Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-11/2024 23.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 - 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi əsasında iddia dəyişdirilərək “vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” kimi qəbul olunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli, **********197369 saylı qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktına əsasən Cəmiyyət 2017-ci il üzrə 44,865.56 manat mənfəət vergisi, 2017-ci il üzrə 29,392.34 manat əlavə dəyər vergisi və 2018-ci il üzrə 134,233.76 manat əlavə dəyər vergisi olmaqla, cəmi 208491.66 manat vergilər üzrə və 104245.83 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli, **********197369 saylı qərarı əsassiz olduğundan ləğv edilməlidir. Belə ki, 2017-ci ilin sentyabr ayı üzrə ƏDV hesablanan məbləğ 35,460.33 manat, ƏDV isə 6,382.86 manat olmuşdur. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 62.027.48 manat, ƏDV isə 11,164.94 manat təşkil edir. Həmçinin idxal əməliyyatları üzrə ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş ƏDV məbləği 9,257.40 manat təşkil edir. Yekun olaraq 2017-ci ilin sentyabr ayı üzrə 14,039.48 manat pul vəsaiti (ƏDV) büdcədən qaytarılmalıdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktda isə əsassız olaraq həmin dövr üzrə büdcədən qaytarılmalı olan ƏDV məbləği 17,652.83 manat müəyyən olunmuşdur. Eyni zamanda 2017-ci ilin dekabr ayı üzrə ƏDV hesablanan məbləğ 116,608.70 manat, ƏDV isə 20.989.57 manat olmuşdur. ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatların əsas məbləği 81,661 manat, ƏDV isə 41,19 manat təşkil edir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 59.775.90 manat, ƏDV isə 10,489.66 manat təşkil edir. İdxalda ƏDV-yə cəlb olunmuş mallara görə 16.173.85 manat ƏDV ödənilməsi təmin edilmişdir. Yekun olaraq 2017-ci ilin dekabr ayı üzrə 5.632.75 manat pul vəsaiti (ƏDV) büdcədən qaytarılmalıdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktda isə əsassız olaraq həmin dövr üzrə büdcəyə ödənilməli olan ƏDV məbləği 21,873.57 manat müəyyən olunmuşdur. Həmçinin 2018-ci ilin sentyabr ayı üzrə ƏDV hesablanan məbləğ 111,728.81 manat, ƏDV isə 20,111.19 manat olmuşdur. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 55.347.74 manat, ƏDV məbləği isə 9,819.24 manat təşkil edir. Yekun olaraq 2018-ci ilin sentyabr avı üzrə 10,291.95 manat ƏDV büdcəyə ödənilməlidir. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktda isə əsassız olaraq həmin dövr üzrə büdcəyə ödənilməli olan ƏDV məbləği 130,243.42 manat müəyyən olunmuşdur. Beləliklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əsassız olaraq - 143,844.45 manat məbləğdə əlavə ƏDV hesablanmışdır. Eyni zamanda qeyd edirik ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2017-ci il üzrə malların təqdim edilməsindən əldə etdiyi gəliri 1,280,016.41 manat olmuşdur. Həmin məbləğə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi əsas götürülməklə hesablama aparıldıqda 2017-ci il üzrə ödənilməli olan mənfəət vergisinin ümumi məbləği 42,667.21 manat təşkil edir. Buna baxmayaraq Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktda mötəbər olmayan qiymətləndirmə rəyinin məlumatları əsas götrülmüş, bununla da heç bir əsas olmadan Cəmiyyətin 2017-ci il üzrə gəliri 1,408,752.98 manat müəyyən edilmiş və nəticədə Cəmiyyətə əsassız olaraq 46,958.44 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əsassız olaraq - 4,291.23 manat məbləğdə əlavə mənfəət vergisi hesablanmışdır. Eyni zamanda qeyd olunan qərar əsasında Cəmiyyətin bütün hesablaşma hesablarına sərəncam qoyulmuşdur ki, bunun da nəticəsində Cəmiyyətin fəaliyyətində ciddi çətinliklər yaranmışdır. Belə ki, Cəmiyyətin bütün hesablaşma hesablarına sərəncam qoyulması səbəbindən Cəmiyyətin digər təsərrüfat subyekləri ilə hesablaşmalarını həyat keçirə bilməməsi nəticəsində 100 nəfərdən artıq işçinin əmək haqlarının ödənilməsi, elecədə digər öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olmayan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin qeyd edilən 3.11-ci maddəsinin tələbinə görə vergi haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd olunan Məcəllənin 54.0.2-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası İPM-nin 32ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qərar qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli, **********197369 saylı qərarından Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 31 mart 2020-ci il tarixdə yuxarı vergi orqanına şikayət verilmişdir. Həmin şikayətə baxılması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyindən 01 may 2020-ci il tarixdə elektron formada təqdim edilmiş məktubda qeyd olunmuşdur ki, Səyyar vergi yoxlaması nəticəsində hesablanmış külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkən yayındırılması faktı üzrə xx.xx.2020-ci il tarixdə cinayət işi başlanıldığından qeyd olunan şikayətə Vergilər Nazirliyndə baxıla bilməz. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95manat məbləğində artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” xx.xx.2018-ci il tarixli, **********169412 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama müəssisənin direktoru X5 və baş mühasibi X9 tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, bank-kassa mədaxil-məxaric sənədləri, qaimə fakturalar, VHF-iar, dövriyyə cədvəlləri, maddi-məsul şəxslərin resabatları, baş kitab və vergilərin hesablanılması üçün lazım olan digər sənədlər əsasında aparılmışdır. Müəssisənin direktoru vəzifəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək X10, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X11, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X5 işləmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********169412 nömrəli qərar vergi ödəyicisi ilə tanış etdirilmiş, imza və möhürlə təsdiqlənmişdir. xx.xx.2018-ci il tarixli, KY18131717 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri, növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********663600 nömrəli bildiriş və Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2018-ci il tarixli, **********169452 nömrəli Tələbnamə xx.xx.2018-ci il tarixli xəbərnaməli məktubla vergi ödəyicisinin hüquqi ünvanına göndərilmiş və vergi ödəyicisi tərəfindən qəbul edilməklə imzalanmışdır. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2019-cu il tarixli, **********175322 nömrəli qərar çıxarılmış və Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********194069 nömrəli Protokol tərtib edilmiş, vergi ödəyicisinin nümayəndəsi tərəfindən imza olunmuşdur. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının baxışının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********177967 nömrəli qərar əsasında müşahidəçi qismində iştirak etmiş Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan X1 və ünvan 1 ünvanda yaşayan X4 iştirakı ilə müəssisənin Lənkəran rayonu, Nərimanabad ŞTQ ünvanında yerləşən obyektinə baxış keçirilmiş və nəticəsi xx.xx.2019-cu il tarixli protokolla rəsmiləşdirilmişdir. Zərurət yarandığı üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətindən yoxlamaya ekspert dəvət edilmişdir. Ekspert tərəfindən müəssisə tərəfindən idxal və tədarük olunmuş balıq məhsullarının bazar qiymətləri müəyyənləşdirilmiş və xx.xx.2019-cu il tarixli, MB 12-302 №-li rəy təqdim olunmuşdur. Yoxlama zamanı həmin rəy nəzərə alınmaqla hesablamalar aparılmışdır. Müəssisə tərəfindən ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə ilə 6 saylı Ərazi Vergilər idarəsinə müraciət olunmuş, qüvvəyə minmə tarixi xx.xx.2015-ci il olmaqla xx.xx.2015-ci il tarixli, **********7 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. Yoxlamanın əhatə etdiyi dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim olunan ƏDV bəyannamələrində satış dövriyyəsi 936285.4 manat, ƏDV məbləği 168531.4 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyə 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləği 196267.4 manat, büdcədən hesablanan ƏDV məbləği 27736,0 manat göstərilmişdir. Yoxlama ilə ƏDV tutulan dövriyyənin 1841973.4 manat, ƏDV məbləğinin 331555.2 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyənin 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləğinin 195665.1 manat, büdcəyə çatası ƏDV məbləğinin 135890.1 manat olması müəyyən edilmişdir. Nəticədə ƏDVnin 163626.1 min manat (29392.3+134233.8) əskik hesablandığı müəyyən olunmuşdur. Xərcləri təsdiq edən sənədlər tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış, bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-cü il tarixli 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-cı il üzrə gəliri 1408752.98 manat, xərcləri 1173960.81 manat (o cümlədən əmək haqqı 252270 manat, sosial sğorta 55499.40 manat, malın dəyəri 702791 manat və digər xərc 163400 manat) vergiyə cəlb olunan mənfəət 234792.17 manat, mənfəət vergisinin 46958.44 manat (234792.17*20%) olması müəyyən olunmuşdur. 2017-ci il mənfəət vergisi bəyannaməsində hesablanmış 2092.87 manat mənfəət vergisi nəzərə alınmaqla 44865.57 manat (469xx.xx-2092.87) mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə vergilərin ümumilikdə 208491.66 manat, o cümlədən mənfəət vergisinin 44865.56 manat, əlavə dəyər vergisinin 163626.10 manat azaldıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 208491.66 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 104245.83 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində qeyd olunan dəlillərə konkret olaraq münasibət bəsləmək üçün aşağıdakıların qeyd olunmasını zəruri hesab edirik: iddia ərizəsində qeyd olunmuşdur ki: 1) “Belə ki, 2017-ci ilin sentyabr ayı üzrə ƏDV hesablanan məbləğ 35460.33 manat, ƏDV isə 6382.86 manat olmuşdur. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 62027.48 manat, ƏDV isə 11164.94 manat təşkil edir. Həmçinin idxal əməliyyatları üzrə ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş ƏDV məbləği 9257.40 manat təşkil edir. Yekun olaraq 2017-ci ilin sentyabr ayı üzrə 14039.48 manat pul vəsaiti (ƏDV) büdcədən qaytarılmalıdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli Aktda isə əsassız olaraq həmin dövr üzrə büdcədən qaytarılmalı oln ƏDV məbləği 17652.83 manat müəyyən olunmuşdur”. Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçı özünün təqdim etdiyi 2017-ci il sentyabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV hesablanan məbləğ 4252.42 manat, ƏDV 765.43 manat, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 54239.60 manat, ƏDV-nin isə 9763.13 manat olduğunu qeyd etmişdir. Göründüyü kimi iddiaçı özü tərəfindən təqdim olunan bəyannamədəki məlumatları iddia ərizəsi ilə birmənalı şəkildə təkzib edir və təqdim etdiyi bəyannamədəki məlumatların təhrif olunmuş məlumat olduğunu etiraf edir. Bununla yanaşı da iddiaçı iddia ərizəsində qeyd olunan rəqəmlərin, məlumatların və dəlillərin hüquqi və faktiki əsası barədə heç bir əsaslandırma aparmamışdır. Bu nöqteyi nəzərdən də iddiaçı yekun olaraq 2017-ci ilin sentyabr ayı üzrə 14039.48 manat pul vəsaitinin (ƏDV-nin) büdcədən qaytarılması qənaətinə gəlmişdir. Halbuki iddiaçı təqdim etdiyi bəyannamənin 325-ci sətrində 18255.09 manat məbləğində ƏDVnin büdcədən qaytrarılması barədə bəyan əks etdirmişdir. Həm dövr üzrə büdcədən qaytarılan vəsaitin 17652.8 manat olduğunu nəzərə alsaq, 602.3 manat verginin yayındığını müəyyən etmiş oluruq. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki: 2) “2017-ci ilin dekabr ayı üzrə ƏDV hesablanan məbləğ 116608.70 manat, ƏDV isə 20989.57 manat olmuşdur. ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatların əsas məbləği 81661 manat, ƏDV isə 41.19 manat təşkil edir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 59775.90 manat, ƏDV isə 10489.66 manat təşkil edir. Həmçinin idxalda ƏDV-yə cəlb olunmuş mallara görə 16173.85 manat ƏDV ödənilməsi təmin edilmişdir. Yekun olaraq 2017-ci ilin dekabr ayı üzrə 5632.75 manat pul vəsaiti (ƏDV) büdcədən qaytarılmalıdır”. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktda isə əsassız olaraq həmin dövr üzrə büdcəyə ödənilməli olan ƏDV məbləği 21873.57 manat müəyyən olunmuşdur”. Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçı tərəfindən təqdim edilən 2017-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV hesablanan məbləğ 116680.7 manat, ƏDV 20989.57 manat, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 65453.81 manat, ƏDV-nin isə 11781.69 manat olduğunu qeyd etmişdir. Səyyar vergi yoxlaması ilə isə ƏDV hesablanan məbləğ 276553.6 manat, ƏDV 49779.65 manat, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 65179 manat, ƏDV isə 11732.22 manat, idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ 89854.76 manat, ƏDV isə 16173.86 manat, büdcəyə ödənilməli ƏDV məbləği isə 21873.57 manat (49779.65- 11.732.22- 16173.86=21873.57) manat müəyyən olunmuşdur. Nəticədə ƏDV-nin 28790.1 manat (6916.5+21873.6) əskik hesablandığı müəyyən olunmuşdur. Eyni zamanda təkrar olaraq bildiririk ki, qeyd olunan dövr üzrə təqdim olunan bəyannamədə iddiaçı Vergi Məcəlləsinin 175.1-ci maddəsi üzrə alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləği təkzib edən məbləği iddia ərizəsində qeyd etməklə bəyannamədəki məlumatları iddia ərizəsi ilə birmənalı şəkildə təkzib edir və təqdim etdiyi bəyannamədəki məlumatların təhrif olunmuş məlumat olduğunu etiraf edir. Bununla yanaşı da iddiaçı iddia ərizəsində qeyd olunan rəqəmlərin, məlumatların və dəlillərin hüquqi və faktiki əsası barədə heç bir əsaslandırma aparmamışdır. Digər tərəfdən iddiaçının iddia ərizəsində qeyd etdiyi “ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatların əsas məbləği 81661 manat, ƏDV isə 41.19 manatdır" ifadəsində ki, 41.19 manat verginin hesablanması ilə bağlı mövqe yanlış fikir olaraq, vergi ilə ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatların ümumi əməliyyatlardakı faiz nisbəti səhv salınmışdır. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki: 3) “2018-ci ilin sentyabr ayı üzrə ƏDV hesablanan məbləğ 111728.81 manat, ƏDV isə 20111.19 olmuşdur. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 55347.74 manat, ƏDV isə 9819.24 manat təşkil edir. Yekun olaraq 2018-ci ilin sentyabr ayı üzrə 10291.95 manat ƏDV büdcəyə ödənilməlidir”. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli Aktda isə əsassız olaraq həmin dövr üzrə büdcəyə ödənilməli oaln ƏDV məbləği 130243.42 manat müəyyən olunmuşdur”. Buna münasibət bəsləyərək bildirilir ki, iddiaçı tərəfindən təqdim edilən 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV hesablanan məbləğ 28900 manat, ƏDV 5202 manat, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış electron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 51068.56 manat, ƏDV-nin isə 9192.34 manat olduğunu qeyd etmişdir. Səyyar vergi yoxlaması ilə isə ƏDV hesablanan məbləğ 774643.10 manat, ƏDV 139435.8 manat, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 51068.56 manat, ƏDV isə 9192.34 manat, büdcəyə ödənilməli ƏDV məbləği isə 130243.46 manat (139435.8-9192.34 =130243.46) manat müəyyən olunmuşdur. Nəticədə ƏDV-nin 134233.8 manat (3990.3+130243.5) əskik hesablandığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı bu dövr üzrə də özü tərəfindən təqdim olunan bəyannamədəki məlumatları iddia ərizəsi ilə birmənalı şəkildə təkzib edir və təqdim etdiyi bəyannamədəki məlumatların təhrif olunmuş məlumat olduğunu etiraf edir. Bununla yanaşı da iddiaçı iddia ərizəsində qeyd olunan rəqəmlərin, məlumatların və dəlillərin hüquqi və faktiki əsası barədə heç bir əsaslandırma aparmamışdır. Bu nöqteyi nəzərdən də iddiaçı iddia ərizəsində yekun olaraq 2018-ci ilin sentyabr ayı üzrə 10291.95 manat ƏDV-nin büdcəyə ödənilməsi qənaətinə gəlmişdir. Halbuki təqdim etdiyi bəyannamənin 325-ci sətrində 3990.3 manat vəsaitin büdcədən qaytarılmasını qeyd etmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, 4) “Hazarbalıq“ MMC-nin 2017-ci il üzrə malların təqdim edilməsindən əldə etdiyi gəliri 1280016.41 manat olmuşdur. Həmin məbləğə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi əsas götürülməklə hesablama aparıldıqda 2017-ci il üzrə ödənilməli olan mənfəət vergisinin ümumi məbləği 42667.21 manat təşkil edir. Buna baxmayaraq Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktda mötəbər olmayan qiymətləndirmə rəyinin məlumatları əsas götürülmüş, bununla da heç bir əsas olmadan cəmiyyətin 2017-ci il üzrə gəliri 1408752.98 manat müəyyən edilmiş və nəticədə cəmiyyətə əsassız olaraq 46958.44 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə “Hazarbalıq“ MMCyə əsassız olaraq 4291.23 manat məbləğdə əlavə mənfəət vergisi hesablanmışdır”. Bununla bağlı bildirək ki, iddiaçı özünün təqdim etdiyi 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə etdiyi gəlir kimi 1248808.08 manat qeyd etmişdir. Xərcləri təsdiq edən sənədlər tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfətini birbaşa müəyyən etmək mümkün olmamış bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-ci il tarixli, 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-cı il üzrə gəliri 1408752.98 manat (504621.49 (ekspert rəyi ilə müəyyən olunan məbləğ)-344676.6 (vergi ödəyicisinin ƏDV bəyannamələrində göstərdiyi dövriyyə məbləği)+1248808.08 (vergi ödəyicisinin Mənfəət vergisi bəyannaməsində göstərdiyi dövriyyə məbləği), xərcləri 1173960.81 manat (o cümlədən əmək haqqı 252270 manat, sosial sğorta 55499.40 manat, malın dəyəri 702791 manat və digər xərc 163400 manat) vergiyə cəlb olunan mənfəət 234792.17 manat, mənfəət vergisinin 46958.44 manat (234792.17*20%) olması müəyyən olunmuşdur. 2017-ci il mənfəət vergisi bəyannaməsində hesablanmış 2092.87 manat mənfəət vergisi nəzərə alınmaqla 44865.57 manat (469xx.xx-2092.87) mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Eyni zamanda onu da qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının qeyri-mötəbər hesab etdiyi ekspert rəyinin qeyri-mötəbərliyi barədə heç bir əsaslandırma aparmaması hüquqdan sui- istifadə hesab olunaraq, rəyin həqiqliyi prezumpsiyasını təsdiq edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əvvəla, məhkəmə iddianın mümkünlüyünə münasibət bildirir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Belə ki, iş materiallarına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərardan yuxarı vergi orqanına inzibati şikayət verilmiş, sonuncunun xx.xx.2020-ci il tarixli məktubuna əsasən iş üzrə xx.xx.2020-ci il tarixdə cinayət işi başlanıldığından şikayətlər təmin edilməmişdir. İddiaçı daha sonra qərarları mübahisələndirmək məqsədi ilə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmiş, cavabdeh inzibati orqan təərfindən qeyd edilən müddət mübahisələndirilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktına əsasən Cəmiyyət 2017-ci il üzrə 44,865.56 manat mənfəət vergisi, 2017-ci il üzrə 29,392.34 manat əlavə dəyər vergisi və 2018-ci il üzrə 134,233.76 manat əlavə dəyər vergisi olmaqla, cəmi 208491.66 manat vergilər üzrə və 104245.83 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2021 nömrəli ekspert rəyinin nəticə hissəsində iş materiallarında olan sənədlərə əsasən "xxxx" MMC-nin fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməli olan vergi borcu-208.491,66 manat məbləğində müəyyən olunur. O cümlədən mənfəət vergisi 2017-44.865,56 manat, ƏDV 2017-29.392,34 manat, ƏDV 2018-134.223,76 manatdır. Məhkəmənin iş üzrə 30 iyun 2020-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2021-ci il tarixli 9/2539 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadda birinci-beşinci suallar üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə, yəni iş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Həmçinin qeyd edilir ki, xərc sənədləri təqdim olunmuş iş materiallarında mövcuddur. Həmin sənədlərin rekvizitləri iş materiallarında olan ilkin mühasibat sənədlərində öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********461200 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli, 9/2539 nömrəli ekspert rəyinə etirazdan görünür ki, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi dərman balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Yəni, həmin rəydə Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində bazar qiymətlərinə təsir edən bilən amillərin nəzərə alınması görünmür”. Qeyd olunan dəlillə əlaqədar olaraq bildiririk ki, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş rəydə müəyyən olunmuş bazar qiymətlərinin hansı mənbələrdən alınması və hansı təhlil əsasında bu qiymətlərin müəyyən edilməsi birbaşa olaraq rəyin 5-ci bəndi sayılan “Aparılmış Hesablamalar” bəndində ətraflı şəkildə əks olunmuşdur. Belə ki, ekspert sözügedən rəyin 5-ci bəndində qeyd edir ki, “Ekspert qoyulan sualı cavablandırmaq məqsədi ilə yerli bazarda satış məqsədi ilə idxal edilən qida məhsullarının qiymətləri ilə tanış olduqdan sonra əldə etdiyi məlumatları təhlil edib, müqavilədə nəzərdə tutulmuş təyinat üzrə qiymətləndirməni həyata keçirmişdir. Hesablama prosesində qiymətləndirici aparılan tədqiqatlar, sorğular, internet səhifələrindəki rəsmi məlumatlara və "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehlak malları üzrə apardığı monitorinq məlumatlarına əsaslanaraq reallıqları daha düzgün və daha dəqiqliklə əks etdirəcəyini düşünərək, bu yanaşmanın tətbiqinə önəm vermişdir. Göstərilən dovr ərzində idxal olunmuş qida məhsullarının satış qiyməti haqqında bütün məlumatlar "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehlak malları üzrə apardığı aylıq araşdırmalara və bununla bərabər Azərbaycan Respublikasının bir neçə şəbəkə marketlərindəki qiymətlərə (www.bazarstore.az, www. Bravosupermarket.az, www.neptun.az, www.rahatmarket. com və s.) əsaslanmışdır”. Göründüyü kimi barəsində etiraz verdiyi ekspert rəyi üzrə ciddi tədqiqat aparılmadığı və ekspertə təqdim olumuş tədqiqat materialları tədqiq olunmadığından iş materiallarında mövcud olan məlumatları belə ekspert mövcud olmamış kimi təqdim edərək gəldiyi yanlış nəticəni təhrif olunmuş şəkildə əsaslandırmağa çalışır. Belə olan halda barəsində etiraz təqdim etdiyimiz ekspert rəyinin mötəbər sübut olması şübhə altına alınır. Digər tərəfdən malların bazar qiyməti müəyyən edilərkən bazar qiymətlərinə təsir edə biləcək amillərin təqdim ediləcək ekspert rəyində mütləq göstərilməli məlumatlar olması və ya sözügedən amillərin veriləcək rəydə sadalanmalı olması qanunvericilikdə imperativ göstəriş kimi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi bazar qiyməti müvafiq yanaşmalar və təhlillər əsasında müəyyən olunmuşdur ki, burada bazar qiymətlərinə təsir edə biləcək amillər nəzərə alınmışdır. Həmçinin ekspert rəyində qeyd edir ki, “Vergi Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tətbiq edilir. Əks hal sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir. Ekspertiza tədqiqatı zamanı müəyyən edilir ki, müəssisə tərəfindən təqdim edilmiş balıq məhsulları ayrı-ayrı hüquqi şəxslərə ciddi uçot blankı olan qaimə-fakturalar əsasında təqdim edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Vergi Məcəlləsinin 14.6.6-cı və 14.2-ci maddələrinin tələblərinə ziddir”. Bununla əlaqədar olaraq qeyd edirik ki, ekspertin bu şəkildə qiymətləndirmə aparması, tərəflərin əqdlərdə təqdim etdiyi qiymətləri bazar qiyməti kimi qəbul etməsi və tətbiq etdiyi hüquq normasını birtərəfli şəkildə şərh etməsi həm anlaşılan deyil, həm də qeyrimüəyyəndir. Öncəliklə bildirməyi zəruri hesab edirik ki, iş üzrə hüquqi qiymətləndirmə və normatətbiq etmə fəaliyyəti üzrə yalnız məhkəmələr səlahiyyətləndirilmişdir. Yəni, məhkəmənin müstəsna səlahiyyətinə daxil olan sübutların qiymətləndirilməsi və mövcud sübuta tətbiq ediləcək hüquq normalarının müəyyən edilməsi fəaliyyətinin mənimsənilməsi yolverilməz olmaqla ciddi prosessual pozuntu hesab edilir. Hətta mənimsənilmiş olan hüquqtətbiq etmə fəaliyyəti belə normal həyata keçirilməmiş və tərtib edilmiş rəyi qeyri-müəyyən hala gətirmişdir. Ekspert tərtib etdiyi rəyi o vəziyyətə gətirmişdir ki, nəsə başa düşmürsən ki, ona da ciddi münasibət bildirəsən. Bu baxımdan iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması baxımından qeyd edilən normaların qarşılıqlı təhlilinin aparılmasını zəruri hesab edirik. Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsi iki cümlədən ibarətdir. Hər iki cümlədə hüquq normasının quruluşunun üç əsas ünsüründən ikisinin, yəni hipoteza və dispozisiyanın mövcudluğu bu normanın tam anlaşılan olması və tətbiqinin müəyyənliyi üçün vacib əhəmiyyət kəsb edir. Öncəliklə bildiririk ki, bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər...) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Dispozisiya (yəni...) — konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. Məsələn, ərizə ilə dövlət orqanına müraciət edilməsinin qaydası. Dispozisiyanın aşağıdakı növləri var: səlahiyyətverici — konkret hərəkətin edilməsi, edilməməsi səlahiyyəti verilir. qadağanedici — konkret hərəkətin edilməsi, edilməməsi qadağan edilir. vəzifə müəyyənedici — konkret hərəkətin edilməsi, edilməməsi vəzifə kimi subyektin üzərinə qoyulur. Sanskiya (o halda...) — Hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur. Həmişə bütün hüquq normalarında hər üç element olmur. Göründüyü kimi sözügedın hüquq normasında aydın ifadə olunmuşdur ki, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Həmin maddənin ikinci cümləsində qeyd edilir ki, əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Bildirməyi zəruri hesab edirik ki, həmin məcəllənin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Göründüyü kimi Vergi Məcəlləsinin 14.2-ci maddəsinin birinci cümləsində ifadə olunan “bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa" sualı daha sonrakı bəndlərdə və ya hissələrdə cavabını tapmışdır. Qeyd olunan hallar bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması hallarıdır ki, işin faktiki halları baxımından idxal əmıiyyatının olması və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməsi hüquqi imkan yaradır ki, bazar qiymətləri müəyyən edilsin. İddiaçı tərəfindən oxşar mallara tətbiq edilmiş fərqli qiymət səviyyələrinin müəyyən edilməsi ekspert rəyinin alınmasını birmənalı şəkildə zəruri etmişdir. Alınmış ekspert rəyi ilə həqiqətən də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tətbiq edilmiş qiymət səviyyələri ekspert tərəfindən müəyyən edilmiş qiymət səviyyələrindən 30 faiz aşağıdır. Bununla da həm Vergi Məcəlləsinin 14.2-ci maddəsinin ikinci cümləsinin, həm də 14.6.6-cı maddəsinin tətbiqi zəruri olmuşdur. Belə ki, sonuncu maddənin kinci cümləsində deyilir ki, “Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilib”. Göründüyü kimi ekspert rəyi ilə əks hal sübut olunmuşdur. Həmçinin Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili və normanın məzmunu deməyə əsas verir ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 14.2-ci və 14.6.6-cı maddələrinin tətbiqində səhvə yol verilməmiş, hüquq normaları düzgün tətbiq edilmişdir. Eyni zamanda ekspert rəyində qeyd edir ki, “Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri (qaimə-fakturalar, elektron vergi hesab - fakturalar, əmək haqqı və ona bərabər tutulan ödəmələr, sosial sığorta haqları, bank xərcləri, yük gömrük bəyannamələri və s.) müəssisə üzrə aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2017-ci ildə ümumi gəlirin əldə olunması ilə bağlı xərclən də özündə əks etdirir”. Qeyd olunanlarla bağlı bildiririk ki, ekspert bu dəlili ilə sadəcə gəldiyi yanlış nəticəni özünəməxsus şəkildə əsaslandırmağa çalışır və bütün səyləri də bu istiqamətə xidmət etməkdədir. Ekspert qeyd olunan mürəkkəb cümləsi ilə ifadə etməyə çalışır ki, mənfəət vergisinin hesablanması üçün xərcləri təsdiq edən sənədlər mövcud olmuş, sadəcə səyyar vergi yoxlaması zamanı bu hallar nəzərə alınmamışdır. Məlumat üçün bildiririk ki, 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********169412 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama müəssisənin direktoru X5 və baş mühasibi X9 tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, bank-kassa mədaxil-məxaric sənədləri, qaimə fakturalar, VHF-lar, dövriyyə cədvəlləri, maddi-məsul şəxslərin hesabatları, baş kitab və vergilərin hesablanılması üçün lazım olan digər sənədlər əsasında aparılmışdır. Müəssisənin direktoru vəzifəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək X10, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X11, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X5 işləmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********169412 nömrəli qərar vergi ödəyicisi ilə tanış etdirilmiş, imza və möhürlə təsdiqlənmişdir. xx.xx.2018-ci il tarixli, KY18131717 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri, növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli **********663600 nömrəli bildiriş və Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2018-ci il tarixli, **********169452 nömrəli Tələbnamə xx.xx.2018-ci il tarixli xəbərnaməli məktubla vergi ödəyicisinin hüquqi ünvanına göndərilmiş və vergi ödəyicisi tərəfindən qəbul edilməklə imzalanmışdır. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 29.01,2019-cu il tarixli, **********175322 nömrəli Qərar çıxarılmış və Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********194069 nömrəli Protokol tərtib edilmiş, vergi ödəyicisinin nümayəndəsi tərəfindən imza olunmuşdur. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının baxışının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********177967 nömrəli qərar əsasında müşahidəçi qismində iştirak etmiş Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan X1 və ünvan 1 ünvanda yaşayan X4 iştirakı ilə müəssisənin Lənkəran rayonu, Nərimanabad ŞTQ ünvanında yerləşən obyektinə baxış keçirilmiş və nəticəsi xx.xx.2019-cu il tarixli protokolla rəsmiləşdirilmişdir. Zərurət yarandığı üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətindən yoxlamaya ekspert dəvət edilmişdir. Ekspert tərəfindən müəssisə tərəfindən idxal və tədarük olunmuş balıq məhsullarının bazar qiymətləri müəyyənləşdirilmiş və xx.xx.2019-cu il tarixli, MB 12-302 №-li Rəy təqdim olunmuşdur. Yoxlama zamanı həmin rəy nəzərə alınmaqla hesablamalar aparılmışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim olunan ƏDV bəyannamələrində satış dövriyyəsi 936285.4 manat, ƏDV məbləği 168531.4 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyə 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləği 196267.4 manat, oüdcədən hesablanan ƏDV məbləği 27736,0 manat göstərilmişdir. Yoxlama ilə ƏDV tutulan dövriyyənin 1841973.4 manat, ƏDV məbləğinin 331555.2 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyənin 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləğinin 195665.1 manat, büdcəyə çatası ƏDV məbləğinin 135890.1 manat olması müəyyən edilmişdir. Nəticədə ƏDV-nin 163626.1 min manat (135890.1+27736.0) əskik hesablandığı müəyyən olunmuşdur. Xərcləri təsdiq edən sənədlər tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış, bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-cü il tarixli 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-cı il üzrə gəliri 1408752.98 manat (504621.49 (ekspert rəyi ilə müəyyən olunan məbləğ)-344676.6 (vergi ödəyicisinin ƏDV bəyannamələrində göstərdiyi dövriyyə məbləği)+1248808.08 (vergi ödəyicisinin Mənfəət vergisi bəyannaməsində göstərdiyi dövriyyə məbləği), xərcləri 1173960.81 manat (o cümlədən əmək haqqı 252270 manat, sosial sğorta 55499.40 manat, malın dəyəri 702791 manat və digər xərc 163400 manat), vergiyə cəlb olunan mənfəət 234792.17 manat, mənfəət vergisinin 46958.44 manat (234792.17*20%) olması müəyyən olunmuşdur. 2017-ci il mənfəət vergisi bəyannaməsində hesablanmış 2092.87 manat mənfəət vergisi nəzərə alınmaqla 44865.57 manat (469xx.xx-2092.87) mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə vergilərin ümumilikdə 208491.66 manat, o cümlədən mənfəət vergisinin 44865.56 manat, əlavə dəyər vergisinin 163626.10 manat azaldıldığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən xərc sənədləri tam təqdim olunmadığı üçün şərti rentabellik norması tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. Lakin ekspert qoyulmuş suallar üzrə heç bir tədqiqat aparmadan sadəcə iddiaçının təqdim etdiyi vergi bəyannaməsi üzrə verdiyi məlumatları tərtib etdiyi rəyə köçürərək xərclər yaratmış və ümumi qaydada vergilərin hesablanmasının müəyyən edilməsi fikrini formalaşdırmağa çalışmışdır. Halbuki öncə qeyd edildiyi kimi mənfəət vergisinin müəyyən edilməsi üzrə ekspert tərəfindən heç bir tədqiqat aparılmamışdır. Hətta qeyd etməyi zəruri hesab edirik ki, ekspertin vergi bəyannaməsindən köçürdüyü məlumatlar belə doğru deyildir. Yəni, ekspert sadə köçürmə əməliyyatını belə doğru-düzgün həyata keçirə bilməmişdir. Belə ki, ekspert tərəfindən rəyin 5-ci səhifəsində əks olunan mənfəət ilə bağlı müddəalarda nəticə etibarlı ilə, guya özünün hesablamalarının nəticəsi olaraq 2092.87 manat verginin müəyyən olunması göstərilməli olduğu halda, bu rəqəm-2.9082.87 kimi qeyd edilmişdir. Ekspertin xərc kimi qeyd etdiyi rəqəmləri konkret təsdiq edən xərc sənədləri iş materiallarında mövcud deyildir. Təsdiqini tapan xərc sənədləri barədə məlumatlar yuxarıda qeyd edilmişdir. Lakin xərc sənədləri qeyd olunduğu kimi tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış və bu baxımdan yoxlayıcı tərəfindən qanunvericiliyə uyğun olaraq mənfəətin müəyyən olunması üçün şərti rentabellik norması tətbiq edilmişdir. Həmçinin ekspert rəyində qeyd edilir ki, “Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyətəsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri müəssisə üzrə aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını özündə əks etdirir. Belə olan halda yoxlama ilə əhatə olunan dövr üzrə göstəricilər aşağıdakı kimi müəyyən olunur: ƏDV tutulan dövriyyə - 1.050.322.13 manat; həmin dövriyyənin ƏDV-si - 189.057.96 manat; əvəzləşdirilən ƏDV - 178.766.01 manat; büdcəyə çatası ƏDV - 10.291.95 manat. Ekspertin heç bir tədqiqat aparmadan gəldiyi nəticəni nə qədər mötəbər hesab etmək olar?! Belə ki, ekspertin ƏDV üzrə gəldiyi nəticənin əsaslandırmasını rəyində əks etdirməməsi, qeyd olunan rəqəmlərin yaranma mənbəyi və faktiki əsasları barədə məlumat verməməsi iş üzrə heç bir tədqiqatın aparılmamasına dəlalət edir. Heç bir əsaslandırma aparmadan birbaşa nəticənin elanı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa ziddir və mötəbər sayıla bilməz. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Həmin qanunun 13-cü maddəsinə əsasən: Təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda (verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda) rəy verməyin qeyri-mümkünlüyü barədə təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə) yazılı formada məlumat vermək ekspertin vəzifəsidir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, ekspert 4 və 5-ci suallara cavab verməmiş, ümumi ifadələrdən istifadə edərək bir cümlə ilə münasibət bildirmişdir, iş üzrə gəlirin əldə edilməsi ilə əlaqədar xərc sənədlərinin konkret müəyyən edilməsinin iş üçün əhəmiyyətinin fərqinə varmayan ekspert sadəcə bizə iş materiallarına baxmağı tövsiyə etmişdir. Halbuki, təqdim olunan suallar xüsusi bilik tələb olunan suallar olduğu üçün və ekspertin zəruri biliyindən kənara çıxmadığı üçün ekspert tərəfindən mütləq cavablandırlmalı idi. İnzibati iş üzrə xx.xx.2021-ci il tarixli, 9/2539 nömrəli ekspert rəyini əsassız və qanunsuz olduğu üçün qeyrimötəbər subut kimi qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********684800 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC yoxlamanın əhatə etdiyi dövrdə idxal və tədarük etdiyi balıq məhsullarının satışı ilə məşğul olmuşdur. Cəmiyyət tərəfindən satılan balıq məhsullarının satış qiymətlərinin real bazar qiymətinə uyğun qiymətlər dirilməsindən ötrü yoxlamaya ekspert dəvət olunmuşdur. Ekspert tərəfindən yoxlamaya təqdim olunmuş xx.xx.2019-cu il tarixli MB 12-302 nömrəli rəy əsasında hesablamalar aparılmaqla müəssisənin 2017-ci ildə əldə etdiyi ümümi gəlirinin (mənfəət dövriyyəsinin) 1408752.98 manat olması müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə həm idxal etdiyi, həm də tədarük etdiyi balıq məhsullarının satışını həyata keçirmiş, lakin tədarük olunan malların alış qiymətləri barədə rəsmi sənədlərin olmaması səbəbindən həmin malların dəyərini və bu səbəbdən də müəssisənin mənfəətini birbaşa müəyyənləşdirmək mümkün olmamışdır. Yoxlama zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-ci il tarixli, 42 saylı) qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə Vergi Məcəlləsinin 83.9 maddəsinə əsasənmüəssisənin gəlirinə nisbətən xərclərin müəyyən edilməsi yolu ilə mənfəəti müəyyən olunmuşdur. Beləliklə müəssisənin 2017-ci ildə malların təqdim edilməsindən əldə etdiyi ümumi gəlirinin 1408752.98 manat xərclərinin 1173960.81 manat, mənfəətin 234792.17 manat və mənfəət vergisi məbləğinin 46958.4 manat olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8514-9/8588 nömrəli ekspert rəyində; Birinci və ikinci suallar üzrə: Təqdim olunmuş iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 398.884,56 manat məbləğində idxal əməliyyatları həyata keçirilmişdir ki, həmin mallara görə ödənilən ƏDV-nin məbləği 71.799,22 manat məbləğində müəyyən edilir. Üçüncü-yeddinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Yəni həmin rəydə VM-nin 14.6.1. maddəsində bazar qiymətlərinə təsir edə bilən amillərin nəzərə alınması görünmür. Halbuki, Vergi Məcəlləsinin 14.6.1.4. və 14.6.1.6-ci maddələrinin tələblərinə müvafiq olaraq malların təqdim edildiyi yer, keyfiyyəti və digər istehlak göstəricilərinin səviyyəsi və qiymətlərə təsir edə bilən digər şərtlər ekspert tərəfindən nəzərə alınmalı idi. Ekspert qeyd edir ki, Vergi Məcəlləsinin 14.1. maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Eyni zamanda Vergi Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tədbiq edilir.Əks hal sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir. Ekspertiza tədqiqatı zamanı müəyyən edilir ki, müəssisə tərəfindən təqdim edilmiş balıq məhsulları ayrı-ayrı hüquqi şəxslərə ciddi uçot blankı olan qaimə-fakturalar əsasında təqdim edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Vergi Məcəlləsinin 14.6.6. və14.2. maddələrinin tələblərinə ziddir. Qeyd edilir ki, səyyar vergi yoxlaması zamanı müəssisənin təqdim etdiyi malların tətbiq etdiyi qiymətlərdən fərqli qiymətlərlə təqdim olunması sübuta yetirilməsi faktı öz əksini tapmamışdır.Həmçinin ekspertizaya təqdim olunmuş mülki iş materiallarından da belə bir faktların sübuta yetirilməsi görünmür. Bundan başqa qeyd edilir ki, hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi ekspert qarşısında yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMCnin çeşidlər üzrə malların hərəkəti barədə cədvəldə mal qalığı kimi göstərilmiş malların çeşidi, ölçüsü və miqdarı ilə "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların çeşidi, ölçüsü və miqdarı ilə eynilik təşkil edirmi, iş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların (məhsulların) real bazar (satış) qiyməti nə qədər təşkil edir, iş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların (məhsulların) müəyyənləşdirilmiş real bazar (satış) qiyməti ilə satılması nəticəsində ödənilməli olan ƏDV məbləği nə qədər təşkil edir, yuxanda qeyd olunan suallar üzrə tədqiqatın nəticələri nəzərə alınmaqla səyyar vergi yoxlaması aktı ilə "xxxx" MMC-yə hesablanmış mənfəət vergisi və əlavə deyər vergisi düzgün hesablanmışdırmı, əgər mənfəət vergisi və əlavə dəyər vergisi düzgün hesablanmamışdırsa yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-nin mənfəət vergisi və əlavə dəyər vergisi nə qədər müəyyən olunur sualları qoyulmuşdur. Qeyd edilir ki, malın (işin,xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdər. Malın (işin,xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin,xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, iş materiallarında göstərilən malların orta bazar dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir. Cədvəl məlumatlarından göründüyü kimi, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün olmamışdır. Odur ki, hazırki ekspertiza zamanı səyyar vergi yoxlaması aktında "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiymətləri nəzərə alınmaqla aparılan hesablamalar əsaslı hesab edilmir. İş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən isə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Səkkizinci-on üçüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xərc sənədləri (ciddi hesabat sənədlər təqdim olunmuş iş materiallarında mövcuddur. Həmin sənədlərin rekvizitləri və s. göstəricilə iş materiallarında olan ilkin mühasibat sənədlərində öz əksini tapmışdır.Həmçinin qeyd edil ki, həmin həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi müvafiq olaraq hesablama metodunun tələblərinə uyğundur. On dördüncü sual üzrə: Qeyd edilir ki, xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli səyyar verg yoxlaması aktında 2017-ci il üzrə müəyyən edilən 1.408.752,98 manat məbləğində gəlirə şərti rentabellik norması tətbiq edilməklə cəmiyyətin mənfəəti və mənfəət vergisinin hesablanması öz əksini tapmışdır. Ona görə də hazırki sual üzrə tədqiqat aparılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5925-9/5809 nömrəli ekspert rəyində; Birinci və ikinci suallar üzrə: Təqdim olunmuş iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 398.884,56 manat məbləğində idxal əməliyyatları həyata keçirilmişdir ki, həmin mallara görə ödənilən ƏDV-nin məbləği 71.799,22 manat məbləğində müəyyən edilir. Üçüncü-yeddinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Yəni həmin rəydə VM-nin 14.6.1. maddəsində bazar qiymətlərinə təsir edə bilən amillərin nəzərə alınması görünmür. Halbuki, Vergi Məcəlləsinin 14.6.1.4. və 14.6.1.6-ci maddələrinin tələblərinə müvafiq olaraq malların təqdim edildiyi yer, keyfiyyəti və digər istehlak göstəricilərinin səviyyəsi və qiymətlərə təsir edə bilən digər şərtlər ekspert tərəfindən nəzərə alınmalı idi. Ekspert qeyd edir ki, Vergi Məcəlləsinin 14.1. maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Eyni zamanda Vergi Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tədbiq edilir.Əks hal sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir. Ekspertiza tədqiqatı zamanı müəyyən edilir ki, müəssisə tərəfindən təqdim edilmiş balıq məhsulları ayrı-ayrı hüquqi şəxslərə ciddi uçot blankı olan qaimə-fakturalar əsasında təqdim edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Vergi Məcəlləsinin 14.6.6. və14.2. maddələrinin tələblərinə ziddir. Qeyd edilir ki, səyyar vergi yoxlaması zamanı müəssisənin təqdim etdiyi malların tətbiq etdiyi qiymətlərdən fərqli qiymətlərlə təqdim olunması sübuta yetirilməsi faktı öz əksini tapmamışdır.Həmçinin ekspertizaya təqdim olunmuş mülki iş materiallarından da belə bir faktların sübuta yetirilməsi görünmür. Bundan başqa qeyd edilir ki, hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi ekspert qarşısında yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMCnin çeşidlər üzrə malların hərəkəti barədə cədvəldə mal qalığı kimi göstərilmiş malların çeşidi, ölçüsü və miqdarı ilə "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların çeşidi, ölçüsü və miqdarı ilə eynilik təşkil edirmi, iş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların (məhsulların) real bazar (satış) qiyməti nə qədər təşkil edir, iş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların (məhsulların) müəyyənləşdirilmiş real bazar (satış) qiyməti ilə satılması nəticəsində ödənilməli olan ƏDV məbləği nə qədər təşkil edir, yuxanda qeyd olunan suallar üzrə tədqiqatın nəticələri nəzərə alınmaqla səyyar vergi yoxlaması aktı ilə "xxxx" MMC-yə hesablanmış mənfəət vergisi və əlavə deyər vergisi düzgün hesablanmışdırmı, əgər mənfəət vergisi və əlavə dəyər vergisi düzgün hesablanmamışdırsa yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-nin mənfəət vergisi və əlavə dəyər vergisi nə qədər müəyyən olunur sualları qoyulmuşdur. Eyni zamanda qeyd edilir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş vəsatət təmin edilmədiyindən qiymətləndirmə iş materiallarında olan məlumatlar əsasında aparıldı. Qeyd edilir ki, malın (işin,xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdər. Malın (işin,xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin,xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, iş materiallarında göstərilən malların orta bazar dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir. Cədvəl məlumatlarından göründüyü kimi, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün olmamışdır. Odur ki, hazırki ekspertiza zamanı səyyar vergi yoxlaması aktında "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiymətləri nəzərə alınmaqla aparılan hesablamalar əsaslı hesab edilmir. İş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən isə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Həmçinin qeyd edilir ki, təqdim olunmuş iş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən müəsissə tərəfindən 2017-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən edilmir. Səkkizinci-on üçüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xərc sənədləri (ciddi hesabat sənədlər təqdim olunmuş iş materiallarında mövcuddur. Həmin sənədlərin rekvizitləri və s. göstəricilə iş materiallarında olan ilkin mühasibat sənədlərində öz əksini tapmışdır.Həmçinin qeyd edil ki, həmin həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi müvafiq olaraq hesablama metodunun tələblərinə uyğundur. On dördüncü sual üzrə: Qeyd edilir ki, xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli səyyar verg yoxlaması aktında 2017-ci il üzrə müəyyən edilən 1.408.752,98 manat məbləğində gəlirə şərti rentabellik norması tətbiq edilməklə cəmiyyətin mənfəəti və mənfəət vergisinin hesablanması öz əksini tapmışdır. Ona görə də hazırki sual üzrə tədqiqat aparılmadı. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 1(049)- 13/2023 nömrəli hökmündə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini mövcudluğu sübuta yetirilmədiyindən X12 təqsirsiz edilmiş və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilmiş, X12 barəsində seçilmiş “polisin nəzarəti altında vermə” qətimkan tədbiri dərhal ləğv olunmuş, iddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin mülki cavabdeh "xxxx" MMC-yə qarşı “208491.66 manat məbləğində ziyanın mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin olunmasına” mülki iddiası baxılmamış saxlanılmış, cinayət işi üzrə 500 (beş yüz) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilmiş, X12 məhkəmə xərclərindən azad olunmuş, iş üzrə maddi sübut kimi "xxxx" MMC-yə məxsus müqavilələr, vergi hesab və qaimə fakturaları, bank çekləri və digər sənədlər iş materiallarında saxlanılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, iş № 1(106)-380/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 1(049)-13/2023 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasənm bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 13.2.73-cü maddəsinə əsasənm iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. AR Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsində aşağıdakı məzmunlarda dəyişikliklər (1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir) edilmişdir: - (1 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - (1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. AR Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. İş materiallarına baxış keçirilən zaman müəyyən edilir ki, Cavabdeh tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktından görünür ki, 2017-ci il üzrə 44,865.56 manat mənfəət vergisi, 2017-ci il üzrə 29,392.34 manat əlavə dəyər vergisi və 2018-ci il üzrə 134,233.76 manat əlavə dəyər vergisi olmaqla, cəmi 208491.66 manat vergilər üzrə və 104245.83 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan iddiaçı barəsində 17 fevral 2020-ci il tarixli, **********197369 saylı qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktına əsasən Cəmiyyət 2017-ci il üzrə 44,865.56 manat mənfəət vergisi, 2017-ci il üzrə 29,392.34 manat əlavə dəyər vergisi və 2018-ci il üzrə 134,233.76 manat əlavə dəyər vergisi olmaqla, cəmi 208491.66 manat vergilər üzrə və 104245.83 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə, iş üzrə təqdiq olunmuş sübutlara qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir:
1. Vergi orqanının müraciəti əsasında "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib dilmiş rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Həmin rəydə Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində bazar qiymətlərinə təsir edə bilə amillərin nəzərə alınması görünmür. Halbuki, Vergi Məcəlləsinin 14.6.1.4 və 14.6.1.6-cı maddələrinin tələblərinə müvafiq olaaq malların təqdim edildiyi yer, keyfiyyəti və digər istehlak göstəricilərinin səviyyəsi və qiymətlərə təsir edə bilə digər şərtlər nəzərə alınmalı idi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsində vergilər hesablanması üçün bazar qiymətini nəzərə alınmasının qanuni əsasları sadalanmışdır. “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi) əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə və müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda həyata keçirilə bilər. VM-də vergitutma məqsədləri üçün bazar qiymətinin müəyyənləşdirilməsi üçün zəruri məlumatların dairəsi onların əldə edilməsi mənbələri, qiymətlərə təsir edən amillər, bazar qiymeti haqqında məlumat toplamaq mümkün olmadıqda istifadə edilən qiymətləndirmə üsulları, ayrı-ayrı hallarda bazar qiymətinin müəyyənləşdirilməsi xüsusiyyətləri ilə bağlı müddəalar öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, bu məsələ mülki hüquqda aksepti olmayan oferta adlanır. Yəni, ekspert rəyində qeyd edilən məlumat mənbələrindəki informasiyalar əsas götürülməklə malın bazar qiyməti müəyyən edilə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti dedikdə, malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə mənzillərin bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. Beləliklə, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olnumuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.6 və 14.2-ci maddələrinin tələblərinə zidd hesab olunur.
2. Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, yoxlama xx.xx.2018-ci il tarixdə başlamış, 8 dəfə dayandırılmış, 2 dəfə uzadılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə formal şəkildə riayət olunmaqla aparmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddətinin müvafiq, yəni Məcəllənin 38.7-ci maddəsində sadalanan konkret hallarda dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Cavabdeh inzibati orqan səyyar vergi yoxlamanın müddətinin hər biri 28-30 gün (1-i 60 gün) olmaqla cəmi “8” dəfə dayandırılması və ya 2 dəfə uzadılması barədə qərar qəbul etsə də, həmin qərarların zəruriliyini Vergi Məcəllənin 38.7.1 – 38.7.5-ci maddəsində qeyd olunan hallar üzrə tutarlı dəlillərlə əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, “ekspert” və ya “mütəxəssis” rəylərinin alınması üçün yoxlama müddətinin cəmi 8 dəfə dayandırılması və ya 2 dəfə uzadılması mütənasib prosessual hərəkət kimi qəbul oluna bilməz;
3. Vergilərin hesablanması hallarından uyğunsuzluqlar müəyyən edilmişdir, hansıki qeyd edilən uyğunsuzluqlar ekspert rəylərində öz əksini tapmışdır;
4. Vergi orqanı tərəfindən əlavə vergi yoxlaması və vergi yoxlamasının dayandırılması barədə qərarlar verilsə də, inzibati orqan yoxlamanın dayandırılması və ya əlavə yoxlamanın keçirilməsi barədə qərarlarda, habelə hazırkı inzibati məhkəmə icraatında təqdim olunmuş iddiaya qarşı yazılı etirazın əsaslandıran hallara, yəni mənbəyi bəlli olan hansı məlumatın yoxlamadan əvvəl əldə olunması və sonradan yoxlama zamanı (materiallarla) öz təsdiqini tapmasına dair və ya yoxlamanın dayandırılmasına dair heç bir dəlil bildirməmiş, sübut təqdim etməmişdir;
5. Cavabdeh inzibati orqanın (vergi orqanının) xx.xx.2020-ci il tarixli, **********97369 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 58, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergilər, maliyyə sanksiyaları və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin yoxlama aktı ilə bağlı dəlillərinin təqdim edilib-edilməməsi barədə ümumiyyətlə bildirilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən xx.xx.2020ci il tarixli, **********97369 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir. Qeyd olunanlardan başqa məhkəmə iş materiallarına əlavə edilən ekspert rəylərini mötəbər sübut kimi qəbul edir və göstərilənlərlə bağlı qeyd edir ki, xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, iş materiallarında göstərilən malların orta bazar dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir. Cədvəl məlumatlarından göründüyü kimi, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün olmamışdır. Odur ki, hazırki ekspertiza zamanı səyyar vergi yoxlaması aktında "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiymətləri nəzərə alınmaqla aparılan hesablamalar əsaslı hesab edilmir. İş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən isə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (xx.xx.2020-ci il tarixli, **********97369 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən ödənilən 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 145 (yüz qırx beş manat) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. İPM-in 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 145 (yüz qırx beş manat) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov