Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1083/2023 14.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin vəkili və nümayəndəsi X2 üçüncü şəxsin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddət DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanması” barədə iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddət DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işləmiş, Sovet İKP MK-nin və Nazirlər Sovetinin xx.xx.1968-ci il tarixli qərarına əsasən Masallı rayon Komitəsinin xx.xx.1983-cü il tarixli büro qərarı ilə DİO-na göndərilmiş, Azərbaycan Respublikası DİN-nin xx.xx.1983-cü il tarixli, 468 saylı əmri ilə DİO zabit heyətində işə qəbul olunmuşdur. Azərbaycan Respublikası DİN-nin 20.09.206-cı il tarixli, 1981 saylı əmri ilə Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 5-ci bəndinə, yəni xidmətdə olma müddətinin son yaş həddinə çatmağımla əlaqədar olaraq Biləsuvar rayon X4 və Şəxsiyyət Vəsiqəsi qrupunun inspektoru kimi polis polkovnik-leytenent rütbəsində xx.xx.2006-cı il il tarixdən 23 il 10 ay 2 təqvim günü hesabı ilə (imtiyazlı hesablama ilə 31 il 3 gün) işdən azad olunmaqla təqaüdə göndərilmişdir. Onun xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddət DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanmamışdır. Qanunun tələbinə əsasən həmin müddətin DİO-da mövcud xidməti staj illərimə hesablanmalıdır. Bu səbəbdən də həmin müddətin onun xidməti staj müddətinə hesablanması barədə qərar qəbul edilməsini istəyir. Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində göstərilir ki, “Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqnlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir”. Həmin Qanunun 2.3-cü maddəsində göstərilir ki, “Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühfizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublıikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür...". Həmin Qanunun 17.1-ci maddəsində göstərilir ki, “İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir”. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1.6 bəndinə əsasən Azərbaycan Kommunist partiyasının şəhər (rayon) Komitəsinin aparatında “instruktor” vəzifəsi İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrindən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər icra hakimiyyəti başçısı istisna olmaqla) aparatında “böyük məsləhətçi” vəzifəsinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən hər kəs pozulmuş hüquqların və azadlıqların bərpası tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir”. xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddət. DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun sabiq inspektoru, istefada olan polis polkovnikleytenantı İddiaçı xx.xx.1983-xx.xx.2006-cı il tarixədək daxili işlər orqanlarında xidmət etmiş və xx.xx.2006-cı il tarixdə xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar xidmətdən xaric edilmişdir. İddiaçı 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Silahlı Qüvvələrdə xidmət etmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Göründüyü kimi, iddiaçının xidmət müddəti təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla təqvimi hesablama ilə 25 il, 10 ay, 02 gün imtiyazlı hesablama ilə 31 il, 00 ay, 03 gün təşkil edir. Lakin İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü i! tarixədək Azərbaycan Respublikası Kommunist Partiyasının Masallı rayon komitəsində işlədiyi müddətin onun xidmət illərinə əlavə edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin tələbinə ziddir. Belə ki, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün xidmət müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən hesablanır. Həmin Qərarda keçmiş SSR Kommunist Partiyasının rayon komitələrində işləyən şəxslərin stajının daxili işlər orqanlarmdakı xidmət illərinə əlavə olunması nəzərdə tutulmamışdır. Daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən hesablanır. İddiaçının xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddət. DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanması tələbi üzrə iddiasının rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinə etiraz etmiş və onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi və üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “1980-1983- cü illərdə işlədiyi dövrlərin X3 işlədiyi xidməti illərə staj kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, 2-1 (120)-1083/2023 nömrəli iş üzrə iddia tələbi aşağıdakı faktiki və hüquqi əsaslara görə mümkünsüz sayılmalıdır. İddiaçı xx.xx.2019-cu il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək 1980- 1983-cü illərdə işlədiyi dövrlərin X3 işlədiyi xidməti illərə staj kimi hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən 23 avqust 2019-cu il tarixli **********9 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu müraciətə təkrar baxılaraq qeyd olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1 oktyabr 2006-cı il tarixində “polkovnik leytenant” rütbəsinə və “Biləsuvar RPŞ Q və ŞVQ-nun inspektoru” vəzifəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 31 il 3 gün xidmət müddətinə görə (təqvim üzrə xidmət illəri 23 il 10 ay 2 gün, güşətli xidmət illəri 7 il 2 ay 1 gün) təminat xərcliyinin (733,20 manat) 88 faizi-645,22 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. İddiaçı 1 mart 2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin 6 mart 2018-ci il tarixli 3761 nömrəli Sərəncamına əsasən sonuncu vəzifəsinə uyğun olaraq vəzifə maaşı 330,00 manata artırılması ilə əlaqədar -rütbə maaşı 134,00 manat; xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə-139,20 manat; məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə-115,50 manat; ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 782,70 manat təşkil etdiyi qeyd olunmuşdur. Həmçinin sözügedən məktubda əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumatlar iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən İdarəyə daxil olduqdan sonra baxıla biləcəyi barədə məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən iddiaçının əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1 -ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; 20 ildən artıq xidmət müddətinin (11 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi; İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 77 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (733,20 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (782,70 manat) arasındakı fərq məbləğinin (49,50 manat) 77 faizi-38,12 manat pensiyanın (645,22 manat) üzərinə əlavə olunmaqla 683,34 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat idarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və s. (Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il 5 saylı Qərarı). Subyektiv hüququn olubolmaması dedikdə iddiaçının tələbinə əsas verən hal, yəni cavabdehin hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması faktı mövcud olmalı və iddiaçı bu faktı sübut etməlidir. Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə uyğun olaraq 31 il 3 gün xidmət müddətinə görə (təqvim üzrə xidmət illləri 23 il 10 ay 2 gün, güzəştli xidmət illəri 7 il 2 ay 1 gün) təminat xərcliyinin (733,20 manat) 88 faizi- 645,22 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. Belə olan halda, İddiaçı “1980-1983-cü illərdə işlədiyi dövrlərin X3 işlədiyi xidməti illərə staj kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi mümkünsüz hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən, İddiaçı “1980-1983-cü illərdə işlədiyi dövrlərin X3 işlədiyi xidməti illərə staj kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Günəş Yusif qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddət DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanması” tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyildir. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddət. DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2006-cı il tarixli, 1981 ş/h nömrəli əmrinin surətindən görünür ki, polis polkovnik-leytenantı İddiaçı, Biləsuvar RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, “istefada olan polis polkovnikleytenantı” sayılmaqla, 22 sentyabr 2006-cı il tarixdən. 20 sentyabr 2006-cı il tarixə xidmət müddəti: təqvimi hesablama ilə 23 il, 10 ay, 02 gün, imtiyazlı hesablama ilə 31 il, 00 ay, 03 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2009-cu il tarixli, 27/3-2705-Ə245 nömrəli məktubundan görünür ki, Masallı rayon partiya orqanlarında işlədiyi müddəti daxili işlər orqanlarındakı xidmət müddətinə əlavə edilərək pensiya hesablanmasına yenidən baxılması barədə «Müstəqil -Respublika» qəzetindən DİN-nə daxil olmuş ərizəsinə Maliyyə Plan İdarəsində baxılmışdır. Qaldırılan məsələ ilə əlagədar arxiv pensiya işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Biləsuvar RPŞ-nin qeydiyyat və şəxsiyyət qrupunun inspektoru vəzifəsindən 22 sentyabr 2006-cı il tarixindən 31 il, 00 ay, 03 gün xidmətlə “yaşa” görə daxili işlər orqanlarından pensiyaya çıxarılmışdır. Keçmiş SSRİ KP MK-nin və Nazirlər Sovetinin 17 avqust 1962-ci il və 19 noyabr 1968-ci il tarixli qərarlarına əsasən yalnız partiya orqanlarında məsul vəzifə tutan və müttəfiq respublikaların, diyar və vilayət partiya komitələrinin fərdi qərarı rəhbər vəzifələrə (şəhər rayon daxili işlər şöbələrinin rəis və onun müavinləri) təyin olunan şəxslərin partiya orqanlarındakı iş stajları pensiya hesablanması üçün nəzərə alınan uzun müddətli xidmət stajina əlavə olunur. Masallı rayon partiya komitəsi bürosunun 29 aprel 1983-cü il tarixli qərarı ilə daxili işlər orqanlarında xidmətə tövsiyə olunmuş və xidmətə qəbul olunarkən Yardımlı RPŞ-nin, sosialist əmlakını dağıdanlarla mübarizə üzrə inspektor vəzifəsinə təyin edildiyinə görə xahişi müsbət həlli mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 0xx/xx-10871-1222 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1980-ci ildən 01,12.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddətin daxili işlər orqanlarındakı iş stajına əlavə olunması” barədə iddia tələbi ilə əlaqədar Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubunuza baxılmışdır. Biləsuvar Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun sabiq inspektoru, istefada olan “polis polkovnik-leytenantı” İddiaçı xx.xx.1951-ci ildə anadan olmuş, 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Silahlı Qüvvələrdə, xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı daxili işlər orqanlarında xidmət müddəti təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla təqvimi hesablama ilə - 25 il, 10 ay, 02 gün, imtiyazlı hesablama ilə - 31 il, 00 ay, 03 gün təşkil edir. Bildiririk ki, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün xidmət müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən hesablanır. Həmin Qərarda keçmiş SSR Kommunist Partiyasının rayon komitələrində işləyən şəxslərin stajının daxili işlər orqanlarındakı xidmət illərinə əlavə olunması nəzərdə tutulmadığından, İddiaçı Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddəti daxili işlər orqanlarındakı iş stajına hesablanmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 0xx/xx-13420-1222 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1980-ci il tarixdən 01,12.1983-cü il tarixə kimi Azərbaycan Respublikası Kommunist Partiyası Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddətin daxili işlər orqanlarındakı iş stajına əlavə olunması” barədə iddia tələbi ilə əlaqədar xidmət müddətinin dəqiqləşdirilməsi barədə Daxili işlər Nazirliyinə ünvanlanmış məktubunuza baxılmışdır. Bildiririk ki, 2006-cı ildə xaric olunan əməkdaşların xidmətdən əvvəl mülki ali təhsil müəssisələrində təhsil aldığı müddətin yarısı imtiyazlı xidmət illərinə daxil edildiyindən İddiaçı xidmətdən xaric olunması barədə DİN-in xx.xx.2006-cı il tarixli 1981 ş/h nömrəli əmrində xidmət müddəti təqvimi hesablama ilə 23 il, 10 ay, 02 gün qeyd edilmişdir. Hazırda təhsil müddətinin təqvimi iş stajına əlavə edildiyi nəzərə alınaraq sizə göndərilmiş məktubda İddiaçı təqvimi xidmət müddətinə təhsil vaxtının yarısı (2 il) əlavə olunmaqla 25 il, 10 ay, 02 gün qeyd edilmişdir. Əlavə olaraq bildririk ki, İddiaçı təqvimi xidmət müddəti 20 ildən artıq olduğundan onun pensiya təminatı imtiyazlı xidmət müddətinə (31 il, 00 ay, 03 gün) əsasən hesablanır və təqvimi xidmət müddətinin 23 və ya 25 il kimi qeyd edilməsi hər hansı hüquqi nəticəyə səbəb olmur. İşdə olan Azərbaycan Respublikası X7nin xx.xx.2023-cü il tarixli, 9-3/2-934/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasfnın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 1980-1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının Masallı rayon Komitəsinin Təşkilat şöbəsinin təlimatçısı vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda adıçəkilən Siyahının 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından İddiaçı 1980-1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının Masallı rayon Komitəsnin Təşkilat şöbəsinin təlimatçısı vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsi əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Qərarından göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.5 və 20.14-cü maddələrinin şərh olunmasını xahiş etmişdir. Adıçəkilən Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin— 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla. Sorğuda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinin tətbiqi zamanı pensiyaçının vaxtilə müvafiq vəzifədə olarkən almadığı və buna görə də məcburi dövlət sosial sığorta haqqı tutulmamış ödənclərin əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması məsələlərinə aydınlıq gətirilməsi zəruridir. Qərarın əsaslandırılması ilə bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi ilə təminat xərcliyinə (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi anlayış verilmişdir. Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarının 10-cu bəndinə əsasən zabit heyətinə mənsub şəxslərin, gizirlərin, miçmanların, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçuların daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərin 1992-ci il yanvarın 1-dək olan xidmət müddətləri onlardan ötrü uzun müddət xidmətə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” SSRİ Qanunu, “Uzun müddət xidmətin hesablanması və zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya, müavinət təyin edilməsi və verilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 24 iyul tarixli 725 nömrəli qərarı və “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət və bu hərbi qulluqçulara, rəis və sıravi heyətə mənsub şəxslərə və onların ailələrinə müavinətlər haqqında” SSRİ Nazirlər Sovetinin 1990cı il 15 dekabr tarixli 1290 nömrəli qərarı ilə qoyulmuş qaydada və şərtlərlə aid edilsin. 11ci bəndində bu qərar 1992-ci il yanvarın 1-dən qüvvəyə mindirilsin. Biləsuvar Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun sabiq inspektoru, istefada olan polis polkovnik-leytenantı İddiaçı xx.xx.1983-xx.xx.2006-cı il tarixədək daxili işlər orqanlarında xidmət etmiş və xx.xx.2006-cı il tarixdə xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar xidmətdən xaric edilmişdir. İş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının xidmət müddəti təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla təqvimi hesablama ilə 25 il, 10 ay, 02 gün imtiyazlı hesablama ilə 31 il, 00 ay, 03 gün təşkil edir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1 oktyabr 2006-cı il tarixində “polkovnik leytenant” rütbəsinə və “Biləsuvar RPŞ Q və ŞVQnun inspektoru” vəzifəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 31 il 3 gün xidmət müddətinə görə (təqvim üzrə xidmət illəri 23 il 10 ay 2 gün, güşətli xidmət illəri 7 il 2 ay 1 gün) təminat xərcliyinin (733,20 manat) 88 faizi-645,22 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddəti DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanmasını xahiş etmişdir. Məhkəmə sorğusuna cavab olaraq X7 tərəfindən məhkəməyə ünvanlanan 9-3/2- 934/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasfnın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1 -ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 1980-1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının Masallı rayon Komitəsinin Təşkilat şöbəsinin təlimatçısı vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda adıçəkilən Siyahının 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından İddiaçı 1980-1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının Masallı rayon Komitəsnin Təşkilat şöbəsinin təlimatçısı vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmiş olsaydı iddiaçı hal-hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olardı. Lakin işdə olan sənədlərə əsasən iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1 oktyabr 2006-cı il tarixində “polkovnik leytenant” rütbəsinə və “Biləsuvar RPŞ Q və ŞVQnun inspektoru” vəzifəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, iddiaçıya pensiya təyin edilən zaman xidmət müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən hesablanır. Həmin Qərarda keçmiş SSR Kommunist Partiyasının rayon komitələrində işləyən şəxslərin stajının daxili işlər orqanlarındakı xidmət illərinə əlavə olunması nəzərdə tutulmamışdır. Belə olan halda, iddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddət DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1980-cı il tarixdən xx.xx.1983cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddət. DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası KP Masallı rayon komitəsində təlimatçı vəzifəsində işlədiyi müddət DİO-na işlədiyi xidməti illərə staj kimi hesablanması” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1083/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1083/2023
14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver