Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1095/2025 22.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2018ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyevküçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyim saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-cl illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə ona verilən məzuniyyət hüququm pozulmaqla əlavə ödənişli məzuniyyət haqlarım olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 - 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Gömrük İdarəsində 2015-ci ildən 2023-cü ilin sentyabr ayının 6-dək baş müfəttiş vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində heç bır töhmət və xəbərdarlıq almamış.2023-cü ilin sentyabr ayında işdən azad olunarkən son haqq hesabının verilməsi ilə əlaqədar hüquqları pozulmuşdur.Belə ki, 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqı verilməmişdir. Bundan başqa o, Biləsuvar Gömrük İdarəsində 2015-2022-cİ illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə ona verilən məzuniyyət hüququ pozulımaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik verilməmişdir. Tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 30 aprel 2024-cü il tarixdə ərizə pretenziya göndərilsə də heç bır cavab verilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı X4 (bundan sonra - iddiaçı) Dövlət Gömrük Komitəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cu il tarixədək hər ay gecə növbəsində işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının və 2015- 2022-ci illər ərzində məzuniyyət haqqı olan 490.34 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Biləsuvar Gömrük İdarəsində baş müfəttiş vəzifəsində çalışmışdır. Həmin dövrdə heç bir töhmət və xəbərdarlıq almamışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay gecə növbəsinə çıxsa da işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat məbləğində olan əmək haqqı Ödənilməmişdir. Bundan başqa 2015-2022-ci illər ərzində məzuniyyət hüququ pozulmuşdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Hazırkı iş üzrə cavabdeh olaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi- hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamaiı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Belə ki, iddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə cavabdehə müraciət etmədən Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı hazırki iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.Yuxanda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məktub ünvanlamışdır. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş Hüseynov X2 şəhəri, X11 küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE №0114019 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 9-3/2-2795/2024 nömrəli məktubunda göstərilmişdir ki, 2015-2023-cü illərdə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində, Cənub Ərazi Baş Gömrük İdarəsinin X9, Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində baş müfəttiş vəzifəsində iş müddətilə bağlı bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. Adıçəkilən Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən 2015-2023-cü illərdə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində, Cənub Ərazi Baş Gömrük İdarəsinin X9, Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində baş müfəttiş vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-33/2-017850/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xüsusi rütbəli şəxs olmadığından qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun barəsində məlumat vərəqi doldurulmamışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 287251/2024 saylı məktubunda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 2-1 (120)-3611/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Müraciətə əsasən vətəndaş İddiaçı (Biləsuvar, № 324676) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 100/182Ş nömrəli əmrdən görünür ki, 1956-cı il təvəllüdlü, ali təhsilli İddiaçı ştat cədvəlinə müvafiq maaşla, 3 aylıq sınaq müddəti ilə X7 İdarəsinin baytarlıq xidməti bölməsinin baş müfəttişi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-33-1500/2-001018/2024 nömrəli məktubun ilə məhkəməyə İddiaçı əmək məzuniyyətində olması və iş qrafiki barədə X10 tərəfindən hazırlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il tarixli tabel məlumatları göndərilmişdir. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 155/084E nömrəli əmrdən görünür ki, X8 baytarlıq xidməti bölməsinin baş müfəttişi İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan xidmət illəri üçün xx.xx.2015-ci il tarixdən 30 (əsas gün: 30) təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1800/161E nömrəli əmrdən görünür ki, X8 baş müfəttişi İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan xidmət illəri üçün xx.xx.2020-ci il tarixdən 15 təqvim günü (əsas gün 15) müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1800/161E nömrəli əmrdən görünür ki, X8 baş müfəttişi İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan xidmət illəri üçün xx.xx.2020-ci il tarixdən 15 təqvim günü (əsas gün 15) müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1800/151E nömrəli əmrdən görünür ki, X8 baş müfəttişi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan xidmət illəri üçün xx.xx.2021-ci il tarixdən 17 təqvim günü (əsas gün 17) müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1800/562E nömrəli əmrdən görünür ki, X8 baş müfəttişi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan xidmət illəri üçün xx.xx.2021-ci il tarixdən 15 təqvim günü (əsas gün 13, əlavə gün 2) müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1800/521E nömrəli əmrdən görünür ki, X8 baş müfəttişi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan xidmət illəri üçün xx.xx.2022-ci il tarixdən 18 təqvim günü (əsas 15 gün, əlavə gün 3) müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1800/095E nömrəli əmrdən görünür ki, X8 baş müfəttişi İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan xidmət illəri üçün xx.xx.2022-ci il tarixdən 15 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1800/119E nömrəli əmrdən görünür ki, X8 baş müfəttişi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan xidmət illəri üçün xx.xx.2023-cü il tarixdən 36 (əsas 30 gün, əlavə gün 6) təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1000/892Ş nömrəli əmrdən görünür ki, X8 baş müfəttişi İddiaçı dövlət büdcəsindən maliyyələşən müəsisələrdə çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2023-cü il tarixdən işdən azad olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Hüseynov X3 Biləsuvar Gömrük İdarəsinin baytarlıq xidməti bölməsinin baş müfəttişi vəzifəsinə xx.xx.2015-ci il tarixdə təyin edilmiş, müvafiq vəzifədə uzun illər işləmiş və X8 baş müfəttişi vəzifədövlət büdcəsindən maliyyələşən müəsisələrdə çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2023-cü il tarixdən işdən azad olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyim saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtin edildikdən sonra iddiaçı məhkəməyə müvafiq tələblə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: 2018-ci ilin may ayının 10dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının hesablanaraq ödənilməsi və Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə 5 aprel 2001-ci il tarixli, 74 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin.
2. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əlavə haqq bu qərarla müəyyən edilmiş həddə (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən daha yüksək həddin müəyyən edildiyi hallar istisna olmaqla), digər müəssisə, idarə və təşkilatlarda isə həmin həddən aşağı olmayaraq ödənilsin.
3. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilsin. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
3. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Gömrük orqanlarının vəzifəli şəxslərinin arasında xidmət münasibətlərinin tənzimlənməsi məqsədi ilə bu orqanlarda kiçik heyət, orta, baş və ali rəis heyəti vəzifələri və bu vəzifələrə müvafiq xüsusi rütbələr müəyyən edilir.
9. Gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir.
80. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.
81. Xidmət şəraitindən asılı olaraq gömrük orqanlarının vəzifəli şəxslərinin bəzi kateqoriyalarına qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Belə vəzifəli şəxslərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
82. Müstəsna hallarda gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada iş vaxtından artıq işlərə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işə cəlb oluna bilərlər. Belə hallarda onların əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.
83. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada boş vəzifəni müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər.
93. Gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.
96. Gömrük orqanlarının rəhbərləri xidmətdə fərqlənməyə, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə görə gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına əmək haqqı fondu daxilində 50 faiz həcmində əlavələr təyin edə bilərlər.
131. Gömrük orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən edilmiş mənbələrdən yaranan gömrük sisteminin büdcədənkənar inkişaf fondu və dövlət büdcəsi ilə nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin "Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular” barədə 5-ci maddəsinə əsasən:
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi” barədə 164-cü maddəsinin tələbinə görə:
1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; - aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Göründüyü kimi, qanunverici iddiaçının iddia etdiyi yuxarıda sadalanan günlərdə işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət gününün verilə biləcəyini istisna etmir. Qeyd olunduğu kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məhkəməyə X8 baş müfəttişi işləmiş İddiaçı işlədiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək hər ay axşam, gecə növbəsi ilə bağlı hər hansı əmr və göstərişin olmaması bildirilmişdir. İddiaçı 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlarda işləməsi barədə şifahi qaydada məlumat vermiş, ona axşam və gecə növbəsi verildikdən sonra, növbəti gün istirahət günü verilmədiyini bildirmişdir, lakin məhkəmə tərəfindən verilmiş sorğular əsasında bu məlumat təsdiq edən hər hansı məlumat təqdim edilməmişdir, həmçinin iddiaçı tərəfindən bu barədə əsaslı sübut təqdim edilməmişdir, məhkəməyə bunu təkzib edən heç bir sənəd verilməmişdir. Cavabdeh orqan tərəfindən isə xx.xx.2024-cü il tarixli, 3-33-1500/2- 001018/2024 nömrəli məktubla İddiaçı əmək məzuniyyətində olması və iş qrafiki barədə X10 tərəfindən hazırlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli tabel məlumatları göndərilmişdir, digər tabel məlumatları təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqı”nı tələb etməkdə haqlı deyildir. Bundan başqa, iddiaçı Hüseynov X2 Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdeh tərəfindən yerinə yetirilməsini tələb edir. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin X9 baş müfəttiş vəzifəsində işlədiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi işlədiyi illər aralıları üçün ödənişli əlavə məzuniyyət haqqının hesablama cədvəli tərtib edərək göstərmişdir ki, xx.xx.2015-xx.xx.2016-cı illər aralığı 6 gün üçün 40.36 manat, xx.xx.2016-xx.xx.2017-ci illər aralığı 6 gün üçün 50.56 manat, xx.xx.2017xx.xx.2018-ci illər aralığı 6 gün üçün 40.3652.56 manat, xx.xx.2018-xx.xx.2019-cı illər aralığı 6 gün üçün 54.60 manat, xx.xx.2020-xx.xx.2021-ci illər aralığı 6 gün üçün 61.44 manat, xx.xx.2021-xx.xx.2022-cı illər aralığı 6 gün üçün 118.08 manat, cəmi 42 gün üçün 490.34 manat pul məbləği hesablamışdır. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 84-ci bəndinə əsasən, Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıda göstərilən məzuniyyətlər verilir: 1) hər il verilən əsas məzuniyyət; 2) əlavə məzuniyyətlər; 3) sosial məzuniyyətlər; 4) təhsil almaqla və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; 5) ödənişsiz məzuniyyət. Məzuniyyət müddəti təqvim günü ilə hesablanır.
85. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə illik əsas məzuniyyət verilir.
86. Xidmətin birinci ili üçün gömrük orqanlarının vəzifəli şəxslərinin əsas məzuniyyət hüququ onların xidmətə daxil olduqları andan etibarən 6 ay xidmətdən sonra əmələ gəlir. Xidmətin ikinci və sonrakı illəri üçün məzuniyyət təqvim ilinin istənilən vaxtında, məzuniyyətlərin verilməsi növbəsinə müvafiq surətdə verilə bilər.
87. Gömrük orqanlarının vəzifəli şəxslərinin keçirilmiş məzuniyyətini növbəti xidmət ili üçün verilən əsas məzuniyyətlə birləşdirmək olar.
88. Xidməti zərurətlə əlaqədar olaraq məzuniyyətdə olan gömrük orqanının vəzifəli şəxsi məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma müvafiq əmrlə rəsmiləşdirilir. Belə halda məzuniyyətdən geri çağırılan vəzifəli şəxsə işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri verilir.
89. Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda gömrük orqanlarında xidmət illərinə görə ödənişli əlavə məzuniyyət verilir: 1) 5 ildən 10 ilədək xidmət illərinə görə - 3 təqvim günü; 2) 10 ildən 15 ilədək xidmət illərinə görə - 5 təqvim günü; 3) 15 ildən 20 ilədək xidmət illərinə görə - 10 təqvim günü; 4) 20 il və daha çox xidmət illərinə görə - 15 təqvim günü.
90. Gömrük orqanının vəzifəli şəxsinin arzusu ilə əlavə məzuniyyət əsas məzuniyyətlə cəmlənərək birlikdə verilə bilər.
91. Gömrük orqanının vəzifəli şəxsi müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 85ci maddəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir.
92. Gömrük orqanlarının vəzifəli şəxslərinə sosial, yaradıcılıq və təhsil, habelə ödənişsiz məzuniyyətlərin verilmə qaydası və onların müddəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir. İddiaçı iddia tələbində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsini xahiş etsə də, yuxarıda qeyd edilmiş Əsasnamənin müvafiq bəndlərinə əsasən məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçının işlədiyi müvafiq vəzifə üzrə ona əmək məzuniyyəti verilən zaman, Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən deyil, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müvafiq normaları tətbiq edilir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Məhkəməyə təqdim edilmiş tabel məlumatları və əmək məzuniyyətləri barədə əmrlər üzrə 2019-2023-cü il tarixdə iddiaçıya verilmiş əmək məzuniyyətləri barədə məlumatlar ətraflı göstərilmişdir, 2015-2018-ci illər üzrə əmək məzuniyyətləri barədə məlumatlar təqdim edilməmişdir. Lakin, iddiaçının tərtib etdiyi cədvəl üzrə göstərdiyi 2015-2022-ci illər üzrə hər təqvim ili üzrə əlavə ödənişli 6 gün əmək məzuniyyətinin hesablanaraq ona məbləğin ödənilmədiyini iddia etmişdir, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 89-cu bəndinə əsasən, Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda gömrük orqanlarında xidmət illərinə görə 5 ildən 10 ilədək xidmət illərinə görə - 3 təqvim günü əlavə ödənişli məzuniyyət verilməsi göstərilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçıya 2020-ci il tarixdən 3 təqvim günü əlavə ödənişli məzuniyyət hesablanmağa başlanmışdır. Qeyd olunanlara istinadən məhkəmə İddiaçı “Biləsuvar Gömrük İdarəsində 2015- 2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbini də əsaslı hesab etmir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12.1 -ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (maddə 89.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iş materiallarında olan həm cavabdeh, həm də iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya qarşı 2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi ilə bağlı qanunsuz hərəkət və yaxud hərəkətsizliyə yol verilməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd olmadığından, bunun nəticəsində iddiaçıya hər hansı bir maddi ziyanın vurulması istisna edildiyindən iddiaçının “2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi” tələbləri rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2018-ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyim saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2018ci ilin may ayının 10-dan 2023-cü ilin sentyabr ayının 6-dək hər ay onun axşam və gecə növbəsi, artıq işlədiyi saatlar üçün ümumilikdə 24.598 manat əmək haqqının, Biləsuvar Gömrük İdarəsində 2015-2022-ci illər ərzində işləyərkən Əmək Məcəlləsinə görə verilən məzuniyyət hüququnun pozulmaqla əlavə ödənişli məzuniyyət haqları olan 490 manat 34 qəpik pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova