Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1650/2022 21.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Kürdəmir rayonu Cəyli bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kürdəmir rayonu Cəyli bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Cəyli bələdiyyəsinin 25 dekabr 2020-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1ETDİ: İddiaçı cavabdeh Kürdəmir rayonu Cəyli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Cəyli bələdiyyəsinin 25 dekabr 2020-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli məktubla müraciət edərək 19 iyul 2004-cü il tarixdə Kürdəmir rayon Şahbəyli Bələdiyyəsinin 3 saylı qərarı əsasında ona 30 illik icarəyə veilmiş 20 ha əkin təyinatlı torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarış verilməsini xahiş etmişdir. O, öz müraciətini həmin torpaq sahəsinin 18 ilə yaxındır ki, 20 iyul 2004-cü il tarixli “Torpaq icarə müqaviləsi”nə əsasən onun istifadəsində olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 178.6-cı maddəsində göstərilir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq, həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Yuxanda qeyd edilən 20 ha torpaq sahəsi 2004-cü ildən fasiləsiz olaraq iddiaçı tərəfindən müqavilə əsasında istifadə olunur, istifadə olunan müddətdən icarə haqqını Cəyli Bələdiyyəsinə ödəmişdir. X6 sədri iddiaçıya Şahbəyli Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli, 3 saylı qərarını təqdim etməkdən boyun qaçırır, müraciətlərə demək olar ki, müxtəlif səpkidə cavablar verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafıəsinə təminat verilir. Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında məlum oldu ki, Kürdəmir rayonu Cəyli Bələdiyyəsinin 25 dekabr 2020-ci il tarixli ümumi yığıncağında onun, yəni İddiaçı adına tərtib edilmiş 19 iyul 2004-cü il tarixli “icarə müqaviləsi”nin ləğv edilməsi haqqında qərar qəbul edilmişdir. Bu barədə ona yalnız 25 aprel 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsində keçirilən məhkəmə iclasında məlum olmuşdur. O, bu günə qədər sözügedən torpağı təyinatı üzıə istifadə etmiş, vergiləri ödəmiş və hal-hazırda torpaq sahəsi onun istifadəsindədir. Bələdiyyə sədri ona qərarın ləğvi ilə bağlı heç bir məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Kürdəmir rayonu Cəyli bələdiyyəsinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı əvvəllər Şahbəyli bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləsi 25 dekabr 2020-ci il tarixdə Kürdəmir rayonu Cəyli bələdiyyəsinin ümumi yığıncağının qərarı ilə ləğv edilmişdir. Ləğv edilməsinə səbəb aşağıdakılardır: İcarəçi İddiaçı icarə haqqı ödəməsi haqqında şəxsi hesablarda heç bir qeydiyyat yoxdur. Müqavilənin ilkin hüquqi əsası Şahbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 3 saylı ümumi yığıncaq protokolunda sahə ölçüsü göstərilməmiş, 15 (on beş) il müddətdə icarəyə verilməsinin qərara alınmasına baxmayaraq, müqavilədə 20 hektar torpaq sahəsinin iddiaçıya 30 il müddətinə icarəyə verılməsi göstərilmişdir. Bu da ümumi yığıncağın qərarı ilə ziddiyyət təşkil edir. Müqavilənin 10-cu müddəasında göstərilmişdir ki, yalnız dövlət qeydiyyatından keçdikdən sonra müqavilə qanuni qüvvəyə minir. İdiaçı bu müddəanın da tələbini pozmuşdur. İddiaçının müqavilə üzrə icarəyə götürdüyü torpaq sahəsi uzun müddət istifadəsiz qalmış, həmin torpaq sahəsində 2017 və 2020-ci illərdə kənar şəxslər tərəfindən pambıq əkilmişdir ki, bu da, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 11.11-ci maddəsinin pozulmasına səbəb olmuşdur. İddiaçı vəkili ilə birlikdə onlara Şahbəyli Bələdiyyəsinin xx.xx.2004-cu il tarixli, 3 saylı qərarının təqdim edilməsindən boyun qaçırmaqlarını qeyd edir. Həmin qərarın surətini təqdim etmələri barədə aktı xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə təqdim etmişlər. Düzdür müqavilənin ləğvi haqqında onlara rəsmi məlumat verilməmişdir, lakin onlara dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlann hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qəran və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İş materiallarında olan Kürdəmir rayonu Şahbəyli Bələdiyyəsinin (sonradan Cəyli Bələdiyyəsinə birləşdirilmişdir) ümumi yığıncağının 19 iyul 2004-cü il tarixli, 3 saylı iclas protokoluna əsasən İddiaçı 15 il müddətinə dənli bitkilər əkmək məqsədilə torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan 20 iyul 2004-cü il tarixli, 03 nömrəli “torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Kürdəmir rayonu Şahbəyli Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli, 3 saylı qərarı əsasında Şahbəyli Bələdiyyəsi ilə İddiaçı arasında 20 hektar torpaq sahəsi üzrə 30 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cəyli Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş seriya nömrəsi **********7755 olan tədiyyə bildirişindən, xx.xx.2021-ci il tarixli ********* nömrəli və xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, cavabdeh tərəfindən verilmiş tədiyyə bildirişinə əsasən icarəsində olan torpaq sahəsi üzrə “bələdiyyə torpaq vegisi” iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Göyçay Regional Ədliyyə İdarəsinin Kürdəmir rayonu Cəyli bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 30-13 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Cəyli bələdiyyəsi tərəfindən məktubla Göyçay Regional Ədliyyə İdarəsinə müraciət edilmiş, Kürdəmir rayonu Şahbəyli bələdiyyəsi ilə vətəndaş İddiaçı Səttar oğlu arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 03 nömrəli torpaq icarə müqaviləsinin hüquqi əsasının olub-olmaması barədə məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. Göyçay Regional Ədliyyə İdarəsinin Kürdəmir rayonu Cəyli bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 30-13 nömrəli məktubunda bildirilir ki, sözügedən məktubla yanaşı-torpaq icarə müqaviləsi və yerqurluşu planından çıxarış İdarənin icraatına daxil olmuş, həmin sənədlər tərəflərindən öyrənilmişdir. Təqdim edilmiş torpaq icarəsi müqaviləsinə baxılarkən müəyyən edilmişdir ki, əvvəllər fəaliyyət göstərmiş və sonradan Cəyli bələdiyyəsinə birləşdirilmiş Şahbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 nömrəli qərarı ilə Şahbəyli kənd sakini İddiaçı Səttar oğluna 20 ha torpaq sahəsi 30 il müddətinə icarəyə vermiş və bələdiyyə ilə vətəndaş arasında xx.xx.2004-cü il tarixdə 03 nömrəli icarə müqaviləsi bağlanmış, qeyd olunan icarə müqaviləsi dövlət qeydiyyatına alınmamış, o cümlədən torpaq sahəsinin aynlması zamanı keçmiş DTXK-nin Şamaxı rayon şöbəsindən müvafiq rəyin alınması ilə bağlı idarəyə hər hansı sənəd təqdirn olunmamışdır. Nəzərinizə çatdırırıq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlann hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.6-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (muqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarayə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Eyni zamanda qərarda və icarə müqaviləsində torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatı qeyd edilməmişdir. Bildiririk ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinin tələblərinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi prinsipinə əsaslanır. “Torpaq ıcarəsi haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olan 12-ci maddəsinin tələblərinə əsasən dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi etibarsız sayılır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləgv edilməsi baradə 5 iş günü ərzində müvafıq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Göstərilənləri nəzərə alaraq və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzanəiin təşkili haqqında” Təlimata əsasən Şahbəyli kənd sakini İddiaçı Səttar oğluna 20.0 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə əvvəllər fəaliyyət göstərmiş və sonradan Cəyli bələdiyyəsinə biriəşdirilmiş Kürdəmir rayonu Şahbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 nömrəli qərarı və bu qərar əsasında bələdiyyə ilə vətəndaş arasında bağlanmış xx.xx.2004-cü il tarixdə 03 nömrəli icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş dövlət qeydiyyatından keçmədiyindən ləğv edilməsi və torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması təklif olunmuşdur. İş materiallarında olan Kürdəmir rayonu Cəyli Bələdiyyəsinin ümumi yığıncağının 25 dekabr 2020-ci il tarixli, 12 saylı iclas protokolundan görünür ki, Kürdəmir rayonu Şahbəyli Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “torpaq icarəsi müqaviləsi”nin Göyçay Regional Ədliyyə İdarəsinin tövsiyəsi nəzərə alınmaqla ləğv edilməsi qərara alınmışdır. İddiaçı Kürdəmir rayonu Cəyli Bələdiyyəsinin ümumi yığıncağının qəbul etdiyi 25 dekabr 2020-ci il tarixli, 12 saylı qərarı mübahisələndirmişdir. Cavabdeh Kürdəmir rayonu Şahbəyli Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “torpaq icarəsi müqaviləsi”nin ləğv edilməsinə səbəb kimi aşağıdakıları göstərmişdir: -X2 icarə haqqı ödəməsi haqqında şəxsi hesablarda heç bir qeydiyyat yoxdur. Qeyd olunduğu kimi, iş materiallarında olan Cəyli Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş seriya nömrəsi **********7755 olan tədiyyə bildirişindən, xx.xx.2021-ci il tarixli ********* nömrəli və xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, cavabdeh tərəfindən verilmiş tədiyyə bildirişinə əsasən icarəsində olan torpaq sahəsi üzrə “bələdiyyə torpaq vegisi” iddiaçı tərəfindən ödənilmişdir. Digər tərəfdən, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 1.2-ci bəndinə görə bələdiyyələrin vergi xidməti orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, "Büdcə sistemi haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, bələdiyyələrin qərarlarını və bu Əsasnaməni rəhbər tutur. Əsasnamənin 3.1-ci bəndinə görə bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: - yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir (3.1.1-ci yarımbənd); -yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir (3.1.2-ci yarımbənd); -yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir (3.1.3-cü yarımbənd); - bələdiyyələrin qərarlarını icra edir (3.1.12-ci yarımbənd). Əsasnamənin 3.2-ci bəndinə görə bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: -Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək (3.2.1-ci yarımbənd); -bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək (3.2.2-ci yarımbənd); -Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək (3.2.3-cü bənd). Əsasnamənin 5.3-cü bəndinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Məhkəmə iclasında X5 icarə haqqı ödəməsi haqqında şəxsi hesablarda heç bir qeydıyyat olmadığı halda, yəni iddiaçı tərəfindən icarəsində olan torpaq sahəsi üzrə icarə haqqı ödənilmədiyi halda, bununla əlaqədar “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda və «Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamə»nin yuxarıda sadalanan müddəalarında təsbit olunmuş bilavasitə vəzifə borclarının icrası ilə bağlı bələdiyyə tərəfindən hansı tədbirlərin həyata keçirildiyini cavabdehin iş üzrə nümayəndəsi izah edə bilmədi. Qeyd olunanlar məhkəməyə “X5 icarə haqqı ödəməsi haqqında şəxsi hesablarda heç bir qeydıyyatın olmaması” səbəbinin əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Cavabdeh Kürdəmir rayonu Şahbəyli Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “torpaq icarəsi müqaviləsi”nin ləğv edilməsinə ikinci səbəb kimi qeyd etmişdir ki, “Müqavilənin ilkin hüquqi əsası Şahbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 3 saylı ümumi yığıncaq protokolunda sahə ölçüsü göstərilməmiş, torpaq sahəsinin 15 (on beş) il müddətdə icarəyə verilməsinin qərara alınmısına baxmayaraq, müqavilədə 20 hektar torpaq sahəsinin iddiaçıya 30 il müddətinə icarəyə verılməsi göstərilmişdir”. Bu da ümumi yığıncağın qərarı ilə ziddiyyət təşkil edir. Məhkəmə bu səbəblə, yəni Şahbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 3 saylı qərarının müddəaları ilə tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli “torpaq icarəsi müqaviləsi”nin müddəaları arasındakı uyğunsuzluqla əlaqədar 17 ildən sonra məsuliyyətin iddiaçının üzərinə qoyulmasını yolverilməz hesab edir. Digər səbəb kimi qeyd olunur ki, “Müqavilənin 10-cu müddəasına əsasən yalnız dövlət qeydiyyatından keçdikdən sonra müqavilə qanuni qüvvəyə minir”. İddiaçı bu müddəanın da tələbini pozmuşdur. Həmçinin, qeyd olunur ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tərəflər arasında icarə münasibətləri yaranan zaman qüvvədə olan 12-ci maddəsinin tələblərinə əsasən dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi etibarsız sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Torpaq ıcarəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan 12ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Göründüyü kimi, bu maddi hüquq normasında “dövlət qeydiyyatına alınmamış icarə müqaviləsinin etibarsız sayılması” haqqında göstəriş yoxdur. Digər tərəfdən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci bəndinə əsasən “Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər”. Həmin Qanunun 23.3-cü bəndinə əsasən “Mülkiyyətində olan torpaqların istifadəsinə və mühafizəsinə nəzarət funksiyalarını bələdiyyələr aşağıdakı yollarla həyata keçirirlər: 23.3.1. torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində bələdiyyə torpaqlarına vurulan zərərin və kənd təsərrüfatı itkilərinin ödənilməsi, habelə torpaq qanunvericiliyinin pozulması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmələrə müraciət edilməsi və iddialar qaldırılması; Tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli “torpaq icarəsi müqaviləsi” qanuni qüvvəyə minmədiyi halda, bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti həyata keçirən orqan kimi 17 il müddətində heç bir tədbir görülməməsinin, həmin torpaq sahəsindən istifadə edən icarəçiyə bu barədə xəbərdarlıq edilməməsinin, bu barədə məhkəmədə iddia qaldırılmamasının səbəblərini cavabdehin nümayəndəsi izah edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə yuxarıda göstərilən səbəbi də əsassız hesab edir. Kürdəmir rayonu Şahbəyli Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli “torpaq icarəsi müqaviləsi”nin ləğvinin digər səbəbi kimi “İddiaçının müqavilə üzrə icarəyə götürdüyü torpaq sahəsinin uzun müddət istifadəsiz qalması, həmin torpaq sahəsində 2017 və 2020-ci illlərdə kənar şəxslər tərəfindən pambıq əkilməsi, bununla da, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 11.11-ci maddəsinin pozulması” qeyd olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.11-ci maddəsinə əsasən “İcarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər”. Lakin təklif edilməsinə baxmayaraq xx.xx.2004-cü il tarixli “torpaq icarəsi müqaviləsi” ilə icarəyə götürdüyü 20 hektar torpaq sahəsinin İddiaçı tərəfindən kənar şəxslərə subicarəyə verilməsini təsdiq edən dəlil-sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin qeyd etdiyi bu səbəbi də əsassız hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 3cü bəndinə əsasən “Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci (torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə), 7-ci (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə), 10-cu (istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və s. yol verildikdə) abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Cavabdeh orqana təklif edilməsinə baxmayaraq, xx.xx.2004-cü il tarixli “torpaq icarəsi müqaviləsi” ilə icarəyə götürdüyü 20 hektar torpaq sahəsi ilə bağlı İddiaçı tərəfindən nöqsanlara (pozuntulara) yol verildiyi halda, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə ona xəbərdarlıq edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh xx.xx.2004-cü il tarixli “torpaq icarəsi müqaviləsi” ilə icarəyə götürdüyü 20 hektar torpaq sahəsi ilə bağlı İddiaçı tərəfindən nöqsanlara (pozuntulara) yol verildiyi halda, buraxılmış nöqsanların (pozuntuların) aradan qaldırılması üçün vaxt verilmədən, bu barədə ona xəbərdarlıq edilmədən qanunvericiliyin tələblərinə zidd olaraq xx.xx.2004-cü il tarixli “torpaq icarəsi müqaviləsi”nin ləğvi barədə qərar qəbul etmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.2-ci maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər inzibati icraatın iştirakçılarıdır. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan inzibati icraatın iştirakçı hesab olunan, yəni barəsində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan iddiaçını inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməmiş, bununla da, qanunvericiliyin qeyd olunan maddəsinin tələbini pozmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci və 59.1.5ci madddələrinin tələbinə görə yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar əks olunmalıdır: Lakin, Kürdəmir rayonu Cəyli bələdiyyəsinin mübahisələndirilən 25 dekabr 2020-ci il tarixli, 12 nömrəli qərarından görünür ki, cavabdeh inzibati orqan inzibati qanunvericiliyin bu maddəsinin də tələbinə riayət etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsaasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin, iş materiallarından, habelə cavabdehin məhkəməyə ünvanladığı iddia ilə əlaqədar məktubundan da göründüyü kimi, cavabdeh inzibati orqan barəsində inzibati aktın qəbul edildiyi iddiaçıya bu barədə rəsmi məlumat verməmiş və bununla da, qanunvericiliyin qeyd olunan maddəsinin də tələbini pozmuşdur. Göründüyü kimi, mübahisələndirilən 25 dekabr 2020-ci il tarixli, 12 nömrəli qərar qəbul edilərkən Kürdəmir rayonu Cəyli bələdiyyəsi tərəfindən ciddi qanun pozuntularına yol verilmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə cavabdeh Kürdəmir rayonu Cəyli bələdiyyəsi iddiaçıya münasibətdə 25 dekabr 2020-ci il tarixli, 12 nömrəli qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən Kürdəmir rayonu Şahbəyli Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “torpaq icarəsi müqaviləsi”nin ləğv edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur ki, bu da mübahisələndirilən qərarın ləğvi üçün əsasdır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Kürdəmir rayonu Şahbəyli Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “torpaq icarəsi müqaviləsi”nin ləğv edilməsi barədə Kürdəmir rayonu Cəyli bələdiyyəsinin 25 dekabr 2020-ci il tarixli, 12 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Kürdəmir rayonu Şahbəyli Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “torpaq icarəsi müqaviləsi”nin ləğv edilməsi barədə Kürdəmir rayonu Cəyli bələdiyyəsinin 25 dekabr 2020-ci il tarixli, 12 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1650/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1650/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver