Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-858/2021 30.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının X2 Quba rayon ərazisində yerləşən «Bulanlıq» yaylağından 50 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 05.08.2016-cı il tarixli 162 saylı sərəncamının və Kəlbiyev Ayaz Kəlbi oğluna Quba rayon ərazisində yerləşən «Bulanlıq» yaylağından 60 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 04.08.2016-cı il tarixli 160 saylı sərəncamın etibarsız hesab edilməsi və həmin torpaq sahələrindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə vəzifənin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının X2 Quba rayon ərazisində yerləşən «Bulanlıq» yaylağından 50 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 05.08.2016-cı il tarixli 162 saylı sərəncamının və Kəlbiyev Ayaz Kəlbi oğluna Quba rayon ərazisində yerləşən «Bulanlıq» yaylağından 60 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 04.08.2016-cı il tarixli 160 saylı sərəncamın etibarsız hesab edilməsi və həmin torpaq sahələrindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə vəzifənin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 və X13 iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı yuxarıda göstərilən ünvanda 6 nəfər ailə üzvləri ilə yaşayır. Onunla bir yerdə yaşayan, bir təsərrüfatda olan atası X5 2002-ci ildən qanuni əsaslarla vaxtı ilə Qəbələ rayonu ərazisi, 2016-cı ildən isə Quba rayon ərazisi hesab edilən sahədən, 19 saylı Bulanlıq yaylağından 128 ha yay otlaq sahəsi ayrılmış və sonuncu dəfə atasının razılığı əsasında həmin sahə Cavabdeh başçısının 21.09.2017-ci il tarixli 165 saylı Sərəncamı ilə 15 il müddətinə heyvandarlığın inkişafı məqsədi ilə iddiaçının istifadəsinə verilmişdir. Bundan başqa həmin torpaq sahəsi ilə bağlı onun mülkiyyətçisi hesab edilən AR Dövlət Əmlak Komitəsi tərəfindən iddiaçının hüquqları tanınmaqla ona həmin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin yerquruluşu planı verilmiş və bununla əlaqədar iddiaçı həmin komitənin hesabına 17.01.2018-ci ildə 461,62 manat vəsait ödəmişdir. Lakin Qəbələ rayon Laza kənd sakinləri X3 və X13 əvvəlcə atasının və daha sonra iddiaçının qanuni istifadəsinə ayrılmış bu örüş sahəsini qeyri-qanuni şəkildə əldə etməklə Cavabdeh tərtib etdiyi xəritə əsasında zəbt etmiş və həmin sahənin onlara ayrıldığını bildirməklə ona bu örüş sahəsindən istifadə etməyə imkan verməmişdir. Onu da qeyd edir ki, bu torpaq sahələri hazırda Dövlət Əmlak Komitəsinin balansında və mülkiyyətində olduğu üçün onun üzərində sərəncam vermək hüququ yalnız həmin komitəyə məxsusdur və komitə tərəfindən də iddiaçının hüquqları tanınmışdır. İddiaçı bu ərazidən istifadə etmək üçün komitəyə vəsait ödəmiş və həmin sahədən təyinatına uyğun istifadə etməklə gəlir götürmək və himayəsində olan ailəsini dolandırmaq istəmiş, lakin bu qanunsuz sənədləşmə üzündən, yəni istifadəsinə verilmiş torpaq sahəsinin eyni cizgilər əsasında başqa şəxslərin istifadəsinə də verilməsi səbəbindən iddiaçı nəinki gəlir götürmüş, maddi zərərə uğramışdır. Halbuki hörmətli X10 cənabları təsərrüfatla məşğul olan kənd təsərrüfatının inkişafı məsələlərində sahibkarlara köməklik göstərilməsini yerli dövlət orqanlarına tapşırmışdır. Lakin iddiaçı sahibkar kimi vergi ödəyicisi olsa da, bu gün bu fəaliyyətini həyata keçirə bilmir, buna da səbəb onunla həmkəndli olan 2 nəfər şəxsə cavabdeh tərəfindən verilmiş xəritələrin düzgün olmaması və səlahiyyət həddini aşmaqla Dövlət Əmlak Komitəsinə məxsus olan torpaq sahəsini sərəncam əsasında başqa şəxslərə verilməsi kimi qanunsuz hərəkəti olmuşdur. Çünki həm Balakişiyev Fəzailə 05.08.2016-cı il tarixdə, X11 isə 04.08.2016-cı il tarixdə Cavabdeh sərəncamlarına əsasən bu torpaq sahələri verilən vaxt iddiaçının atasınn adına 2002-ci ildə verilmiş sərəncam qüvvədə olmuş və artıq həmin vaxt torpaq sahələri Dövlət Əmlak Komitəsinin mülkiyyətində olmuşdur. Buna görə də iddiaçı cavabdeh təşkilata dəfələrlə ərizələr göndərmiş və həmin ərizələrdə sərəncamların dəyişdirilməsini və ya ləğv edilməsini xahiş etmiş, sonuncu dəfə 06.02.2021-ci il tarixdə teleqramla müraciət edərək Cavabdeh tərəfindən Qəbələ rayon Laza kənd sakinləri Balakişiyev Fəzailə 05.08.2016-cı il tarixdə, X11 isə 04.08.2016-cı il tarixdə torpaq sahələrinin ayrılması barədə Cavabdeh tərəfindən verilmiş sərəncamların və həmin sərəncam əsasında verilmiş torpağın plan və ölçüsünə dair xəritəsində dəyişiklik etməklə onlara başqa ərazidən torpaq sahəsinin verilməsini və onun qanuni əsaslarla əldə etdiyi torpaq sahəsindən istifadəsinə yaradılmış maneənin aradan qaldırılmasına köməklik göstərmələrini xahiş etmiş, lakin cavabdeh bu müraciətinə də cavab verməmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və cavabdeh tərəfindən X2 Quba rayon ərazisində yerləşən «Bulanlıq» yaylağından 50 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 05.08.2016-cı il tarixli 162 saylı sərəncamın və X11 Quba rayon ərazisində yerləşən «Bulanlıq» yaylağından 60 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 04.08.2016-cı il tarixli 160 saylı sərəncamın etibarsız hesab edilməsi, həmin torpaq sahələrindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş və məhkəməyə tədim etdiyi iddiaya münasibətində qeyd etmişdir ki, Quba RİHB-nin 21 sentyabr 2017-ci il tarixli, 165 nömrəli sərəncamına əsasən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Quba rayonu ərazisində yerləşən "Bulanlıq" yaylağından 128 hektar yay otlaq sahəsi 15 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Həmçinin Quba RİHB-nin 04 avqust 2016- cı il tarixli, 160 nömrəli sərəncamına əsasən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 60 hektar yay otlaq sahəsi 15 il müddətinə X9, RİH başçısının 05 avqust 2016-cı il tarixli, 162 nömrəli sərəncamına əsasən isə heyvandarlığın inkişaf etdirilməsi məqsədilə qeyd olunan yaylaqdan 50 hektar yay otlaq sahəsi 15 il müddətinə X1 istifadəsinə verilmişdir, iddiaçı ilə yuxarıda qeyd olunan şəxslər Qəbələ rayonunun Laza kənd sakınləridirlər. Onlar uzun müddət öz heyvanlarını həmin otlaq sahələrində qarşılıqlı razılıq əsasında saxlamış və hər birinə verilmiş sərəncamlar barədə məlumatlı olmuşlar. Rayon İcra Hakimiyyətinin arxivində saxlanılan qeyd olunan materiallarda (sərəncamların verilməsinə əsas olan sənədlərdə) torpaq sahələrinin yerqruluşu planları və cizgiləri mövcud deyildir Hesab edirlər ki, mübahisə tərəfləri Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət edərək, oradan yerquruluşu planı götürməli və həmin plan əsasında sənədləşmə işləri aparılmalıdır. Elektron baza məlumatlarında həmin torpaq sahəsinə dair hər-hansı şəxsin adına yerquruluşu planının işlənməsi müəyyən edilməmişdir Dövlət mülkiyyətində olan torpaq sahələrinin (yaylaq və qışlaqların) icarəyə verilməsi zamanı ilkin olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzindən yerquruluşu planı alınmalı və müvafiq orqanların razılığından (müsbət rəyindən) sonra sərəncam verilməlidir. Həmin qaydalara əməl edilmədən verilmiş yerqruluşu planı etibarlı hüquqi sənəd hesab edilə bilməz. (“Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu - 9 və 10-1 -ci maddələr) Qeyd olunanlara əsasən iddia tələbi üzrə qanunla müəyyən edilmiş qaydada qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Üçüncü şəxlər X3 və X13 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ünvanladıqları və birgə imza etdikləri ərizədə qeyd etmişlər ki, iddia tələbini qəbul etmirlər, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir.Hal-hazırkı iddia tələbində mübahisəli olan torpaq sahələri qanuni qaydada 2016-ci ildə tarixində onlara istifadəyə verilmişdir. Ona görədə həmin sənədlərin sürətini məhkəməyə təqdim edirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur və iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə işin mübahisə olunmayan halı olaraq müəyyən olundu ki, iddiaçı və üçüncü şəxslərə cavabdeh inzibati orqanın sərəncamı ilə torpaq sahəsi ayrılmış “Bulanlıq” yaylağında tərəflərə ayrılmış torpaq sahəsiləri qədər ərazi vardır və bu halda iddiaçı ilə üçüncü şəxslərin mübahisəsi daha əlverşli torpaq sahəsinin istifadə edilməsi ilə bağlıdır. Eyni zamanda cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçı və üçüncü şəxslərə ayrı-ayrı torpaq sahələri ayrılmışdır, Rayon İcra Hakimiyyətinin arxivində saxlanılan qeyd olunan materiallarda (sərəncamların verilməsinə əsas olan sənədlərdə) torpaq sahələrinin yerqruluşu planları və cizgiləri mövcud deyildir. Bu halda iddiaçının üçüncü şəxslərə torpaq sahəsi ayrılması ilə bağlı sərəncamları mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyil. İddiaçı düzgün olmayan hüquqi müdafiə vasitəsi seçmişdir. İddiaçı və üçüncü şəxslər mübahisəli torpaq sahəsinin onlara ayrıldığını iddia edirlər, cavabdeh inzibati orqan isə onlara ayrı torpaq sahələrinin ayrıldığını lakin arxivdə yerqruluşu planları və cizgilərin mövcud olmadığını qeyd edir. Bu halda hüquqi müdafiə vasitəsi olaraq mülki məhkəmə icraatı qaydasında torpaq sahəsindən qanunsuz istifadə ilə bağlı iddialar qaldırıla bilər. İnzibati orqanların torpaq sahəsinin plan və cizgi ilə bağlı müvafiq sənələrin verilməsi ilə bağlı hərəkətlərində qanunsuzluq olarsa, həmin hissədə inzibati məhkəmə icraatı qaydasında iddialar qaldırıla bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının X2 Quba rayon ərazisində yerləşən «Bulanlıq» yaylağından 50 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 05.08.2016-cı il tarixli 162 saylı sərəncamının və Kəlbiyev Ayaz Kəlbi oğluna Quba rayon ərazisində yerləşən «Bulanlıq» yaylağından 60 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 04.08.2016-cı il tarixli 160 saylı sərəncamın etibarsız hesab edilməsi və həmin torpaq sahələrindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə vəzifənin cavabdehin üzərinə qoyulması”na dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-858/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-858/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver