Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1640/2023 13.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil təminatı ilə bağlı qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 13 iyun 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun mənzil təminatı ilə bağlı qeydiyyata alınmağına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Biləsuvar rayonu olduğunu, Biləsuvar rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək 23 sentyabr 2022-ci il tarixli, 2-1(112)-11421/2022 nömrəli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini və Azərbaycan Respublikası Cavabdeh hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş və Azərbaycan Respublikası Cavabdeh hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Səfərbərlik Xidmətinin çağırışı ilə həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1998-xx.xx.2020-ci il dövrlərində Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra xx.xx.2000-xx.xx.2020-ci il dövrlərində Müdafiə Nazirliyinin tərkibində qüsursuz olaraq 19 il 10 ay 01 gün xidmət etmişdir. Hərbi xidmət dövründə “20 il qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir. Bundan başqa digər təltifləri də olmuşdur. Bu yaxınlarda mənzil təminatının yaxşılaşdırılması məqsədilə mənzil qeydiyyatına alınması üçün Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət etmişdir. Oradan ona xx.xx.2022-ci il tarixli, 4262 saylı cavab məktubu ilə ona mənzil təminatı ilə bağlı qeydiyyata almaqdan imtina edilmişdir. Müdaifə Nazirliyinin Mənzil İstismar İdarəsinin imtinası əsassızdır. Belə ki, o, həqiqi hərbi xidmətlə bərabər 20 ildən yuxarı xidmət etmişdir. Həmin idarədə ona şifahi olaraq bildirdilər ki, “Sən həqiqi hərbi xidməti Sərhəd Qoşunlarında keçmisən və X4 nazirliyinə tabe olmadığı üçün sənin orada xidmətini ümumi xidmətə daxil edə bilmərik”. Hesab edir ki, bu düzgün yanaşma deyildir. Belə ki, harada xidmət keçməyi o, müəyyən etməmişdir. Həqiqi hərbi xidmətə onu Səfərbərlik üzrə Dövlət Xidməti göndərmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafıəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xıdmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini tələb edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1. Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli; 2. Hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməli; 3. Göstərdiyi xidmət qüsursuz olmalıdır. İddiaçının göstərilən üç şərtlərdən ikisi, müvafiq siyahıya daxil edilməsi üçün yeterli olsa da, ən əsası “20 (iyirmi) təqdim ili yoxdur.” Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin məlumatına əsasən X2 Azərbaycan Respublikası Silahlı Qüvvələrində cəmi (xx.xx.2000-xx.xx.2020) 19 il 10 ay 01 gün xidmət edib. Beləliklə, iddiaçının 20 il və daha çox qüsursuz xidmət etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 28 noyabr 2011-ci il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı, Fərmanın Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvvəz edilmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür. İddiaçı isə qeyd olunan xarakterli silahlı birləşmələrdə 20 təqvim ilindən az xidmət etmişdir. İddiaçının xidmətdə olan xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazirki iş üzrə iddiaçının 20 təqvim ili və daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcüd olmamışdır. Beləliklə, işin şərh edilən hallarını nəzərə alaraq Müdafıə Nazirliyi hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranmadığından, iddiaçının iddia tələbi əsassız olduğundan məhkəmə iddia ərizəsini rədd etməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, Azərbaycan Ordusunda 20 (iyirmi) ildən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Mənzillə təmin olunması üçün ehtiyatda olan hərbi qullluqcu qeydiyyatda olduğu rayon icra hakimiyyəti və ya ərazi üzrə yerli bələdiyyə orqanına müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi X3 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Biləsuvar rayonunun Amankənd kəndində doğulmuş, yaşayış yeri Biləsuvar rayonunun Amankənd kəndidir. İş materiallarında olan AO ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə anadan olmuş İddiaçı xx.xx.1998-ci il tarixdə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (tərxis edilmiş) və Biləsuvar rayon Hərbi Komissarlığına göndərilmişdir. Hərbi xidmət müddəti 1 il 10 ay 3 gün təşkil etmişdir. Həmçinin, qeyd olunan AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Müdafiə Nazirliyinin tərkibində hərbi xidmətə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmət müddəti 19 il 10 ay 1 gün təşkil etmişdir. Beləliklə, İddiaçı adına tərtib edilmiş AO ******* nömrəli hərbi biletdə əks olunmuş məlumatlara əsasən o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 21 il 8 ay 4 gün qüsursuz hərbi xidmət keçmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya qarşı yazılı etirazında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafıəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xıdmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olduğunun tələb edildiyini, həmin fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququnun yarandığını, yəni hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli, hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməli və göstərdiyi xidmət qüsursuz olmalıdır. Cavabdeh təşkilat iddiaçıya münasibətdə göstərilən üç şərtdən ikisinin, yəni Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti və göstərdiyi xidmətin qüsursuz olması şərtlərinin ödənildiyini və müvafiq siyahıya daxil edilməsi üçün yeterli olduğunu bildirmiş, , yalnız onun hərbi xidmət müddətinin 20 (iyirmi) təqdim ilindən az, yəni Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin məlumatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində cəmi (xx.xx.2000-xx.xx.2020) 19 il 10 ay 01 gün təşkil etdiyini və beləliklə, iddiaçının 20 il və daha çox qüsursuz xidmət etməsinin sübuta yetirilmədiyini qeyd etmişdir. İddia ərizəsinə əsasən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində iddiaçıya şifahi olaraq 1 il 10 ay 3 gün təşkil edən həqiqi hərbi xidmət dövrünün Sərhəd Qoşunlarında keçdiyini, Sərhəd Qoşunları isə Müdafiə Nazirliyinə tabe olmadığı üçün həmin xidmətinin ümumi xidmətə daxil edilmədiyini bildirmişlər. İş materiallarından da göründüyü kimi, cavabdeh iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2000-ci ildən xx.xx.2020-ci il tarixədək 19 il 10 ay 01 gün təşkil edən həqiqi hərbi xidmət müddətini təsdiq etmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 1 il 10 ay 3 gün təşkil edən həqiqi hərbi xidmət dövrünü isə nəzərə almamış və həmin müddəti qüsursuz hərbi xidmət illərinə daxil etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının adının dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən cavabdehin imtinasının əsası kimi göstərdiyi səbəblər əsassızdır. Belə ki, Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə görə ”Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə görə “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir Baş gizir İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən yuxarı qüsursuz hərbi xidmət keçməsi onun iş materiallarında olan 26 iyun 2019-cu il tarixli “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunması da təsdiq edir. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət illəri cavabdehin qeyd etdiyi kimi xx.xx.2000-ci il tarixdən hesablanmalı olduğu təqdirdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif edildiyi 26 iyun 2019-cu il tarixdə onun hərbi xidmət illərinin müddəti 19 il 21 gün təşkil edir ki, bu müddət də İddiaçı Silahlı Qüvvələrdə 20 təqvim ili “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunmasını istisna edir. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 26 iyun 2019-cu il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif edilərkən baş gizir İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 1 il 10 ay 3 gün təşkil edən həqiqi hərbi xidmət dövrü də nəzərə alınmışdır ki, bu da məhkəməyə iddiaçının tələbində haqlı olduğu qənaətinə gəlməyə əsas verir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamənin 14-cü bəndinə əsasən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərman ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri qərara alınmış, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq Komissiya yaradılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 №-li Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir: Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamə Maddə 164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə görə nəzərə almaq lazımdır ki, qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Bu kateqoriyadan olan anlayışlar məzmun baxımından qeyri-dəqiq və qeyrimüəyyən olmaları ilə fərqlənir. İnzibati orqanlar qanunları tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışları təfsir etməli və həmin anlayışların təfsiri əsasında qərar qəbul etməlidirlər. Qanunverici tərəfindən, belə anlayışlardan, bir qayda olaraq, işin faktiki hallarına münasibətdə istifadə olunur. İnzibati orqan bu cür hallarda, o cümlədən hazırkı mübahisəyə münasibətdə qüsursuz xidmət anlayışının təfsiri zamanı obyektiv göstəriciləri, o cümlədən şəxsin hərbi xidmətə münasibəti və hərbi peşəkarlıq səviyyəsi ilə bağlı, habelə hərbi xidmət zamanı və xidmətlə əlaqədar əldə etdiyi uğurları və onun insani keyfiyyətləri ilə bağlı faktiki halları nəzərə almalı və bunların üzərindən onun hərbi xidmətini qiymətləndirməlidir. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz. Şəxsin xidməti həmin anlayış prizmasından dəyərləndirilərkən, onun xidmət göstəriciləri vəhdət halında götürülməli və onlara məcmu halında qiymət verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, belə qeyrimüəyyən anlayışlar əsasında inzibati orqanlar tərəfindən qəbul olunan qərarlar inzibati məhkəmə nəzarəti qaydasında tam şəkildə yoxlanıla bilər. Hazırkı mübahisəyə münasibətdə də həmin yanaşma tətbiq olunmalı, iddiaçının qüsursuz hərbi xidmət illəri yuxarıda qeyd olunan obyektiv göstəricilər nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hərbi xidmət dövründə xx.xx.2019-cu ildə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunmasına, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 21 il 8 ay 4 gün qüsursuz hərbi xidmət keçməsinə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, iddiaçının adının dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 14.1-ci maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə görə diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1640/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1640/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver