Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1102/2025 17.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «xx.xx.2020-ci il tarixli, **********32-06301 nömrəli reyestrdən çıxarış və texniki pasportun qismən ləğv edilməsi, əvəzində həmin texniki pasportda qeyd edilən Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A ünvanında yerləşən 0,4087 ha torpaq sahəsinin qonşuluğunda (daxilində) 25 illik, istifadəsində olan 0,5913 ha, ümumilikdə 0,4087 ha+ 0,5913 ha = 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhtəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «xx.xx.2020-ci il tarixli, **********32-06301 nömrəli reyestrdən çıxarış və texniki pasportun qismən ləğv edilməsi, əvəzində həmin texniki pasportda qeyd edilən Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A ünvanında yerləşən 0,4087 ha torpaq sahəsinin qonşuluğunda (daxilində) 25 illik, istifadəsində olan 0,5913 ha, ümumilikdə 0,4087 ha+ 0,5913 ha = 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhtəliyinin cavabdehin üzərinə qoyulması» tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(120)-1102/2025 nömrəli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Lənkəran şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2-1(120)-1102/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A (keçmiş Tofiq İsmayılov küçəsi) “Yaşıl ada” adlanan ərazidə 1,0 ha torpaq sahəsi, xx.xx.1999-cu il tarixli, Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin 04232 nömrəli verdiyi “Texniki Pasport” əsasında Kənd Mənzil Kommunal Təsərrüfatı İdarəsinin mülkiyyətinə verilmişdir. Yəni, Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin 04232 nömrəli “Texniki Paspoıt”unun 4-cü səhifəsində ümumi torpaq sahəsinin 10000 kv.m. olması qeyd edilmişdir. Həmin torpaq sahəsi Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A (keçmiş Tofiq İsmayılov küçəsi) “Yaşıl ada” adlanan ərazidə 1,0 ha (10000 kv.m.) torpaq sahəsi, xx.xx.2001-ci il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil Kommunal Təssərüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 3A-1025; Qeyd. 1/325 nömrəli “Texniki Pasport” əsasında X6 mülkiyyətinə verilmişdir. İddiaçı adına Lənkəran rayon 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə-1- 03 saylı, alqı-satqı müqaviləsi əsasında həmin Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A (keçmiş Tofiq İsmayılov küçəsi) “Yaşıl ada” adlanan ərazidə yerləşən 1,0 ha torpaq sahəsi X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 3A- 1025; Qeyd. 1/325 nömrəli “Texniki Pasport” əsasında qeydə alınmışdır. X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 3A-1025; Qeyd. 1/325 nömrəli “Texniki Pasport”unun sonuncu səhifəsində; A) Ərazidən keçən dəmir yolu xəttinin, B) Xəzər ənizinin mühafizə zolağının, arasında yəni daxil olmamaq şərti ilə, uzunluğu 250 metr, eni isə 40 metr, yəni 250 x 40 = 10000 kv.m. ümumi toıpaq sahəsinin olması qeyd edilmişdir. Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A (keçmiş Tofiq İsmayılov küçəsi) “Yaşıl ada” adlanan ərazidə yerləşən 1,0 ha torpaq sahəsinə aid mülkiyyət hüquqlarıma verilən xx.xx.2001-ci il tarixli, Texniki Pasportu yeniləməkdən ötrü, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR) publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********32-06301 olan, ********** qeydiyyat nömrəli Çıxarış və Texniki Pasport əsasında həmin mübahisələndirilən toıpaq sahəsinə mülkiyyət hüquqları iddiaçının adına verilmişdir. Lakin yuxarıda hüquqmüəyyənedici sənədlərdə göstərilən Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A (keçmiş Tofiq İsmayılov küçəsi) “Yaşıl ada” adlanan ərazidə yerləşən 1,0 ha torpaq sahəsinin, yanlış olaraq cəmi 0,4078 ha hissəsi xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********32-06301 olan, Çıxarış və Texniki Pasportda qeyd edilmişdir. Bu səbəblərdən, 10000 kv.m torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü, xx.xx.2024-cü il tarixli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti 03 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-R-00xx-xx/2024 qeydiyyat nömrəli, 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən “Müraciətin cavablandırılması barədə” imtina cavabı verilmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi, cavabında hal hazırda mülkiyyətimdə olan Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A “Yaşıl ada” adlanan ərazidə yerləşən iddiaçıya məxsus 10000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının iddiaçının adına, dövlət qeydiyyatına alınmasından imtina edilməsini səbəb kimi aşağıdakıları qeyd etmişdir. “Ərazi İdarəsinin xidməti istifadəsində olan baza məlumatlarına əsasən müraciətdə qeyd etdiyi ümumilikdə 10000 kv.m torpaq sahəsinin 5913 kv.m hissəsi ərazidən keçən dəmir yol xəttinin və Xəzər dənizinin mühafizə (qorunma) zolağına düşür, yerdəqalan 0,4087 ha hissəsi qeyri-yaşayış binasına dair Texniki pasportda qeyd edilmişdir.” Məhkəməyə bildirmək istəyir ki, cavabdehin səbəb kimi göstərdiyi “ərazidən keçən dəmir yol xəttinin və Xəzər dənizinin mühafizə zolağının” mülkiyyətimdə olan 10000 kv.m. torpaq sahəsinə düşməməsinə dair: A) xx.xx.1999-cu il tarixli, Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin 04232 nömrəli verdiyi “Texniki Pasport”-un 4-cü səhifəsində yəni, 25 illik müddətdə istifadəmdə olması, B) xx.xx.2001-ci il tarixli, Mənzil Kommunal Təssərüfatı Komitəsi Baş X3 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 3A-1025; Qeyd. 1/325 nömrəli verdiyi “Texniki Pasport”-un sonuncu səhifəsindəki sxemdə dəmir yolu xətti ilə Xəzər dənizinin aralığında yerləşən iddiaçıya məxsus torpaq sahəsuinin 10000 kv.m. olmasının qeyd edilməsi, mütləq sübut növləri kimi qeyd edilməklə məhkəməyə təqdim edirəm. Yəni sxemdə dəmir yolu xətti ilə Xəzər dənizinin aralığında yerləşən iddiaçıya məxsus toıpaq sahəsuinin 10000 kv.m. olması qeyd edilməklə bərabər yazılmışdır. Bu o deməkdir ki, ümumilikdə 0,4087 ha + 0,5913 ha = 1,0 ha (10000 kv.m.) torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Yəni, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi və ona aid olan 10000 kv.m torpaq sahəsi, ərazidən keçən dəmir yol xəttinin və Xəzər dənizinin mühafizə zolağına əvvəllərdə qətiyyən düşməyib və faktiki olaraqda düşmür. İddia tələbini əsaslandırmaqdan ötrü, məhkəməyə aşağıdakı sübutları təqdim edir: Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A (keçmiş Tofiq İsmayılov küçəsi) “Yaşıl ada” adlanan ərazidə 1,0 ha (10000 kv.m.) torpaq sahəsi, xx.xx.1999-cu il tarixli, Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin 04232 nömrəli verdiyi “Texniki Pasport” əsasında Kənd Mənzil Kommunal Təsərrüfatı İdarəsinin mülkiyyətinə verilmişdir. Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A (keçmiş Tofiq İsmayılov küçəsi) “Yaşıl ada” adlanan ərazidə 1,0 ha (10000 kv.m.) torpaq sahəsi, xx.xx.2001 -ci il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil Kommunal Təssərüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin N2 3A-1025; Qeyd. 1/325 nömrəli verdiyi “Texniki Pasport” əsasında X6 mülkiyyətinə verilmişdir. İddiaçı- İddiaçı adına, Lənkəran rayon 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə-1-03 saylı, alqı-satqı müqaviləsi əsasında həmin Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A (keçmiş Tofiq İsmayılov küçəsi) “Yaşıl ada” adlanan ərazidə yerləşən 1,0 ha toıpaq sahəsi X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 3A-1025; Qeyd. 1/325 nömrəli “Texniki Pasport” əsasında qeydə alınmışdır. İddiaçı- İddiaçı adına, Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A ünvanında “Yaşıl ada” adlanan ərazidə yerləşən 0,4087 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********32-06301 olan, ********** qeydiyyat nömrəli Çıxarış və Texniki Pasport əsasında verilmişdir. Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A ünvanında “Yaşıl ada” adlanan ərazidə yerləşən reyestr nömrəsi **********32-06301 olan, xx.xx.2020-ci il tarixli Çıxarışla iddiaçıya məxsus qeyri-yaşayış obyekti və ona aid olan 10000 kv.m torpaq sahəsinin həcmi ilkin hüquqmüəyyənedici sənədlərin tam əksinə olaraq qanunsuz olaraq 5913 kv.m. azaldılması barədə xx.xx.2024-cü il tarixli müraciəti. Cavabdeh DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 03 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-R-00xx-xx/2024 qeydiyyat nömrəli, “Müraciətin cavablandırılması barədə” imtina cavabı. Odur ki, hələ sovetlər birliyindən- 25 ildən artıq zamandırki istifadəsində olan 10000 kv.m torpaq sahəsinə-əmlakdan istifadə hüququnuun, mülkiyyət hüququ ilə əvəz edilməsini qanunamüvafıq hesab edir. Cavabdeh 03 aprel 2024-cü il tarixli imtina cavab məktubunda ümumiyyətlə yuxarıda qeyd etdiyi ilkin hüquqmüəyyənedici sənədlər barəsində fikir- münasibət bildirmir, hər hansı bir hüquqi rəy, qiymət vermir. Bir sözlə cavabdeh DƏDKR publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsi, faktiki istifadəsində olan və yuxarıda adları qeyd edilən hüquqmüəyyənedici sənədlərimin əsillərinin 28 mart 2024-cü il tarixli ərizə vasitəsilə onlara təqdim edilməsinə baxmayaraq, 03 aprel 2024-cü il tarixli 3-21-3-43/2-R-00xxxx/2024 qeydiyyat nömrəli, cavabında 0,4087 ha + 0,5913 ha = 0,10 ha torpaq sahəsini iddiaçı - İddiaçı adına, dövlət qeydiyyatına almaqdan bilərəkdən qərəzli olaraq heç bir tutarlı hüquqi əsas səbəb gətirmədən yayınır boyun qaçırır imtina edir. Bu səbəblərdən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********32- 06301 olan olan “Çıxarış” əsasında, Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A ünvanında “Yaşıl ada” adlanan ərazidə yerləşən mülkiyyətində olan 0,4087 ha + 0,5913 ha = 0,10 ha torpaq sahəsi üzərində, iddiaçının adına xüsusi mülkiyyət hüquqlarını təsdiq edən müvafiq texniki pasport və çıxarışın verilməsi öhdəliyinin cavabdeh- Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Heydər Əliev prosprekti, 172A “Yaşıl ada” adlanan ərazidə yerləşən 10000 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olumuşdur. Tərəflərindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən iddiaçının qeyd etdiyi 10000 kv.m torpaq sahəsinin 5913 kv.m hissəsi ərazidən dəmir yolu xəttinin və Xəzər dənizinin mühafizə zolağına düşür, yerdə qalan hissə isə müvafiq olaraq texniki pasportda qeyd olunan hissəyə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın döblət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəbdən bildirirlər ki, Ərazi İdarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edir, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam qanunamüvafıq qərar qəbul edilməsini xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir, məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 204/4204 nömrəli texniki pasportun surətindən görünür ki, Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən 1961-ci ildə inşa edilmiş, 443 kv.m ümumi sahəsi olan tikiliyə dair Kənd Mənzil Kommunal Təsərrüfatı İdarəsinin adına texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər kabineti Yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 3A-1025 inventar nömrəli texniki paspotun surətindən görünür ki, Lənkəran şəhəti, T.İsmayılov küçəsində yerləşən 1961-ci ildə inşa edilmiş, 443 kv.m ümumi sahəsi olan tikiliyə dair Azərbaycan Respublikası İİN-nin xx.xx.2001-ci il tarixli, 000818 saylı şəhadətnaməsinə, Lənkəran rayon 2 saylı DNK-nun xx.xx.2002-ci tarixli, 4Ə-1-03 saylı saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı adna texniki pasport tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Mənzil Kommunal Təsərrüfatı İdarəsini X1 almış, həmin alqı-satqı müqaviləsi 2 saylı X7 xx.xx.2002-ci il tarixdə 4Ə-1-03 nömrəli ilə qeydə alınmışdır. İş materiallarında olan Baş X3 və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 325a nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən Kommunal Təsərrüfatı İdarəsi bütövlüklə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********32-06301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən dövlət mülkiyyəti olansənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 0,02179 ha torpaq sahəsində yerləşən 172,1 kv.m qeyri-yaşayış binasına dair xüsusi mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verimiş xx.xx.2020-ci il tarixli, **********32-06301 reyestr nömrəli, 8433 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Lənkəran şəhəti, T.İsmayılov küçəsi, yerləşən 172.1 kv.m ümumi sahəsi olan qeyri-yaşayş binasına dair İddiaçı adına texniki pasport tərtib edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciət ərizəsinin surətindən görünür ki, həmin müraciət ərizəsi ilə ünvan 4 ünvanında yerləşən **********32-06301 nömrə ilə İddiaçı bildirmişdir ki, xx.xx.2020-ci ildə qeydə alınmış çıxarışla özünə məxsus qeyri-yaşayış obyekti və ona aid olan 10000 kv metr torpaq sahəsinin həcmi ilkin sənədlən zidd olaraq tam qanunsuz olaraq azaldılmışdır. Bununla da onun konstitutsion hüquqları pozulmuşdur. Belə ki, sözügedən obyektin torpaq sahəsi barədə xx.xx.2024-cü il tarixdə etdiyi müraciətə verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-43/2 R006-392/2024 tarixli cavab məktubunda qeyd edilmişdir ki, 10000 kv.m torpağın 0 , 11 7 3 sahəsi digər vətəndaş tərəfindən zəbt edilmiş, ərazidən keçən dəmir yol xəttinin və Xəzər Dənizinin mühafizə zolağına düşən hissəsi çıxıldıqdan sonra yerdə qalan 0.4087 ha hissəsi qeyri-yaşayış binasına aid texniki pasportda qeydə alınmışdır. Bildirir ki, ona məxsus qeyri-yaşayış sahəsi və ona aid olan 10000 kv.m torpaq sahəsi dəmiryol və Xəzər dənizinin mühafizə zolağına əvəllərdə qətiyyən düşməyib və faktiki olaraqda düşmür. Odur ki, bu qanunsuzluğun aradan qaldırılması, torpaq sahəsinin həmçinin 10000 kv.m ölçüdə qeydə alınmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-43/2-R-000939/2024 nömrəli “müraciətin cavablandırılması barədə” məktubdan görünür ki, Lənkəran şəhərin Heydər Əliyev prospektində “Yaşıl ada” adlanan ərazidə yerləşən **********32-06301 nömrəli reyestrdən çıxarış əsasında mülkiyyətə verilmiş qeyri-yaşayış binasının istifadəsindəki 1,0 ha torpaq sahəsinin Xəzər dənizinin və dəmir yolunun mühafizə zolağına düşmədiyinə və həmin torpaq sahəsinin bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə tərəflərindən baxılmışdır. Həmin müraciətə müvafiq olaraq sözügedən torpaq sahəsi iddiaçının iştirakı ilə 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə edilmiş və Ərazi idarəsinin xidməti istifadəsində olan baza məlumatlarına əsasən müraciətinizdə qeyd etdiyi ümumilikdə 10000 kv.m torpaq sahəsinin 5913 kv.m hissəsi ərazidən keçən dəmir yolu xəttinin və Xəzər dənizinin mühafizə (qorunma) zolağına düşür, yerdəqalan 0,4087 ha hissəsi qeyri-yaşayış binasına dair Texniki pasportda qeyd edilmişdir. Bununla əlaqədar bildirmişdirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. İş materiallarında olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktının surətində qeyd edilir ki, ərzidə olmuş taıvar binaları sökülüb, faktiki inzibati bina qalır. Xəzər dənizinin və dəmir yolu xəttinin mühafizə zolağından kənarda olan torpaq sahəsinin 0,4087 ha hissəsi qalır. İş materiallarında olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9531 (kod ********) nömrəli şəhadətnamənin surətindən görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 92 saylı sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 99 il müddətinə 1,50 ha torpaq sahəsi istifadəyə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri ərazində yerləşən 1,50 ha torpaq sahəsinə dair istifadə hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 28 fevral 2025-ci il tarixli, 10/7805 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2001-ci il tarixli, Lənkəran DTİ və MHQ İdarəsinin 3A-1025 inventar nömrəli texniki pasporta və xx.xx.2002-ci il tarixli Lənkəran DTİ və MHQ İdarəsinin 325a nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran şəhəri, T.İsmayılov küçəsində (hal-hazırda Heydər Liyev prospekti, 172A) qeyri-yaşayış sahəsinin yerləşdiyi 10000 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı sözügədən torpaq sahəsində yerləşən 172,1 kv.m sahədən ibarət qeyri-yaşayş binası üzərində İddiaçı hüquqlarının Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********32-06301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2020-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən 10000 kv.m torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının 9088 kv.m hissəsinin yaşayış məntəqələrinin torpaqlarına, qalan hissəsinin isə ehtiyat fondu torpaqlarına aid olması, uqodiyasının ictimai tikilialtı torpaq sahəsi və qumluq (ehtiyat fondu torpaqlarına aid hissədə) torpaq sahəsi olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2001-ci il tarixli Lənkəran DTİ və MHQ İdarəsinin 3A-1025 inventar nömrəli Texniki pasporta və xx.xx.2002-ci il tarixli Lənkəran rayon DTİ və MHQ idarəsinin 325a nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran şəhəri, T.İsmayılov küçəsində (halhazırda Heydər Əliyev prospekti, 172A) qeyri-yaşayış sahəsinin yerləşdiyi 10000 kv.m torpaq sahəsi barədə elektron baza məlumatlarında məlumatların mövcud olmaması müəyyən olunmuşdur. Lakin həmin torpaq sahəsi üzərində yerləşən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********32-06301 reyestr nömrəli Texniki Pasporta əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 172.1 kv.m sahədən ibarət qeyri-yaşayış binasının yerləşdiyi 0,4078 ha (Texniki Pasporta əsasən) torpaq sahəsi barədə elektron baza məlumatlarında məlumatların mövcud olması və həmin 0,4078 ha torpaq sahəsinin koordinatlarının elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 447/2025 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən 10000 kv.m torpaq sahəsinin iddia edilən faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyətinin (torpaq sahəsinin planı nəzərə alınmaqla) uyğun gəlməsi müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2001-ci il tarixli Lənkəran DTİ və MHQ İdarəsinin 3A-1025 inventar nömrəli Texniki pasporta və xx.xx.2025-ci il tarixli Lənkəran rayon DTİ və MHQ idarəsinin 325a nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran şəhəri, T.İsmayılov küçəsində (hal-hazırda Heydər Əliyev prospekti, 172A) qeyri-yaşayış sahəsinin yerləşdiyi 10000 kv.m torpaq sahəsinin həmin torpaq sahəsinin planında göstərilən torpaq sahəsi ilə eynilik təşkil etməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2001-ci il tarixli Lənkəran DTİ və MHQ İdarəsinin 3A-1025 inventar nömrəli Texniki pasporta və xx.xx.2002-ci il tarixli Lənkəran rayon DTİ və MHQ İdarəsinin 325a nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran şəhəri, T.İsmayılov küçəsində (hal-hazırda Heydər Əliyev prospekti, 172A) qeyri-yaşayış sahəsinin yerləşdiyi 10000 kv.m torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən 800 kv.m hissəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli və **********94 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin istifadəsində olan (hüququ yüklü edilən şəxs-Lənkəran Şəhər İcra Hakimiyyəti, xeyrinə hüquq yüklü edilən şəxs "xxxx" MMC) dövlət mülkiyyətinə aid 1.5 ha torpaq sahəsinin koordinatları ile üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı həmin 800 kv.m torpaq sahəsinin koordinatlarının "AY- NT MMC-nin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi ilə yanaşı 695 kv.m hissəsinin həm dəmir yolunun, həm də Xəzər dənizinin mühafizə zonasına düşməsi müəyyən olunmuşdur. Həmin 695 kv.m torpaq sahəsinin 475 kv.m hissəsinin həm dəmir yolunun, həm də Xəzər dənizinin mühafizə zonasına (Xəzər dənizinin mühafizə zonası ilə dəmir yolunun mühafizə zonasının üst-üstə düşən hissənin ölçüsünün 257 kv.m olması müəyyən olunmuş) düşməsi, 220 kv.m hissəsinin isə Xəzər dənizinin mühafizə zonasına düşməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2001-ci il tarixli Lənkəran DTİ və MHQ İdarəsinin 3A-1025 inventar nömrəli Texniki pasporta və xx.xx.2002-ci il tarixli Lənkəran rayon DTİ ve MHQ idarəsinin 325a nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran şəhəri, T.İsmayılov küçəsində (hal-hazırda Heydər Əliyev prospekti, 172A) qeyri-yaşayış sahəsinin yerləşdiyi 10000 kv.m torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən ümumilikdə 5591 kv.m hissəsinin (Xəzər dənizinin mühafizə zonası ilə dəmir yolunun mühafizə zonasının üst-üstə düşən 257 kv.m hissəsi daxil olmaqla) Xəzər dənizinin 0-50m-lik mühafizə zonasına düşməsi müəyyən olunmuşdur. Faktiki vəziyyətdə isə iddia edilən torpaq sahəsinin Xəzər dənizinin sahil xəttindən (Om-lik-dən) orta hesabla 126-127 m məsafədə yerləşməsi müəyyən olunmuşd (Xəzər dənizinin mühafizə zona kv.m hissəsi daxil olmaqla) olunmuşdur. Sözügedən 1,0 ha torpaq sahəsinin 475 kv.m hissəsinin (Xəzər dənizinin mühafizə zonası ilə dəmir yolunun mühafizə zonasının üst-üstə düşən 357 kv.m hissəsi daxil olmaqla) dəmir yolunun mühafizə zonasına düşməsi müəyən olunmuşdur. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2001- ci il tarixli Lənkəran DTİ və MHQ İdarəsinin 3A-1025 inventar Texniki pasportuna və xx.xx.2025-ci il tarixli Lənkəran rayon DTİ və MHQ idarəsinin 325 a nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran şəhəri, T.İsmayılov küçəsində (hal-hazırda Heydər Əliyev prospekti) qeyri-yaşayış binasının yerləşdiyi 1,0 ha torpaq sahəsinin kordinatlarının mühafizə- sanitariya zolağına (magistral avtomobil yolunun, su kanalının, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və s. mühafizə zolağına) düşməməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, Mübahisəli ərazidə yerləşən Xəzər dənizinin, dəmir yolu və dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı, sanitariya-mühafizə zonasının torpaq islahatına dair kompleks yerquruluşu layihəsində nəzərdə tutulmaması (təsvir olunmaması) müəyyən olunmuşdur. Lakin elektron baza (NECAS) məlumatlarında mübahisəli ərazidə Xəzər dənizinin, dəmir yolunun və dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı barədə məlumatların mövcud olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2002-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2001-ci il tarixli Lənkəran DTİ və MHQ İdarəsinin 3A-1025 inventar nömrəli Texniki pasporta və xx.xx.2025-ci il tarixli Lənkəran rayon DTİ və MHQ İdarəsinin 325a nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçıadına qeydə alınmış Lənkəran şəhəri, T.İsmayılov küçəsində (halhazırda Heydər Əliyev prospekti, 172A) qeyri-yaşayış sahəsinin yerləşdiyi 10000 kv.m torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 447/2025 saylı mütəxəssis rəyinə əsasən, torpaq sahəsinin üzərində iki ədəd qeyriyaşayış tikilisinin mövcud olması müəyyən olunmuşdur. Bu tikililərdən birinin (cənub tərəfdə yerləşən sahəsi 172.1 kv.m ölçüdən ibarət) xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********32-06301 reyestr nömrəli Texniki Pasporta əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən olunmuş və tikilinin bütövlüklə 10000 kv.m torpaq sahəsi üzərində yerləşməsi müəyyən olunmuşdur. Tikililərdən digərinin (şimal tərəfdə yerləşən 245 kv.m tikilialtı sahədən ibarət) isə 138 kv.m hissəsinin iddia edilən 10000 kv.m torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın özgəninkişləşdirilməsi barədə qəbul olunmuş aktlar belə əsaslar kimi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin mövcud qanunvericiliyin 2006-cı ildə, yəni müvafiq bələdiyyənin qərarı qəbul olunan dövrdə qüvvədə olan aşağıdakı normalarını diqqətə çəkir: «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respubklikasının xx.xx.1999-cu il tarixıli Qanunu ilə təsdiq edilmiş «X2»nin Vİ bəndinə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, mübahisələndirilən torpaq sahəsi Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A (keçmiş Tofiq İsmayılov küçəsi) “Yaşıl ada” adlanan ərazidə 1,0 ha (10000 kv.m.) torpaq sahəsi, xx.xx.2001-ci il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil Kommunal Təssərüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 3A-1025; Qeyd. 1/325 nömrəli “Texniki Pasport” əsasında X6 mülkiyyətinə verilmişdir. İddiaçı adına Lənkəran rayon 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə-1- 03 saylı, alqı-satqı müqaviləsi əsasında həmin Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A (keçmiş Tofiq İsmayılov küçəsi) “Yaşıl ada” adlanan ərazidə yerləşən 1,0 ha torpaq sahəsi X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 3A- 1025; Qeyd. 1/325 nömrəli “Texniki Pasport” əsasında qeydə alınmışdır. X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 3A-1025; Qeyd. 1/325 nömrəli “Texniki Pasport”unun sonuncu səhifəsində; A) Ərazidən keçən dəmir yolu xəttinin, B) Xəzər ənizinin mühafizə zolağının, arasında yəni daxil olmamaq şərti ilə, uzunluğu 250 metr, eni isə 40 metr, yəni 250 x 40 = 10000 kv.m. ümumi torpaq sahəsinin olması qeyd edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2001-ci il tarixli Lənkəran DTİ və MHQ İdarəsinin 3A-1025 inventar nömrəli Texniki pasporta və xx.xx.2002-ci il tarixli Lənkəran rayon DTİ və MHQ İdarəsinin 325a nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran şəhəri, T.İsmayılov küçəsində (hal-hazırda Heydər Əliyev prospekti, 172A) qeyri-yaşayış sahəsinin yerləşdiyi 10000 kv.m torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən 800 kv.m hissəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli və **********94 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin istifadəsində olan (hüququ yüklü edilən şəxs-Lənkəran Şəhər İcra Hakimiyyəti, xeyrinə hüquq yüklü edilən şəxs "xxxx" MMC) dövlət mülkiyyətinə aid 1.5 ha torpaq sahəsinin koordinatları ile üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı həmin 800 kv.m torpaq sahəsinin koordinatlarının "AY- NT MMC-nin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi ilə yanaşı 695 kv.m hissəsinin həm dəmir yolunun, həm də Xəzər dənizinin mühafizə zonasına düşməsi müəyyən olunmuşdur. Həmin 695 kv.m torpaq sahəsinin 475 kv.m hissəsinin həm dəmir yolunun, həm də Xəzər dənizinin mühafizə zonasına (Xəzər dənizinin mühafizə zonası ilə dəmir yolunun mühafizə zonasının üst-üstə düşən hissənin ölçüsünün 257 kv.m olması müəyyən olunmuş) düşməsi, 220 kv.m hissəsinin isə Xəzər dənizinin mühafizə zonasına düşməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-447/2025 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2001-ci il tarixli Lənkəran DTİ və MHQ İdarəsinin 3A- 1025 inventar nömrəli Texniki pasporta və xx.xx.2002-ci il tarixli Lənkəran rayon DTİ ve MHQ idarəsinin 325a nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran şəhəri, T.İsmayılov küçəsində (hal-hazırda Heydər Əliyev prospekti, 172A) qeyri-yaşayış sahəsinin yerləşdiyi 10000 kv.m torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən ümumilikdə 5591 kv.m hissəsinin (Xəzər dənizinin mühafizə zonası ilə dəmir yolunun mühafizə zonasının üst-üstə düşən 257 kv.m hissəsi daxil olmaqla) Xəzər dənizinin 0-50m-lik mühafizə zonasına düşməsi müəyyən olunmuşdur. Faktiki vəziyyətdə isə iddia edilən torpaq sahəsinin Xəzər dənizinin sahil xəttindən (Om-lik-dən) orta hesabla 126-127 m məsafədə yerləşməsi müəyyən olunmuşdur (Xəzər dənizinin mühafizə zona kv.m hissəsi daxil olmaqla) olunmuşdur. Sözügedən 1,0 ha torpaq sahəsinin 475 kv.m hissəsinin (Xəzər dənizinin mühafizə zonası ilə dəmir yolunun mühafizə zonasının üst-üstə düşən 357 kv.m hissəsi daxil olmaqla) dəmir yolunun mühafizə zonasına düşməsi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq müəyyən edilir ki, Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən dövlət mülkiyyəti olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 0,02179 ha torpaq sahəsində yerləşən 172,1 kv.m qeyri-yaşayış binasına dair xüsusi mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmışdır və Lənkəran şəhəri ərazində yerləşən 1,50 ha torpaq sahəsinə dair istifadə hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlər arasında mübahisələndirilən torpaq sahəsinə dair hər hansı bir sənəd təqdim edilməmişdir. Həmçinin həm iddiaçıya məxsus, həm də üçüncü şəxsə məxsus çıxarış üzrə istifadələrində olan torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilmişdir. Faktiki vəziyyətdə mübahisələndirilən torpaq sahəsinin 475 kv.m hissəsinin (Xəzər dənizinin mühafizə zonası ilə dəmir yolunun mühafizə zonasının üst-üstə düşən 357 kv.m hissəsi daxil olmaqla) dəmir yolunun mühafizə zonasına düşür, 10000 kv.m torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən 800 kv.m hissəsinin koordinatları "xxxx" MMC-nin istifadəsində olan (hüququ yüklü edilən şəxs-Lənkəran Şəhər İcra Hakimiyyəti, xeyrinə hüquq yüklü edilən şəxs "xxxx" MMC) dövlət mülkiyyətinə aid 1.5 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçının mübahisələndirdiyi 1.0 ha torpaq sahəsinin 25 illik istifadəsində olması və mübahisəli torpaq sahəsindən istifadə etməsi müvafiq torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına əsas deyil. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətidir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməz. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixli, **********32-06301 nömrəli reyestrdən çıxarış və texniki pasport qanuna müvafiq qaydada tərtib edilmişdir, çıxarış və texniki pasportun ləğv edilməsinə hər hansı bir əsas müəyyən edilməmişdir, Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A ünvanında yerləşən 0,4087 ha torpaq sahəsinin qonşuluğunda (daxilində) 25 illik, istifadəsində olan 0,5913 ha, ümumilikdə 0,4087 ha+ 0,5913 ha = 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanuna uyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Maddə 24. Xüsusi qorunan ərazilərin torpaqları və onların tərkibi
1. Xüsusi qorunan ərazilərin torpaqları — xüsusi təbiəti mühafizə, elmi, tarixmədəniyyət, estetik, turizm və rekreasiya, sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə malik olan, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır.
2. Xüsusi qorunan ərazilərin torpaqlarına aşağıdakılar aid edilir: təbiəti mühafizə təyinatlı torpaqlar; təbii qoruq təyinatlı torpaqlar; sağlamlaşdırma təyinatlı torpaqlar; turizm və rekreasiya təyinatlı torpaqlar; tarix-mədəniyyət təyinatlı torpaqlar; Maddə 27. Sağlamlaşdırma təyinatlı torpaqlar
1. Sağlamlaşdırma təyinatlı torpaqlara xəstəliklərin profilaktikasının və müalicə işinin təşkili üçün istifadə edilən və ya edilə bilən, əlverişli təbii müalicə amillərinə malik olan müalicə-sağlamlaşdırma yerlərinin və kurortların (çimərliklər, mineral su mənbələri, müalicəvi neft və palçıq yataqları və s.) torpaq sahələri aiddir.
2. Təbii müalicə amillərinin mühafizəsi məqsədi ilə bütün kurortların ərazilərində müalicə-sağlamlaşdırma yerləri və sanitariya mühafizə dairələri müəyyən edilir. Bu dairələrin hüdudları daxilində fəaliyyəti təbii müalicə xassələrinin və əhalinin istirahəti üçün əlverişli şəraitin mühafizəsi ilə bir araya sığmayan müəssisələrin, idarələrin və təşkilatların istifadəsinə və ya icarəsinə torpaq sahələrinin verilməsi qadağan edilir.
3. Müəyyən edilmiş sanitariya rejimi ilə əlaqədar torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna edilməklə, sanitariya mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən geri alınmır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğu müəyyən edildi. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçının iddia etdiyi Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A ünvanında yerləşən 0,4087 ha torpaq sahəsi və onun qonşuluğunda 25 illik istifadəsində olan 0,5913 ha, ümumilikdə 0,4087 ha+ 0,5913 ha = 1,0 ha torpaq sahəsinin statusu iddiaçı tərəfindən qeyri-yaşayış binası əldə edilən vaxt və hazırda dövlət mülkiyyətidir, kateqoriyasının 9088 kv.m hissəsinin yaşayış məntəqələrinin torpaqlarına, qalan hissəsinin isə ehtiyat fondu torpaqlarına aid olması, uqodiyasının ictimai tikilialtı torpaq sahəsi və qumluq (ehtiyat fondu torpaqlarına aid hissədə) torpaq sahəsi olduğu üçün və mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertizasının xərci kimi 100 (yüz) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «xx.xx.2020-ci il tarixli, **********32-06301 nömrəli reyestrdən çıxarış və texniki pasportun qismən ləğv edilməsi, əvəzində həmin texniki pasportda qeyd edilən Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 172A ünvanında yerləşən 0,4087 ha torpaq sahəsinin qonşuluğunda (daxilində) 25 illik, istifadəsində olan 0,5913 ha, ümumilikdə 0,4087 ha+ 0,5913 ha = 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhtəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X5, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova