Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1510/2025 06.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə 06 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ( bundan sonra mətndə DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Göyşaban İstehsalat komissiyası tərəfindən xx.xx.1997-ci il tarixində ona verilmiş 2 otaqlı 31.01 kv.m sahəsi olan mənzilə cavabdeh tərəfindən çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşidirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, Lənkəran rayonu, Göyşaban kəndində 1989-cu ildə inşa edilmiş 2 mərtəbəli 16 mənzilli binada yerləşən 2 otaqlı mənzilin xüsusi mülkiyyət hüququ ilə onun adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o xx.xx.1960-ci ildə Lənkəran rayonunun Göyşban kəndində doğulmuşdur. Hal-hazırda ailə üzvləri ilə birgə həmin kənddə yaşayır. Uzun illər Lənkəran rayonunun X9 və emalı müəsisəsində fəhlə vəzifəsində işləmişdir. Ailə başçısını itirdiyindən, yaşamağa şəraiti və evi olmadığından müəsissə rəhbərliyi ona iki uşağı ilə birlikdə yaşamaq üçün 2 otaqlı 31.01 kv.m olan mənzil vermişdir. Bu barədə 11 oktyabr 1997-ci il tarixli müəssisənin islahat komissiyasının iclasının qərarında göstərilmişdir. O, 2002-ci ildə Göyşaban yerli islahat komisiyasına yaşadığı mənzilin özəlləşdirilməsi üçün ərizə ilə müraciət etmiş, 15 mart 2002-ci il tarixdə Göyşaban yerli islahat komissiyasının və həmkarlar təşkilatının iclasında ərizəsi müzakirə edilmiş, yaşadığı 2 otaqlı 31.01 kv.m sahəsi olan mənzilin özəlləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunmuşdur ki, mənzilin özəlləşdirilməsi qanunidir. Qərarda göstərilmişdir ki, 1989-cu ildə tikilmiş, balans dəyəri 1200 rubl olan 2 otaqlı 31.01 kv.m sahəsi olan mənzil kənd sakini, müəssisənin fəhləsi İddiaçı bağışlansın. Hətta Lənkəran rayon Göyşaban İstehsalat komissiyası 15 mart 2002-ci il tarixində əmr imzalayaraq göstərmişdir ki, 1989-cu ildə tikilmiş yaşayış binası X1 balansından çıxarılsın və istehsalat komissiyasının sərəncamı ilə 1989-cu ildə tikilmiş 31.01 kv.m mənzil ona, yəni İddiaçı bağışlansın. O hazırda 27 ildən artıqdır ki, həmin mənzildə yaşayır. Həmin mənzilə çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Ona 25 iyul 2024-cü il tarixində imtina məktubu verilmiş, imtina məktubunda göstərilmişdir ki, Göyşaban yerli istehsalat komissiyasının və həmkarlar təşkilatının sənədləri, o cümlədən xx.xx.2002-ci il tarixli protokol X6 filialında aşkar edilməmişdir. Təqdim olunmuş Aqrara İslahat Komissiyasının və həmkarlar təşkilatının xx.xx.2002-ci il tarixli iclas protokolunda müvafiq düzəliş edilmişdir. Həmin düzəlişdə göstərilən rəqəmlər təqdim etdiyi bütün sənədlərdə düzgün yazılmışdır. Sözügedən düzəliş 27 il əvvəl edilmişdir. Düzəlişin doğru olduğunu göstərən başqa sənədlər də vardır. İmtina məktubunda məhkəməyə müraciət etməsi göstərilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan DƏDKR-nin 10 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 3-21-3-43/2-2682/2024 saylı, xx.xx.2024-cü il tarixli iddiaya dair yazılı etirazında göstərilmişdir ki, hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi X2 Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən İddiaçı məxsus mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunan hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim edilmiş X12 İslahat Komissiyasının və həmkarlar təşkilatının sənədləri, o cümlədən xx.xx.2002-ci il tarixli protokolu X8 filialında aşkar edilməmişdir.Təqdim olunmuş X12 İslahat Komissiyasının və həmkarlar təşkilatının xx.xx.2002-ci il tarixli iclas protokolundan çıxarışda müvafiq düzəliş olunmuşdur. 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırkı iş üzrə İddiaçı etibarlı nümayəndəsi X3 xx.xx.2024-cü il tarixli, **********79 nömrəli imtina bildirişi ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Lerik rayonu Mondiga kəndində doğulmuşdur. Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatdadır. Lənkəran rayon X9 və Emalı Müəssisəsi (Aqrar İslahat Komissiyasının) 18 №-li, xx.xx.1997-ci il tarixli əmrində qeyd olunmuşdur ki, Müəssisəyə məxsus 16 ailəlik iki mərtəbəli binada 31,01 kv.m, 2 (iki) otaqlı mənzil yaşamaq hüququ verilməklə İddiaçı verilməsi qərar alınmışdır. “Göyşaban “ Üzüm İstehsalı “Emalı Müəssisəsi”nin oktyabr 1997-ci il tarixli İslahat Komissiyasının iclasının qərarından çıxarışdan müəyyən olunur ki, Müəssisəyə məxsus 2 (iki) otaqlı 31,9 kv.m mənzil müəssisənin fəhləsi ailə başçısını itirmiş 2 (iki) uşaq anası İddiaçı yaşamaq üçün verilmişdir. Göyşaban yerli islahat komissiyasının və həmkarlar təşkilatının 15 mart 2002-ci il tarixli iclas protokolundan çıxarışdan müəyyən olunur ki, iclasın qərarına əsasən 1989-cu ildə tikilmiş balans dəyəri 1200 rubl 2 otaqlı 31,01 kv.m olan mənzil kənd sakini Müəssisənin fəhləsi İddiaçı bağışlanması qərara alınmışdır. Lənkəran rayon Göyşaban İslahat Komissiyası üzrə 15 mart 2002-ci il tarixli əmrdən müəyyən olunur ki, 1989-cu ildə tikilmiş yaşayış binası Göyşaban istehsal kooperativinin balansından çıxarılması qərar alınmışdır. Eyni zamanda Yerli Aqrar islahat komissiyasının 01 saylı prtokoluna əsasən 1989-cu ildə tikilmiş 2 otaqlı mənzil Göyşaban kənd sakini İddiaçı bağışlanması barədə sərəncam verilmişdir. Baş mühasib S.Məmmədov yoldaşa yaşayış binasının balansdan silinməsi tapşırılmışdır ( Sərəncamın 2-ci bəndi). Məhkəmənin müvafiq sorğusuna əsasən: X6 Filialının 3-48-DA-7F/1-212/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X6 filialında saxlanılan X9 və emalı müəssisəsinin 11 sentyabr 1998-ci il tarixli 19 №-li əmri ilə İddiaçı mənzil verilməsi barədə olan əmrin arxiv çıxarışı və həmin əmrin təsdiq olunmuş surəti təqdim olunur. Eyni zamanda Göyşaban Yerli istehsalat komissiyasının və Həmkarlar təşkilatının sənədləri X6 filialına təhvil verilməmişdir. Ona görə də Göyşaban Yerli istehsalat komissiyasının və Həmkarlar təşkilatının 15 mart 2002-ci il tarixli iclas protokolunun və əmrinin təsdiq olunmuş surətlərinin göndərilməsi mümkün olmamışdır. Məktuba əlavə olunmuş: X6 Filialının 3-48-DA-7F/1-212-1/2024 saylı, xx.xx.2024-cü il tarixli Arxiv çıxarışı ilə təqdim olunmuş “X9 və emalı müəssisəsinin 11 sentyabr 1998-ci il tarixli 19 №-li əmri”ndən çıxarışda qeyd olunmuşdur ki, Müsəssisəyə məxsus 2 (iki) otaqlı 31,9 kv.m mənzil məüssisənin fəhləsi ailə başçısını itirmiş 2 (iki) uşaq anası İddiaçı yaşamaq üçün verilsin. X4 1995-1996-1997,1998-1999-cu illəri əhatə edən "xxxx"ndan (əmrlər) müəyyən olunur ki, X9 və Emalı Müəssisəsinin 19 №-li, xx.xx.1998-ci il tarixli əmri ilə Müəssisəyə məxsus 2 (iki) otaqlı 31,9 kv.m mənzil müəssisənin fəhləsi ailə başçısını itirmiş 2 (iki) uşaq anası İddiaçı yaşamaq üçün verilmişdir. Lənkəran Rayonu Göyşaban Bələdiyyəsinin 183 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Göyşaban kəndində yerləşən 2 mərtəbəli 16 mənzilli yaşayış binası Partiyanın 25-ci qurultayı adına üzümçülük sovxozunun sifarişi ilə sovxozunun fəhlə və qulluqçuları üçün tikilmişdir. Aqrar islahat zamanı sovxozunda işləyənlərə əmlak payı kimi verilmişdir. Şəxsi mənzilləridir. Lənkəran Şəhər İcra Hakimiyyətinin 5-2/2-936/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra Hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Sorğuda qeyd edilən sənədlərin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi və X11 Komissiyası eləcə də Həmkarlar təşkilatının sənədləri X6 filialına təhvil verilmədiyinədən X13 Komissiyası eləcə də Həmkarlar təşkilatının sənədləri X6 filialına təhvil verilmədiyindən X11 Komissiyasının və həmkarlar təşkilatının 15 mart 2002-ci il protokolu ilə İddiaçı ayrılmış 1989-cu ildə inşa edilmiş 16 sakinli 2 mərtəbəli yaşayış binasında yerləşən 31,09 kv.m olan mənzilin kimin balansında olması barədə məlumat verilməsi mümkün olmamışdır. Məktuba xx.xx.1998-ci il tarixli 19 №-li əmrdən çıxarış əlavə olunmuşdur. İddiaçının ( nümayəndəsi X2) hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-43/2- 2179/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən, etibarlı nümayəndəsi olduğu şəxsə ( İddiaçı) məxsus mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır.Təqdim olunmuş X12 İslahat Komissiyasının və həmkarlar təşkilatının sənədləri, o cümlədən xx.xx.2002-ci il tarixli protokolu X6 filialında aşkar edilməmişdir. Təqdim olunmuş X12 İslahat Komissiyasının və həmkarlar təşkilatının xx.xx.2002-ci il tarixli iclas protokolundan çıxarışda müvafiq düzəliş olunmuşdur.”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: … - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. … - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Bu Qanun sovxozların, kolxozların, təsərrüfatlararası və digər-kənd təsərrüfatı istehsalı müəssisələrinin (bundan sonra sovxoz və kolxozların) istifadəsindəki (balansındakı) torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın (müəssisənin) hər hansı təşkilati-hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat verir. İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır.Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir.Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan , Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir.Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. (Maddə 3) İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar.Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. (Maddə 4) Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s (Maddə 8). "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi” Qaydaları (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə ləğv edilmişdir.)
1. Bu qaydalar "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış, sovxoz və digər kənd təsərrüfatı müəssisələrində əmlakın qiymətləndirilməsi, əmlakdan pay almaq hüququ olan şəxslərin və əmlak payının həcminin müəyyənləşdirilməsi, əmlakın təsərrüfatın üzvləri arasında bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi məsələlərini tənzimləyir.
2. Əmlakın ümumi dəyərinə əsas və dövriyyə fondları, əmtəə-material qiymətliləri, pul vəsaiti və digər maliyyə aktivləri daxildir.
3. Əsas istehsal fondlarının tərkibinə binalar, tikililər, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, məhsuldar mal-qara, iş heyvanları, çoxillik əkmələr və digər əsas istehsal fondları daxildir.
14. Təsərrüfatın əmlakı onun işçiləri arasında bir qayda olaraq natura şəklində bölünür. Təsərrüfatın üzvlərinə əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri işçilərə pul ifadəsində ödənilir.
17. Qanunvericiliyə uyğun olaraq əmlak fondundan pay alan şəxslər malik olduqları əmlakın tam sahibidirlər və mövcud qanunvericiliyə uyğun olaraq ondan istifadə istiqamətlərini sərbəst seçirlər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
İPM: 58.Sübutların araşdırılması qaydası. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının izahat dinləyərək hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olduğundan və iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırki işdə iddiaçının hüquqi marağı Lənkəran rayonu X9 və X10 İslahat Komissiyasının15 mart 2002-ci il tarixli protokolu əsasında qəbul edilmiş qərara əsasən Lənkəran rayonu Göyşaban kəndində yerləşən 1989-cu ildə inşa edilmiş 2 mərtəbəli 16 mənzilli binada yerləşən 2 otaqlı mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın verilməsidir. İş materiallarında olan məhkəmənin müvafiq sorğusu əsasənda təqdim olunmuş X4 əmrlər kitabında X9 və Emalı Müəssisəsinin 19 №-li, sentyabr 1998-ci il tarixli əmri ilə Müəssisəsyə məxsus 2 otaqlı 31,9 kv.m mənzili müəssisənin fəhləsi İddiaçı yaşamaq üçün verilməsi barədə əmrlər kitabında qeyd olunmuşdur. Bundan əlavə, Lənkəran rayon Göyşaban Bələdiyyəsinin 183 №-li, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Göyşaban kəndində yerləşən 2 mərtəbəli 16 mənzilli yaşayış binası Partiyanın 25-ci qurultayı adına üzümçülük sovxozunun sifarişi ilə sovxozunun fəhlə və qulluqçuları üçün tikilmişdir. Aqrar islahat zamanı sovxozunda işləyənlərə əmlak payı kimi verilmişdir. Şəxsi mənzilləridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. İddiaçıya ayrılmış- 2 (iki) otaqlı mənzil ona yuxarıda istinad edilən "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu və"Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi” Qaydalarına uyğun şəkildə, müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmişdir və həmin qərar iddiaçının qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Əksinə, "Sovxoz və kolxozların islahatı haqqında” Qanunla islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, habelə rayon və yerli aqrar komissiyalarının yaradılacağını və onların islahatların aparılması ilə əlaqədar yalnız səlahiyyətləri hüdudlarında cavabdehlik daşıdıqlarını müəyyənləşdirmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25 mart 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və yerli aqrar komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu bir daha təsbit edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4- daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5- daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Lənkəran rayonu, Göyşaban kəndində 1989-cu ildə inşa edilmiş 2 mərtəbəli 16 mənzilli binada yerləşən 2 otaqlı mənzilin xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər.
Hakim: Rəşidə Quliyeva