Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1223/2025 22.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, cavabdehin nümayəndəsi X11, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı X18 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “elektron baza məlumatında düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Pərdi kəndində yerləşən X6na məxsu olmuş 1,011 ha torpaq sahəsinə dair elektron baza məlumatlarına düzəliş edilməsi və həmin baza məlumatlarında X19 məxsus olmuş 1,11 ha torpaq sahəsinin içərisində kənd yolu kimi göstərilən yolun elektron baza məlumatlarından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1985-ci il tarixində Cəlilabad rayonu Pərdi kəndində doğulmuşdur. X2, anası isə X4r. Valideynlərindən atası vəfat etmişdir. X6 isə onun nənəsidir. Yəni atasının anasıdır. Suray Ağayeva 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra onlar ailəlikcə nənəsnin torpaq sahəsində yaşamışdır. Hazırda da, orada yaşayırlar. Fərdi 1,11 ha həyətyanı torpaq sahəsi vardır. Onun yaşadığı evin həyətinin daxilindən qonşuluqda yaşayan heç bir kəsin həyətinə getmək üçün yol mövcud olmamışdır və o heç bir yolu zəbt etməmişdir və bağlamamışdır. Onların ailəlikcə yaşadığı və hasara aldığı torpaq sahəsi qanunla, yəni Aqrar İslahat Komissiyasının qərarı ilə onlara verilmiş torpaq sahəsidir. Həmkəndlisi və həm də qonşusu olan Cavid Məmmədovun həyətinə gedən yol tamamilə uzaqdır və başqa yerdədir. Pərdi kəndi üzrə təsərrüfat başına kitabda ailə başçısı kimi nənəsi, atası, anası X12 adına 0,25 ha həyətyanı torpaq sahəsi olmuş, torpaq sahəsi islahat zamanı 0,86 ha olmuş, bunun əvəzinə sahədə verilən pay torpaq sahələrindən 0,61 ha çıxılaraq hasarda olan torpaq sahəsi nənəsinin adına yazılmışdır. Hazırda onlar ailəlikcə nənəsinin adına olan torpaq sahəsində yaşayırlar. Bundan başqa həyətyanı torpaq sahələri anası X3 adına 0,15 ha həyətyanı torpaq sahəsi olmuşdur, islahat zamanı anasının adına olan torpaq sahəsi ölçülərkən 0,55 ha olmuşdur. Zəbt kimi anasının adına yazılmış onların ailəsinə verilən torpaq sahəsinin əvəzinə pay torpaq sahəsindən çıxılmışdır. X8 məhkəmədə iddia etdiyi yol hazırda onların yaşadığı nənəsi Suray Ağayevanın adına olan həyətyanı torpaq sahəsində olmamışdır. Həmin iddia edilən yol anası X5 verilən torpaq sahəsinin qarşısından keçir. Torpaq islahatı gedən zaman onların həyətləri səhv salınmışdır. Bununla bağlı cavabdeh inzibati orqana dəfələrlə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin 2-1(120)- 3871/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X18 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı). Cavabdeh inzibati orqan DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 3-21-3-44/2-3211/2024 saylı xx.xx.2024 saylı iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı müraciətinə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 18 aprel 2024-ci il tarixdə **********81 saylı məktubla bildirilmişdir ki, müraciətdə qeyd edilən ərazidə Cəlilabad rayon Məhkəməsinin 2(073)-479/2023 saylı mülki iş üzrə məhkəmə mübahisəsi olmuşdur. Həmin ərazi mübahisə predmeti olduğu üçün Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzəliş edilməsi mümkün deyildir.Torpaq Məcəlləsinin 103-cü maddəsinə görə torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq İcra Hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müraciətdə qeyd edilən məsələnin həlli üçün müvafiq məhkəmə qurumuna müraciət edilməsi tövsiyyə olunur.İddiaçı növbəti müraciətinə 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən rəsmi olaraq bildirilmişdir ki, 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən orqan olduğu üçün ərizədə qeyd edilən torpaq mübahəsinin həlli tərəfimizdən mümkün deyildir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Torpaq sahəsi üzərində yaranmış mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə Məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasn iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarında olan: xx.xx.1986-cı il tarixli Xİ-ЖГ seriyalı 365771 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci ildə Pərdi kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında X9, anası qrafasında isə X20 qeyd olunmuşdur. Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş: xx.xx.2023-cü il tarixli arayışın surətindən müəyyən olunur ki, X21 xx.xx.1955-ci ildə Cəlilabad rayonu Pərdi kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.1955-ci ildə 01 №-li akt qeydi tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli 938/12 №-li arayışın surətindən müəyyən olunur ki, X9 xx.xx.1952-ci ildə Cəlilabad rayonu, Pərdi kəndində doğulmuşdur. Bu barədə 08 mart 1952-ci il tarixdə Cəlilabad rayon Xanəgah kənd icra nümayəndəliyində 08 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1 xx.xx.1996-cı ildə ölmüşdür. xx.xx.2022-ci il tarixli 937/12 saylı arayışın surətindən müəyyən olunur ki, X26 xx.xx.2001-ci ildə Cəlilabad rayonu Pərdi kəndində ölmüşdür. Ölüm haqqında 01 dekabr 2001-ci ildə 14 №-li akt qeydi tərtib olunmuşdur. 1989-cu il tarixli 84 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evlərinin texniki pasportunun surətindən müəyyən olunur ki, X19 məxsus Pərdi kəndində yerləşən tikintinin ümumi sahəsi 60,5 kv.m, sənəd üzrə torpaq sahəsinin ölçüsü 2500 kv.m, faktiki sahəsi 2736,0 kv.m olduğu qeyd olunmuşdur. Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı: 1614 №-li 21.012.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 2i ünvanında qeydiyyatda olan X7 ərizəsi əsasında mərhum atası X10 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmışdır. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, X22 və X27 mərhum X13 vərəsələridir. 1615 №-li 21.012.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 2i ünvanında qeydiyyatda olan X7 ərizəsi əsasında mərhum anası X15 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmışdır. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, X22 və X27 X6nın vərəsələridir. Məhkəmənin müvafiq sorğusuna əsasən: Cəlilabad rayon Məhkəməsinin 2-1(120)-3871/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçı X18 cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Pərdi kəndində yerləşən ümumi istifadədə olan gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş xx.xx.2023-cü il tarixdə Cəlilabad rayon Məhkəməsinin icraatına daxil olmuş. 30 noyabr 2023-cü il tarixdə, 2- (073)-479/2023 saylı mülki iş üzrə iddia təmin edilərək qətnamə qəbul edilmişdir. Cavabdeh İddiaçı vermiş olduğu apellyasiya şikayəti mümkün hesab edilərək mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məktuba əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin 2(073)-479/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X18 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Pərdi kəndində yerləşən ümumi istifadədə olan gediş-gəliş yolunun cavabdeh İddiaçı tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə iddianın təmin edilməsi cavabdeh İddiaçı X14 məxsus Cəlilabad rayonu Pərdi kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş evinə gediş-gəliş yolunun açılması və iddiaçının yoldan istifadə hüququnun bərpa edilməsi qət edilmişdir. Cəlilabad rayon 1 saylı Notariat Ofisinin 957 №-li xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X6 barədə xx.xx.2023-cü il tarixdə 8V-865 reyestr nömrə ilə vərəsəlik işi açılmışdır. Lakin miras əmlakın tərkibi barədə hüquqmüəyyənedici sənədlər ( çıxarış, qeydiyyat vəsiqəsi və s) təqdim edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-21-3-49/2-M-0074-8/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İdarə daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən orqan olduğu üçün ərizənizdə qeyd edilən torpaq mübahəsinin həlli tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-44/2-2810/2025 saylı məktubu ilə təqdim olunmuş iş üzrə mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında iddia tələbinə görə sentyabr 1989-cu ildə tərtib olunmuş “Fərdi yaşayış donduna daxil olan yaşayış evinin texniki” pasportu ilə X6na məxsus Cəlilabad rayonu Pəri kəndində yerləşən 60,5 kv.m torpaq sahəsindən ibarət fərdi yaşayış evinin yerləşdiyi 2500 kv.m həyətyanı torpaq sahəsinin məkan göstəricilərini ( koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən sənəd üzrə yerini müəyyənləşdirmək mümkün olmadı. Bu səbəbdən naturadan plana alınmış həyətyanı torpaq sahəsinin faktiki ölçülərinin “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki” pasportunda göstərilən ölçülərinə uyğun olub-olmamasını müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında iddia tələbinə görə sentyabr 1989-cu ildə trətib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki” pasportu ilə X6na məxsus Cəlilabad rayonu Pəri kəndində yerləşən və 60,5 kv.m sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 2500 kv.m həyətyanı torpaq sahəsinin məkan göstəricilərini ( koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən hal-hazırda İddiaçı Mirhəmid oğlunun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının sentyabr 1989-cu ildə tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki” pasportunda qeyd olunmayan koordinatlara uyğun gəlib-gəlməməsini müəyyənləşdirmək mümkün olmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında iddia tələbinə görə sentyabr 1989-cu ildə tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki” pasportu ilə X6na məxsus ünvan 2ində yerləşən və 60,5 kv.m sahədən ibarət yaşayış evinin yerləşdiyi 2500 kv.m həyətyanı torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən, qonşuların gediş-gəlişi üçün nəzərdə tutulmuş yolun "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki” pasportunda əks olunmuş sərhədlərin hüdudları daxilində yerləşib-yerləşmədiyini ( düşüb-düşməditini) müəyyənləşdirmək mümkün olmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında İddiaçı Mirhəmid oğlunun faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,8742 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən ümumi istifadəli gediş-gəliş yolunun nəzərdə tutulmadığı müəyyənləşdirilərək rəyə əlavə olunmuiş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında iddia tələbinə görə sentyabr 1989-cu ildə tərətib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki” pasportu ilə X6na məxsus Cəlilabad rayonu Pərdi kəndində yerləşən və 60,5 kv.m sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 2500 kv.m həyətyanı torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən, qonşu sahədə yerləşən X8 həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki” pasportunda əks olunmuş sərhədlərin hüdudları daxilinə düşübdüşməmədiyini müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. Tərəflər arasında mübahisə predmeti olan gediş-gəliş yolu (dalan).Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında hazırda İddiaçı Mirhəmid oğlunun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən ümumi-istifadəli yol kimi qeydə alındığı müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə sentyabr 1989-cu ildə tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki” pasportu ilə X6na məxsus Cəlilabad rayonu Pərdi kəndində yerləşən ( mülkiyyətə verilmiş) və hazırda İddiaçı Mirhəmid oğlunun faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0,8742 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edildi. İşin hallarından müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə iddiaçının marağı Cəlilabad rayonu Pərdi kəndində yerləşən X6na məxsu olmuş 1,011 ha torpaq sahəsinə dair elektron baza məlumatlarına düzəliş edilməsi və həmin baza məlumatlarında X19 məxsus olmuş 1,11 ha torpaq sahəsinin içərisində kənd yolu kimi göstərilən yolun elektron baza məlumatlarından çıxarılmasının təmin olunmasıdır. Lakin iddiaçı Cəlilabad rayonu Pərdi kəndində yerləşən X6na məxsu olmuş 1,011 ha torpaq sahəsinə dair subyektiv hüququnu təsdiq edən ( vərəsəlik haqqında şəhadətnamə və s.) hər hansı bir hüquq müəyyənedici sənədi iddia ərizəsinə əlavə etməmişdir. Əksinə Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı 1615 №-li xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, ünvan 2i ünvanında qeydiyyatda olan X7 ərizəsi əsasında mərhum anası X15 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmışdır. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, X21 və X27 X6nın vərəsələridir. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərərək, torpaq sahəsinə dair subyektiv hüququnu təsdiq edən sübutların təqdim edilməli olduğu izah edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim edilməmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı X18 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “elektron baza məlumatında düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-1223/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1223/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver