Məhkəmə qərarları › İş №2-1(118)-9756/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-9756/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9756/2025 29.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununda və əlaqədar normativ hüquqi aktlarda dəyişikliklər edilərək xalq iclasçısı institutunun bərpasını nəzərdə tutan zəruri tədbirlərin (hərəkətlərin) görülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, 6 oktyabr 2025-ci il tarixli tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış elektron müraciətdə deyilir: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə” “ƏRİZƏ” “(Xalq iclasçısı institutunun bərpası barədə)” “Möhtərəm Nazirlik rəhbərliyi,” “Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsi Konstitusiyanın 125-ci maddəsinə əsasən yalnız məhkəmələr tərəfindən aparılır. Bununla belə, ədalət mühakiməsinin şəffaflığını və ictimai etimadını artırmaq məqsədilə vətəndaşların məhkəmə proseslərində birbaşa iştirakı zəruri hesab olunur.” “Tarixən ölkəmizdə “xalq iclasçısı” (xalq mühakiməçisi) institutu mövcud olmuşdur. Bu institutun əsas məqsədi məhkəmələrdə xalqın nümayəndələrinin iştirakını təmin etmək, qərarların qəbulunda ictimai baxışın və ədalət hissinin ifadə olunmasına şərait yaratmaq idi. Belə mexanizm ədalət mühakiməsinə ictimai nəzarətin güclənməsinə, qərarların obyektivliyinə və məhkəmələrə etimadın artmasına xidmət edirdi. ” “Dünyanın bir çox demokratik ölkələrində bu model müxtəlif formalarda fəaliyyət göstərir. ” “Məsələn:” •Almaniya, Norveç, Avstriya kimi ölkələrdə “lay judges” —yəni hüquq təhsili olmayan, lakin ictimai etimad qazanmış vətəndaşlar-hakimlərlə birgə qərar qəbul edirlər; •Böyük Britaniya və ABŞ kimi ölkələrdə isə “jury” (münsiflər heyəti) sistemi mövcuddur və bu sistem ədalət mühakiməsində xalqın birbaşa iştirakını təmin edir. “Həmin təcrübə göstərir ki, vətəndaşların ədalət mühakiməsində iştirakı:” məhkəmə sistemində şəffaflığı artırır, qərarların ictimai qəbulunu asanlaşdırır, dövlət-cəmiyyət əlaqələrində etimadı möhkəmləndirir. “Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm:” 1.Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununa və əlaqədar normativ aktlara dəyişiklik edilərək xalq iclasçısı (lay judges) institutunun bərpası nəzərdə tutulsun; 2.Bu institutun mərhələli tətbiqi mexanizmi işlənilsin — ilkin olaraq yerli və inzibati məhkəmələrdə pilot layihə kimi tətbiq olunsun; 3.Xalq iclasçılarının seçilməsi, səlahiyyətləri, məsuliyyəti və təminatları ayrıca normativ sənədlə müəyyən edilsin; 4.Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı qanunverici təşəbbüs göstərərək mövzunun Azərbaycan Respublikasının Milli Məclisi qarşısında qaldırılmasını təmin etsin.” “Bu təşəbbüsün reallaşdırılması ədalət mühakiməsinin şəffaflığını və vətəndaşların məhkəmələrə etimadını artıracaq, dövlət və cəmiyyət arasında ədalət mühakiməsində əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcəkdir. ” “Hörmətlə,” “Dr. İddiaçı” “Tel: *** *** ** **” “Tarix: 6 oktyabr 2025” Elektron müraciətə cavab olaraq Ədliyyə Nazirliyinin 27 noyabr 2025-ci il tarixli ünvanlanmış elektron məktubunda bildirilir: ““Xalq iclasçısı” institutunun bərpa edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Milli Məclisin qarşısında qanunvericilik təşəbbüsü hüququ ilə çıxış etməsi ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin birinci hissəsində müəyyən olunmuş subyektlərə, yəni Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Ali Məhkəməsinə, seçki hüququ olan 40 min vətəndaşa, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə aid edilmişdir. ” “Azərbaycan Respublikası Konstitusiyasının sözügedən maddəsi nəzərə alınmaqla qeyd edirik ki, Ədliyyə Nazirliyi qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququna malik olan subyektlər sırasına daxil deyildir. ” Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli, 391 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” Əsasnamənin 1, 4, 8.4, 9.4, 9.56, 10.1, 10.2, 10.4, 10.26, 10.28-ci bəndlərində müvafiq olaraq bildirilir:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

4. Nazirlik fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur. 8.4. qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir 9.4. qanun layihələrinin, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının layihələrinin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğunluğu barədə hüquqi rəylər vermək; 9.56. vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək; 10.1. ədliyyə sahəsinə aid olan qanunvericilik aktlarının layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək; 10.2. ədliyyə sahəsində dövlət siyasətinin və idarəetmənin həyata keçirilməsi ilə bağlı ədliyyə orqanları üçün icrası məcburi olan qərarlar, əmrlər, sərəncamlar vermək, qaydalar, təlimatlar və əsasnamələr qəbul etmək, öz qərarlarını aidiyyəti üzrə dövlət orqanları (qurumları) ilə razılaşdırmaq; 10.4. normativ xarakterli aktlar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olmadıqda onların ləğv edilməsi və ya onlarda dəyişikliklərin edilməsi haqqında müvafiq orqanlar (qurumlar) qarşısında məsələlər qaldırmaq; 10.26. fəaliyyət istiqamətlərinə uyğun digər rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək; 10.28. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət edilmiş, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ İ. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. İİ. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. İİİ. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər. İV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur. V. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir. Vİ. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir. Vİİ. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. Göründüyü kimi iddia ərizəsində qeyd edilən tələblər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət sferasına daxil olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar