Məhkəmə qərarları › İş №2-1(120)-107/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-107/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-107/2021 30.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 (Bakı şəhəri, Ə.Əliyeva küçəsi ev 30R-da yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 (Göyçay şəhəri, Ə.Cavad küçəsi ev 40-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 04.06.2020-ci il tarixli, **********136929 nömrəli qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 04.06.2020-ci il tarixli, **********136929 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN **********) 25.01.2013-ci ıl tarixdə dövlət qeydiyyatına alınmışdır. Qeydiyyata alındığı tarixdən sonra İddiaçı MMC fəaliyyət göstərməyə başlamış və mütəmadi olaraq dövlət büdcəsinə ödəmələr etmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı MMC-yə qanunsuz olaraq yüksək məbləğdə vergi borcu hesablanmışdır. İddiaçı MMC faktiki olaraq distillə edilmiş və təmizlənmiş spirtli içkilərin istehsalı ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də hal-hazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə 14.12.2018-ci il tarixdən 29.04.2020-ci il tarixədək müəssisədə sonuncu mübasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması iyul 2017sentyabr 2018-ci il olan dövrü əhatə etmişdir. Yoxlama aparılan müddətdə müəssisə tərəfindən yoxlamanın şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərinin, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmışdır. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar yoxlama gününədək müəssisə tərəfindən Vergi Orqanına təqdim edilmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq 29.04.2020-ci il tarixdə **********71529 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş,bu aktın əsasında 04.06.2020-ci il tarixli **********136929 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır.Yoxlama dövrünə 2017-ci il üçün 41.139,25 (qırx bir minyüzotuz doqquzmanat, 25q.) mənfəətvergisi, 2017-2018-ci illər üçün 742.341,41 AZN (yeddi yüz qırx iki min üç yüz qırx bir manat, 41 qəpik) ƏDV, 2017-2018-ci illər üçün 1.286.890.47 (bir milyon iki yüz səksən altı min səkkiz üz doxsan manat, 47 q.) aksiz vergisi, cəmi 2.073.044,18 AZN (iki milyon yetmiş üç min qırx dörd manat, 18 q.) vergilərin azaldılması müəyyən edilmiş, bütün bunlara müvafiq 1036522.11 ( bir milyon otuz altı min beş yüz iyirmi iki manat 11 qəpik) maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Bütün hesablamalar yalnız vergi orqanı tərəfindən dəvət edilmiş mütəxəssisinin heç bir qanuni əsası olmayarTelektrik və qaz sərfiyyatı əsasında hesablamalara istinad edilmişdir ki, bu da son da şişirdilmiş dövriyyənin formalaşmasına gətirib çıxarmışdır. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38-ci maddəsinin tələblərini kobud surətdə pozulması ilə 17 ay müddətində aparılmışdır. Hətda enerji sərfiyyatı üzrə müəssisənin əvvəlki illər üzrə müqayisəli cədvəllərinə baxsaq belə mütəxəssisin hesablamalarının əsassız olduğu öz əksini tapır. Qanunsuz olaraq müəssisənin satışı dayandırılmış və müəssisənin anbarlarına qanunsuz olaraq bağlanılmışdır. Bu isə onlarla insanı əmək fəaliyyətindən məhrum etmişdir, müəssisəni isə iflic vəziyyətinə salmışdır. Bunlar ölkə X11 Əliyevin apardığı son iqtisadi islahatlara kölgə salan bir hərəkətlərdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Müəssisə geniş aspektli fəaliyyətlə məşğul olduğundan bir neçə anbar və mağazalar şəbəkəsi ilə dövriyyəsinə uyğun olaraq aldığı və idxal etdiyi malları realizasiya etmişdir ki, səyyar vergi yoxlaması zamanı yoxlayıcı tərəfindən obyektiv və düzgün araşdırılmamış, nəticədə real olmayan çeşid fərqi və əvəzləşdirilməmiş ƏDV hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə riayət edilməmiş, yəni ƏDV-in vergi tutma obyekti kobud surətdə şişirdilmiş, vergi tutulan əməliyyatlar düzgün müəyyən edilməmişdir. Müəssisəyə hesablanmış bütün vergilər Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən dəvət edilmiş mütəxəssis tərəfindən verilmiş rəy əsasında hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergiləri azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. Müəssisədə aparılmış səyyar vergi yoxlaması zamanı hesablanmış vergilərin əsasını vergi orqanı tərəfindən “qara miihasibatlıq” kimi adlandırılan hansısa ilkin sənədlərdə və guya əldə edilmiş elektron fayllarda olan məlumatlar əsas kimi götürülmüşdür. Əslində isə müəssisə tərəfindən belə “qara miihasibatlıq" sənədləşdirilmələri və ya fayllar tərtib edilməmişdir, bu barədə heç bir akt mövcud olmamışdır. Belə olan halda sual yaranır ki, əgər bunlar var idisə bu halda vergi orqanının “Azərekspertiza” Birliyinin mütəxəssisinin qaz sərfiyyatı əsasında dövriyyə çıxarılmasına nə ehtiyacı var idi?. Bundan başqa şişirdilmiş dövriyyə aksiz vergisi hesablanarkən əsassız olaraq ən kiçik litrajlı spirtli içkilərə tətbiq olunan aksizlər üzrə hesablamalar aparılmışdır ki, bu da öz növbəsində rəqəmlərin bir daha əsassız olaraq böyüməsinə səbəb olmuşdur. Eyni zamanda bütün bu halların yəni, vergi orqanı tərəfindən AZƏRİ ŞƏRAB MMC barəsində qərəzli mövqe tutulmasını, müəssisə barəsində hazırda mübahisələndirilən səyyar vergi yoxlaması aktından əvvəl 10.02.2020-ci il tarixdə 1**********71529 saylı aktda ******* AZN vergi məbləğinin sonradan 29.04.2020-ci il tarixdə əlavə şişirdilməsi də sübut edir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri,vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlat, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir.Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməlolunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktı səyyar vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi vergi orqanının 04.06.2020-ci il tarixli **********136929 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əməl olunmamaqla qəbul edildiyindən Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbinə əsasən ləğv olunmalıdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onlarm əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. Mühasibat uçotu elektron formatda aparılmayan vergi ödəyicisindən götürülən elektron məlumat - adi excell cədvəl əsasında gəlirin müəyyən edilməsinin heç bir əsası yoxdur. Çünki gəlirə dair elektron məlumatlar yalnız vergi ödəyicisinin elektron mühasibatlıq proqramından götürüldüyü halda, əsaslı mənbə kimi istifadə oluna bilər. Bu - halda da həmin elektron məlumat digər sənədlər ilə təsdiq olunmalıdır. Əks halda bu məlumat proqram təminatının texniki xətası kimi qəbul olunur. Vergi orqanının gəlir və xərcə birtərəfli yanaşması əsaslı hesab olunarsa,yenədə həmin məlumat qanuni hesab olunaraq, istifadə olunabilməz. Çünki Vergi Məcəlləsinin 43.2.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi tərəfindən səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırılır,zəruri hallarda isə yoxlayıcı tərəfindən möhürlənir. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərinin iştiraki ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxxəssis dəvət oluna bilər. Bu maddələrin tələbi və vergi ödəyicisinin mənafenin qorunması qaydada qablaşdırılması və möhürlənməlidir. Əks halda, həmin məlumatın həqiqliyi sual doğurur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 giindən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Göründüyü kimi hazırkı halda vergi yoxlaması 17 ay davam etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda-həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisiııin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. ergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda-xarici ölkədən cavab almanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin - qərarı qanuni qüvvəyə minənədək. Hazırkı halda isə yuxarıda qeyd olunan əsaslardan heç biri mövcud olmamışdır. Eyni zamanda, qanunvericiliyin tələbinə əsasən vergi ödəyicisi 3 il əvvəlki öhdəlikləri tlə bağlı məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 -ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anmdan 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlıliquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi orqanı isə yoxlamanı 2017-ci ildən başlayaraq yaranmış münasibətlərə aid edərək hesablama aparmışdır. "‘Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında'’ Əsasnamənin 1.7-ci bəndinə əsasən reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Vergi orqanı isə qanunun bu müddəasını nəzərə almadan yoxlama aparmış və akt tərtib etmişdir. Hazırkı halda vergi orqanı Vergi Məcəlləsinin 67.1-ci maddəsinə istinad edərək iddiaçıya yüksək vergi məbləği hesablamışdır, halbuki qeyd olunan Məcəllənin 37-ci maddəsi ilə bu maddənin əlaqəli təhlili o anlamı verir ki, ilk olaraq vergi orqanında iddiaçıya aid mənbəyi məlum olan məlumatlarla müqayisədə ziddiyyət və ya səhvlər mövcud olmalı, Su əsasla vergi yoxlamasının aparılmasını verqi orqanı zəruri hesab etməli, sənədlər tələb unmalı və yalnız sənədlər təqdim olunmadıqda bundan sonra vergi orqanı həmin yoxlamanın keçirilməsi ilə bağlı 67.1-ci maddəsinə istinad etməklə vergini hesablamaq uququ vardır. Lakin hazırkı işdə iddiaçı vergi yoxlamasının aparılmasının əsası kimi iddiaçı tərəfindən xərc sənədlərinin təqdim edilməməsini göstərmişdir. Xərc sənədlərinin təqdim edilmədiyi halda vergi ödəyicisinin mənfəətinin müəyyən edilməsi qaydası qanunvericiliklə müəyyən edilmiş və bu hal iddiaçıya 67.1-ci maddəyə istinad etməklə borc məbləğinin nesablanması üçün əsas deyildir. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü bəndinə görə bu Məcəllənin 67.1-ci maddəsind göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya öclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu bəndinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ilə vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların 6-cı bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDVnəzərəalınmadan) əsasında və ya vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında müəyyən edir. Həmin Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə,vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətl iolan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Qeyd edilən norma vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə,vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halların aydmlaşdınnası vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir, lakin cavabdeh orqanın iddiaçının mənfəətini yuxarıda qeyd olunan Qaydaların tələbinə uyğun olaraq hesablamaması nəticəsində Vergi Məcəlləsinin 36.2-ci maddəsinə zidd olaraq iddiaçı üçün əlverişli olan hallar aydınlaşdırılmamış və nəticədə iddiaçıya tənsaübsüz surətdə yüksək vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyya rvergi yoxlamasını keçirən vergi orqanınm vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəvicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri,habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Göründüyü kimi Vergi Məcəlləsinin 42.1-ci maddəsinə də əməl edilməmiş,müvafiq sənədlər götürülməsinə, protokol tərtib edilməsinə baxmayaraq,konkret hansı sənədlərin hansı səbəbdən təqdim edilməməsi qeyd edilməyib. Hətta əgər vergi ödəyicisi hər hansı sənədi təqdim etməmişsə və ya tam təqdim etməmişdirsə, vergi orqanının məhkəməyə müraciət etmək hüququ var idi. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi dəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Buradan da aydın olur ki, vergi orqanına təqdim olunmamış və ya tam təqdim unmamış heç bir sənəd olmadığından, vergi orqanı da məhkəməyə müraciət etməmişdir. Yuxarıda qeyd olunanlardan başqa, ekspert rəyindən də göründüyü kimi mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasımn prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız qaz enerjisinin sərfıyyatından ibarət olmayıb, kompleks xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının - Azərekspertiza Birliyindən cəlb olunmuş və məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfıyyatı əsasında məhsulun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz polmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktınıtəsdiqedən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinəqoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasındaaradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergiödəyicisinin, vergitutma obyektinin uçotunda, hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalarvergiagentlərinə də şamil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Vergiqanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələlərilaqqmda” 27.11.2003-cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki,VergiMəcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydınlmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan halları,habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçüıı müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edəbilər.Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlardan da məlum olur ki, vergi orqanı yoxlamanın nəticələrinə dair qərəzli akt tərtib etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydııı olmayan məqamları, vergi ödəyicisiııin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə)dairiddialaramübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından akt tərtib edilərkənyanlış lesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 59 və 73-cü maddələrinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və yaqanunlaladağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər və heç kəs qanunlanəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi məcəlləsinin 55-ci maddəsində göstərilirki,vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması halında şəxs vergi qanunvericiliyinin pozulmasma görə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etmə vəziyyətinin yoxlanılması məqsədilə səyyar vergi yoxlamasının keçirildiyini, 29.04.2020-ci il tarixli 1**********71529 nömrəli səyyar vergi yoxlaması aktının tərtib edildiyini, bu akt əsasında 04.06.2020-ci il tarixli **********136929 nömrəli vergi ödəyicisinin vergi qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarıldığını, yoxlama dövründə 2017-ci il üçün 41139,25 manat mənfəət vergisi, 2017- 2018-ci illər üçün 1286890,47 manat aksiz vergisi, cəmi 2073044,18 manat vergilərin azadılması müəyyən edildiyini və 1036522,11 manat maliyyə sanksiyası hesablandığını bildirimişdir. İddiaçı ərizəsində vergi orqanı tərəfindən vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricilərinin düzgün araşdırılmadığını, faktiki göstəricilərin düzgün qiymətləndirilmədiyini, bütün hesablamalar yalnız vergi orqanı tərəfindən dəvət edilmiş mütəxəssisin heç bir qanuni əsası olmayan elektrik və qaz sərfiyyatı əsasında hesablamalara istinad etdiyini, səyyar vergi yoxlaması zamanı yoxlayıcı tərəfindən obyektib və düzgün araşdırılmadığını, real olmayan çeşid fərqi və əvəzləşdirilməmiş ƏDV məbləği hesablandığını, müəssisəyə hesblanmış bütün vergilər Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azerekspertiza” birliyindən dəvət edilmiş mütəxəssis tərəfindən verilmiş rəy əsasında hesablandığını qeyd etmişdir. İddiaçı ərizəsində müəssisədə aparılmış səyyar vergi yoxlaması zamanı hesablanmış vergilərin əsasını vergi orqanı tərəfindən “qara mühasibatlıq” kimi adlandırılan hansısa ilkin sənədlərdə və guya əldə edilmiş elektron fayllarda olan məlumatların əsas kimi götürüldüyünü, müəssisə tərəfindən belə “qara mühasibatlıq” sənədləşdirmələrin və ya faylların tərtib edilmədiyini bildirimişdir. İddiaçı ərizəsində vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38.2-ci maddəsinin həmin Məcəllənin 38.7-ci, 56.1-ci maddəsinin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğunu bildirimişdir. Həmçinin iddiaçı iddia ərizəsində vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinin tələblərinə əməl etmədiyini, belə ki, vergi orqanı tərəfindən müvafiq sənədlər götürülməsinə, protokol tərtib edilməsinə baxmayaraq, konkret hansı sənədlərin hansı səbəbdən təqdim edilməməsi qeyd edilmədiyini, vergi orqanına təqdim olunmamış sənəd olmadığından vergi orqanı məhkəməyə müraciət etmək huququndan istifadə etmədiyini göstərmişdir. Bundan əlavə iddiaçı ərizəsində Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azerekspertiza” birliyindən cəlb olunmuş və məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən xərc maddələri müəyyən edilmədən, fakitiki enerji sərfiyyatı əsasında məhsulun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kimi kalkulyasiyasının prinsiplərinə uyğun olmadığını və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmadığını, vergi orqanı tərəfindən vergi yoxlamalarının nəticələrinə dair qərəzli akt tərtib edildiyini və cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində çıxarılmış 04.06.2020-ci il tarixli **********136929 nömrəli məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənlərlə bağlı bildiririk ki, İddiaçındə (VÖEN **********) 9 saylı Ərazi Vergilər İdarəsinin 29.11.2018-ci il tarixli **********170256 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən iyul 2017 – sentyabr 2018 vergi dövrləri üzrə səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticələri 29.04.2020-ci tarixli 1**********71529 nömrəli aktla rəsmiləşdirilmişdir. Cəmiyyət yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq spirt, araq və üzümdən şərab istehsalı və satışı ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, bank sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Bundan başqa cəmiyyətə təyin edilmiş 27.11.2019-cu il tarixli **********2351 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətdə olan gəlir və xərclərin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların və s. sənəd və əşyaların götürülməsi üçün 27.11.2019-cu il tarixli **********2356 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmışdır. 27.11.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla sənəd və əşyalar götürülmüş, vergi yoxlaması həmin sənədlər və “qara mühasibatlıq” sənədlərində olan məlumatlar əsasında aparılmışdır. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş aksiz vergisi bəyannaməsində 2017-ci ilin iyuldekabr ayları üzrə 193551,72 manat, 2018-ci ilin yanvar-sentyabr ayları üzrə isə 210569,31 manat aksiz vergisi hesablanmışdır. Cəmiyyət tərəfindən təqdim edilmiş məlumatlara görə 2017-ci ilin avqust və sentyabr aylarında cəmi ******* kq üzüm alışı olmuşdur. (1 kq-0,35 AZN). Lakin əldə olunmuş mühasibatlıq sənədlərinə əsasən cəmiyyətin xəzinə kitabında avqust ayı üzrə ******* kq üzüm alışı barədə məlumat öz təsdiqini tapsa da sentyabr ayında üzüm alışında fərq yaranmışdır. Sentyabr ayında ******* kq üzüm alışı olmuşdur ki, nəticədə cəmi alış ******* kq təşkil etmişdir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 15.04.2019-cu il tarixli **********180970 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar qəbul olunmuş və ekspertizanın keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azerekspertiza” Birliyinə müraciət olunmuşdur. Eyni zamanda yoxlama dövr üzrə istehsal həcminin və istehsal edilmiş malların maya dəyərinin müəyyənləşdirilməsi məqsədilə 9 saylı Ərazi Vergilər İdarəsinin 15.04.2019-cu il tarixli **********180969 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar qəbul olunmuş və yuxarıda qeyd olunan hərəkətlərin həyata keçirilməsi Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azerekspertiza” birliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azerekspertiza” Birlyinin 20.04.2020-ci il tarixli ekspert rəyinə əsasən əsasən emal prosesində üzümün 30% itkisini, qıcqırtma zamanı 1% itkini nəzərə alsaq beləliklə alınmış üzümdən 2143643,04 litr şərab alınır. Cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə vergi orqanına təqdim edilmiş aksiz bəyannamələrində 1052517,90 litr şərab istehsal edilib satıldığı göstərilmişdir. Deməli bəyannamələrdə 1091125,14 litr şərab (2143643,04 – 1052517,90) az göstərilmişdir. Cəmiyyət tərəfindən təqdim olunmuş ilkin sənədlərə və əldə olunmuş elektron fayllardakı məlumatlara və “qara mühasibatlıq” sənədlərinə əsasən yoxlama aparılarkən müəyyən olunmuşdur ki, 2017-ci ilin yoxlanılan dövrü üzrə yəni iyuldekabr ayları üzrə cəmiyyət tərəfindən istehsal edilmiş alkoqollu içkilərdən 86059,7 litr araq, 766004,73 litr şərab məhsulları satılmışdır ki, həmin satılmış məhsullara görə 248719,87 manat ((86059,7 x 2.00) + (766004,73 x 0,10)) aksiz hesablanıb büdcəyə ödənilməli idi. Cəmiyyət tərəfindən isə həmin dövr üzrə 193551,72 manat büdcəyə çatası aksiz hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə büdcəyə çatası aksiz məbləği 55168,15 manat az hesablanmışdır. Odur ki, yoxlama ilə aksiz üzrə büdcəyə 55168,15 manat əlavə vergi hesablanmışdır. Cəmiyyət tərəfindən təqdim olunmuş ilkin sənədlərə və əldə olunmuş elektron fayllardakı məlumatlara və “qara mühasibatlıq” sənədlərinə əsasən yoxlama aparılarkən müəyyən olunmuşdur ki, 2018-ci ilin yoxlanılan dövrü üzrə yəni yanvar-sentyabr ayları üzrə cəmiyyət tərəfindən istehsal edilmiş alkoqollu içkilərdən 626104,15 litr araq, 1377638,31 litr şərab, 26159,75 litr spirt məhsulları satılmışdır ki, həmin satılmış məhsullara görə 1442291,63 manat ((626104,15 x 2.00) + (1377638,31 x 0,10) + (26159,75 x 2.00)) aksiz hesablanıb büdcəyə ödənilməli idi. Cəmiyyət tərəfindən təqdim edilmiş hesabatda isə həmin dövr üzrə istehsal edilmiş alkoqollu içkilərdən 58374,92 litr araq, 838194,7 litr şərab, 5000,00 litr spirt məhsulları satılmışdır ki, həmin satılmış məhsullara görə 210569,31 manat ((58374,92 x 2.00) + (838194,7 x 0,10) + (5000,00 x 2.00)) büdcəyə çatası aksiz hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə büdcəyə çatası aksiz məbləği 1231722,32 manat az hesablanmışdır. Odur ki, yoxlama ilə aksiz üzrə büdcəyə 1231722,32 manat əlavə vergi hesablanmışdır. Cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamələrə əsasən 2017-ci ilin iyul-dekabr ayları üzrə 71051,71 manat, 2018-ci ilin yanvar-sentyabr ayları üzrə isə 231669,67 manat büdcəyə çatası əlavə dəyər vergisi hesablanmışdır. Cəmiyyət tərəfindən təqdim olunmuş ilkin sənədlərə, əldə olunmuş elektron fayllardakı məlumatlara, “qara mühasibatlıq” sənədlərinə və mütəxəssis rəyinə əsasən yoxlama aparılarkən müəyyən olunmuşdur ki, yoxlanılan dövr üzrə aksiz bəyannamələrində 1091125,14 litr şərab (2143643,04 – 1052517,90) az göstərilmişdir. Həmin şərab məhsulunun 0,7 litr həcmli butulkalarda satıldığını nəzərə alsaq ******* ədəd (1091125,14: 0,7) butulka şərab satılmış olur. Mühasibatlıq sənədlərində 0,7 litr həcmli butulkalarda satılan şərabın orta satış qiymətinin (ƏDV-siz) 1,19 manat olduğunu nəzərə alsaq 1854912,50 manat (1558750,2 x 1,19) əlavə şərab satışı üzrə dövriyyə müəyyən olundu. Həmçinin təqdim olunmuş ilkin sənədlərə, əldə olunmuş elektron fayllardakı məlumatlara və “qara mühasibatlıq” sənədlərinə əsasən yoxlama aparılarkən müəyyən olunmuşdur ki, 2018-ci ilin yoxlanılan dövrü üzrə aksiz bəyannamələrində 567729,23 litr araq (626104,15 – 58374,92) və 21159,75 litr spirt (26159,75 – 5000,00) az göstərilmişdir. Mühasibatlıq sənədlərində həmin məhsulların orta satış qiymətlərini müəssisənin özündə göstərdiyi satış qiymətlərinə uyğun götürülməklə (ƏDV-siz) 2245451,99 manat əlavə dövriyyə müəyyən olundu. Beləliklə yuxarıda göstərilənləri nəzərə almaqla, 2017-ci ilin yoxlanılan dövrü üzrə yəni iyul-dekabr ayları üzrə cəmiyyətin 1620472,48 manat (ƏDV-siz) ümumi dövriyyəsi olmuşdur ki, həmin dövriyyəyə də 18% ilə 291685,05 manat ƏDV hesablanır. Alınmış mal-materiallara görə əldə edilmiş vergi hesab-fakturaları və yük gömrük bəyannamələri üzrə əvəzləşdirilən ƏDV məbləği isə 48265,24 manat olmuşdur. Deməli, cəmiyyətin 2017-ci ilin yoxlanılan dövrü üzrə büdcəyə çatası ƏDV məbləği 243419,81 manat olmuşdur. Cəmiyyət tərəfindən isə həmin dövr üzrə 71051,71 manat büdcəyə çatası ƏDV hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə büdcəyə çatası ƏDV məbləği 172368,10 manat az hesablanmışdır. Odur ki, yoxlama ilə ƏDV üzrə büdcəyə 172368,10 manat əlavə vergi hesablanmışdır. 2018-ci ilin yoxlanılan dövrü üzrə isə yəni yanvar-sentyabr ayları üzrə cəmiyyətin 4843903,32 manat (ƏDV-siz) ümumi dövriyyəsi olmuşdur ki, həmin dövriyyəyə də 18% ilə 871902,61 manat ƏDV hesablanır. Alınmış mal-materiallara görə əldə edilmiş vergi hesab-fakturaları və yük gömrük bəyannamələri üzrə əvəzləşdirilən ƏDV məbləği isə 70259,63 manat olmuşdur. Deməli, cəmiyyətin 2018-ci ilin yoxlanılan dövrü üzrə büdcəyə çatası ƏDV məbləği 801642,98 manat olmuşdur. Cəmiyyət tərəfindən isə həmin dövr üzrə 231669,67 manat büdcəyə çatası ƏDV hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə büdcəyə çatası ƏDV məbləği 569973,31 manat az hesablanmışdır. Odur ki, yoxlama ilə ƏDV üzrə büdcəyə 569973,31 manat əlavə vergi hesablanmışdır. Cəmiyyət tərəfindən 2017-ci il üzrə vergilər idarəsinə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinə əsasən cəmiyyətin vergiyə cəlb olunan ümumi gəliri 500764,80 manat, ümumi xərci isə 486936,18 manat təşkil etmişdir. Yəni həmin dövr üzrə cəmiyyət 13828,62 manat mənfəətlə işləmişdir. Həmin mənfəət məbləğindən 2765,72 manat mənfəət vergisi hesablanmışdır. Əldə olunmuş elektron fayllardakı məlumatlara, “qara mühasibatlıq” sənədlərinə və mütəxəssis rəyinə əsasən yoxlama ilə müəyyən edildi ki, 2017-ci il üzrə cəmiyyətin 1377149,16 manat (ƏDV və aksizsiz) ümumi gəliri olmuşdur. Lakin göstərilən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyənləşdirilməsi mümkün olmamışdır. Cəmiyyətin gəlirinin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər tam olmadığından cəmiyyətin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Habelə VM-nin 67-ci maddəsinin tətbiqi üsulları araşdırılarkən "xxxx" MMC ilə analoji vergi ödəyicisini müəyyənləşdirmək mümkün olmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı və 04 aprel 2003-cü il tarixli 42 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək cəmiyyətin mənfəəti aşağıdakı kimi hesablandı: G1 M1 = ------------------- x R 100 + R M1-vergi ödəyicisinin mənfəəti, G1-vergi ödəyicisinin əldə etdiyi gəlir (ƏDV və aksiz nəzərə alınmadan), R-şərti rentabellik norması. 1377149,16 M = ------------------------ x 20 = 229524,86 100 + 20 Hesablanmış 229524,86 manat mənfəətdən 20% vergi dərəcəsi ilə büdcəyə 45904,97 manat vergi hesablanməşdır. Cəmiyyət tərəfindən 2017-ci il üzrə hesablanmış 2765,72 manat mənfəət vergisi nəzərə alınmaqla mənfəət vergisi üzrə 43139,25 manat əlavə vergi hesablanmışdır. Yoxlama nəticəsində müəyyən olunmuşdur ki, cəmiyyətin yoxlanılan dövr üzrə daşınmaz əmlakın icarəsinə görə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərə 19170,18 manat ödəmələri olmuşdur ki, həmin məbləğlərdən də ödəmə mənbəyində 2683,83 manat vergi tutularaq büdcəyə hesablanmalı idi. Cəmiyyət tərəfindən isə bəyannamədə 14739,00 manat ödəniş göstərilərək 2063,46 manat vergi hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə büdcəyə çatası ödəmə mənbəyində tutulan vergi məbləği 620,37 manat az hesablanmışdır və odur ki, yoxlama ilə büdcəyə 620,37 manat əlavə vergi məbləği hesablanmışdır. Cəmiyyətdə yoxlanılan dövrdə siyahı tərkibində olan işçilərdən 2483,44 manat gəlir vergisi hesablanıb tutulmuş və tamamilə ödənilmişdir. Yoxlama nəticəsində müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 52,68 manat az hesablanmışdır. Buna görə də yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 52,68 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış yoxlamanın nəticəsi 29.04.2020-ci il tarixli 1**********71529 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, vergi ödəyicisinin mühasibi X8 aktla tanış olub bir nüsxəsini alib aktı imza etməkdən imtina etmişdir. Vergi Məcəlləsinin 39.7-ci maddəsinə uyğun olaraq yoxlama materiallarına baxılmanın yeri və vaxtı barədə vergi ödəyicisinə 22.05.2020-ci il tarixli **********499200 nömrəli bildiriş göndərilmişdir. 01.06.2020-ci il tarixdə vergi ödəyicisinin mühasibi X5 iştirakı ilə səyyar vergi yoxlaması materiallarına baxılmış və baxışın nəticəsi **********015000 nömrəli protokolla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən mənfəət vegisi üzrə 43139,25 manat, əlavə dəyər vegisi üzrə 742341,41 manat, aksiz vergisi üzrə 1286890,47 manat, ödəmə mənbəyində tutulan verginin 620,37 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 52,68 manat, ümumilikdə 2073044,18 manat məbləğində əlavə vergi hesablanaraq İddiaçı MMC barəsində 04.06.2020-ci il tarixli **********136929 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək 1036522,11 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması ağağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır. - 38.7.1 vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxsin vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümükün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; - 38.7.2 səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri ( onu əvəzə edən şəxs və ya vergi və ya maliyyə məsələri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə-əmək qabiliyyəti bərpa olunanadək; - 38.7.3 vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdəmütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; - 38.7.4 səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda- xarici ölkədən cavab alınanadək; - 38.7.5 bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda- məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Etiraza əlavə edilmiş İş materiallarından görünür ki, vergi orqanı səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında 28.01.2019cu il tarixli **********175344, 28.02.2019-cu il tarixli **********177779, 29.03.2019-cu il tarixli **********179768, 15.04.2019-cu il tarixli **********180979 və 30.04.2019-cu il tarixli **********182014, 29.05.2019-cu il tarixli **********183882 nömrəli, 28.06.2019-cu il tarixli **********185914 nömrəli, 29.07.2019-cu il tarixli **********187638 nömrəli və 29.08.2019cu il tarixli **********189160 nömrəli Qərarları Vergi Məcəlləsinin 38.7-ci maddəsinin yuxarıda qeyd olunan maddələrinə istinad edərək qəbul etmişdir. Vergi Məcəlləsinin 38.4cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində həyata keçirilir. Yoxlamanın keçirilməsi ilə bağlı qəbul edilmş qərarda da yoxlamanın müddəti məhz Vergi Məcəlləsinin istinad olunan maddəsi nəzərə alınmaqla hesablanmışdır. Eyni zamanda, qeyd olunan müddət vergi orqanının qərarı ilə birlikdə Ədliyyə Nazirliyinin Çıxarışında öz əksini tapdığından çıxarışda SVY-n 30 iş günü ərzində keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Presidentin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanına ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamədə yoxlamanın dayandırılmasının, vergi yoxlamasının müddətinin artırılmasının tarixi və müddət, yoxlamanın dayandırılmasına, vergi yoxlamasının müddətinin artırılmasına əsas olan hallar qeyd olunmuşdur. Belə ki, keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilməsi müddətləri əsaslandırılmış şəkildə müvafiq qərarlarla (etiraza əlavə olunur) artırılması və dayandırılması KY181320285 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestr” çıxarışında öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər.Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu halda ekspertiza təyin edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergilər üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edir.Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda,vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyətinə aid olan sənədlər ala bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi, və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirdikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməsi olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqannının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri ( onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansi bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazini yazılı sürətdə bildirə bilər. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prossesual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Qeyd olunanlardan aydın olur ki, "xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib olunmuş 29.04.2020-ci il tarixli 1**********71529 nömrəli səyyar vergi yoxlaması aktı əssında qəbul olunmuş 04.06.2020-ci il tarixli **********136929 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar”ın ləğv edilməsi barədə iddia ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X7 oğlu etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar 04.06.2020-ci ildə qəbul olunmuş, iddiaçı 02.07.2020-ci il tarixdə poçt vasitəsi ilə iddia ərizəsini məhkəməyə göndərmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 04.06.2020-ci il tarixli, **********136929 nömrəli qərar qismən qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan 29.04.2020-ci il tarixli, 1**********71529 nömrəli səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, yoxlanılan dövrdə (2017-2018-ci illər) 43.139,25 manat məbləğində mənfəət vergisinin azaldılması; o cümlədən: 2017-ci il üzrə 43.139,25 manat, 742.341,41 manat məbləğində əlavə dəyər vergisinin azaldılması; o cümlədən: 2017-ci il üzrə 173.368,10 manat, 2018-ci il üzrə 569.973,31 manat, 1.286.890,47 manat məbləğində aksizin azaldılması; o cümlədən: 2017-ci il üzrə 55.168,15 manat, 2018-ci il üzrə 1.231.722, 32 manat, 620,37 manat məbləğində ödəmə mənbəyində tutulan verginin azaldılması; o cümlədən: 2018-ci il üzrə 620,37 manat, 52,68 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin azaldılması; o cümlədən: 2018-ci il üzrə 620,37 manat, 52,68 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin azaldılması; o cümlədən: 2018-ci il üzrə 52,68 manat azaldılması müəyyən edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə ümumilikdə 2073044,18 manat məbləğində vergilərin azaldılması müəyyən edilmişdir. Vergilərin azaldılmasına görə cəmiyyətə 1036522,11 manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyətə cəlb edilməsi təklif edilmişdir. İş materialında olan 04.06.2020-ci il tarixli, **********136929 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2017-2018-ci illər üzrə vergilərin 2073044,18 manat məbləğində azaldılmış hesab edilərək 1036522,11 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İş materialında olan Məhkəmə Ekspertiza Mərkəzinin 14.01.2021-ci il tarixli, 9/3500 nömrəli ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsində aşağıdakılar qeyd edilmişdir: “...Tədqiq olunan iş materiallarından göründüyü kimi, İddiaçı MMC-nin (VÖEN: **********) 01.07.2017-ci il tarixdən 01.10.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 43139,25 manat məbləğində mənfəət vergisinin, 172368,10 manat məbləğində 742341,41 ƏDV-nin, 1286890,47 manat məbləğində aksiz vergisinin, 620,37 manat məbləğində ÖMV-nin və 52,68 manat məbləğində MÖMV-nin az hesablanması faktı aşkar edilmişdir. Yoxlamanın nəticələri öz əksini 29 aprel 2020-ci il tarixli səyyar vergi yoxlaması aktında tapmışdır. Yuxarıda qeyd olunduğu kimi, “cavabdeh 9 saylı Ərazi Vergilər idarəsi tərəfindən vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) üzrə aparılmış səyyar vergi yoxlaması, yoxlamanın nəticələrinə görə tərtib olunmuş 29.04.2020-ci il tarixli, 1**********71529 saylı akt və “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.06.2020-ci il tarixli, **********136929 saylı qərar Vergi qanunvericiliyinə uyğundurmu, cavabdeh 9 saylı Ərazi Vergilər idarəsi tərəfindən vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) üzrə aparılmış səyyar vergi yoxlaması aktına və həmin akt əsasında qəbul edilmiş 04.06.2020-ci il tarixli, **********136929 saylı qərara əsasən müəyyən edilmiş vergilər (Mənfəət vergisi, əlavə dəyər vergiləri, aksiz vergiləri, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi) və maliyyə sanksiyası düzgün hesablanmışdırmı, əgər düzgün hesablanmamışdırsa yoxlamanın əhatə etdiyi dövr üzrə (2017-ci və 2018-ci illər üzrə) mənfəət vergisi, əlavə dəyər vergiləri, aksiz vergiləri, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və maliyyə sanksiyaları nə qədər müəyyən olunur və İddiaçı hesablaşmaları üzrə ödədiyi məbləğlər səyyar vergi yoxlaması zamanı tam nəzərə alınmışdırmı” sualları qoyulmuşdur. Rəyin təsviri hissəsində qeyd olunduğu kimi, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə əlaqədar olaraq məhkəməyə 18.09.2020-ci il tarixli vəsatət göndərilmişdir. Həmin vəsatətə əsasən mərkəzə əlavə sənədlər təqdim edilmişdir. Lakin həmin sənədlər vəsatətdə qeyd edilən sənədləri tam şəkildə əhatə etməmişdir. Bu səbəbdən də hazırkı ekspertiza təqdim edilmiş iş materiallarına (səyyar vergi yoxlaması aktının məlumatları, ekspert və mütəxəssis rəyləri və s) əsasən aparılır. Səyyar vevrgi yoxlaması aktının 1.8. və 1.9. bəndlərində aşağıdakılar göstərilmişdir: “ 1.8. Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq DİSTİLLƏ EDİLMİŞ VƏ TƏMİZLƏNMİŞ SPİRTLİ İÇKİLƏRİN İSTEHSALİ, ÜZÜMDƏN ŞƏRAB İSTEHSALİ ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Cəmiyyət yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq spirt, araq və üzümdən şərab istehsalı və satışı itə məşğul olmuşdur. Səyyar vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, bank sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparıldı. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya tam təqdim edilmişdir. Cəmiyyətə yuxarıda qeyd olunan banklardan başqa Respublika ərazisində fəaliyyət göstərən digər bank idarələrində hesablar açılması üçün vergi orqanı tərəfindən “şəhadətnamə - dublıkat”lar verilməmişdir. Bundan başqa cəmiyyətə təyin edilmiş 27.11.2019-cu il tarixli **********2351 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətdə olan gəlir və xərclərin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların və s. sənəd və əşyaların götürülməsi üçün 27.11.2019-cu il tarixli **********2356 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmışdır. 27.11.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla sənəd və əşyalar götürülərək vergi yoxlaması həmin sənədlər və “qara mühasibatlıq” sənədlərində olan məlumatlar əsasında aparıldı. 1.9.1. Vergi yoxlama Siıiliı keçiriltntwl üyün zəruri olan sənədlərin təqdim olunması haqqında 30.11.2018 tarixli **********170264 nömrəli Tətəbnamə verildi. Bu tələbnaməyə əsasən aşağıdakı sənədlər tələb edildi: 01.01.2017-ci il tarixdən 01.10.2018-ci il tarixə kimi vergilərin hesablanması ilə bağlı ilkin mühasibat sənədlərinin: müqavilələrin, qaima-fakturalarınm, vergi hesab-fakturalarınm, yük gömrük bəyannamələrinin, iıank «nnƏtllvMİııin. kassa sənədlərinin, əmək haqqı cədvəllərinin, işlərin görülməsini (xidmətlərin yerinə yetirilməsini) təsdiq edən ilkin mühasibat sənədlərinin (“Forma-2”, “Forma-3”) və s. bütün 30.11..2018-ci il tarixli **********170264 saylı "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında " Tətəbnamə ilə yoxlanılan dövr üzrə mühasibathqda olan və yoxlamaya dair bütün ilkin mühasibat sənədləri vergi ödəyicisindən tələb edilərək götürüldü. 1.9.2 Vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. 1.9.3. Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmişdir 1.9.4. Ekspertizanın aparılması. 15.04.2019 Tarixli **********180970 nömrəli nömrəli Ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza Bparıidı Olavə olunur Yoxlama zamanı cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə malların satış qiymətinə əsasən satış dövriyyəsini müəyyənləşdirmək məqsədilə ekspert rəyinin verilməsi üçün 11.04.2019-cu il tarixli, **********914900 saylı məktubla Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinə müraciət olunaraq 15.04.2019-cu il tarixli **********180970 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmışdır. Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyi tərəfindən 20.04.2020-ci il tarixli, 068 saylı məktubla (AVİS qeydiyyatı: 28.04.2020,**********469700) 20.04.2020-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur (rəy akta əlavə olunur). 1.9.5. Mütəxəssisin dəvət edilməsi. Yoxlama zamanı cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə istehsal həcmini, istehsal olunmuş məhsulların istehsalı üçün çəkilmiş xərclərin real həcmini və maya dəyərini müəyyənləşdirmək məqsədilə mütəxəssis rəyinin verilməsi üçün 11.04.2019-cu il tarixli, **********914900 saylı məktubla Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinə müraciət olunaraq 15.04.2019-cu il tarixli **********180969 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında" Qərar çıxarılmışdır. Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyi tərəfindən 20.04.2020-ci il tarixli, 068 saylı məktubla (AVİS qeydiyyatı: 28.04.2020, **********469700) 20.04.2020-ci il tarixli mütəxəssis rəyi təqdim olunmuşdur (rəy akta əlavə olunur).” Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlaması aktının ƏDV, aksiz və mənfəət vergisi üzrə hissəsində də hesablamaların təqdim olunmuş ilkin sənədlərə, elektron fayllardakı məlumatlara, “qara mühasibatlıq” sənədlərinə, mütəxəssis və ekspert rəylərinə əsasən aparılması qeyd olunmuşdur. Bildirilir ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Qeyd etmək lazımdır ki, mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır (“Mühasibat uçotu haqqında” AR Qanunu, maddə 2.1.6). İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Habelə, "Mühasibat uçotu haqqında" 29 iyun 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin tələblərinə görə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci tarixdə Q-01 nömrəli “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib. Həmin sənəd 08.02.2017 tarixdə **********0001 nömrəsi ilə X12 Reyestrində qeydiyyata alınıb. Qaydaların 2.1.14-ci bəndində ilkin uçot sənədlərinin anlayışı verilib. Belə ki, ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: 7.1. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. Göründüyü kimi, mühasibat uçotu haqqında qanunvericilikdə “qara mühasibatlığa” dair hər hansı bir qeyd və istinad mövcud deyildir. Eyni zamanda qeyd edilir ki, həmin sənədlərin, yəni “qara mühasibatlıq” sənədlərinin hansı sənəd və ya məlumatlardan ibarət olması da səyyar vergi yoxlaması aktında öz əksini tapmamışdır. Bununla yanaşı Azərbaycan Respublikasının Vergi Məcəlləsində də “qara mühasibatlıq” anlayışı verilməmişdir. O cümlədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci (Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) və 83-cü (Vergi orqanları tərəfindən vergilərin hesablanması) maddələrinin tələblərində də “qara mühasibatlıq” sənədləri ilə bağlı hər-hansı bir qeyd və ya istinad nəzərdə tutulmamışdır. Göstərilənlərdən başqa qeyd edilir ki, iş materiallarından göründüyü kimi, yoxlama yoxlama zamanı yoxlanılan dövr üzrə cəmiyyətdə istehsal həcmini, istehsal olunmuş məhsulların istehsalı üçün çəkilmiş xərclərin real həcmini, maya dəyərini və malların satış qiymətinə əsasən satış dövriyyəsini müəyyənləşdirmək məqsədilə vergi orqanı tərəfindən “Azərekspertiza” Birliyindən ekspert-mütəxəssis cəlb olunmuş və Əliyev B.İ tərəfindən 20.04.2020-ci il tarixli mütəxəssis və ekspert rəyi verilmişdir. Yoxlama ilə həmin rəylər və yuxarıda göstərilən digər hallar nəzərə alınaraq mənfəət, aksiz və ƏDV hesablanmışdır. 20.04.2020-ci il tarixli mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuş və cavablandırılmışdır. Sual: Kürdəmir rayonu, Kürdəmir şəhəri ərazisində fəaliyyət göstərdiyi spirtli içkilərin istehsalı sexində 01.07.2017-ci il tarixdən 01.10.2018-ci il tarixədək dövr ərzində istehsal həcminin, istehsal edilmiş məsulların istehsalı üçün çəkilmiş xərclərin real həcminin və maya dəyərinin müəyyən edilməsi. Cavab: Mütəxəssis tədqiqatı ilə müəyyən edilmişdir: MMC-də yoxlama dövrü ərzində tədarük edilərək istehsal olunmuş üzüm məhsullarından hazırlanmış orta tündlük dərəcəsi 10,8 % olan şərabın 0,7 litr həcmli şüşə butulkalarda istehsal həcmi ******* ədəd, 1,75 – lıitr həcmli şüşə butulkalarda istehsal həcmi 7962 ədəd olaraq müəyyən edilmişdir. Göründüyü kimi, sualda 01.07.2017-ci il tarixdən 01.10.2018-ci il tarixədək dövr ərzində istehsal həcminin, istehsal edilmiş məhsulların istehsalı üçün çəkilmiş xərclərin real həcminin və maya dəyərinin müəyyən edilməsi göstərilsə də, mütəxəssis tərəfindən yalnız şərab xammalının həcminin 2143643,04 litr olduğu hesablanmış və elektrik enerjisi sərfiyyatına uyğun koefisient tətbiq edilməklə aylar üzrə sərfiyyat həcmi müəyyən edilərək MMC-nin yoxlama dövrü ərzində göstərdiyi çeşidlər üzrə satış həcmlərinin xüsusi çəkilərinə vurularaq çeşidlər üzrə istehsal həcmi hesablanmışdır. Yəni sual tam cavablandırılmamışdır. Belə ki istehsal edilmiş məsulların istehsalı üçün çəkilmiş xərclərin real həcmi və maya dəyəri müəyyən edilməmişdir.Həmçinin qeyd edilir ki, mütəxəssis rəyində göstərilən qaydalarda istehsal həcminin müəyyən edilməsi mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə uyğun deyildir. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istiehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq Əliyev B.İ tərəfindən verilmiş 20.04.2020-ci il tarixli mütəxəssis rəyində məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatına uyğun şəkildə istehsal həcmi müəyyən edilməmişdir. Qeyd olunanlardan başqa bildirlir ki, Azərbaycan Respublikasının Vegi Məcəlləsinin 14.1., 14.2., 14.3-cü maddələrində aşağıdakılar göstərilmişdir. 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. bu Məcəllənin 124.4-cu maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla bildirilir ki, vergi orqanı tərəfindən vergilərin hesablanması məqsədilə müəssisədə istehsal edilmiş spirtli içkilərin satış qiymətinin müəyyən edilmiəsi düzgün deyildir. Belə ki, bazar qiymətinin tətbiqolunma halları yuxarıda göstərilmişdir ki, həmin halın yaranması ilə bağlı iş materiallarında hər hansı bir sənəd və ya məlumat öz əksini tapmamışdır. Qeyd edilir ki, vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində təsbit olunmuşdur. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:

1. vergitutma obyekti;

2. vergitutma bazası;

3. vergi dövrü;

4. vergi dərəcəsi;

5. verginin hesablanması qaydası;

6. verginin ödənilməsi qaydası və müddəti (maddə 12.1). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin), ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4). Səyyar vergi yoxlaması ilə müəyyən olunmuş dövriyyənin (“qara mühasibatlıq” sənədləri, istehsal həcmi və bazar qiyməti ilə bağlı) müəyyən edilməsi qaydası isə yuxarıda da göstərildiyi kimi düzgün olmamışdır. Göstərilənlərlə yanaşı qeyd edilir ki, səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq 620,37 manat məbləğində ÖMV və 52,68 manat məbləğində MÖMV hesablanmışdır. Yoxlama aktının ÖMV və MÖMV bölmələrində aşağıdakılar göstərilmişdir: Yoxlama nəticəsində müəyyən olundu ki, cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 52,68 manat az hesablanmışdır. Buna görə də yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 52,68 manat əlavə vergi hesablandı. Yoxlama nəticəsində müəyyən olundu ki, cəmiyyətin yoxlanılan dövr üzrə daşınmaz əmlakın icarəsinə görə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərə 19170,18 manat ödəmələri omuşdur ki, həmin məbləğlərdən də ödəmə mənbəyində 2683,83 manat vergi tutularaq büdcəyə hesablanmalı idi. Cəmiyyət tərəfindən isə bəyannamədə 14739,00 manat ödəniş göstərilərək 2063,46 manat vergi hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə büdcəyə çatası ödəmə mənbəyində tutulan vergi məbləği 620,37 manat az hesablanmışdır. Odur ki, yoxlama ilə büdcəyə 620,37 manat əlavə vergi hesablandı. Tədqiqatla təqdim edilmiş iş materiallarına əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan 620,37 manat məbləğində ÖMV-nin və 52,68 manat məbləğində MÖMV-nin az hesablanması müəyyən edilir. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 43139,25 manat məbləğində mənfəət vergisinin, 172368,10 manat məbləğində 742341,41 ƏDV-nin və 1286890,47 manat məbləğində aksiz vergisinin düzgünlüyü müəyyən olunmur. Həmçinin tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan 620,37 manat məbləğində ÖMV-nin və 52,68 manat məbləğində MÖMV-nin az hesablanması müəyyən edilir. Göstərilənlərlə yanaşı qeyd edilir ki, İddiaçı hesablaşmaları üzrə ödədiyi məbləğlərin səyyar vergi yoxlaması zamanı tam nəzərə alınıb-alınması həmin yoxlama aktında öz əksini tapmamışdır. Eyni zamanda bildirilir ki, məhkəmənin 05.10.2020-ci il tarixli məktubu mərkəzə daxil olmuşdur.Həmin məktuba 9 saylı Ərazi Vergilər idarəsinin təkrar vəsatəti və digər qərarlar və aktlar əlavə olunmuşdur. Məktuba əlavə olunmuş vergi orqanının 25.09.2020-ci il tarixli təkrar vəsatətində ekspert qarşısında aşağıdakı sualların qoyulması xahiş edilmişdir.

1. "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş ilkin sənədlərə, yoxlama zamanı əldə olunmuş elektron fayllardakı məlumatlara, “qara mühasibatlıq” sənədlərinə və “Azərekspertiza” Birliyinin 20.04.2020-ci il tarixli mütəcəssis və ekspert rəyləri ilə müəyyən edilmiş istehsal həcminin əsasən yoxlama aparılan dövr üzrə (2017-ci ilin iyul-dekabr və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə) vergi ödəyicisinin büdcəyə ödəməli olduğu aksiz vergisi nə qədər təşkil edir?

2. "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş ilkin sənədlərə, yoxlama zamanı əldə olunmuş elektron fayllardakı məlumatlara, “qara mühasibatlıq” sənədlərinə və “Azərekspertiza” Birliyinin 20.04.2020-ci il tarixli mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmiş istehsal həcminin əsasən 2017-ci ilin iyul-dekabr və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə (hər ay üzrə ayrılıqda) vergi ödəyicisinin satış dövriyyəsi və buna uyğun hesablamalı ƏDV nə qədər təşkil edir?

3. "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş ilkin sənədlərə, yoxlama zamanı əldə olunmuş elektron fayllardakı məlumatlara, “qara mühasibatlıq” sənədlərinə və “Azərekspertiza” Birliyinin 20.04.2020-ci il tarixli mütəcəssis və ekspert rəyləri ilə müəyyən edilmiş istehsal həcminin əsasən vergi ödəyicisinin 2017-ci il üzrə ödəməli olduğu mənfəət vergisi nə qədər təşkil edir?

4. Yoxlanılan dövr üzrə iddiaçı "xxxx" MMC-i tərəfindən ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən olunurmu (müəyyən olunursa səbəbi və məbləği nə qədər təşkil edir)? 25.09.2020-ci il tarixli təkrar vəsatətdə göstərilən “Qara mühasibatlıq” sənədlərinə, “Azərekspertiza” Birliyinin 20.04.2020-ci il tarixli mütəxəssis-ekspert rəylərinə və s. əsasən hesablanma aparılmasının mümkün olmaması ilə bağlı yuxarıda ətraflı şərh verilmişdir. Həmçinin qeyd edilir ki, vergi orqanının 25.09.2020-ci il tarixli təkrar vəsatətində əksini tapmış ekspert qarşısında qoyulan suallar nəzərə alınmaqla aparılan hesablamalar və bunun nəticəsində ödənilməli olan vergilərin məbləği səyyar vergi yoxlaması aktında ətraflı göstərilmişdir”. Məhkəmə Ekspertiza Mərkəzinin 14.01.2021-ci il tarixli, 9/3500 nömrəli ekspert rəyinin “nəticə” hissəsində aşağıdakılar qeyd edilmişdir: “Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 2017-ci il üçün 43139,25 manat məbləğində mənfəət vergisinin, 2017ci və 2018-ci illər üçün 742341,41 manat məbləğində ƏDV-nin, 2017-ci və 2018-ci illər üçün 1286890,47 manat məbləğində aksiz vergisinin düzgünlüyü təsdiqini tapmadığından müəyyən olunmur. Həmçinin tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən yalnız dövlət büdcəsinə ödənilməli olan 620,37 manat məbləğində ÖMV-nin və 52,68 manat məbləğində MÖMV-nin az hesablanması müəyyən edilir. 25.09.2020-ci il tarixli təkrar vəsatətdə göstərilən “Qara mühasibatlıq” sənədlərinə, “Azərekspertiza” Birliyinin 20.04.2020-ci il tarixli mütəxəssis-ekspert rəylərinə və s. əsasən hesablanma aparılmasının mümkün olmaması ilə bağlı tətqiqat prosesinin təsviri hissəsində ətraflı şərh verilmişdir. Həmçinin qeyd edilir ki, vergi orqanının 25.09.2020-ci il tarixli təkrar vəsatətində öz əksini tapmış ekspert qarşısında qoyulan suallar nəzərə alınmaqla aparılan hesablamalar və bunun nəticəsində ödənilməli olan vergilərin məbləği səyyar vergi yoxlaması aktında ətraflı göstərilmişdir. Göstərilənlərlə yanaşı qeyd edilir ki, İddiaçı hesablaşmaları üzrə ödədiyi məbləğlərin səyyar vergi yoxlaması zamanı tam nəzərə alınıb-alınması həmin yoxlama aktında öz əksini tapmamışdır”. Məhkəmə iş materiallarında olan sübutlarla müəyyən etdi ki, iddiaçı faktiki olaraq distillə edilmiş və təmizlənmiş spirtli içkilərin istehsalı ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində yoxlanılan dövrdə əlavə dəyər vergisinin, mənfəət vergisinin, aksiz vergisinin, ödəmə mənbəyində tutulan verginin və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin azadılması müəyyən edilmiş və 29.04.2020-ci il tarixli, 1**********71529 “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Mübahisə predmeti olan inzibati akt ilə vergilərin ümumilikdə 2073044,18 manat azaldıldığı müəyyən olunmuş, azaldılmış vergi məbləğinə 1036522,11 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə səyyar vergi yoxlamasının aparılması müddətləri ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, səyyar vergi yoxlaması 14.12.2018-ci il tarixdə başlamış və 29.04.2020-ci il tarixdə başa çatdırılaraq, nəticəsi 29.04.2020-ci il tarixli, 1**********71529 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 14.12.2018ci il tarixdə başlamış səyyar vergi yoxlaması cavabdehin 28.01.2019-cu il tarixdə “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərar ilə 28.02.2019-cu il tarixədək dayandırılmışdır. Bundan başqa, 24.12.2019-cu il tarixdə “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” qərarla aktın tərtibi müddəti 30 iş günü uzadılmışdır. 12.03.2020-ci il tarixdə səyyar vergi yoxlamasının 10.02.2020-ci il tarixli aktına müvafiq düzəlişlərin aparılması üçün “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarla əlavə vergi yoxlaması tədbirlərinin müddəti 30 iş günü müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın: 8.11-ci bəndinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. 11.1-ci bəndinə səyyar vergi yoxlamasının səmərəli keçirilməsi üçün müvafiq üsullar müəyyənləşdirilməli, işin həcmi formalaşdırılmalı və müəyyən edilmiş müddətlərdən tam istifadə edilməlidir. Məhkəmə qeyd edir ki, yoxlamanın başlanma tarixi ilə (14.12.2018-ci il) səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar qəbul edilməsi tarixi (28.01.2019-cu il tarixdə) arasındakı müddət 44 gündür. Bundan başqa, 24.12.2019-cu il tarixdə “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” qərarla aktın tərtibi müddəti 30 iş günü uzadılmış və səyyar vergi yoxlaması bağlı 10.02.2020-ci il tarixli akt qəbul edilmişdir (aktın qəbul edilməsi 12.03.2020-ci il tarixdə qəbul edilmiş “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərardan müəyyən olunur). Yəni 24.12.2019-cu il tarixdən 10.02.2020-ci il tarixdək 47 gün keçmişdir. Halbuki, qanunverciliyin tələblərinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə səyyar vergi yoxlamasının keçirilməsi və artırılması müddətləri “təqvim günü” ilə ifadə edilsə də, cavabdeh həmin müddəti “iş günü” kimi qəbul etmişdir. Güman ki, belə nəticəyə gəlməkdə cavabdeh Vergi Məcəlləsinin 38.4-cü maddəsini (səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir) rəhbər tutmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə “Səyyar vergi yoxlamasının iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi”nə dair müddəa həmin Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 və 90 günlük müddətlərin təqvim günü kimi başa düşülməli olduğunu istisna etmir. Başqa sözlə, qanunvericiliyin ifadə tərzinə və mənasına görə səyyar vergi yoxlaması yalnız iş günlərində və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməli olsa da, ümumilikdə 30 təqvim günü, müstəsna hallarda isə 90 təqvim günündən artıq davam etməməlidir. Cavabdeh vergi orqanı isə qanunvericiliyin tələblərini yanlış tətbiq edərək yoxlama müddətlərini iş günü ilə təyin etmişlər ki, bu da yoxlamanın qanunsuz olaraq uzadılması ilə nəticələnmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması aktı 29.04.2020-ci il tarixdə tərtib edilsə də, “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 04.06.2020-ci il tarixdə qəbul edilmişdir. Halbuki, qanunverciliyin tələblərinə əsasən yoxlama materiallarına baxılması və müvafiq qərar çıxarılması üçün nəzərdə tutulmuş müddət 10 gündür. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 50.1-ci bəndinə əsasən yoxlama materiallarına baxılması və müvafiq qərar çıxarılması üçün nəzərdə tutulmuş müddət 10 gün müəyyən edilmişdir. Məhkəmə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.06.2020-ci il tarixli, **********136929 nömrəli qərarla iddiaçıya hesablanmış mənfəət vergisi və tətbiq olunmuş maliyyə sanksiyası ilə bağlı aşağıdakıları qeyd edir: 29.04.2020-ci il tarixli, 1**********71529 nömrəli səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, “...Cəmiyyətin gəlirinin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər tam olmadığından cəmiyyətin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadı. Habelə Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi üsulları araşdırılarkən İddiaçı MMC ilə analoji vergi ödəyisini müəyyən etmək mümkün olmadı. Bununla əlaqədar Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03. 2001-ci il tarixli, 55 saylı və 04.04.2003-cü il tarixli, 42 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək cəmiyyətin mənfəəti hesablandı....Hesablanmış 229524,86 manat mənfəətdən 20% vergi dərəcəsi ilə büdcəyə 45904,97 manat vergi hesablandı.Cəmiyyət tərəfindən 2017-ci il üzrə hesablanmış 2765,72 manat mənfəət vergisi nəzərə alınmaqla mənfəət vergisi üzrə 43139,25 manat əlavə vergi hesablandı”. Eyni zamandan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.06.2020-ci il tarixli, **********136929 nömrəli qərardan müəyyən olunur ki, iddiaçıya mənfəət vergisi üzrə 43139,25 manat əlavə vergi hesablanmış və 21569,63 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə qeyd edir ki, vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6-cı maddəsinə əsasən vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7-ci maddəsinə əsasən vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8-ci maddəsinə əsasən vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1-ci maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2-ci maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3-cü maddəsinə əsasən fəaliyyət göstərilən ərazi. 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.7-ci maddəsinə əsasən əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.9-cu maddəsinə əsasən əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3-cü maddəsinə əsasən vergi yoxlaması materiallarına; 83.2.4-cü maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi yuxarıda qeyd olunan maddələrin tələbinə görə Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən səbəblərdən verginin hesablanması mümkün olmadıqda həmin maddədə və bu maddə ilə əlaqəli olaraq Məcəllənin 83-cü maddəsində ardıcıllıqla vergilərin bir neçə hesablama qaydası müəyyən edilmişdir. Vergi orqanı qeyd olunan maddələrdə sadalanan ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda digər qaydanı tətbiq etməli idi. Lakin göstərilənlərin əksinə vergi orqanı Məcəllə ilə müəyyən edilmiş ardıcıllığı pozaraq vergi qanunvericiliyində son tədbir kimi nəzərdə tutulan 67.14 və 83.9-cu maddələri tətbiq etməklə hesablama aparmışdır. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən və digər bu kimi qanuni tələblər yerinə yetirilmədikdə, vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə verginin məbləği həmin maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə olunmaqla hesablanır.» Cavabdeh səyyar vergi yoxlaması aktında qeyd etmişdir ki, “Vergi Məcəlləsinin 67ci maddəsinin tətbiqi üsulları araşdırılarkən İddiaçı MMC ilə analoji vergi ödəyicisi müəyyən etmək mümkün olmadı”. Məhkəmə cavabdehin “analoji vergi ödəyicisi müəyyən etmək mümkün olmadı” dəlilini əsassız hesab edir. Belə ki, cavabdehin qeyd olunan istiqamətdə (analoji vergi ödəyicisi müəyyən etməklə bağlı) hər hansı bir araşdırma aparmasını mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan sənədlərdən müəyyən etmək mümkün deyil. Başqa sözlə, “analoji vergi ödəyicisi müəyyən etmək mümkün olmadı” ifadəsi (halı) reallığa söykənmir və məhkəmə həmin ifadəni formal olaraq qeyd olunmuş kimi qiymətləndirir. Məhkəmənin qənaətinə görə cavabdeh birbaşa 67.14-cü maddəni tətbiq etməklə iddiaçı barəsində daha böyük məbləğdə vergilərin hesablanmasına nail olmuşdur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya hesablanmış mənfəət vergisi və tətbiq olunmuş maliyyə sanksiyası əsassızdır. Məhkəmə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.06.2020-ci il tarixli, **********136929 nömrəli qərarla iddiaçıya hesablanmış əlavə dəyər vergisi, aksiz vergisi və müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi bağlı aşağıdakıları qeyd edir: 29.04.2020-ci il tarixli, 1**********71529 nömrəli səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, yoxlanılan dövrdə (2017-2018-ci illər) 742.341,41 manat məbləğində əlavə dəyər vergisinin azaldılması (2017-ci il üzrə 173.368,10 manat, 2018-ci il üzrə 569.973,31 manat), 1.286.890,47 manat məbləğində aksizin azaldılması (2017-ci il üzrə 55.168,15 manat, 2018-ci il üzrə 1.231.722, 32 manat) müəyyən edilmişdir. Cavabdehin yazılı etirazından, eyni zamandan 29.04.2020-ci il tarixli, 1**********71529 nömrəli səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, əldə olunmuş elektron fayllardakı məlumatlara, “qara mühasibatlıq” sənədlərinə və mütəxəssis rəyinə əsasən iddiaçıya aksiz və əlavə dəyər vergisi üzrə vergi hesablanmışdır. Göründüyü kimi “qara mühasibatlıq” sənədləri iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsaslarından birini təşkil etmişdir. Məhkəmə “qara mühasibatlıq” sənədləri bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin cavabdeh inzibati orqan bunu etməyərək, hansısa “kağızlara” (həmin kağızlar cavabdeh tərəfindən yoxlaması aktına əlavə edilməmişdir) istinad etməklə qərar qəbul etmişdir. Məhkəmənin qənaətinə cavabdeh hansısa “kağızlara” istinad edərək iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmiş, həmin materiallar isə qara mühasibat sənədləri olmaqla vergi qanunvericiliyinin normalarına uyğun əldə olunmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, cavabdeh 15.04.2019-cu il tarixdə “Mütəxəssisin dəvət edilməsi” haqqında qərar qəbul etmiş və Azərbaycan Respublikasının Tikinti-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi qarşısında “01.07.2017-01.10.2018-ci illər əhatə olunmaqla dövr üzrə istehsal həcminin, istehsal edilmiş məhsulların istehsalı üçün çəkilmiş xərclərin real həcminin və maya dəyərinin müəyyənləşdirilməsi” sualı qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Tikinti-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 20.04.2020-ci il tarixli dəqiqləşdirilmiş mütəxəssis rəyinin təsdiq olunmuş surətində qeyd edilmişdir ki, mütəxəssis tədqiqatı ilə MMC-də yoxlama dövrü ərzində tədarük edilərək istehsal olunmuş üzüm məhsulundan hazırlanmış orta tündlük dərəcəsi 10,8% olan şərabın 0,7-litr həcmli şüşə butulkalarda istehsal həcmi 3.042.442 ədəd, 1,75-litr həcmli şüşə butulkalarda istehsal həcmi 7962 ədəd olaraq müəyyən edilmişdir. Həmin rəydən müəyyən olunur ki, mütəxəssis tərəfindən yalnız şərab xammalının həcminin 2143643,04 litr olduğu hesablanmış və elektrik enerjisi sərfiyyatına uyğun koefisient tətbiq edilməklə aylar üzrə sərfiyyat həcmi müəyyən edilərək MMC-nin yoxlama dövrü ərzində göstərdiyi çeşidlər üzrə satış həcmlərinin xüsusi çəkilərinə vurularaq çeşidlər üzrə istehsal həcmi hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikasının Tikinti-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 20.04.2020-ci il tarixli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 14.01.2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Tikinti-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 20.04.2020-ci il tarixli mütəxəssis rəyində istehsal edilmiş məsulların istehsalı üçün çəkilmiş xərclərin real həcmi və maya dəyəri müəyyən edilməmişdir. Eyni zamanda 20.04.2020-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydalarda istehsal həcminin müəyyən edilməsi mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə uyğun deyildir. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istiehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir.Lakin buna baxmayaraq 20.04.2020-ci il tarixli mütəxəssis rəyində məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatına uyğun şəkildə istehsal həcmi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi kimi hazırkı iddiaçıya məxsus müəssisədə müvafiq dövr ərzində spirtli içkilərin istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu, dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Belə ki, Azərbaycan Respublikasının Vergi Məsəlləsinin 12.3-cü maddəsində göstərilir ki, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Bu baxımdan məhkəməsi hesab edir ki, sərf olunan elektrik enerjisi vergitutma obyekti hesab edilmədiyindən, onun əsasında hesablanmış əlavə vergi də qanuni sayıla bilməz. Bundan başqa, cavabdeh 15.04.2019-cu il tarixdə “Ekspertizanın təyin edilməsi” haqqında qərar qəbul etmiş və Azərbaycan Respublikasının Tikinti-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti qarşısında “01.07.2017-01.10.2018-ci illər əhatə olunmaqla dövr üzrə malların satış qiymətinə əsasən satış dövriyyəsinin müəyyənləşdirilməsi” sualı qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Tikinti-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 20.04.2020-ci il tarixli dəqiqləşdirilmiş ekspert rəyinin təsdiq olunmuş surətində qeyd edilmişdir ki, ekspert araşdırılması ilə İdarə tərəfindən sualla qoyulmuş müddət ərzində tədarük edilərək istehsal olunmuş üzüm məhsullarından hazırlanmış orta tündlük dərəcəsi 10.8% olan şərabın 0,7-litr həcmli şüşə butulkalarda orta satış qiyməti 1,40 AZN, 1,75-lik həcmli şüşə butulkalarda orta satış qiyməti 2,50 AZN olaraq müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Tikinti-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 20.04.2020-ci il tarixli ekspert rəyini də mötəbər sübut kimi qəbul etmir. Belə ki, “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Ekspert rəyindən görünür ki, yoxlanılan dövr ərzində spirtli içkilərin satış qiyməti və sair haqqında digər məlumatların Azərbaycan Respublikasının internet saytlarına (www.bul.az, www.lalafo.az və sair) müraciət olunaraq öyrənildiyi, ekspert rəyində qiymətlərin yuxarıda göstərilən informasiyalara və MMC tərəfindən təsdiqlənmiş məlumatlara istinad edilərək göstərildiyi qeyd edilsə də, həmin məlumat mənbələrində olan qiymətlərin tələbi deyil, yalnız təklifi əks etdirdiyi nəzərə alınmamışdır. Bu məsələ mülki hüquqda aksepti olmayan oferta adlanır. Yəni, qeyd edilən məlumat mənbələrindəki informasiyalar əsas götürülməklə malın bazar qiyməti müəyyən edilə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti dedikdə, malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Ekspert yoxlanılan dövrə aid olmayan, yəni yoxlamanın aparıldığı dövrdə mövcud olmuş təklif üzrə qiymətlərə istinad etməklə verdiyi rəyi şübhə altına almışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, yoxlama dövrü 01.07.2017-01.10.2018-ci illəri əhatə etdiyi halda və tələblə təklifin heç də qeyd edilən dövrdə sabit qalması mümkün olmadığı halda, yəni qiymətlər qeyd olunan müddət ərzində qalxıb-enən istiqamətdə hərəkətdə olduğu halda, ümumilikdə həmin müddət ərzində vahid qiymətin müəyyən edilməsinin vergi orqanında şübhə doğurmaması, özü-özlüyündə məhkəmə üçün həmin rəyin sübut əhəmiyyətinin qeyri-mötəbər olması qənaətinə gəlmək üçün əsas verir. Yəni iddiaçının satışını həyata keçirdiyi malların (şərab və s) satış qiyməti heç də hər hansı orqan tərəfindən tənzimlənmir və tərəflərin könüllü iradə ifadəsi əsasında həyata keçirildiyini nəzərə aldıqda aylar üzrə dəyişkən qiymətlər müəyyən edilməli olduğunun şübhəsiz olduğu halda, vahid qiymət müəyyən edilməklə rəyin əsassız olduğunu təsdiq edir. Məhkəmə qeyd edir ki, cavabdeh ekspertiza təyin edənədək malların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş və hər hansı araşdırma aparmamışdır. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün vergi orqanı bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalədər. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə malların bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox aşağı və yuxarı dəyişdikdə bazar qiymətlərinin tətbiq olunması vergi orqanının səlahiyyətlərinə aiddir. Vergi Məcəlləsinin 14.9-cu maddəsinin tələbinə əsasən malın (işin, xidmətin), bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarında eyni xüsusiyyətli, eyni cinsli mallara görə iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. Başqa sözlə, vergi orqanı tərəfindən yuxarıda qeyd olunan halların heç biri həyata keçirilməmişdir.Yəni inzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası-malın satıldığı gündən 30 gün ərzində hansı oxşar malın daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.01.2021-ci il tarixli ekspert rəyində də qeyd olunmuşdur ki, ... “Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla bildirilir ki, vergi orqanı tərəfindən vergilərin hesablanması məqsədilə müəssisədə istehsal edilmiş spirtli içkilərin satış qiymətinin müəyyən edilmiəsi düzgün deyildir. Belə ki, bazar qiymətinin tətbiqolunma halları yuxarıda göstərilmişdir ki, həmin halın yaranması ilə bağlı iş materiallarında hər hansı bir sənəd və ya məlumat öz əksini tapmamışdır... Səyyar vergi yoxlaması ilə müəyyən olunmuş dövriyyənin (“qara mühasibatlıq” sənədləri, istehsal həcmi və bazar qiyməti ilə bağlı) müəyyən edilməsi qaydası isə yuxarıda da göstərildiyi kimi düzgün olmamışdır”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirər qeyd edir ki, cavabdeh tərəfində dəvət edilmiş ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, rəyin verilməsinə əsas olmuş məlumatlar internet səhifəsində yerləşdirilmiş məlumatlardan istifadə edilməklə verilmiş və tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Ekspertin istifadə etdiyi məlumatlar vergi orqanı üçün eyni dərəcədə əlçatan olsa da, vergi orqanı vergini hesablamamış və bunun üçün ekspertə müraciət etmişdir. Eyni zamanda, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Məhkəmə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.06.2020-ci il tarixli, **********136929 nömrəli qərarla iddiaçıya hesablanmış ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd edir: 29.04.2020-ci il tarixli, 1**********71529 nömrəli səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, yoxlanılan dövrdə (2017-2018-ci illər) 620,37 manat məbləğində ödəmə mənbəyində tutulan verginin azaldılması (2018-ci il üzrə 620,37 manat), 52,68 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin azaldılması (2018-ci il üzrə 52,68 manat) müəyyən edilmişdir. Məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.01.2021-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur: “Səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq 620,37 manat məbləğində ÖMV və 52,68 manat məbləğində MÖMV hesablanmışdır. Yoxlama aktının ÖMV və MÖMV bölmələrində aşağıdakılar göstərilmişdir: Yoxlama nəticəsində müəyyən olundu ki, cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 52,68 manat az hesablanmışdır. Buna görə də yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 52,68 manat əlavə vergi hesablandı. Yoxlama nəticəsində müəyyən olundu ki, cəmiyyətin yoxlanılan dövr üzrə daşınmaz əmlakın icarəsinə görə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslərə 19170,18 manat ödəmələri omuşdur ki, həmin məbləğlərdən də ödəmə mənbəyində 2683,83 manat vergi tutularaq büdcəyə hesablanmalı idi. Cəmiyyət tərəfindən isə bəyannamədə 14739,00 manat ödəniş göstərilərək 2063,46 manat vergi hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə büdcəyə çatası ödəmə mənbəyində tutulan vergi məbləği 620,37 manat az hesablanmışdır. Odur ki, yoxlama ilə büdcəyə 620,37 manat əlavə vergi hesablandı. Tədqiqatla təqdim edilmiş iş materiallarına əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan 620,37 manat məbləğində ÖMV-nin və 52,68 manat məbləğində MÖMV-nin az hesablanması müəyyən edilir”. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 04.06.2020-ci il tarixli, **********136929 nömrəli qərarın “ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində ləğv edilməsi üçün əsas yoxdur. Başqa sözlə, qeyd olunan hissədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyanın 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəlləyə əsasən: 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 70.1-ci maddəsinə əsasəm inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt qismən qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər Baş İdarəsinin 04.06.2020-ci il tarixli, **********136929 nömrəli qərarı “620,37 (altı yüz iyirmi manat otuz yeddi qəpik) manat məbləğində ödəmə mənbəyində tutulan vergi, 52,68 (əlli iki manat altmış səkkiz qəpik) manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesablanması və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. İPM-in 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər Baş İdarəsinin 04.06.2020-ci il tarixli, **********136929 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı “620,37 (altı yüz iyirmi manat otuz yeddi qəpik) manat məbləğində ödəmə mənbəyində tutulan vergi, 52,68 (əlli iki manat altmış səkkiz qəpik) manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesablanması və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 150 manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar