Məhkəmə qərarları › İş №2-1(120)-122/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-122/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-122/2021 27.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “bələdiyyənin mülkiyyəti, büdcəsi, struktur, bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar, bələdiyyənin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar, bələdiyyə tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə məlumatlar, bələdiyyə büdçəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiya, 2019-cu il büdcəsi və 2020-ci ildə kənddə görülmüş işlər haqqında informasiyaları iddiaçıya verilməsinin təmin edilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı “bələdiyyənin mülkiyyəti, büdcəsi, struktur, bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar, bələdiyyənin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar, bələdiyyə tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə məumatlar, bələdiyyə büdçəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiya, 2019-cu il büdcəsi və 2020-ci ildə kənddə görülmüş işlər haqqında informasiyaları iddiaçıya verilməsinin təmin edilməsi” barədə qərarın qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(120-1351/2020 nömrəli qərardadı ilə İddiaçı “bələdiyyənin mülkiyyəti, büdcəsi, struktur, bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar, bələdiyyənin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar, bələdiyyə tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə məlumatlar, bələdiyyə büdçəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiya, 2019-cu il büdcəsi və 2020-ci ildə kənddə görülmüş işlər haqqında informasiyaları iddiaçıya verilməsinin təmin edilməsi” bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Cavabdeh tanınması, iddia tələbinə isə “bələdiyyənin mülkiyyəti, büdcəsi, struktur, bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar, bələdiyyənin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar, bələdiyyə tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə məumatlar, bələdiyyə büdçəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiya, 2019-cu il büdcəsi və 2020-ci ildə kənddə görülmüş işlər haqqında informasiyaları iddiaçıya verilməsinin təmin edilməsi” kimi bахılmаsı qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və mübahisənin artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ********* nömrəli poçt qəbzindən görünür ki, İddiaçı 26.06.2020ci il tarixdə Cavabdehnə sifarişli məktub göndərmişdir. İş materiallarında olan Biləsuvar rayon Bəydili kəndi bələdiyyəsinin məhkəməyə göndərdiyi 25 sentyabr 2020-ci il tarixli, 44 nömrəli məktubunda qeyd olunmuşdur ki, Biləsuvar rayonu Bəydili bələdiyyəsinə ünvanladığınız 2-1(120)-1351/2020 nömrəli 06 avqust 2020-ci il tarixli məktubunuzla əlaqədar olaraq bildiririk ki, Bəydili kənd sakini İddiaçı '‘bələdiyyə mülkiyyəti, büdcəsi, strukturu, bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar, bələdiyyənin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, həmçinin onların təhsili və ixtisası barədə məlumatlar, bələdiyyə tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiya, 2019-cu ilin büdcəsi və 2020-ci ildə kənddə görülmüş işlər haqqında"' informasiya verilməsi ilə əlaqədar bələdiyyəyə müraciət etmiş, buna görə İddiaçı bələdiyyənin inzibati binasına dəvət olunaraq, ərizələrinin ononim olmasına baxmayaraq , ona qanunun tələbinə müvafiq olaraq ildə bir dəfə keçirilən Bəydili bələdiyyəsinin görülmüş işlər haqqında , o cümlədən maliyyə vəsaitinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə verilən hesabat iclasında iştirak edərək, ona lazım olan informasiyanı həmin hesabat iclasında ala biləcəyi barədə məlumat verilmişdir. Lakin İddiaçı bizimlə razılaşmayaraq, bələdiyyənin sədrindən məhkəməyə şikayət edəcəyini bildirərək, bələdiyyənin inzibati binasını tərk edərək getmişdir. Bu barədə bələdiyyə işçiləri tərəfindən akt tərtib edilərək imzalanmışdır. Bəydili bələdiyyəsinin 27.11.2015-ci il tarixli 14 nömrəli iclasının qərarı ilə “xxxx” MMC təsis edilərək, 29 yanvar 2016-ci il tarixdən qeydiyytdan keçməklə Nizamnaməsi təsdiq edilmişdir. Hazırkı vaxta qədər MMC-nin heç bir fəaliyyəti olmamış, dövlət büdcəsindən ona heç bir vəsait ayrılmamış və istifadəsinə heç bir əmlak verilməmişdir. Sorğunuza əsasən Bəydili bələdiyyəsi işçilərinin ştat cədvəli, Bələdiyyənin 2019-cu il yerli büdcəsinin nəzərdə tutulmuş gəlir və xərcləri üzrə smetası, xərc maddələrinin adı, Bəydili bələdiyyəsinin 2019-cu il ərzində görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə verilən hesabat, Bəydili bələdiyyəsi ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncağının Protokolu, “xxxx” MMC-nin nizamnaməsinin, 30.06.2020-ci il tarixdə tərtib edilmiş aktın təsdiq olunmuş surəti, hər iki ərizənin təsdiq olunmuş surəti və dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətləri Sizə göndərilir. Məhkəmə cavabdeh tərəfində yuxarıda qeyd olunan məlumat və sənədləri məktubla iddiaçıya təqdim etmişdir. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun: 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Məhkəmənin qənaətinə görə iddiaçının hazırkı tələbi üzrə müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən və həmin müraciətin cavabları (sənədlər) iddiaçıya təqdim olunduğundan, bununla da iddiaçının tələbi təmin olunduğundan və mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Yuxarıda qeyd edirlən hüquq normalarının tələbindən aydın görünür ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Nəticəvi hissə: Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : İddiaçı Cavabdehnə qarşı “bələdiyyənin mülkiyyəti, büdcəsi, struktur, bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar, bələdiyyənin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar, bələdiyyə tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə məumatlar, bələdiyyə büdçəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiya, 2019-cu il büdcəsi və 2020-ci ildə kənddə görülmüş işlər haqqında informasiyaları iddiaçıya verilməsinin təmin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar