Məhkəmə qərarları › İş №2-1(120)-145/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-145/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-145/2024 28.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “01 iyul 2004-cü il tarixli nikah qeydinin pozulmasına dair aktın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 28 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X8 arasında bağlanmış 01 iyul 2004-cü il tarixli nikah qeydinin pozulmasına dair aktın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18 may 1974-cü il tarixdə X1 ilə nikaha girmişdir. Həmin nikah Lənkəran rayonu Separadi kənd İcra nümayəndəliyi tərəfindən 09 saylı aktla qeydə alınmışdır. Həmin nikahdan 4 övladları olmuş və X2 vəfat etdiyi vaxta qədər birgə yaşamışlar və birgə təsərrüfat sürmüşlər. X2 xx.xx.2022-ci ildə vəfat etmişdir. Ərinin vəfatından sonra ona məlum olmuşdur ki, nikahları xx.xx.2004-cü ildə pozulmuşdur. Bununla bağlı Cavabdehnə müraciət etmiş və ona rəsmi sənədlə bildirmişlər ki, həmin nikah xx.xx.2004-cü ildə, hər ikisinin ərizəsinə əsasən pozulmuşdur. Bildirir ki, o, belə bir ərizə ilə heç bir orqana müraciət etməmişdir. Adından verilmiş ərizə saxta olub, o, X2 vəfat etdiyi vaxta kimi bir ailə kimi bir evdə vahid təsərrüfat sürməklə yaşamışlar. Onların həmin nikahdan 4 övladları vardır. Həmin nikah qeydinin pozulmasına dair qeydin ləğv edilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmiş və şöbə tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 384 saylı arayışla imtina verilmişdir. Hesab edir ki, bu imtina tam əsassızdır. Ona görə də məcburi qaydada həmin nikah qeydin pozulmasına dair aktın ləğv edilməsi Cavabdeh üzərinə bir vəzifə kimi qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş 01 iyul 2004-cü il tarixli, 43 nömrəli “Nikahın pozulması haqqında” Akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X8 ilə İddiaçı arasında Lənkəran rayonu Separadi kənd icra nümayəndəliyində 18 may 1974-cü il tarixdə 09 nömrəli aktla qeyd edilmiş nikah 01 iyul 2004-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 384 nömrəli arayışdan görünür ki, X8 ilə İddiaçı nikahı Lənkəran rayonu Separadi kənd icra nümayəndəliyində 18 may 1974-cü il tarixdə 09 nömrəli aktla qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə- Məmmədov, arvada- Məmmədova soyadı verilmidir. Qeyd xx.xx.2004-cü il tarixdə Cavabdehndə nikahları pozulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ-İİ № 245053 nömrəli “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin yanvar ayının 10 günündə 33 № ilə qeyd edilmişdir. İş materiallarında olan Lənkəran rayonu Separadi kənd inzibati ərazi dairəsinin nümayəndəsinin 09 fevral 2022-ci il tarixli, 119 nömrəli arayışından görünür ki, İddiaçı həyat yoldaşı X8 03 yanvar 2022-ci ildə vəfat etmiş, onların birgə nikahından: xx.xx.1975ci il təvəllüdlü oğlu - X9; xx.xx.1980-ci il təvəllüdlü qızı - X4; xx.xx.1983-cü il təvəllüdlü qızı - X7; xx.xx.1985-ci il təvəllüdlü oğlu - X5 adlı uşaqları olmuşdur. X1 həyat yoldaşı İddiaçı ilə təsərrüfatı birgə idarə etmişlər. İş materiallarında olan Lənkəran rayonu Separadi kənd inzibati ərazi dairəsinin nümayəndəsinin 29 aprel 2022-ci il tarixli, 16 nömrəli arayışından görünür ki, Separadi kənd sakinlX2nun İddiaçı ilə 2004-cü ildə nikahın pozulmasına dair nümayəndəlikdə heç bir məlumat yoxdur. İddiaçı onunla X8 arasında Lənkəran rayonu Separadi kənd icra nümayəndəliyində 18 may 1974-cü il tarixdə 09 nömrəli aktla qeyd edilmiş nikahın pozulmasına dair 01 iyul 2004-cü il tarixli, 43 nömrəli “Nikahın pozulması haqqında” Akt qeydinin ləğv olunması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 319 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi qaydası”nın İİİ bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iş materiallarında olan 01 iyul 2004-cü il tarixli, 43 nömrəli “Nikahın pozulması haqqında akt qeydi”ndəki “Məhrəmova Rəisə” sözləri, eləcə də “Məhrəmova Rəisə” sözlərinin qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdurmu? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsinin ekspertlərinin verdikləri 05 oktyabr 2022-ci il tarixli, 4/1083 nömrəli rəydə göstərilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 28-ci vərəqində olan X6 İddiaçı qarşı 01 iyul 2004-cü il tarixli, № 43 nömrəli nikahın pozulması haqqında aktın qeydinin kserosurətinin arxa tərəfində “13. Nikahın pozulanların imzaları” qrafasındakı “Məhрəмова Рəисə” yazıların - İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 1-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olnmadı. Əksi ekspertizaya təqdim edilmiş, mülki işin 28-ci vərəqində olan X6 İddiaçı qarşı 01 iyul 2004-cü il tarixli № 43 nömrəli nikahın pozulması haqqında aktın qeydinin kserosurətinin arxa tərəfində “13. Nikahın pozulanların imzaları” qrafasındakı “Məhрəмова Рəисə” yazıların qarşısındakı imza - tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən bildiririk ki, həmin imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iş materiallarında olan 01 iyul 2004-cü il tarixli, 43 nömrəli “Nikahın pozulması haqqında akt qeydi”ndəki “Məhrəmova Rəisə” sözləri, eləcə də “Məhrəmova Rəisə” sözlərinin qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdurmu? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 09 mart 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 24 may 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 11 dekabr 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, işin 23-cü vərəqində olan xx.xx.2004-cü il tarixli, 43 nömrəli “Nikahın pozulması haqqında akt qeydi”nin əslinin və İddiaçı əlavə sərbəst xətt və imza nümunələrinin təqdim edilməsi barədə xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ekspert vəsatətləri təmin edilmədiyindən qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməxətşünaslıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iş materiallarında olan 01 iyul 2004-cü il tarixli, 43 nömrəli “Nikahın pozulması haqqında akt qeydi”ndəki “Məhrəmova Rəisə” sözləri, eləcə də “Məhrəmova Rəisə” sözlərinin qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdurmu? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsinin ekspertlərinin verdikləri 24 aprel 2024-cü il tarixli, 4/281 nömrəli rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 1 iyul 2004-cü il tarixli, 43 nömrəli nikahın pozulması haqqında akt qeydinin “13.Nikahın pozulanların imzaları” bəndində “Məhрəмова Рəисə” yazıları və imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.2). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin mövqeyinə görə 01 iyul 2004-cü il tarixli, 43 nömrəli “Nikahın pozulması haqqında akt qeydi”ndəki “Məhрəмова Рəисə” sözləri, eləcə də “Məhрəмова Рəисə” sözlərinin qarşısındakı imzanın İddiaçı məxsus olmadığının müvafiq ekspertiza rəyi ilə müəyyən edilməsi, mərhum X2 vəfat edənə qədər ailə kimi bir evdə yaşamaqla, birgə təsərrüfat aparmaları, eləcə də mərhum X2 ilə aralarında bağlanmış nikah qeydinin pozulması barədə heç bir orqana rəsmi ərizə ilə müraciət etməməsini, həmin akt qeydindən məlumatsız olmaqla, yalnız mərhum ərinin vəfatından sonra miras əmlakla bağlı notariat orqanına müraciət etdikdən sonra ona bu halın məlum olmasını bildirməsi, mübahisələndirilən 01 iyul 2004-cü il tarixli, 43 nömrəli “Nikahın pozulması haqqında” akt qeydi iddiaçının mülki hüquqlarına və manefələrinə uyğun gəlməyən hal kimi qiymətləndirilməsinə əsas verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır (maddə 67.3). İPM-in 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə X8 arasında Lənkəran rayonu Separadi kənd icra nümayəndəliyində 18 may 1974-cü il tarixdə 09 nömrəli aktla qeyd edilmiş nikahın pozulmasına dair 01 iyul 2004-cü il tarixli, 43 nömrəli “Nikahın pozulması haqqında” Akt qeydi qanunsuz inzibati akt kimi ləğv edilməli, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 252,0 (iki yüz əlli iki ) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.1-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 52-ci, 62-ci, 68-69-cu, 70-ci, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə X8 arasında Lənkəran rayonu Separadi kənd icra nümayəndəliyində 18 may 1974-cü il tarixdə 09 nömrəli aktla qeyd edilmiş nikahın pozulmasına dair 01 iyul 2004-cü il tarixli, 43 nömrəli “Nikahın pozulması haqqında” Akt qeydi ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 252,0 (iki yüz əlli iki ) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar