyətlə bağlı bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılmayan məbləğlərinin cəmi, hesabat ili üzrə artan yekunla vergiyə cəlb olunan mənfəətin (gəlirin) həcmi, hesabat ili üzrə artan yekunla güzəşt edilən və azadolunan mənfəətin (gəlirin) həcmi, mənfəət (gəlir) üzrə kompensasiya edilməli keçmiş illərin zərəri, cari vergi ödəməsinin həcmi və azaldılmalı vergi məbləği nəzərə alınmaqla ödənilməli cari vergi ödəməsinin həcmi barədə məlumatlar əks olunur. 8.21.6. Uçot metoduna uyğun olaraq cari vergi ödəmələri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır: 8.21.6.1.təqdim edilmiş elektron qaimə-fakturaların araşdırılması; 8.21.6.2. əldə edilmiş elektron qaimə-fakturaların araşdırılması; 8.21.6.3. tərtib edilmiş elektron alış aktların araşdırılması; 8.21.6.4. idxal edilmiş malların araşdırılması; 8.21.6.5. ixrac edilmiş malların araşdırılması; 8.21.6.6. əlavə dəyər vergisi bəyannaməsi üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin və daxil olmuş məbləğin araşdırılması; 8.21.6.7. bank və digər ödəniş hesabına və ƏDV depozit hesabına mədaxil və məxaric olan məbləğlərin araşdırılması; 8.21.6.8. elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət kassa aparatları üzrə məlumatların araşdırılması; 8.21.6.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

10. Yekun müddəalar (-)

10.2. Kameral yoxlamaların keçirilməsi zamanı vergi orqanı əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tələblərə və müddətlərə tam olaraq riayət edilməli, vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının fəaliyyətində kənarlaşma aşkar edildikdə qanun pozuntusuna yol verilməsinə tam əmin olmadan, ehtimallara əsasən hesablama aparılmamalı, yoxlama zamanı sual doğuran məqamlar müəyyən edildikdə əlavə araşdırmalar aparılmalı, bütün hesablamalar düzgün və dəqiq olmalıdır.

53. “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmişdir.):

1. Ümumi müddəalar (-) 1.2. Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir.

2. Elektron alış aktının tərtib edilməsi

2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. (-) 2.6. Elektron alış aktının hazırlanaraq vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edildiyi tarix həmin elektron alış aktının verilməsi tarixi sayılır. (-)

3. Elektron alış aktının tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. (-)

54. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.”

“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi

55. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, işin hallarının maddi və prosessual hüquq normaları ilə qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

56. İddiaçı tərəfin mövqeyinə görə kameral qaydada əlavə vergi məbləğinin hesablanması barədə 12 fevral 2024-cü il tarixli, **********376100 nömrəli qərar (bundan sonra – “qərar”) vergi qanunvericiliyinin, habelə “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki; - iddiaçı və X8 arasında bağlanmış 1 may 2022-ci il tarixli, 22/ZB-001 saylı alqı-satqı müqaviləsinə əsasən həmin şəxsdən vahidinin dəyəri 0,10 manat olmaqla, müxtəlif vaxtlarda ümumilikdə 80.050 kq Acid Oil (Sabun xammalı) almışdır. Həmin şəxsdən aldığı 80.050 kq Acid Oil (Sabun xammalı)nın 80.000 kq hissəsini vahidinin dəyəri 0,17 manat olmaqla, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27 iyun 2022-ci il tarixli, A100-22 malların alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə topdansatış qaydasında, 50 kq qalıq hissəsini isə pərakəndəsatış qaydasında digər şəxsə təqdim etmişdir. - 2022-ci il ərzində mülkiyyətində olan ekskavatorlar vasitəsilə vergi ödəyicilərinə 80.820,90 manat ekskavator xidməti göstərmiş və iddiaçıya məxsus konteynerin icarəyə verilməsindən 6.600 manat gəlir əldə etmişdir. - mülkiyyətində olan CAT428E markalı, 10BC179 dövlət qeydiyyat nömrəli ekskavatoru iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 aprel 2021-ci il tarixli, 57/21 nömrəli alqısatqı müqaviləsinə əsasən 17.700 manat dəyərində əldə etmişdir. Mükiyyətində olan VOLVO BL markalı, 54BA081 dövlət qeydiyyat nömrəli digər ekskavator 14 yanvar 2022-ci il tarixli, ZB-01/22 saylı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirilmə ilə bağlı rəyə əsasən 43.200 manat dəyərində qiymətləndirilmişdir. - 2022-ci il ərzində ekskavatorların ümumi 60.000 manat dəyəri 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin 1 saylı Əlavəsinin 1.1.3-cü sətrinin “daxil olmuşdur” sütununda qeyd edilmişdir. - 2021-ci il ərzində əldə etdiyi 2 ədəd özügedən frontal yükləyici ekskavator, yəni SDLG 956 L markalı, 10H784 dövlət qeydiyyat nişanlı özügedən frontal yükləyici ekskavatoru, SDLG 956 L markalı, 10D731 dövlət qeydiyyat nişanlı özügedən frontal yükləyici ekskavatoru uyğun olaraq 45.000 manat dəyərində X5, 25.000 manat dəyərində X3 təqdim etmişdir. 2022-ci il ərzində gəlir əldə etmək məqsədilə istismar etdiyi mülkiyyətində olan ekskavatorlara VM-in 114-cü maddəsinə əsasən amortizasiya xərcləri hesablamışdır. - VM-in 130.1-ci maddəsinə əsasən, ona məxsus gəlir və xərclər sənədləşdirilmiş və buna görə də həmin Məcəllənin 102.1.30-cu maddəsinə əsasən, vergi tutulan gəlirə 75% güzəşt tətbiq edilməlidir.

57. Göründüyü kimi, iddiaçı topdansatış və pərakəndəsatış həyata keçirmiş, ekskavator xidməti göstərməklə ona məxsus konteynerin icarəyə verilməsindən gəlir əldə etmişdir və s.

58. Nəzərə alınmalıdır ki, VM-in 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

59. Yuxarıda istinad olunmuş normalardan görünür ki, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığım və nəzarət vergi orqanlarının funksiyalarına daxil edildiyindən həmin yığımlar üzrə tərtib edilməli hesabat və digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması da kameral vergi yoxlamasının predmetinə aid olunur. Kameral vergi yoxlaması vergi ödəyicisi və ya sığortaedən tərəfindən vergi bəyannaməsinin və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların, vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir.

60. Vergi bəyannamələri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı hesabatları üzrə kameral vergi yoxlamaları qanunvericiliklə müəyyən olunmuş prosedurlara uyğun olaraq iki istiqamətdə həyata keçirilir ki, onlardan biri riyazi və məntiqi əsaslarla müəyyən edilən müvafiq risk meyarlarına uyğun olaraq AVİS proqram təminatı vasitəsilə elektron qaydada aparılan yoxlamalardır. Bu yoxlamalar zamanı vergi ödəyiciləri tərəfindən elektron və ya kağız formasında təqdim olunan bəyannamələr, hesabatlar və ya arayışlar proqram təminatına - yəni AVİS-in məlumat bazasına daxil edildikdən sonra riyazi və məntiqi əsaslarla müəyyən edilən müxtəlif risk meyarları üzrə elektron şəkildə mərkəzləşmiş və ya fərdi qaydada uyğunsuzluq yoxlamasından keçirilir.

61. Cavabdeh orqan qərarın əsaslılığı ilə bağlı kameral vergi yoxlaması zamanı müəyyən edilmiş hallar barədə bildirmişdir ki, - təqdim olunan 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən AVİS vasitəsilə elektron qaydada kameral vergi yoxlaması keçirilən zaman bəyannamədə elektron uyğunsuzluq aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən bəyannamənin 1226.3-cü sətrinə (“Xammal və materiallar”) daxil edilmiş 8005 manat xərc məbləğinin sənədlərlə (idxal, e-qaimə və ya alış aktlarının olmaması) təsdiq edilmədiyi aşkar edilmişdir. Kameral vergi yoxlaması çərçivəsində aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 8005 manat dəyərində əldə edilmiş (sənədlərlə təsdiq edilməyən) mallar (sabun xammalı) 8 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixədək ümumilikdə 13.600,00 manat dəyərində “Acid oil” adlı məhsul vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edildiyi üçün, vergi orqanının 13 oktyabr 2022-ci il tarixli qərarına əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilrərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir; - vergi ödəyicisi tərəfindən uçot qaydalarına zidd olaraq alınan malların bir qismi sənədləşdirlməmiş, sənədləşdirilmədiyi halda xərc kimi bəyan edilərək, əsassız olaraq VMin 102.1.30-cu maddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt hüququ tətbiq edilərək bəyannamə təqdim edilmişdir. VM-in 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir; - Tələb edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu vergi orqanına təqdim edilmədiyindən, 2022-ci il üzrə kameral vergi yoxlaması başa çatdırılmaqla 13 710,26 manat (164 429,4 – 75 696 = 88 733,4 * 20% =17 746,68 – 4 036,42 (vergi ödəyicisi tərəfindən bəyan edilən mənfəət vergisi) = 13 710,26) əlavə gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 fevral 2024-cü il tarixdə **********376100 nömrəli qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir; - vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış məktublarda olan məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir; - vergi ödəyicisi tərəfindən məhkəməyə A.Nağıyev ilə arasında bağlanmış “Malların alqı-satqısı haqqında” 1 may 2022-ci il tarixli müqavilə, müqavilə üzrə X1 və təhvil təslim aktları təqdim edilmişdir. Protokol və təhvil-təslim aktlarında A.Nağıyev tərəfindən iddiaçıya 8005 manat dəyərində malın satıldığı və təhvil verildiyi qeyd olunmuşdur. Müqavilədə satıcı qismində çıxış edən A.Nağıyev vergi orqanında uçotda olmayan (VÖEN-i yoxdur) şəxsdir. “Malların alqı-satqısı haqqında” 1 may 2022-ci il tarixli müqavilə, elektron alış aktları ilə rəsmiləşdirilmədiyindən gəlirdən çıxılan xərclərə aid edilə bilməz.

62. Göründüyü kimi cavabdeh orqan komarel vergi yoxlaması aparılması ilə belə qənaətə gəlmişdir ki, vergi ödəyicisi tərəfindən uçot qaydalarına zidd olaraq alınan malların bir qismi sənədləşdirlməmiş, sənədləşdirilmədiyi halda xərc kimi bəyan edilərək, əsassız olaraq VM-in 102.1.30-cu maddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt hüququ tətbiq edilərək bəyannamə təqdim edilmişdir. VM-in 109.9-cu maddəsinə əsasən istinad edilməklə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməmişdir.

63. Qeyd olunmalıdır ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

64. Deməli, əmtəəsiz əməliyyatların iki xüsusiyyəti eyni vaxtda olmalıdır. Həm başqa əməliyyatı pərdələmək məqsədilə aparılmalı, həm də faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi daşımalıdır.

65. VM-in 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109.9-cu maddədən “və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” sözləri çıxarılmışdır.).

66. Həmçinin, VM-in 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2-1(102)- 2208/2023 saylı qərarında qeyd edilmişdir ki, “... əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. ... burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.”

68. Hazırki iş üzrə cavabdeh orqan VM-in 109.9-cu maddəsinə istinad etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2-1(102)- 2208/2023 saylı qərarında qeyd edilən inzibati orqan tərəfindən lazımi araşdırma aparılmasını təsdiq edən materialları məhkəməyə təqdim etmədiyi üçün, “başqa əməliyyatı pərdələmək məqsədilə aparılma və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi daşıma” halının olmasını məhkəmə araşdırması zamanı müəyyənləşdirmək mümkün olmamışdır.

68. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(102)-1903/2022 saylı qərarında qeyd olunmuşdur ki, “23. Belə ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (VM-nin 96.1 və 102.1.30-cu maddələri).

24. Göründüyü kimi, gəlir vergisi gəlirlə xərc arasındakı fərqdən hesablanır. Vergi ödəyicisinin isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vəzifəsidir (16.1.3-cü maddə). Hazırkı halda, iddiaçı gəlirlərinin uçotunu aparsa da, gəlirdən çıxılmalı olan xərclərinin uçotunu aparmamışdır. Cavabdeh bu hala istinadən onun gəlirini (90.000 manatı) xalis mənfəət hesab etmişdir. Halbuki, vergi ödəyicisi xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində bu qayda təsbit etmişdir. Belə ki, Məcəllənin 67.1ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə ... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda ... həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici inzibati orqana xərc sənədlərinin olmadığı hallarda verginin hesablanması qaydaları ilə bağlı imkanlar nəzərdə tutmuşdur ki, bu da vergi ödəyicisinin gəlirinin xərclər nəzərə alınmadan xalis mənfəət kimi qəbul olunması halını istisna edir.

25. Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan biri də verginin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (şərti rentabellik norması) hesablanmasıdır (VM-nin 67.14;83.9-cu maddələri).

26. Məhkəmə kollegiyası razılaşır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz. Qeyd edildiyi kimi, vergi ödəyicisinin vəzifəsi gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Odur ki, iddiaçının 90.000 manat gəlirə şərti rentabellik norması tətbiq etməklə gəlir vergisi hesablaması düzgün olmamışdır.

27. Bununla belə qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. ...

30. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir.

31. Qeyd edildiyi kimi, iddiaçının gəlir vergisi hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmadığından mübahisələndirilən qərar qanunsuzdur və ləğv edilməlidir.”

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024cü il tarixli, 2-1(102)-1617/2024 saylı qərarında da qeyd olunduğu kimi, “... qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır.” (bənd 37)

70. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunmuş qərarlardakı mövqelərinə, həmçinin sadalanmış normalara əsasən hеsаb еdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh inzibati orqanın 12 fevral 2024-cü il tarixli, **********376100 nömrəli qərarı ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

71. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 fevral 2024-cü il tarixli, **********376100 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar